Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

Özü tutdu, özü bağladı, atı arxadan sürmək üçün qonşu köçəbədən bir uşaq da 
götürüb öz əli ilə Tanabay Gülsarını kənd yoluna çıxardı. Atın dalınca  
 
gələnlər yolda onun rastına çıxdılar. Hətta Tanabay onları danladı da: 
– Nə olub? – dedi. – Çolaqsınız nədir, sədrin atını da saxlaya bilmirsiniz.  
 
Bərk bağlayın. 
Gülsarı üçüncü dəfə gələndə Tanabay əməlli-başlı hirsləndi: 
– Gicsən, nəsən! Sənin burda nə azarın qalıb? Axmaqsan ki var, – deyə o,  
 
əlində ip at üstdə Gülsarının dalınca çapdı. Yenə atı kəndə apardı, yenə də 
atçılarla deyişdi. 
Ancaq, bundan sonra da Gülsarı ağıllanmadı, fürsət  
 
tapan kimi qaçıb gəldi. Atçıların da zəhləsini tökdü, Tanabayı da dəng elədi. 
...Bir dəfə Tanabay örüşdən gec qayıtmışdı. Yatırdı. İlxını, hər  
 
ehtimala qarşı, köçəbənin yaxınlığına qovub gətirmişdi. Buna baxmayaraq, çox 
narahat yatırdı. Bütün günü yorulub əldən düşmüşdü. Yuxusunda qəribə  
 
şeylər görürdü: davadamı, sallaqxanadamı, haradasa dəhşətli bir yerdə idi. 
Dörd bir yan qan gölünə dönmüşdü, Tanabayın əlləri də qana bulaşmışdı. O,  
 
yuxulu-yuxulu fikirləşirdi: qan pisdir, yaxşı əlamət deyil. Əlini yumaq 
istəyirdi. Onu arxadan itələyirdilər. Tanabaya gülürdülər. Kimsə qışqırırdı:  
 
“Əlini qanla yuyursan, Tanabay. Burada su yoxdur, Tanabay, hər yan qandır! 
Ha-ha, ho-ho, hi-hi!..” 
– Tanabay, Tanabay! – arvadı onu bərk-bərk  
 
silkələyəndə Tanabay gözlərini açdı. 
– Nə olub? – dedi. 
– Eşitmirsənmi? İlxıda nəsə olub. Ayğırlar savaşırlar. Yəqin ki, Gülsarı 
gəlib yenə. 
Tanabay  
 
yataqdan qalxdı. 
– Görüm onu lənətə gəlsin, – dedi. – Onun əlindən bizə rahatlıq yoxdur. 
Paltarını geyindi, kəməndi də götürüb dərəyə endi. Orada atlar  
 
çaxnaşırdılar. Hava işıqlanırdı. 
Tanabay Gülsarını gördü. Bu nə idi? Atı dəmir buxovla cidarlamışdılar. O 
yeriyə bilmirdi, tullanırdı. Qandallar  
 
cingildəyirdi, Gülsarı fırlanırdı, şahə qalxırdı, kişnəyirdi, zarıyırdı. Bu 
yandan da xırdaca ayğır ona aman vermirdi, Gülsarını dişləri ilə didib  
 
parçalayırdı. 
Tanabay ayğırın üstünə cumdu. 
– Ah, səni yox olasan! – dedi və kəməndi quduz ayğırın boynuna atıb elə 
dartdı ki, əlində ip qırıldı.  
 
Tanabay Gülsarını xilas elədi, özününsə gözləri yaşardı. – Bu nə işdir, bu nə 
əməldir? Səni kim bu hala salıb, Gülsarı? Kim belə qandallayıb səni?  
 
Axı, sən bu zülm ilə niyə gəlmisən, ay səfeh?.. 


İşə bax – ayaqda qandal bu uzaqlıqda yol gələsən. Çay keçəsən, yarğan 
keçəsən, təpələr aşasan. Yəqin  
 
ki, Gülsarı bütün gecəni hoppanmışdı, bütün gecəni yol gəlmişdi. Tək-tənha, 
qandalları cingildədə-cingildədə sürgündən qaçanlar kimi. 
“Vay səni, vay  
 
səni!” – Tanabay başını buladı. Atın böyür-başını tumarladı. Sifətini 
Gülsarının dodaqlarına sürtdü. Gülsarı dodaqlarını Tanabayın üzündə gəzdirdi,  
 
yaladı, qıdıqladı, gözlərini qıyıb baxdı. 
– İndi bəs neynəyək, Gülsarı? Sən bu inadından əl çəksənə. Lap başını 
itirmisən. Səfehsən, vallah, səfehsən.  
 
Heç nədən xəbərin yoxdur... 
O, atı yaxşı-yaxşı gözdən keçirdi. Savaş vaxtı sıyrılmış, cırmaqlanmış yerlər 
tezliklə sağala bilərdi. Ancaq qandallar  
 
atın ayaqlarını bərk sürtmüşdü. Dırnaqlarından qan axırdı. Dəmir çidarların 
keçə altlığını güvə vurmuşdu. Gülsarı çaydan keçəndə altlıq sivrilib  
 
çıxmışdı, dəmirlərin üstü açılmışdı. Ayaqların qançır olmağının səbəbi də bu 
idi. Tanabay hirsli-hirsli düşünürdü: “İbrahimin işidir. Bu qədim  
 
qandalları o, qocalardan nahaq yerə almayıb”. Doğrudan da, İbrahimdən başqa 
kim bunu eləyə bilərdi? Çidar çox qədim şey idi. Hər çidarın öz kilidi  
 
vardı, onları kilidsiz açmaq olmazdı. Keçmişdə çidarı ən yaxşı atların 
ayağına keçirərdilər ki, at oğruları onları örüşdən apara bilməsin. İpdən  
 
qayırılmış adi çidarı açmağa nə vardı ki! Bıçaqla kəs, qurtarsın getsin. 
Ancaq ayağında dəmir çidar olan atı heç kəs apara bilməzdi. Keçmişlərdə belə  
 
idi; indi çidar çox nadir bir şey olmuşdu. Onu ancaq qədim kişilərdə tapmaq 
olardı. Yəqin ki, çidarın yerini kimsə İbrahimə nişan vermişdi. Atı  
 
qandallamışdılar ki, örüşdən uzağa qaça bilməsin. Buna baxmayaraq, Gülsarı 
qaçmışdı... 
Çidarı Gülsarının ayağından bütün ailəlikcə çıxardılar. Caydar  
 
atın cilovundan yapışdı, əli ilə onun gözlərini tutdu, uşaqlar yaxınlıqda 
atılıb-düşürdülər, Tanabay isə dəmir-dümürü, nə ki var, ortaya töküb qan- 
 
tər içində çidarları aça biləcək bir şey axtarırdı. Keçmiş dəmirçilik peşəsi 
Tanabayın dadına çatdı, çox əlləşdi, çox çalışdı, əllərini şil-küt  
 
elədi, ancaq axır başda çidarları açmağın üsulunu tapdı. 
Tanabay qandalları çıxarıb var gücü ilə kənara tolazladı. Atın qançır olmuş 
ayaqlarına məlhəm  
 
sürtdü. Caydar Gülsarını tövləyə apardı. Böyük qız kiçiyi dalına aldı, onlar 
da analarının dalınca getdilər. 
Təkcə Tanabay yerindən tərpənmədi. O  
 
yorulmuşdu, bərk yorulmuşdu. Xeyli vaxt fısıldayandan sonra dəmir-dümürü 
yığışdırdı. Gedib qandalı da gətirdi. Qaytarıb yiyəsinə vermək lazım idi,  
 


yoxsa Tanabay bunun da cəriməsinə düşə bilərdi. Paslanmış qandala baxa-baxa 
Tanabay onu qayıran adamın ustalığına heyran qaldı. Burada hər şey bütün  
 
incəliyinəcən düşünülmüşdü, burada hər şey yerbəyerində idi. Qədim qırğız 
dəmirçiləri. Onların bu gözəl sənəti unudulmuşdu, həmişəlik yaddan  
 
çıxmışdı. İndi çidar, doğrudan da, lazım deyildi. Bəs başqa şeylər? Bir vaxt 
gümüşdən, misdən, ağacdan, dəridən necə gözəl şeylər qayrılırdı!  
 
Qiymətləri də o qədər baha deyildi, ancaq çox gözəl şeylər idi. Hər şeyin öz 
yeri vardı, öz yaraşığı vardı. Daha belə şeylər yox idi. İndi hər şey  
 
alüminiumdan qayırılırdı: fincan, qazan, asqı, ləyən – hamısı da eyni rəngdə, 
eyni biçimdə. Baxanda göz yorulur. Yəhər tikənlər də bir-bir sıradan  
 
çıxırdı. Hanı o vaxtkı yəhərlər, o vaxtkı sənətkarlar! Vaxt vardı ki, hər 
yəhərin öz tarixi var idi: kim tikib, kim üçün tikib, hansı yəhərə nə qədər  
 
zəhmət haqqı alıb. Yəqin ki, tezliklə hamı maşında gəzəcəkdi, orada – 
Avropadakı kimi; hamı eyni cür maşında, nömrəsi olmasa, bir-birindən ayıra  
 
bilməzsən. Babaların sənəti isə unudulurdu. Qədim əl işləri həmişəlik yaddan 
çıxarılmışdı. Görəsən, nə vaxtacan belə olacaqdı, axı, insanın gözünün  
 
işığı da, ürəyinin hərarəti də əlinin işindən bilinir... 
Bəzən belə fikirlər birdən-birə Tanabayın beyninə dolurdu. Xalq sənətinin 
taleyini düşünməyə  
 
başlayırdı, düşündükcə dəhşətə gəlirdi, ancaq bu işdə kimin müqəssir olduğunu 
dərk eləyə bilmirdi. Axı, onun özü də bir vaxt köhnəliyə qəbir  
 
qazanlardan olmuşdu. Hətta bir dəfə komsomol yığıncağında köçəbələrin ləğv 
edilməsi barədə nitq söyləmişdi. Haradansa eşitmişdi ki, köçəbələr yer  
 
üzündən silinməlidir, eşitmişdi ki, köçəbə köhnənin qalığıdır. “Rədd olsun, 
köçəbə! Yetər köhnə üsulla yaşamaq”. 
Köçəbələr “qolçomaqlıqdan  
 
salınmışdı”. Onları dağıtmışdılar, torpaq evlər tikmişdilər. Köhnə çoban 
yurdlarının keçəsini doğrayıb hara gəldi sərf eləmişdilər, odunundan  
 
hasarlar düzəltmişdilər, pəyə tikmişdilər, yandırmışdılar... 
Sonra məlum olmuşdu ki, köçəri maldarlıq bunsuz mümkün deyildir. İndi bu 
haqda düşündükcə  
 
Tanabay hər dəfə dəhşətə gəlirdi. Necə olmuşdu ki, o, belə bir nitq 
söyləmişdi, köçəri maldarlar üçün köhnə yurdlardan əlverişli heç bir şey 
olmadığı  
 
halda, niyə o, yurdların əleyhinə çıxmışdı? Necə olmuşdu ki, Tanabay bu qədim 
alaçıqlarda öz xalqının böyük zəkasını görməmişdi? Hər çöpü, hər qarışı  
 
böyük ustalıqla düşünülmüş bu qədim yurdlar insanların əsrlik təcrübəsinin 
məhsulu deyildimi? 
İndi Tanabay qoca Torqaydan qalan hisli, sökük-salxaq  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə