Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

Bayırdan: 
– Çıxart! – dedilər. 
İki nəfər atçı Gülsarını həyətə çıxartdı. Ah, həyət necə də işıq idi, hava 
necə də gözəl idi! At yazın məstedici  
 
havasını ciyərinə çəkdi; burnunun namnazik deşikləri titrədi. Havada 
yarpaqların acımtıl iyi vardı, yumşalmış torpağın şirin qoxusu vardı. 
Gülsarının  
 
bədənində qan oynadı. Qaçmaq lazım idi. Gülsarı ehmalca irəli sıçradı. Neçə 
səs eyni vaxtda onun qabağını saxladı: 
– Dayan! Dayan! Dayan! 
Görəsən, niyə  
 
bu gün Gülsarının dövrəsinə bu qədər adam yığılmışdı? Adamlar qollarını 
çırmalamışdılar. Qollar tüklü idi, güclü idi. Əyninə boz önlük geymiş bir  
 
nəfər par-par parıldayan dəmir-dümürü ağ parçanın üstünə yığırdı. Dəmir 
parıltısından göz qamaşırdı. Başqalarının əlində ip vardı. Gülsarının təzə  
 
sahibi də burada idi. Enli qalife şalvarda qısa, yoğun ayaqlarını bir-
birindən aralı qoyub əda ilə dayanmışdı. Başqaları kimi, onun da qaşları  
 
çatılmışdı. Ancaq o, qollarını çırmalamamışdı. Bir əlini belinə vurmuşdu, o 
biri əli ilə pencəyinin düymələrini oynadırdı. Dünən də rayondan  
 
qayıdanda onun ağzından həmişəki pis qoxu gəlirdi. 
İbrahim çırmanmış qollarını yuxarı qaldırdı. 
– Hə, başlayın, – dedi, – nə durmusunuz? – Sonra üzünü  
 
sədrə tutub: – Başlayaqmı, Coroqul Aldanoviç? 
Sədr başını tərpətdi. 
İbrahim tülkü dərisindən olan papağını çıxarıb, tələsə-tələsə tövlənin 
qapısındakı  
 
mıxa vurdu. Papaq peyinin üstünə düşdü. O, papağı silkib təzədən mıxa 
keçirdi. Yanındakılara üz tutub: 
– Başlayın! – dedi. Sonra yenə boynunu sədrə  
 
sarı uzatdı: – Siz bir az kənarda dursaydınız pis olmazdı, Coroqul Aldanoviç, 
Allah eləməmiş, birdən at vurar sizi. At dediyin şüursuz heyvandır,  
 
ondan hər şey gözləmək olar. 
Gülsarının boynuna kəndir saldılar, atın bədəninə üşütmə düşdü. Kəndir 
qəzildən idi. Dalayırdı. Kəndiri bərk-bərk belinə  
 
doladılar, ucunu arxaya aşırdılar. Görəsən, adamlar neynəmək istəyirdilər? 
Niyə kəndiri Gülsarının dal ayaqlarına bağlayırdılar, topuğuna  
 
keçirirdilər? Niyə onun ayaqlarını dolaşdırırdılar? Gülsarı hirslənməyə 
başlayırdı, fısıldayırdı, gözlərini bərəldirdi. Görəsən, bütün bunlar nədən  
 
ötrü idi? 
İbrahim bir daha əl-ayağa düşdü. 
– Tez olun! – dedi, sonra zil səslə qışqırdı: – Yıxın! 
İki cüt yoğun, tüklü bilək bir göz qırpımında kəndiri  
 


dartdı. Gülsarı dibindən qopmuş ağac kimi yerə gəldi – qxa-a! Günəş dombalaq 
aşdı, zərbədən yer titrədi. Bu nə idi? Niyə Gülsarı böyrü üstə  
 
uzanmışdı? Niyə insanların sifəti qəribə bir şəkildə yuxarı dartınmışdı, nə 
üçün ağaclar bu qədər uca görünürdülər? Axı, nəyə görə Gülsarı belə  
 
narahat uzanmışdı? Yox, belə ola bilməzdi. 
Gülsarı başını tərpətdi, bütün bədənini hərəkətə gətirdi. Kəndirlər hər 
tərəfdən canına keçdi, atın qıçları  
 
dartılıb qarnına yığıldı. At eşələndi, var gücünü topladı, hələ bağlanmamış 
dal ayağı ilə müqavimət göstərdi. Kəmənd daha bərkdən dartıldı, kəndirin  
 
xırçıltısı eşidildi. 
İbrahim bağırdı: 
– Yapışın, bərk tutun, ayaqlarını saxlayın! 
Hamı atın üstünə tökülüşdü, hər tərəfdən Gülsarının üstünə dizlər  
 
döşəndi. İbrahim fasiləsiz zingildəyirdi: 
– Başını əyin, başını! Kəndiri dolayın! Dartın! Yaxşı. Tez olun, zirək olun. 
O ipi bir də tut görüm. Bir də  
 
çək. Oldu. Bu tərəfdən bir də dola. Düyünlə. Yaxşı-yaxşı düyünlə! 
Kəndiri dartdıqca dartdılar. O qədər çəkdilər ki, bütün kəndir yığılıb daş 
kimi bir  
 
düyün oldu. Gülsarı zarıdı, inildədi, boynunda, başında oturanları tərpədib, 
yerə yıxıb kəndirdən xilas olmağa çalışdı. Ancaq adamlar yenə durdular,  
 
yenə dizlərin ağırlığı Gülsarının nəfəsini kəsdi. Atın tərli canına üşütmə 
düşdü, qıçları keyidi. Gülsarı təslim oldu. 
– Vəssalam! 
– Bax bunda güc var  
 
ha!.. 
– At yox, lap traktor ola, daha yerindən tərpənəmməz! 
Sədr ata yaxınlaşdı, bəli, o özü – Gülsarının yeni sahibi. Atın başı üstündə 
çömbəlib  
 
oturdu. Əsnədi, dünənki murdar qoxu yenə Gülsarının nəfəsinə dəydi. 
Gülümsədi, aşkar sevinclə gülümsədi, – sanki qarşısında yıxılan at deyildi, 
insan  
 
idi, onun qəddar düşməni idi. 
İbrahim də sədrin yanında əyləşdi. Üz-gözünün tərini sildi. Onlar yan-yanaşı 
oturdular, papiros çəkdilər, nəyisə  
 
gözlədilər. 
Uşaqlarsa küçədə hələ də oynayırdılar: 
 
Akbay, Kokbay ay dəcəl, 
Buzovları qovma gəl. 
Qovarsan, çatammazsan, 
Qulağını kəsərlər – du-u-u-u-u!.. 
 
Günəş əvvəlkitək işıq saçırdı. Son dəfə idi ki, Gülsarı geniş düzləri 
görürdü, o düzlərə səpələnmiş ilxıları görürdü. Orada ilxıların başı üstündə  


 
quşlar uçurdular, qanadlarını yellədirdilər, sevinclə civildəşirdilər... 
Gülsarının ağzına, burnuna milçəklər doluşmuşdu. Onları qovmaq da mümkün  
 
deyildi. 
Yenə İbrahim üzünü sədrə tutdu: 
– Başlayaqmı, Coroqul Aldanoviç? 
Sədr başını tərpətdi. İbrahim ayağa qalxdı. 
Yenə adamlar hərəkətə gəldilər,  
 
dizləri ilə, döşləri ilə bağlı atın üstünə tökülüşdülər. Gülsarının başını 
daha bərkdən yerə basdılar. Kiminsə əli atın paçasının arasında gəzdi. 
Uşaqlar qarğa-quş kimi divarın üstünə doluşdular. 
– Bax e... Bax e... Gör atı neyləyirlər. 
– Dırnağını təmizləyirlər. 
– Bah, yaman da bilənmişsən!  
 
Dırnaq-zad təmizləmirlər. 
İbrahim uşaqların üstünə bağırdı: 
– Ey, siz orda neynirsiz? İtilin ordan! Gedin oynayın. Burda sizlik iş 
yoxdur. 
Uşaqlar  
 
divarın üstündən tökülüşdülər. 
Ara sakitləşdi. 
Yenə adamlar Gülsarını basıb əzirdilər. Nəsə soyuq bir şey ətinə toxunurdu, 
onu üşüdürdü. Gülsarı yumaq  
 
kimi büzüşmüşdü. Sədr isə hələ də çöməlib oturmuşdu, baxırdı, nəsə 
gözləyirdi. Birdən Gülsarının canında elə dəhşətli bir ağrı qopdu ki, atın  
 
gözlərinin işığı çilik-çilik oldu. Ax, haradasa qıpqırmızı od parıldadı, 
sonra zülmət çökdü, qapqara zülmət... 
Hər şey qurtarandan sonra da bir müddət  
 
Gülsarını açmadılar. Gərək qan kəsiləydi. 
İbrahim dikəldi. Əllərini silə-silə sədrin qarşısında dayandı. 
– Qurtardıq, – dedi, – Coroqul Aldanoviç, hər  
 
şey qaydasındadır. Daha bunun ilxıya qaçmağı qurtardı. Çox qaçıb, bəsdir. 
Qaldı ki Tanabay... ona baş qoşmağa dəyməz. Tüpürün. O adam həmişə belə  
 
olub. Heç öz qardaşına da ürəyi yanmayıb – qolçomaqlıqdan salıb, Sibirə 
göndərib. Eləsindən heç kəsə xeyir gəlməz... 
Özündən razı halda İbrahim  
 
papağını mıxdan götürdü, silkib, sığallayıb tərli başına qoydu. 
Uşaqlar hələ də oynayırdılar: 
 
Akbay, Kokbay, 
. . . . . . . du-u-u-u!.. 
 
Aha, çatammadın,  
 
belini əy. Çu, Gülsarı, irəli! Ura-a, mən Gülsarını minmişəm. Bu mənim 
Gülsarımdır! 
Günəşli işıqlı bir gün idi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə