Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

10 
 
Gecə. Dərin gecə. Bir qoca at və bir  
 
qoca insan. Dərədə tonqal yanır. Alov titrəyir – qalxır, yatır... 
Donmuş, bərkimiş torpaq atın böyrünü üşüdür. Boynunda çuqun ağırlığı var, 
başı  
 
qalxıb-düşməkdən yorulub. Lap o vaxtkı kimi yorulub. Elə bil yenə də ayağı 
qandallı yol gedib: hoppana-hoppana, atıla-atıla. O, yenə ayağındakı  
 
qandalı qırmaq istəyir, qıra bilmir. İstəyir çapsın, elə çapsan ki, 
dırnaqları od tutub alışsın. İstəyir göyə qalxsın, uçsun, sinə dolusu nəfəs  
 
alsın. Gülsarının örüşə çapmağı gəlir: – var səsi ilə kişnəmək üçün, ilxını 
çağırmaq üçün. İstəyir madyanlarla, qulanlarla birgə çapsın, ancaq  
 
qandallar qoymur. Tək-tənha, qandalların cingiltisi altında o, sürgündən 
qaçanlar kimi yeriyir, hoppanır, addım-addım irəli gedir. Ətraf zülmət, boş,  
 
kimsəsiz. Yuxarıda ay silkələnir, külək qasırğasında çalxalanır. Gülsarı 
başını dikəldib irəli hoppananda ayı görür, onun başı aşağı sallananda ay da  
 
itir, yuxarıdan daş kimi qopub yerə gəlir. 
Gah işıq, gah qaranlıq. Gah işıq, gah qaranlıq... Gülsarı baxa bilmir, 
gözləri yumulur. 
Zəncirlərin səsi  
 
gəlir, onlar atın ayaqlarına batır, ayaqların qanı axır. Boşluq, qaranlıq... 
Qandal ağrısı yaman olur, qandalla yerimək çətin olur. 
Dərədə tonqal  
 
yanır. Donmuş, bərkimiş torpaq atın böyrünü üşüdür... 
 
11 
 
İki həftədən sonra ilxı yenə köç etməli idi, atlar dağa qalxmalı idilər. 
İlxıçılar dağda  
 
məskən salacaqdılar. Bütün yayı, payızı, qışı, – gələn yazacan. Mənzildən 
mənzilə köçmək asan məsələ deyil. Üstəlik, köç vaxtı gələndə o qədər zir- 
 
zibil yığılır ki! Görünür, atalar nahaq yerə deməmişlər: əgər özünü kasıb 
bilirsən, zəhmət çək, bir dəfə köç elə. 
Köçmək üçün hazırlaşmağın vaxtı  
 
çatmışdı, görüləsi xeyli iş vardı; dəyirmana, bazara, pinəçi dükanına getmək 
lazım idi, internata baş çəkib uşaqdan bir xəbər bilmək lazım idi...  
 
Tanabay isə suyu süzülən toyuğa dönmüşdü. Heç arvadı da ondan baş çıxara 
bilmirdi. İşıqlananda dururdu, atlanıb birbaş ilxıya çapırdı, bir kəlmə söz  
 
soruşmaq olmurdu. Nahar vaxtı qayıdıb gəlirdi, dilxor, əsəbi. Özü də, elə 
bil, nə isə gözləyirdi, həmişə nigaran idi. 
Caydar çox əlləşdi, ancaq  
 


ərindən bir söz çıxara bilmədi. Nəhayət, bir dəfə Tanabay arvadına cavab 
verdi: 
– Bu günlər pis yuxu görmüşəm, – dedi. 
– Belə deyirsən ki, daha  
 
soruşmayım, eləmi? 
– Yox, düzünü deyirəm. Heç yadımdan çıxmır. 
– Başıma xeyir. Bir vaxt bütün kənddə birinci allahsız sən deyildinmi? 
Qarılar gecə- 
 
gündüz sənə qarğımırdılarmı? Qocalırsan, Tanabay, sənin dərdin budur, 
axşamacan ilxının böyür-başında hərlənirsən, bu gün-sabah köç başlanır, heç  
 
sənin vecinə də deyil. Mən yazıq tək canıma bu qədər işi necə yerbəyer 
eləyim? Uşaqlar da bir yandan. Heç olmasa, gedib Çoroya baş çəkəydin. 
Qanacağı  
 
olan adam xəstəyə baş çəkməmiş köç eləməz. 
Tanabay bundan da boyun qaçırdı. 
– Qaçmır ki, – dedi, – sonra gedərəm. 
– Sonra yəni haçan? Axı, nə olub sənə,  
 
elə bil aula getməyə qorxursan. Sabah yığışaq ikimiz də gedək. Uşaqları da 
özümüzlə götürürük. Gərək mən də aula baş çəkim. 
Ertəsi gün qonşulardan  
 
cavan bir çobanla razılaşdılar, ilxını ona tapşırdılar, atlanıb ailəlikcə 
kəndə yollandılar. Kiçik qızı Caydar qucağına aldı. Böyüyü Tanabay götürdü.  
 
Uşaqları qabaqlarında oturdub, at üstdə yavaş-yavaş yol getdilər. 
Kəndə yetişdilər. Küçələrdə tanış-bilişlə salamlaşdılar. Dəmirçixanaya 
çatanda  
 
Tanabay gözlənilmədən atı saxladı. Yəhərdən düşüb böyük qızı da Caydar minən 
atın tərkinə qoydu. 
Arvad təəccüblə soruşdu: 
– Neynirsən? Hara gedirsən? 
Tanabay: 
– Siz gedin, – dedi, – mən bu saat qayıdıram. Çoroya deynən ki, indicə mən də 
gəlirəm. İdarədə təcili işim var, bir azdan bağlayıb nahara  
 
gedəcəklər. Gərək dəmirçixanaya da baş çəkəm. Köç üçün nal almalıyam, qab-
qaşıq götürməliyəm. 
– Axı, yaxşı düşməz. Biz xəstə yanına gəlmişik. 
– Eybi  
 
yoxdur. Sən sür get. Bu saat qayıdıram. 
Tanabay nə idarəyə getdi, nə də dəmirçixanaya baş çəkdi. O, birbaş at 
tövləsinə çapdı. 
Tələsə-tələsə, heç kəsi  
 
çağırmadan, tövləyə girdi. Gözləri tövlənin toranlığına alışınca Tanabayın 
dodaqları qurudu. Tövlə bomboş idi, atların hamısı işə çıxmışdı. Baxıb  
 
dörd bir tərəfi yoxlayandan sonra Tanabay özünə gəldi. Atçıları axtara-axtara 
o biri qapıdan tövlənin həyətinə çıxdı. Neçə gün qorxa-qorxa düşündüyü  
 


şeyi Tanabay burada gördü. Yumruqları özündən xəbərsiz düyümləndi. 
– Ah, alçaqlar, – dedi, – mən bunu bilirdim. 
Gülsarı talvarın altında idi. Quyruğuna  
 
ip keçirmişdilər, ipi boynuna bağlamışdılar. Atın bir-birindən aralı qoyulmuş 
dal ayaqlarının arasında qapqara, səhəng boyda iri şiş vardı. Şiş  
 
bərkimişdi, hov eləmişdi. At başını ota uzadıb hərəkətsiz dayanmışdı, 
gözlərində ağrı vardı, ələm vardı. Tanabay hirsindən dodaqlarını çeynədi, ata  
 
yaxınlaşmaq istədi, cəsarəti çatmadı. Onun gözləri önündə yenə də nəhayətsiz 
bir boşluq yarandı. O boş tövlə də, o kimsəsiz həyət də, o axtalanmış at  
 
da Tanabayın ürəyini sıxıntı ilə doldurdu. Tanabay atının başını döndərdi, 
dinməz-söyləməz geri qayıtdı; iş-işdən keçmişdi. Axşam onlar köçəbəyə  
 
qayıdanda şam vaxtı Tanabay bu barədə qəmli-qəmli söz açdı: 
– Yuxum doğru çıxdı. 
– Nə olub ki? 
– Orada qonaqların yanında demək istəmədim. Daha Gülsarı  
 
bu tərəflərə qaçıb gəlməyəcək. Bilirsənmi, başına nə oyun açıblar? 
Axtalayıblar, alçaqlar! 
– Bilirəm. Buna görə də səni dartıb aula aparmışdım. Sən bu  
 
xəbəri eşitməkdən qorxurdun, elə deyilmi? Nə üçün qorxmalıydın? Uşaq deyilsən 
ki! Məgər at axtalamaq birinci dəfədir, yaxud axırıncı dəfədir? Bu iş  
 
bünövrədən belə olub, bundan sonra da belə olacaq. Bunu ki, hamı bilir. 
Daha Gülsarı barədə Tanabay heç bir söz demədi. Ancaq o, sədrə olan  
 
münasibətini gizlədə bilmədi. 
– Yox, – dedi, – yox. Bu təzə sədr heç yaxşı adama oxşamır. Ürəyim belə 
deyir. 
Caydar etiraz elədi: 
– Nə danışırsan,  
 
Tanabay, belə şeyləri boşla getsin. Sənin atını axtalayıblar – deməli, sədr 
pis adamdır. Bu nə sözdür deyirsən? Sədr təzə adamdır. Kolxoz böyük, iş  
 
çətin. Eşitmədinmi, Çoro deyirdi ki, tezliklə kolxozların işinə baxacaqlar, 
kömək eləyəcəklər. Təzə planlar cızılır. Ancaq sən vaxtından qabaq hökm  
 
çıxarırsan. Axı, biz bu çöl-biyabanda çox şeyi bilmirik... 
Şamdan sonra Tanabay ilxının yanına getdi və gecəyarıyacan orada oldu. Özünü 
söyüb danladı,  
 
hər şeyi yadından çıxarmağa çalışdı, ancaq tövlədə gördüyü mənzərə onu heç 
cür rahat buraxmadı. İlxının dövrəsində at çapıb, çölləri gəzə-gəzə  
 
Tanabay düşündü: “Bəlkə, mən, doğrudan da, səhv eləyirəm? Bəlkə, adamların 
haqqında belə düşünmək olmaz? Əlbəttə, axmaqlayıram. Ona görə ki,  
 
qocalıram, il boyu ilxının dalınca qaçıram, nə gözüm bir şey görür, nə 
qulağım bir söz eşidir. Bəs yaşamaq nə vaxtacan belə çətin olacaq?.. Bircə  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə