Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

O il qışda kolxozda dəyişiklik olmuşdu. Təzə sədr gəlmişdi, Çoro işləri 
təhvil verib rayon  
 
xəstəxanasında yatırdı. Çoronun ürəyi lap korlanmışdı. Çoxdan idi ki, Tanabay 
gedib dostuna baş çəkmək istəyirdi, ancaq vaxt harada idi? Çoban ki  
 
var, çoxuşaqlı ana kimi bir şeydir, xüsusən qış və yaz vaxtları iş-güc onun 
başından aşır. Heyvan maşın deyil ki, açarını burub bağlayasan, çıxıb  
 
istədiyin yerə gedəsən. Buna görə, Tanabay xəstəxana deyə-deyə qaldı, heç cür 
vaxt tapıb gedə bilmədi. İndi işdə onu əvəz eləyən də yox idi.  
 
Köməkçinin yerinə Tanabay arvadını yazdırmışdı, çünki birtəhər dolanmaq lazım 
idi. Doğrudur, kolxozçunun əməkgününə də bir şey vermirdilər, ancaq  
 
necə olsa, iki əməkgününə bir əməkgünündən çox şey düşürdü. 
Caydar – qucağında südəmər uşaq. Onun köməyi nə olacaqdı? Gərək Tanabay 
gecəli-gündüzlü  
 
əlləşəydi, hər şeyi özü eləyəydi. O hələ başqa ilxıçılarla danışıb bir nəticə 
hasil etməmiş, xəbər gəldi ki, Çoro xəstəxanadan çıxıb, gedib evində  
 
oturub. Ər-arvad belə məsləhətə gəldilər ki, onun yanına sonra gedərlər – 
ilxı dağdan enəndə. 
Ancaq ilxı dağdan enəndən sonra, onlar təzə yerdə,  
 
təzəcə yerbəyer olub oturuşanda, elə bir hadisə baş verdi ki, onu Tanabay 
ömürlük unuda bilmədi... 
Məsələ burasındadır ki, şöhrətli olmaq at üçün çox  
 
da asan başa gəlmir. Atın şöhrəti artdıqca rəhbər işçilərin ona olan tamahı 
da artır. 
Bir gün səhər Tanabay ilxını örüşə çıxartdı, nahar eləmək üçün  
 
qayıdıb evə gəldi. O öz balaca qızını dizinin üstündə oturtmuşdu, çay içə-içə 
arvadı ilə ordan-burdan söhbət eləyirdi. İnternata gedib uşağa baş  
 
çəkmək lazım idi, həm də fürsət ikən Tanabay gərək bazara da dəyəydi, orada – 
vağzalın yanında nimdaş şey satanlardan arvadı və uşaqları üçün pal- 
 
paltar alıb gətirəydi. Buna görə də, Tanabay arvadı ilə məsləhətləşdi. 
– Caydar, – dedi, – madam ki, belədir, gərək Gülsarını yəhərləyəm. Yoxsa iş  
 
uzun çəkər, qayıdıb gələ bilmərəm. Bu dəfə minim aparım, daha əl 
vurmayacağam. 
Arvad etiraz eləmədi: 
– Özün bilərsən, – dedi. 
Bu vaxt bayırda tappıltı  
 
eşidildi, kimsə at üstündə gəlirdi. Caydar bayıra çıxıb xəbər gətirdi ki, 
gələn ferma müdiri İbrahimdir və yanında kənddən başqa bir nəfər də gəlib. 
Tanabay könülsüz ayağa durub, uşaq qucağında bayıra çıxdı. Tanabayın atçılıq 
fermasının müdirindən xoşu gəlməsə də, hər halda qonağı qarşılamaq onun  
 
borcu idi. Əslində, bu adamı nə üçün sevmədiyini Tanabayın heç özü də 
bilmirdi. Başqalarına baxanda İbrahim xoşxasiyyət adam idi, ancaq onda nəsə 
bir  


 
sürtüklük də vardı, beləsinin ipinə odun yığmaq olmaz. Bir də, əsas məsələ 
burasında idi ki, İbrahim heç bir iş görmürdü, kağız-kuğuz, yazı-pozu –  
 
fermada əsil atçılıq işi gözə dəymirdi, hər bir ilxıçı öz ixtiyarına 
buraxılmışdı. Bu məsələni Tanabay partiya iclaslarında dəfələrlə qoymuşdu, 
hamı  
 
razılıq eləmişdi, lap İbrahimin özü də razılaşıb tənqid üçün Tanabaya 
təşəkkürünü bildirmişdi, ancaq heç nə dəyişməmişdi. Yaxşı ki, ilxıçılar  
 
vicdanlı adamlar idilər. Onları Çoro özü təyin etmişdi. 
İbrahim atdan düşüb, gülə-gülə Tanabaya əl elədi: 
– Əssəlamü-əleyküm, bəy! – İbrahim  
 
ilxıçıların hamısına bəy deyirdi. 
– Əleyküm-salam! – Tanabay təmkinlə qonağın salamını alıb, gələnlərlə əl-ələ 
görüşdü. 
– Nə var, nə yox? İlxı nə  
 
haldadır, öz canın-başın necədir? – İbrahim həmişəki suallarını yağdırırdı və 
danışıb-güldükcə onun ətli peysəri, həmişəki qayda üzrə, işarırdı. 
–  
 
Qaydasındadır. 
– Şükür Allaha! Siz tərəfdən onsuz da nigarançılığım yoxdur. 
– İçəri buyurun. 
Caydar qonaqlar üçün təzə keçə saldı, bir-iki yumşaq dəri  
 
də gətirib keçənin üstünə atdı ki, qonaqlar rahat otursunlar. İbrahim Caydarı 
da nəzərdən qaçırmadı. 
– Salam, Caydar bəyxanım. Kefiniz-əhvalınız  
 
necədir? Öz bəyinizə yaxşımı qulluq eləyirsiniz? 
Caydar qonaqların salamını aldı. 
– Buyurun, burda əyləşin, – dedi. 
Hamı oturdu. Tanabay xahiş elədi ki,  
 
arvadı kumıs gətirsin. Kumıs gəldi. İçdilər. Ordan-burdan söhbət elədilər. 
– Yenə nə qalıb maldarlıqda qalıb, – deyə İbrahim üyüdüb tökdü. – Burda,  
 
heç olmasa, yaydan-yaya süd olur, ət olur, ancaq çöl işində, yaxud başqa 
işlərdə heç nə yoxdur. Odur ki, ilxıdan, mal-qaradan gərək bərk yapışaq. Düz  
 
demirəmmi, Caydar bəyxanım? 
Caydar başını tərpədib təsdiq elədi, ancaq Tanabay heç bir söz demədi. 
Bunların hamısını o özü yaxşı bilirdi, həm də  
 
Tanabay bu söhbəti İbrahimdən ilk dəfə eşitmirdi, hər yeri düşdükcə İbrahim 
canıyananlıq eləyib deyirdi ki, maldarlığın üstündə əsmək lazımdır. Ancaq  
 
Tanabay başqa şey demək istəyirdi. Demək istəyirdi ki, maldarlıqda da bir şey 
qalmayıb, belə getsə, hər kəs özünə isti yer axtarsa, ət hardan olacaq,  
 
süd hardan olacaq. Camaatın nə təqsiri var? Nə vaxtacan adamlar müftə-
müsəlləh işə gedəcəklər? Məgər müharibəyəcən belə idimi? Bölgü vaxtı camaat  
 


evinə araba-araba taxıl daşıyırdı. Bəs indi necə? Hərə bir boş kisəni əlinə 
götürüb avara-sərgərdan dolanır, deyir görüm harda nə var. Taxılı əkib  
 
becərən də onlar, taxılsız qalan da onlar. Heç belə şey olarmı? İclas eləyib 
vəd verməklə iş aşmaz. Yazıq Çoro camaata çörək yerinə söz verə-verə  
 
ürəyini azara salmadımı? 
Lakin Tanabayın ürəkağrısı ilə düşündüyü bütün bu şeyləri İbrahimə deməyin 
mənası yox idi. Bu saat o, heç cür istəmirdi ki,  
 
söhbət uzansın. Əksinə, qonaqları tez yola salmaq lazım idi, atı yəhərləyib 
evdən vaxtında çıxmaq lazım idi ki, vaxtında da qayıdıb gəlmək mümkün  
 
olsun. Görəsən, bu adamlar nə üçün gəlmişdilər? Soruşmaq da yaxşı deyildi. 
Tanabay üzünü İbrahimlə gəlmiş cavan oğlana tutdu: 
– Səni tanıya bilmirəm, –  
 
dedi, – qardaş oğlu. Rəhmətlik Abalakın oğlu deyilsən ki? 
Elədir, Tanake*, düz tapmısız. 
– İşə bax, gör ömür nə tez gəlib keçir. İlxıya baxmağa  
 
gəlmisən? Nə yaxşı! 
– Yox, biz... 
İbrahim oğlanın sözünü kəsdi: 
– Onu mən gətirmişəm. İş var, sonra danışarıq. Kumısınıza söz ola bilməz, 
Caydar  
 
bəyxanım; özünə də, ətrinə də. Ondan bir fincan da tökün içək. 
Yenə də ordan-burdan söhbət düşdü. Tanabay hiss eləyirdi ki, İbrahimin nəsə 
bir kələyi  
 
var, ancaq bu kələyin nədən ibarət olduğunu ayırd eləmək çətin idi. Nəhayət, 
İbrahim cibindən bir kağız çıxartdı. 
– Biz bura belə bir iş üçün  
 
gəlmişik, Tanake, – dedi, – bu kağızı da sizin üçün gətirmişik. Oxuyun. 
O kağızı Tanabay ürəyində heca-heca oxudu. Oxudu və gözlərinə inanmadı. Əyri- 
 
üyrü xətlə kağızın üstündə bu sözlər yazılmışdı: 
“Sərəncam. 
İlxıçı Bakasova. 
Gülsarı adlı kəhər at minik üçün tövləyə göndərilsin. 
Kolx. sədr. (dolaşıq  
 
qol çəkilmişdir) 5 mart, 1950”. 
Belə gözlənilməz bir xəbərdən dəhşətə gəlmiş Tanabay kağızı dörd büküb 
pencəyinin döş cibinə qoydu və uzun müddət  
 
başını aşağı salıb dinməz-söyləməz oturdu. Cibindəki bir barmaq kağız 
Tanabayın ürəyini üşüdürdü. Əslində isə, heç bir gözlənilməz hadisə baş  
 
verməmişdi. Bu atları Tanabay ondan ötrü bəsləyirdi ki, sonra iş üçün, minik 
üçün başqalarına versin. Bu bir neçə ildə o, briqadalara nə qədər at  
 
göndərmişdi! Ancaq Gülsarını vermək... Belə bir iş Tanabayın qüvvəsi 
xaricində idi və o, təşviş içində düşünüb, atı saxlamaq üçün yollar 
axtarırdı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə