Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

 
gecələrsə sahibi ilxını dərəyə doldururdu və onlar yenə də həmin həyətə 
çapırdılar. Ertəsi gün hələ səhərin gözü açılmamış Tanabay yenə atın belində  
 
hazır olurdu. Gizli yollarla, dar cığırlarla at oğrusu kimi xəlvət çapa-çapa 
onlar gəlib ilxıya yetişirdilər. Atları dərədən çıxarıb bir-bir sayandan  
 
sonra Tanabay özünə gəlirdi. Ancaq atın işi daha çətin idi. Oraya gedəndə də, 
oradan qayıdıb gələndə də sahibi onu tələsdirirdi. Üstəlik, gecənin  
 
qaranlığında, əyri-üyrü cığırlarla yol getmək o qədər də asan məsələ deyildi. 
Fəqət, nə etmək olardı, insan belə istəyirdi. 
Ancaq atın istəyi başqa  
 
idi. Əgər ixtiyarı özündə olsaydı, o, heç vaxt ilxıdan ayrılmazdı. Gülsarı 
əsil ayğıra çevrilirdi. Hələlik o, ilxıdakı burnu yelli bala ayğırlardan  
 
biri ilə gəzib-dolansa da son vaxtlar madyan dalınca qaçanda onların davası 
düşürdü. Tez-tez Gülsarı boynunu əyib, quyruğunu qaldırır, ilxının  
 
qabağında lovğa-lovğa gərdiş eləyirdi. O kişnəyib nərə çəkirdi, madyanların 
budlarını dişləyirdi və bundan, görünür, dişilərin xoşu gəlirdi, onlar  
 
Gülsarının böyrünə qısılıb bala ayğıra acıq verirdilər. Bala ayğır da özünə 
görə deyildi, köhnənin davakarı idi, çox vaxt Gülsarı öz ehtirasının  
 
cəzasını çəkirdi, bala ayğırın qabağından qaçıb can qurtarmalı olurdu. Ancaq 
bu da o uzaq həyətdə tək-tənha dayanmaqdan yaxşı idi. Orada Gülsarı  
 
madyanlar üçün darıxırdı. Xeyli vaxt vurnuxurdu, ayaqlarını yerə döyürdü, 
sonra yorulub sakit dayanmağa məcbur olurdu. Kim bilir, bu gecə səfərləri  
 
nə qədər çəkəcəkdi – əgər o əhvalat olmasaydı... 
O əhvalat gecələrin birində baş verdi, yenə Gülsarı həyətdə idi, ilxı üçün 
darıxırdı, sahibinin  
 
yolunu gözləyirdi. Gülsarı ayaq üstdə mürgüləyirdi, çünki cilovu ucadan 
dirəyə bağlamışdılar, bu halda uzanmaq mümkün deyildi. At hər dəfə başını  
 
əyəndə dəhnələr ağzını kəsirdi, ancaq yuxu da Gülsarını rahat qoymurdu. 
Havada nəsə bir ağırlıq vardı, qara buludlar göyün üzünü almışdı. 
Yarı yuxulu,  
 
yarı oyaq halda Gülsarı birdən-birə ağacların bərk-bərk silkələndiyini hiss 
elədi, sanki, kimsə qəfildən ağacların üstünə düşmüşdü, onları gücü  
 
gəldikcə tərpədirdi. Külək vıy-vıy vıyıldayırdı, həyətdəki boş sərnici 
danqadanq yumbalayırdı, şəriddən pal-paltarı götürüb atırdı. Köpək heybət- 
 
heybət zingildəyirdi, ora-bura vurnuxurdu, girməyə yer axtarırdı. Gülsarı 
hiddətlə fısıldadı, qorxudan qulaqlarını şəkləyib tərpətmədən dayandı. O  
 
yanda – çöl tərəfdə, qara zülmətin içində nəsə şübhəli-şübhəli qaynayırdı və 
nəsə qorxunc bir şey gurultu ilə axışıb həyətə sarı gəlirdi. Sonra nəsə  
 
xarçıldadı, sanki gecəni bir nəhəng ağac kimi ortadan sındırdılar, göy 
guruldadı, ildırım qara buludu cadar-cadar elədi. Yağış töküldü. Gülsarı ilan  


 
vurmuş kimi sıçrayıb, səsi gəldikcə kişnədi. Bu saat onun daxilində əbədi 
instinkt baş qaldırmışdı. İlxı gözünün qabağında dayanmışdı. Belə qorxunc  
 
bir vaxtda o öz nəslinin köməyinə getməli idi. İnstinkt Gülsarını oraya 
çağırırdı və dəhşətə gəlmiş at yüyənin, dəhnənin, onu burada dayanmağa məcbur  
 
eləyən nə vardısa hamısının əleyhinə qiyam qaldırmışdı. O özünü didib-
dağıdırdı, dırnaqları ilə torpağı eşirdi və fasiləsiz kişnəyərək, bu səsə  
 
ilxının da səs verməyini gözləyirdi. Ancaq tufan ulayırdı, vıyıldayırdı, 
ətrafda özgə bir səs eşitmək mümkün deyildi. Kaş Gülsarı o yüyəni qıra  
 
biləydi!.. Tanabay ağ köynəkdə həyətə cumdu, sonra qadın çıxdı, o da ağ 
köynəkdə idi. Bir andaca yağış onların hər ikisini qaraltdı. İldırım çaxdı.  
 
Qadının da, Tanabayın da qorxmuş gözləri göründü. İldırım evi də 
işıqlandırdı, evin açıq qapısı çırpılırdı. 
Bərkdən çığıra-çığıra Tanabay atın üstünə  
 
yeridi. 
– Dayan! Dayan! – O, atı açmaq istəyirdi. Ancaq at heç kimi tanımırdı. 
Gülsarı dişlərini qıcırdıb sahibinin üstünə yeriyirdi, dırnaqları ilə  
 
divarı qazıyırdı, divar sökülüb tökülürdü, sarğı yerindən oynayırdı. Divarın 
dibinə qısıla-qısıla Tanabay birtəhər qabağa yeridi, əlləri ilə başını  
 
tutub özünü ata yetirdi və bərk-bərk yüyəndən yapışıb sallandı. O, ucadan 
qadını çağırdı: 
– Tez ol, ipi aç görüm! 
Bübücan ipi açan kimi Gülsarı  
 
yerindən götürüldü, dikəlib dal ayaqları üstündə fırlanaraq, Tanabayı həyət 
boyunca sürüdü. 
– Tez ol, qamçını gətir! 
Qadın qamçı dalınca qaçdı. Tanabay  
 
qamçını atın baş-gözünə vurdu. 
– Dayan, – dedi. – Dur görüm, öldürərəm səni! – Tanabay yəhərə sıçramaq 
istəyirdi, bu saat o özünü ilxıya yetirməli  
 
idi. Görəsən, orda nələr olmuşdu? Sel ilxını haralara qovub aparmışdı? 
Elə Gülsarı da bunu istəyirdi. Ancaq tez – elə bu saat, bu dəqiqə! İnstinkt  
 
Gülsarını çağırırdı. O, buna görə dik yuxarı qalxmışdı, buna görə kişnəyirdi, 
buradan qaçmaq istəyirdi. 
Yağışsa tökürdü, şırhaşır tökürdü, şimşəkdən  
 
parçalanmış gecəni tufan çulğalayırdı. 
Tanabay bir daha qışqırıb qadına əmr elədi: 
– Yüyəni tut! – dedi və qadın yüyəni tutan kimi o sıçrayıb yəhərin  
 
üstünə düşdü. Hələ Tanabay yəhər üstdə rahatlanmamış at həyətdən götürüldü, 
Bübücan cilovu nə vaxt əlindən buraxdığını bilmədi, uçunub yağış  
 
gölməçəsinə düşdü. 


Daha Gülsarı üçün nə qamçı, nə yüyən vardı, daha o, sahibinin səsini də 
eşitmirdi, gecənin tufanında sel kimi axıb gələn leysan  
 
yağışının arası ilə çapdıqca hansı gizli bir qüvvəsə ona yol göstərirdi. 
Sahibinin tabeliyindən çıxmış at hökmsüz, ixtiyarsız insanı kükrəyən  
 
çaylardan, gurlayan sulardan, kolluqlardan, çökəkliklərdən, dərələrdən 
keçirirdi; çapırdı, durmadan çapırdı. Gülsarı heç vaxt belə sürətlə 
çapmamışdı  
 
– nə o bayram cıdırında, nə də qorxunc keçiqapma oyununda. 
Quduzlaşıb divə dönmüş atın üstündə Tanabay necə çapdığını bilmirdi. Yağış 
alov kimi üzünə  
 
vururdu, sifətini, canını yandırırdı. Tanabayın beynində yalnız bir fikir 
dolanırdı: “Görəsən, ilxı necə oldu? İndi atlar haradadırlar? Allah  
 
eləməsin ki, çayın aşağısına axışsınlar, gedib dəmir yoluna tökülsünlər. 
Toqquşma! Allah, özün kömək ol! Ya babaların ruhu, siz hardasınız, mənə  
 
kömək olun! Yıxılma, Gülsarı, yıxılma! Məni ora yetir, çölə – ilxının 
yanına!” 
Orada – çöldə isə ağ şimşəklər çaxırdı, ağ alov gecənin qaranlığını  
 
itirirdi. Yenə zülmət, yenə tufan, bir yandan yağış, bir yandan külək. 
İşıq, qaranlıq. İşıq, qaranlıq... 
Qızmış at şahə qalxırdı, kişnəyib ağzını  
 
cırırdı. O çağırırdı, səsləyirdi, öz ilxısını axtarırdı: “Ey siz, hardasınız? 
Səs verin!” Bunun cavabında göy guruldayırdı – yenə hücum, yenə  
 
axtarış, yenə tufan... 
İşıq, qaranlıq. İşıq, qaranlıq... 
Tufan səhərə yaxın dayandı. Buludlar yavaş-yavaş çəkilməyə başladı, ancaq 
şərq tərəfdə hələ də  
 
göy guruldayırdı, buludlar gərnəşirdi, toqquşurdu. Cadar-cadar olmuş 
torpaqdan buxar qalxırdı. 
Bir neçə ilxıçı həndəvərdə dolanıb dağılışmış atları  
 
bir yerə yığırdı. 
Arvadısa Tanabayı axtarırdı, daha doğrusu, axtarmırdı, yolunu gözləyirdi. 
Hələ tufan başlayanda o atlanıb qonşularla birgə ərinin  
 
köməyinə getmişdi. İlxını tapmışdılar, qovub qaya arasına yığmışdılar. Ancaq 
Tanabay yox idi. Başqaları zənn etmişdi ki, Tanabay haradasa azıb. Ancaq  
 
Tanabay azmamışdı – bunu arvadı yaxşı bilirdi. İndi qonşu uşağı qışqırıb: 
“Odur, Caydar-apa, gəlir! – deyə qabağa qaçanda qadın yerindən tərpənmədi.  
 
O, atın üstündə dinməz-söyləməz oturub, öz xəyanətkar ərinə tamaşa elədi. 
Tərləmiş atın üstündə Tanabay, papaqsız-filansız, bircə alt köynəyində  
 
hirsli-hirsli gəlirdi. Gülsarının sağ qıçı axsayırdı. 
Uşaq qaçıb qabağa çıxdı: 
– Biz də bayaqdan sizi axtarırıq! – dedi. – Caydar-apa lap narahat  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə