Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

başı da şişib iriləşmiş burnu ilə birgə yoxa çıxdı; kürən at tamam gözdən 
itdi. Ancaq boz at uzun müddət təslim olmaq istəmədi. Özünü tamam üzüb  
 
əldən salanacan o, Gülsarı ilə yanaşı çapdı, yoruldu, geridə qaldı, ancaq 
qəzəbi azalmadı! Beləcə boz at da məğlub oldu, ancaq özünün məğlub olduğunu  
 
o, sonacan boynuna almaq istəmədi. 
Rəqiblər geridə qalandan sonra Gülsarı üçün nəfəs almaq da bir növ asanlaşdı. 
İndi o, adamların toplaşdığı göy  
 
çəməni görürdü, oradakı çayın gümüş parıltısı Gülsarının gözünə düşməkdə idi; 
orada adamlar var səsləri ilə qışqırırdılar və at son gücünü toplayıb o  
 
səsə doğru çapırdı. Hələ yolda gözləyən azarkeşlər də vardı. Onlar at çapıb 
yol üstdə vərdiş eləyirdilər, qışqırıb bir-birinə hay verirdilər. Gülsarı  
 
birdən-birə zəiflədi. Yol gözünə durdu. Daha onun arxadan xəbəri yox idi, ona 
çatan vardımı, yoxdumu – Gülsarı bilmirdi. Qaçmaq get-gedə  
 
çətinləşirdi, atın qüvvəsi tükənirdi. 
Qarşıda isə böyük bir izdiham vardı, atlı və piyadaların iki böyük dəstəsi 
cərgə ilə qabağa yeriyirdi, səs get- 
 
gedə güclənirdi. Birdən at öz adını açıq-aydın eşitdi: “Gülsarı! Gülsarı! 
Gülsarı!..” İnsanların bu çağırış səsi ata qüvvət verdi və o, var gücünü  
 
toplayıb bir daha irəli cumdu. Ah, insanlar, insanlar! Siz nəyə qadir 
deyilsiniz!.. 
Arası kəsilməyən səs-küy və sevinc sədaları altında Gülsarı  
 
cərgə-cərgə düzülmüş adamların arasından keçdi, addımlarını yavaşıdıb 
çəmənlikdə dövrə vurdu. 
Hələ bu harasıydı ki! Gülsarı azca nəfəs alıb özünə  
 
gələn kimi, onu da, sahibini də dörd tərəfdən əhatə elədilər. Səslər yenidən 
ucaldı: “Gülsarı, Gülsarı, Gülsarı!” Atın adı ilə birgə onun sahibinin  
 
də adı eşidildi: “Tanabay! Tanabay! Tanabay!” 
İnsanlar Gülsarıdan asanlıqla əl çəkmədilər. Bir təntənənin dalınca başqa bir 
təntənə gəldi və sevincdən  
 
gözləri parıldayan at başını dik tutub insanların qarşısında məğrur-məğrur 
dolandı. Şöhrətdən məst olmuş Gülsarı meydanda qalib kimi rəqs elədi,  
 
belini oynatdı, qıçlarını tərpətdi, özünün yenidən qaçmağa hazır olduğunu 
insanların qarşısında nümayiş etdirdi. O anda Gülsarı gözəl idi, qüdrətli  
 
idi, məşhur idi və bunu onun özü də yaxşı bilirdi. 
Tanabay izdihamın qarşısından qalib sevinci ilə keçib xeyli vaxt atın üstündə 
cövlan elədi və yenə  
 
yüzlərcə adam eyni səslə “Amin!” – dedi, yüzlərcə əl alınlarda, üzlərdə 
dolanıb salavat çevirdi. 
Bu vaxt Gülsarı, saysız-hesabsız sifətlər içində o  
 
tanış qadının sifətini gördü. Qadın əlini üzünə çəkib salavat çevirəndə at 
onu əlbəəl tanıdı, halbuki bu dəfə Bübücan özünün həmişəki qara şalında  


 
deyildi, başına ağ yaylıq bağlamışdı. Qadın qabaq cərgədə dayanıb sevinclə 
onlara baxırdı və onun xoşbəxt, mehriban gözləri yenə də aylı gecədə çay  
 
dibində görünən daşlar kimi rəng alıb rəng verirdi. Öz köhnə vərdişi ilə 
Gülsarı birbaş qadına tərəf addımladı, o, qadının yanında dayanmaq  
 
istəyirdi; istəyirdi ki, sahibi o qadınla söhbət eləsin, istəyirdi ki, yenə o 
qadın öz mehriban əlləri ilə onun yalını sığallasın, boynunu-başını  
 
qaşısın, axı, o qadının əlləri qəşəng idi, isti idi; o əllər alnında ağ 
ulduzu olan qulanın dodaqları kimi yumşaq idi, həssas idi. Ancaq, nədənsə,  
 
Tanabay atın yüyənini başqa səmtə çəkirdi və sahibinin hərəkətindən heç nə 
başa düşməyən Gülsarı fırlanır, vurnuxur, tanış qadına sarı dartınırdı.  
 
Görəsən, doğrudanmı Tanabay o qadının burada olduğunu görmürdü, axı bu tanış 
qadınla danışmalı idi, mütləq danışmalı idi... 
 
 
İkinci gün, yəni mayın  
 
ikisi də yenə Gülsarının günü oldu. Həmin gün, günortadan sonra, çölün 
düzündə keçiqapma oyunu başlandı. Bu oyun bir növ atüstə futbol oyununa  
 
bənzəyir, fərq bircə burasındadır ki, bu oyunda oyunçular top yerinə, başı 
kəsilmiş keçidən istifadə eləyirlər, çünki keçinin qəzili uzun olur,  
 
davamlı olur və adamlar at üstdə çapa-çapa aşağı əyilib onun qəzilindən, ya 
da qıçından yapışa bilirlər. 
O gün də çöldə, ata-baba dövründən qalma  
 
qədim sözlər eşidildi, nidalar ucaldı. Yenə atlar çapdılar – yer təbil kimi 
çalındı. Atlı azarkeşlər yarışanların dalınca şığıdı, hay düşdü, haray  
 
qopdu. O günün də qəhrəmanı Gülsarı oldu. Bu dəfə o, hələ oyun başlanmamışdan 
diqqət mərkəzində idi, yarışda ən güclü at hesab olunurdu. Buna  
 
baxmayaraq, Tanabay onu son çarpışma üçün qoruyub saxlayırdı, çünki savaş 
hələ qabaqda idi. Bir azdan atlılara əlbəyaxa olmaq icazəsi veriləcəkdi:  
 
kim daha cəld idisə, keçini qapıb öz kəndinə aparacaqdı. Son savaşa icazə 
verilməsini hamı səbirsizliklə gözləyirdi, çünki oyunun bütün məğzi bunda  
 
idi, üstəlik, son savaşda iştirak etməyə hamının ixtiyarı vardı, burada hər 
kəs öz bəxtini sınaya bilərdi. 
Hələlik atlılar keçi ilə məşq eləyirdilər.  
 
Saralmış may günəşi isə uzaq qazax çöllərində ağır-ağır batmaqda idi. Batan 
günəş eynən yumurta sarısına bənzəyirdi, yumurta sarısı kimi tox idi,  
 
yumru idi və ona göz qırpmadan baxmaq olurdu. 
Qazaxlar və qırğızlar, yəhərlərdən asılıb çapa-çapa, ta axşamacan keçinin 
cəmdəyi ilə oynadılar, onu  
 
bir-birlərinin əlindən qapdılar. Gah yığışıb hay-küylü bir dəstə oldular, gah 
dağılışıb çölə-düzə səpələndilər. 


Axşam düşəndə, uzun, ala-bula kölgələr  
 
yerdə alay-alay qaçışmağa başlayanda, qocalar son savaşa icazə verdilər. Keçi 
ortalığa qoyuldu. Savaş başlandı. 
Atlılar hər tərəfdən keçinin üstünə  
 
axışdı, cəmdəyi yerdən götürmək üçün onlar komalaşdılar, çarpışdılar. Ancaq 
belə bir vurhavurda bu işin öhdəsindən gəlmək o qədər də asan deyildi.  
 
Qızmış atlar bir-birini dişləyirdilər, onların heç biri o birinə aman vermək 
istəmirdi. Nəfəsi daralmış Gülsarı inləyirdi, qaçıb asudəliyə çıxmaq  
 
istəyirdi, ancaq Tanabay keçinin cəmdəyini heç cür ələ keçirə bilmirdi. 
Birdən kimsə heybət-heybət qışqırdı: “Qoymayın, qazaxlar apardılar!” Köynəyi  
 
cırılmış cavan bir qazax bir qızmış qara kəhərin üstündə sıçrayıb ortadan 
çıxdı. Keçini üzənginin altında ayaqları ilə bərk-bərk tutaraq, birbaş  
 
qaçmağa üz qoydu. 
Atlılar yerbəyerdən qışqırdılar: – Qoymayın! Qara kəhəri qoymayın! Tez ol, 
Tanabay, çatsan sən çata bilərsən! 
Qara kəhər minmiş qazax  
 
keçini üzəngidən sallada-sallada atını günbatan səmtə çapdı. Elə çapdı ki, 
elə bil, günəşin özünə çatacaqdı, qarışıb günün şüasında əriyəcəkdi. 
Ancaq  
 
sahibi Gülsarını hələ də saxlamışdı, niyə saxlamışdı – at bilmirdi. Ancaq 
Tanabay öz işini yaxşı bilirdi. Axı, böyük bir atlı dəstəsi qazax igidinin  
 
dalınca çapırdı, atlılar öz həmyerlilərinin köməyinə gedirdilər, onlar qara 
kəhərdən aralanınca gözləmək lazım idi. Bu boyda atlı dəstəsinin  
 
əhatəsində əldən getmiş qəniməti heç bir qüvvə ilə ələ keçirmək olmayacaqdı. 
Yenə ümid təkbətək savaşa qalırdı. 
Münasib vaxt çatan kimi Tanabay atın  
 
cilovunu buraxdı. Gülsarının irəli cummağı ilə axışıb köməyə gedən qazax 
atlılarının geridə qalmağı bir oldu. Gülsarı ilə qara kəhərin arasındakı  
 
məsafə o saatca qısaldı, çünki qara kəhərin ağır yükü vardı, ona çatmaq asan 
idi. Tanabay Gülsarını qazax atlısının sağ cinahına yönəltdi. Keçi qara  
 
kəhərin sağ yanında, qazax atlısının ayaqları arasında idi. Onlar lap 
yaxınlaşdılar, keçinin qıçından yapışmaq üçün Tanabay əyilib əlini irəli  
 
uzatdı. Ancaq qazax böyük cəldliklə ovu sağ yanından sol yanına aşırdı. Yenə 
atlar günbatan tərəfə çapdılar. İndi Tanabay bir qədər aralanıb qazax  
 
atlısına sol tərəfdən hücum etməli idi. Gülsarını qara kəhərdən ayırmaq çətin 
olsa da, Tanabay bir qədər aralandı, qazağın soluna keçdi. Ancaq qazax  
 
bu dəfə də çox cəld tərpəndi, keçini sağ cinahına aşırdı. Vəcdə gəlmiş 
Tanabay qışqırıb: 
– Əhsən! – dedi və atlar yenə də günəşə doğru səyirtdilər. 
Tanabayın bu dəfəki rəqibi çox güclü rəqib idi. Ancaq daha vaxtı itirmək 
olmazdı. Tanabay öz atını qonşu atın lap böyrünə dirədi, əyilib qara kəhərin  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə