Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

Tanabay qaşları çatılmış halda, hirsli-hirsli kolxoz idarəsindən çıxanda, 
yəhərin üstündə  
 
qəzəblə oturub, yüyəni acıqla çəkəndə onun ürəyindən nələr keçdiyini at 
bilmirdi. Bircə onu duyurdu ki, sahibinin kefi yaxşı deyil. Tanabay atı heç  
 
vaxt döyməsə də, belə vaxtlarda Gülsarı ondan qorxurdu və yolda həmin qadını 
görən kimi hiss eləyirdi ki, sahibinin kefi yaxşılaşacaq, bilirdi ki,  
 
aramla gedə-gedə onlar nə haqdasa astadan söhbət eləyəcəklər; qadın öz balaca 
əlini Gülsarının boyun-başında gəzdirəcək, onun boynunu, yalını  
 
sığallayacaqdır. Görəsən, dünyada o cür mehriban əlləri olan ikinci bir adam 
vardımı? O əllər qəşəng idi, isti idi, alnında ağ ulduzu olan qulanın  
 
dodaqları kimi yumşaq idi, həssas idi. Dünyada heç kəsin gözləri o qadının 
gözlərinə bənzəmirdi. Tanabay yəhərdən əyilib xısın-xısın danışanda o  
 
gözlər gah gülür, gah da doluxsunurdu. Qadın başını silkələyib özünün nədənsə 
narazı olduğunu bildirirdi; bu vaxtlar onun gözləri gah yanır, gah  
 
sönür, gözlər aylı gecədə çay dibində görünən daşlar kimi rəng alıb, rəng 
verirdi. Vidalaşıb gedəndə də qadın çevrilib geri baxırdı və yenə  
 
əvvəlkitək başını bulayırdı. 
Ondan ayrılandan sonra Tanabay fikirli olurdu. O, cilovu ehmalca əlində 
saxlayır, öz löhrəm yerişi ilə at istədiyi kimi  
 
çapıb gedirdi. Belə vaxtlarda Gülsarı üstündə adam oturduğunu hiss eləmirdi. 
Hər kəs ayrılıqda, hər kəs öz aləmində, mahnı da öz-özünə qoşulub  
 
gəlirdi. Astadan, əlaqəsiz, qarışıq sözlərlə, aram-aram yeriyən atın ayaq 
səsləri altında Tanabay çoxdan ölüb gedənlərin qəmindən-qüssəsindən oxuyur,  
 
atsa tanış yola çıxıb düzlər keçir, çaylar aşır, Tanabayı dağlara aparırdı... 
Sahibinin bu qeyri-adi halını Gülsarı sevirdi, onu dəyişən,  
 
başqalaşdıran qadına da atın özünə məxsus məhəbbəti vardı. Gülsarı o qadını 
yerişindən tanıyırdı, onun görkəmini, boyunu-buxununu uzaqdan seçə  
 
bilirdi; hətta öz həssas burnu ilə at o qadında hansı bir naməlum otunsa 
qəribə, ecazkar ətrini duyurdu. O ətir mixək ətri idi. O qadının boynunda  
 
mixək muncuğu vardı. 
Atın qadına olan qəribə ünsiyyətini Tanabay da hiss eləyirdi. 
– Görürsənmi, at sənə necə mehr salıb, Bübücan, – deyirdi. –  
 
Görürsənmi, necə sevir səni. Sığalla, yaxşı-yaxşı sığalla. Bir gör necə 
qulaqlarını sallayıb. Elə bil buzovdur dayanıb. Ancaq ilxıda bunun əlindən  
 
atlar zara gəliblər. Aç burax gör nələr eləyir – it kimi didib tökür ilxını. 
Elə buna görə yəhər altda saxlayıram, qorxuram atlar vurub şikəst eləyə.  
 
Çünki çox cavandır hələ. 
Qadınsa öz aləmində olurdu. Susurdu. Sonra fikirli-fikirli deyirdi: 
– Bəli, at sevir. 
– Demək istəyirsən ki, başqaları sevmir? 


–  
 
Onu demirəm. Bizim sevib-sevilmək vaxtımız keçib. Mənim sənə yazığım gəlir. 
– Bu nə olan sözdür? 
– Sən elə adam deyilsən, Tanabay, sonra çətin olacaq  
 
sənin üçün. 
– Bəs sənin üçün çətin olmayacaq? 
– Mənə nə var ki? Dul arvadam, ərim davada ölüb. Ancaq sən... 
Tanabay zarafata salırdı: 
– Mən də Təftiş  
 
Komissiyasının üzvüyəm. Səni görmüşəm, bir para vacib faktları 
aydınlaşdırıram. 
– Axır vaxtlar fakt aydınlaşdırmağa yaman girişmisən. Allah axırın  
 
xeyir eləsin. 
– Mən yazığın nə təqsiri var, canım? Yoldur da, sən də gedirsən, mən də. 
– Mən öz yolumnan gedirəm. Bizim yolumuz başqa-başqadır. Yaxşı,  
 
mən getdim. Tələsirəm. 
– Dur görüm, Bübücan! 
– Hə, durdum, nə deyirsən? Lazım deyil, Tanabay, nə mənası var? Sən ki ağıllı 
adamsan. Bilirsən ki, mən nə  
 
çəkirəm, sən də bir yandan başlamısan. 
– Mən sənə düşmənəm, nəyəm? 
– Sən özünə düşmənsən. 
– İndi mən necə anlayım bunu? 
– Necə istəyirsən anla. 
Qadın  
 
çıxıb gedirdi, Tanabaysa hər dəfə bir şeyi bəhanə eləyib at üstdə kəndin 
küçələrini dolanır, dəyirmana girir, məktəbə baş çəkir və o qadını bir daha,  
 
heç olmasa uzaqdan-uzağa görmək üçün dövrə vurub qayıdırdı. Hər səhər işə 
gedəndə Bübücan uşağını qayınanasının yanında qoyurdu, işdən çıxandan sonra  
 
o, uşağın əlindən yapışır və yavaş-yavaş onlar özlərinin kəndin lap 
qurtaracağındakı evlərinə tərəf gedirdilər. Onun arxasınca baxa-baxa Tanabay  
 
qadının hər bir hərəkətində nəhayətsiz doğmalıq duyurdu. Yerişi, duruşu, 
hətta onun çevrilib arxaya baxmamaq üçün göstərdiyi səy də Tanabaya doğma  
 
görünürdü. Belə vaxtlarda Tanabay qadının qara şal içində görünən ağ sifətinə 
tamaşa eləməkdən doymurdu; onun yanınca gedən balaca qız, qızın dalınca  
 
qaçan xırdaca köpək – hər şey, hər şey Tanabay üçün nəhayətsiz dərəcədə doğma 
olurdu. 
Sonra qadın həyətə girib gözdən itirdi və qalan şeyləri birbəbir  
 
Tanabay at üstdə gedə-gedə öz-özünə təsəvvür eləyirdi: Bübücan indicə qapının 
qıfılını açacaqdı, nimdaş sırıqlı pencəyini çıxarıb atacaq, bircə əyin  
 
paltarında suya gedəcəkdi. O, ocaq qalayacaqdı, uşağı yuyundurub 
yedizdirəcəkdi, axşamüstü naxırı qarşılayıb inəyi gətirəcək, gecə isə 
qaranlıq  


 
otaqda tək-tənha uzanıb özünü də, Tanabayı da inandıracaqdı ki, onlar bir-
birini sevə bilməzlər. Ona görə sevə bilməzlər ki, Tanabay evlidir, ona  
 
görə sevə bilməzlər ki, onların sevişmək vaxtı keçib, ona görə sevə bilməzlər 
ki, Tanabayın arvadı yaxşı arvaddır və belə bir arvadın ərinə yaraşmaz  
 
ki, başqalarının dalınca düşsün. 
Tanabay düşünürdü: “Deməli, qismət deyilmiş”, – bu fikirdən onun qanı 
qaralırdı və sonsuz üfüqlərə baxa-baxa o, hər  
 
şeyi unudub, qədim mahnılar oxumağa başlayırdı. Mahnı oxuya-oxuya Tanabay heç 
vaxt qurtarmaq bilməyən kolxoz işlərini unudurdu, əyni-başı tökülmüş  
 
uşaqlarını yaddan çıxarırdı; dostları, düşmənləri, neçə illərdən bəri onu 
danışdırmayan ögey qardaşı Qulubayı, tez-tez yuxusuna girib canına üşütmə  
 
salan davanı – hər şeyi, hər şeyi Tanabay unudurdu. Atsa gedirdi, çayları 
sahibindən xəbərsiz keçirdi, təpələri sahibindən xəbərsiz aşırdı. Gülsarı  
 
ilxının yanında olduğunu hiss eləyib, sürətini birdən-birə artıranda Tanabay 
özünə gəlirdi. 
– T-r-r, Gülsarı, hara qaçırsan?! – deyirdi və yüyəni  
 
çəkib yığırdı. 
 

 
Bütün çətinliklərə baxmayaraq, o çağlar Tanabay üçün də, at üçün də ən gözəl 
çağlar idi. Atın şöhrəti futbolçunun şöhrətinə bənzəyir.  
 
Dünən həyət-bacada top oynayan bir uşaq, bu gün birdən-birə hamının sevimlisi 
olur, mahir futbol ustaları ondan danışırlar, minlərcə, milyonlarca  
 
adam hər yerdə onun söhbətini eləyir. Vurduğu topların sayı ilə birgə 
futbolçunun şöhrəti də artır. Sonra o, tədricən futbol meydanını tərk eləyir 
və  
 
büsbütün unudulub gedir. Dünən hamıdan çox əl çalıb, hamıdan bərk qışqıranlar 
bu gün onu hamıdan tez yaddan çıxarırlar. Məşhur futbolçunun yerini  
 
başqa birisi tutur. Atın da şöhrət yolu belədir. At da o vaxtacan məşhur olur 
ki, cıdırlarda birinci gəlir, yarışlardan qalib çıxır. Fərq bircə  
 
burasındadır ki, atın paxıllığını çəkən olmur. Atlar paxıllıq eləməyi 
bacarmırlar, insanlar isə, şükür allaha, hələ ki, atların paxıllığını  
 
çəkmirlər. Halbuki paxıllığın da, necə deyərlər, müxtəlif yolları var. 
İnsandan qisas almaq üçün atın dırnağına mıx çalanlar da olub. Eh, paxıllıq,  
 
paxıllıq!.. Nə isə, lənət şeytana!.. 
Qoca Torqayın dediyi düz çıxdı. O yaz Gülsarının şöhrəti dilə-ağıza düşdü. 
Onu tanımayan yox idi, qoca da  
 
tanıyırdı, cavan da: “Gülsarı!”. “Tanabayın atı”, “Kəndin yaraşığı”... 
Hələ “r” hərfini deyə bilməyən uşaqlar da kəndin tozlu küçələrində “Gülsarı  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə