Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

Hətta onu da, – o arvad ki Tanabayın əhvalını həmişə dəyişirdi, o arvad ki 
hər rastına çıxanda Tanabay atı addım-addım getməyə məcbur eləyirdi, – heç  
 
o arvadı da Tanabay bir dəfə də ata mindirməmişdi. Ya da kim bilir, bəlkə 
arvadın özü də bunu istəmirdi. 
O il Tanabayı kolxozun Təftiş Komissiyasına  
 
üzv seçmişdilər. Tanabay tez-tez kəndə gedirdi və demək olar ki, hər dəfə o 
arvadla görüşürdü. Kolxoz idarəsindən çıxanda çox vaxt Tanabay acıqlı  
 
olurdu. Bunu Gülsarı onun səsindən, gözlərindən, əl-qolunun hərəkətindən hiss 
eləyirdi. Ancaq o arvadı görən kimi Tanabayın əhvalı dəyişirdi. 
Belə  
 
vaxtlarda Tanabay Gülsarını qaçmağa qoymurdu: 
– Yavaş, a heyvan, – deyirdi, – hara qaçırsan! – Pıçıltı ilə deyirdi və 
qızmış atı sakitləşdirib,  
 
addım-addım arvadın yanınca sürürdü. 
Gedə-gedə onlar nə haqdasa astadan pıçıldaşırdılar, ya da susurdular, səssiz-
səmirsiz yeriyirdilər. Belə  
 
vaxtlarda sahibinin qəlbindəki yüngüllüyü, səsindəki hərarəti, əlindəki 
mehribanlığı at da hiss eləyirdi. Buna görə də Gülsarı o arvadla yanaşı  
 
getməyi xoşlayırdı. 
Axı at haradan biləydi ki, kolxozda vəziyyət xarabdır, kolxozçuların 
əməkgününə heç nə düşməyib və bütün bunlara görə onun sahibi  
 
Tanabay Bakasov hər dəfə kolxoz idarəsinə girəndə əsəbiləşir, Təftiş 
Komissiyasının bir üzvü kimi o, hər şeylə maraqlanır, deyişir, dalaşır, 
soruşub  
 
bilmək istəyir ki, bəs nə vaxt bu işlərə son qoyulacaq, elə bir təsərrüfat nə 
vaxt qurulacaq ki, həm dövlətə bir şey düşsün, həm də camaat havayı  
 
işləməsin. 
Keçən il məhsul qıtlığı olmuşdu, mal-qara üçün yem çatışmırdı. Bu il 
Tanabayın kolxozu dövlətə başqa kolxozların da yerinə, plandan əlavə  
 
taxıl və mal-qara vermişdi ki, rayon pis vəziyyətdə qalmasın. Sonra necə 
olacaqdı, kolxozçu hansı ümidlə işə gedəcəkdi – məlum deyildi. Vaxt keçirdi,  
 
adamlar az qalırdı davanı yaddan çıxarsın, ancaq camaat hələ də öz bağı-
bostanı ilə dolanırdı, kolxozdan oğurluq eləyib birtəhər baş girləyirdi.  
 
Daxılda pul da yox idi: nə satılırdı ziyan gətirirdi – taxıl da, süd də, ət 
də.  
Heyvandarlıq yaydan-yaya dirçəlirdi, ancaq qış düşən kimi hər şey  
 
batıb gedirdi, soyuq bir yandan, aclıq bir yandan – mal-qara qırılıb tələf 
olurdu. Gərək tezliklə tövlələr tikiləydi, otu-samanı yığmaq üçün mərəklər  
 
hazırlanaydı, ancaq heç bir tikinti materialı yox idi və o material, sanki, 
heç vaxt olmayacaqdı. Üstəlik, davadan sonra gör vəziyyət hara gedib  
 


çıxmışdı? O adamlar ki böyük bazarların yolunu tanıyırdılar, kartof, mal-qara 
alveri eləyirdilər, ev tikən, dam-daş salan da ancaq onlar idi.  
 
Belələri böyük bir qüvvəyə çevrilmişdi, onlar üçün tikinti materialı da 
tapılırdı. 
– Yox, yoldaşlar, belə şey ola bilməz, burada nəsə qaydasında  
 
deyil, nəsə bizim əl-ayağımıza dolaşır. Mən inanmıram. İnanmıram ki, belə 
olsun! Ya özümüz kələfin ucunu itirmişik, ya da bizə düzgün rəhbərlik  
 
eləmirlər. 
Hər dəfə kolxoz idarəsinə gələndə Tanabay bu söhbəti salırdı və hər dəfə də 
kolxozun hesabdarı kağız-kuğuzu çıxarıb onun gözünə soxurdu: 
–  
 
“O” nədir? Nədir o düz olmayan? Bu sən, bu da plan, götür bax... Aldığımız 
bu, verdiyimiz bu, bu sənin debetin, bu sənin kreditin, gəlirin bu,  
 
çıxarın bu... Daha nə istəyirsən? Əvvəlcə yaxşı-yaxşı öyrən, sonra danış. 
Bircə sən kommunistsən, yerdə qalanlar xalq düşmənidir, eləmi? 
Söhbətə  
 
başqaları da qarışırdı, mübahisə düşürdü, səs-küy qalxırdı və Tanabay başını 
əlləri arasına alıb dəhşət içində düşünür, heç bir qərara gələ bilmirdi.  
 
Kolxozun dərdini Tanabay təkcə kolxozçu olduğuna görə çəkmirdi – burada başqa 
məsələlər də vardı. Adamlar vardı ki, hələ Tanabayla keçmişin haqq- 
 
hesabını çürütməmişdi. Tanabay bilirdi ki, indi onlar xısın-xısın gülürlər və 
hər dəfə rastlaşdıqca ona baxışları ilə meydan oxuyurlar: hə, indi  
 
necəsən, de görək indi nə deyirsən? “Bəlkə yenə qolçomaqlarla mübarizəyə 
girişəsən? Ancaq gözlə ha, əlin boşa keçər, daha aparılası bir şey qalmayıb.  
 
Niyyətin hara – mənzilin ora. Uf, sən gərək davada gəbərəydin, ürəyinə güllə 
dəyəydi!.. 
Tanabay da öz baxışı ilə onların cavabını verirdi: dayanın,  
 
əclaflar, dayanın, onsuz da biz deyən olacaq! Əslini, kökünü axtarmağa 
dursan, Tanabaya nifrət eləyən o adamlar heç özgə də deyildilər. Biri elə  
 
Tanabayın ögey qardaşı Qulubay idi. Saçı-saqqalı ağarmış Qulubay hələ 
müharibədən qabaq yeddi il Sibirdə yatıb gəlmişdi. Onun oğulları da xalis 
özünə  
 
çəkmişdilər, Tanabaya ürəkdən nifrət eləyirdilər. Axı niyə də onlar Tanabayı 
sevəydilər? Özləri bir yana dursun, onların lap övladları da, bəlkə,  
 
Tanabayın nəsilbənəslinə lənət oxuyacaqdı. Bütün bunlar səbəbsiz deyildi. 
Əhvalat köhnənin əhvalatı olsa da, adamların ürəyində kin-küdurət hələ də  
 
yaşayırdı. Məgər Qulubayla o cür rəftar eləmək lazım idimi? Məgər o, ala-
babat güzəran keçirən ortabab kəndli deyildimi? Bəs qardaşlıq, bəs qan  
 
məsələsi? Axı ayrı-ayrı anadan doğulsalar da, onlar bir atanın övladları 
idilər, qırğız adətincə belələri doğma qardaş hesab olunurdu. Deməli,  
 


Tanabay öz nəslinə xilaf çıxmışdı, bunun üstündə o vaxtlar Tanabaya nələr 
deməmişdilər? İndi bu məsələni camaat min cür səmtə yozurdu. Bəs onda? Onda  
 
Tanabay yalnız kolxoz üçün belə bir işə əl qatmışdı. Lazım idimi, lazım 
deyildimi? Əvvəllər doğru iş tutduğuna Tanabay heç vaxt şübhə eləməmişdi,  
 
ancaq müharibədən sonra o, hərdən başqa cür düşünürdü. Bəlkə səhv eləmişdi? 
Bəlkə artıq düşmən qazanmışdı – özünə də, kolxoza da. 
Hər dəfə kolxoz  
 
idarəsinə gələndə Tanabay əlləri ilə başını tutub düşünməli olurdu. Adamlar 
onu fikirdən ayırırdılar, əvvəlki söhbətə qaytarırdılar. 
– Nə yatmısan,  
 
Tanabay, dursana, – deyirdilər və hər şey təzədən başlanırdı: gərək peyin qış 
qurtarmamış çölə daşınaydı. Təkər yox idi, deməli, qarağac alınmalıydı  
 
ki, arabalara təkər qayrılsın, təkərlər üçün çənbər dəmiri alınmalıydı. Ancaq 
necə, hansı pulla, kredit veriləcəkdimi, necə veriləcəkdi? Axı bank  
 
quru sözə inanmırdı. Köhnə arxlar təmir olunmalı idi, təzə arxlar 
qazılmalıydı, bütün bunlar asan iş deyildi. Qışda camaat belə işə getmirdi, 
yer  
 
donurdu, qazılmırdı. Yazda isə vaxt çatmırdı – səpin, döl, alaq işi; gözünü 
yumub açmamış biçin başlanırdı... Bəs qoyunçuluq? Bir örtülü dam yox idi  
 
ki, ora qoyun qatasan, törəsin, artım versin. Mal fermasında da vəziyyət 
bundan yaxşı deyildi. Dam-daş uçub tökülürdü, yem çatmırdı, sağıcılar  
 
işləmək istəmirdilər. Axı, niyə də işləyəydilər – səhərdən axşamacan çalışıb-
çapalayırdılar, aldıqları nə idi? Hələ nə qədər başqa işlər vardı, kəm- 
 
kəsir vardı. Düşünəndə adamın tükləri qabarırdı. 
Buna baxmayaraq, onlar ruhdan düşmürdülər; partiya yığıncaqlarında, heyət 
iclasında hər şeyi dönə- 
 
dönə müzakirə eləyirdilər. Kolxoz sədri Çoro idi. Çoronun qədrini Tanabay 
ancaq sonralar bilmişdi. Tənqid eləmək, hay-küy salmaq, görünür, asan  
 
məsələ imiş. Tanabay yalnız at üçün, ilxı üçün cavabdeh idi, Çoro isə bütün 
kolxoza cavab verirdi. Bəli, möhkəm adam idi, Çoro. Təsərrüfatın lap  
 
bərbad vaxtlarında rayonun rəhbər işçiləri əllərini stola döyüb onu 
hədələyəndə də, camaat yaxasından yapışanda da Çoro özünü itirmirdi. Onun 
yerində  
 
olsaydı, Tanabay ya dəli olardı, ya da özünü öldürərdi. Ancaq Çoro dözdü, 
təsərrüfatı güc-bəla ilə idarə eləyib axıracan, xəstə ürəyi tamam üzülüb  
 
qurtaranacan dözdü; üstəlik, iki il də partorq işlədi. O, adamları inandıra 
bilirdi, camaatla dil tapıb danışmağı bacarırdı. Onun sözlərini eşidəndə  
 
Tanabay inanırdı ki, hər şey düzələcək, yaxşılaşacaq, lap onların cavanlıqda 
düşündükləri kimi olacaqdır. Cəmisi bircə dəfə onun Çoroya olan inamı  
 
qırılmışdı, ancaq bunun da günahı Tanabayın özündə idi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə