Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

kimi” qaçırdılar: “Mən Gülsalıyam... Yox, Gülsalı mənəm... Ana, buna deynən 
ki, mən Gülsalıyam... Çu, iləli, a-i-i-y, mən Gülsalıyam”... 
Şöhrətin mə  
 
demək olduğunu Gülsarı özünün ilk yarışındaca hiss elədi. O yarış mayin 
birində oldu. 
Geniş çəməndəki mitinqdən sonra çay kənarında oyun başlandı.  
 
Orada adam əlindən iynə salmağa yer yox idi. Adamlar dağlardan axışıb 
gəlmişdi. Qonşu sovxozdan, hətta Qazaxıstandan da gələnlər vardı. Qazaxlar öz  
 
atlarını nümayiş etdirirdilər. 
Camaat deyirdi ki, müharibədən sonra belə şənlik olmayıb. 
Həmin gün, hələ səhər tezdən Tanabay üzəngini, tapqırı  
 
diqqətlə yoxlayıb atı yəhərləyəndə onun gözlərinin parıltısından, əllərinin 
titrəməsindən Gülsarı hiss eləmişdi ki, nəsə qeyri-adi bir iş olacaq.  
 
Tanabay bərk həyəcan keçirirdi, o, atın yalını, telini darayıb sığallayır, 
elə hey pıçıldayırdı: 
– Bura bax, Gülsarı, bizi xəcalətdə qoymayasan. Özünü  
 
biabır eləməyəsən ha, eşidirsənmi? Belə şey bizə yaraşmaz, aç qulağını eşit! 
O günün qeyri-adi bir gün olacağı, sanki, havadan da bilinirdi, adamlar  
 
ucadan danışırdılar, hamı əl-ayağa düşmüşdü. Qonşu köçəbələrin ilxıçıları 
atları yəhərləyirdilər. Ata minmiş uşaqlar fasiləsiz bağırışır, çapıb  
 
ətrafda cövlan eləyirdilər. 
Sonra ilxıçılar tökülüşüb gəldilər, hamı bir yerə yığışıb çaya sarı axışdı. 
Çəmənlikdə gördüyü mənzərə Gülsarını büsbütün  
 
çaşdırmışdı. Burada saysız-hesabsız at vardı, adam vardı. Çəmənlikdə, çayda, 
çaylaq yaxınlığındakı təpənin üstündə səs-küydən qulaq batırdı.  
 
Əyinlərdəki paltarlar, başlardakı yaylıqlar, qırmızı bayraqlar və ağ qadın 
çalmaları adamın gözlərini qamaşdırırdı. Atların belinə ən yaxşı yəhərlər  
 
qoyulmuşdu. Dəhnələr, üzəngilər, atların boyun-boğazını bəzəyən gümüş pullar 
cingildəyirdi. 
Qaçmağa hazır dayanmış atlar bir-birinin böyrünə düzülüb,  
 
həvəsdən ayaqlarını yerə döyür, dırnaqları ilə torpağı qazaraq yürüşə 
tələsirdilər. Oyuna rəhbərlik eləyən qocalar dörd bir yanda at çapırdılar. 
Gülsarı hiss eləyirdi ki, get-gedə səbri tükənir, öz gücünün, qüvvəsinin 
əlində aciz qalır. Ona elə gəlir ki, içinə alov doldurulub və o alovdan  
 
xilas olmaq üçün tezliklə irəli cummalı, harasa çapdıqca çapmalıdır. 
Buna görə də hakimlər hazırlıq işarəsi verəndə və Tanabay yüyəni buraxanda at  
 
sürətlə irəli çapdı, ortalıqda fırlanıb hansı səmtə qaçacağını müəyyən eləmək 
istədi. Dörd bir tərəfdən səslər ucaldı: “Gülsarı! Gülsarı!..” 
Bu böyük  
 
təntənədə iştirak etmək istəyənlər hər yandan yığılıb gəlmişdilər. Cıdırda 
əlliyəcən atlı vardı. 
Oyunun baş hakimi əlini yuxarı qaldırdı, təntənəli  


 
surətdə elan elədi: 
– Qoy camaat sizə xeyir-dua versin! 
Başlarını ülgüclə qırxdırıb, alınlarını bərk-bərk sarımış atlılar açıq 
əllərini yuxarı  
 
qaldıraraq, cərgə ilə ətrafa toplaşan adamların qarşısından keçdilər, 
yüzlərcə adam eyni səslə: “Amin!” – dedi və yüzlərcə əl alınlarda, üzlərdə  
 
dolanıb salavat çevirdi. 
Sonra atlar asta-asta çəmənliyin doqquz verstliyində olan starta doğru 
axışdılar. Çəməndə isə başqa atlar hərəkətə gəldilər –  
 
piyadalarla süvarilərin cəngi başlandı; yəhərdənsalma, çapa-çapa pulqapma və 
başqa yarışlar qızışdı. Ancaq bütün bunlar hələ giriş idi, əsas şənlik,  
 
əsas məsələ orada – atların çapdığı yerdə olacaqdı. Gülsarı qaça-qaça 
hiddətlənirdi. Görəsən, sahibi niyə onu saxlayırdı, niyə Gülsarını var gücü 
ilə  
 
qaçmağa qoymurdu? Ətrafda başqa atlar çaxnaşırdılar. Onların bu qədər çox 
olmağı və hamısının qaçmağa tələsməyi Gülsarını qəzəbləndirirdi; o,  
 
hirsindən zəncir gəmirir, tələsdiyindən tir-tir əsirdi. 
Nəhayət, start yerində atlar cərgə ilə baş-başa düzüldü, o cərgənin boyunca 
hakim at çapıb  
 
boya-boy gəzindi və dayanıb ağ yaylığını yuxarı qaldırdı. Hamının gözü o 
yaylıqda idi. Nəhayət, yaylıq havada yelləndi. Atlar hərəkətə gəldi və  
 
onlarla birgə Gülsarı da od içində irəli cumdu. Atların ayaqları altında 
torpaq təbil kimi çalındı, toz havaya qalxdı. Süvarilərin hay-küyü,  
 
çığırtısı ətrafı bürüdü, qızışmış, havalanmış atları irəli səyirtdilər. Təkcə 
Gülsarı dördnala çapa bilmirdi, öz löhrəm yerişi ilə gedirdi. Onun gücü  
 
də bunda idi, gücsüzlüyü də. 
Əvvəl atlar dəstə ilə qaçırdılar, ancaq bir neçə dəqiqə keçməmiş bir-birindən 
aralandılar. Atların nə vaxt aralandığını  
 
Gülsarı görmədi, bircə onu gördü ki, öyrənişli qaçağan atlar onu ötüb 
keçirlər, ondan irəlidə gedirlər, yola çıxırlar. İrəlidə gedən atların ayağı  
 
altından qalxan isti çınqıl və gil parçaları Gülsarının üz-gözünə dəyirdi. 
Ətrafda başqa atlar çapırdılar, atlılar çığırışırdılar, açılan tatarı  
 
səsindən qulaq batırdı və toz get-gedə artıb düzü-dünyanı bürüyürdü. Toz 
bulud kimi havaya qalxırdı, atlıların başı üzərində duman süzürdü. Havadan  
 
tər iyi, qızışmış daş iyi, ayaqlanmış yovşan qoxusu gəlirdi. 
Yolun az qala yarısınacan atlar beləcə çapdılar. İrəlidə onacan at dəhşətli 
bir sürətlə  
 
çapırdı, onları ötüb keçmək mümkün deyildi. Ətrafdakı atlıların səsi get-gedə 
uzaqlaşırdı, daldakılar get-gedə daha da dalda qalırdılar, ancaq  
 


Gülsarının hiddəti azalmırdı, çünki başqa atlar hələ də irəlidə gedirdilər və 
boynundakı yüyən onu istədiyi kimi çapmağa qoymurdu. Küləkdən və  
 
qəzəbdən Gülsarının gözləri qaralırdı, yer ayaqları altında sürətlə süzür, 
sürətlə uzaqlaşırdı. O çapdıqca, sanki, Günəş də ona doğru çapır, göydən  
 
od-alov tökülürdü. Gülsarı başdan-ayağa isti tər içində idi və canından tər 
axdıqca o, daha da yüngülləşir, daha da qıvraqlaşırdı. 
Nəhayət, elə bir  
 
vaxt gəlib yetişdi ki, öyrənişli qaçağan atlar gücdən düşüb yavaşıdılar, 
Gülsarı isə hələ təzə-təzə qızışırdı. O öz sahibinin səsini eşidirdi: “Çu,  
 
Gülsarı, çu!” və at var qüvvəsi ilə irəli cumduqca ona doğru çapan Günəşin də 
sürəti artırdı. Gülsarı özündən qabaqdakı atlara çatır, onları bir-bir  
 
ötüb keçir, at sahiblərinin qəzəbli sifəti, havaya qaldırılmış qamçılar, 
tövşüyən, dişləri ağaran atlar arxada qalırdı. Daha dəhnə və yüyən Gülsarıya  
 
mane olmurdu, indi onun belində, sanki, nə yəhər, nə də adam vardı; atda 
yalnız qaçmaq həvəsi qalmışdı, bu həvəslə Gülsarı od tutub yanırdı. 
Buna  
 
baxmayaraq, Gülsarıdan qabaqda iki at hələ də yanaşı çapırdı, birinin bomboz 
rəngi vardı, o biri kürən at idi. Sahiblərinin çığırtısı və qamçı  
 
zərbələri altında onlar bir-birinə aman vermədən çapırdılar. 
Bu qüdrətli atlara çatmaq üçün Gülsarı çox çapdı və nəhayət, yolun yoxuş bir 
yerində  
 
onları geridə qoydu. Təpəciyin üstündən Gülsarı dalğa üstdən aşanlar kimi 
aşdı və elə bil bir anlığa o, havadan asılı qaldı. Gülsarının ürəyi  
 
yerindən oynadı, günün işığı atın gözlərini daha bərk qamaşdırdı və sürətlə 
üzüyenişə çaparkən Gülsarı arxadan gələn atların ayaq səsini eşitdi.  
 
Həmin atlar idilər – boz və kürən. İkisi də qabağa çıxmaqda idi. Onlar 
Gülsarını hər iki tərəfdən haqlayıb onunla az qala çiyin-çiyinə dayandılar və  
 
bir addım da geri qalmadan Gülsarı ilə yan-yana çapmağa başladılar. 
Beləcə xeyli vaxt atlar eyni sürət və eyni yerişlə baş-başa çapdılar və bütün 
bu  
 
vaxt ərzində Gülsarıya elə gəldi ki, onlar tərpənmirlər, yerimirlər, hansı 
naməlum bir qüvvəsə onları hərəkət etməyə qoymur. Yoxsa atlar bir-birini  
 
bu qədər yaxından görə bilərdimi? Gülsarı yanınca çapan hər iki atın 
gözündəki odu-alovu görürdü, onların irəli uzanmış başları, çeynənmiş, 
didilmiş  
 
dəhnə və yüyənləri Gülsarının gözü qabağında idi. Boz at olduqca qəzəbli 
görünürdü; o, inadla qabağa baxırdı, ancaq kürən özünü itirmişdi, çaşqın  
 
halda yan-yörəsinə göz gəzdirirdi. Birinci geridə qalan da elə o oldu. Kürən 
atın əvvəlcə çaşqın və müqəssir gözləri arxada qaldı, sonra onun iri  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə