Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
qulaqlarını şəkləyirdi. Onun ot üstdə ağnamağı gəlirdi; örüşdə atlarla birgə 
otlamağı, atılıb-düşməyi gəlirdi. Ancaq Tanabay hələ də məclisdə  
 
oturmuşdu. 
O, evdən, nəhayət ki, həyətə çıxdı, qaranlıqda yırğalana-yırğalana Gülsarıya 
yaxınlaşdı. Tanabayın ağzından tünd, yandırıcı iy gəlirdi.  
 
Gülsarı çox nadir hallarda bu iyi sahibinin nəfəsində duyurdu. Axı, at 
haradan biləydi ki, bir il keçəcək və ağzından müdam bu cür iy gələn bir 
adamı  
 
o öz belində daşıyacaq, o adama da, o murdar iyə də nifrət eləyəcəkdir? 
Tanabay atın başına sığal çəkib, əlini tərliyin altına soxdu. 
– Hə, qardaş, bir  
 
az soyumusan! – dedi. – Necə? Yorulmusan? Mən də yorulmuşam, it kimi 
yorulmuşam. Yaxşı, tərs-tərs baxma görək, pis iş görməmişəm ki, sənin 
sağlığına  
 
içmişəm bir az. Bayramdır. Bir az olar. Yadında qalsın, qardaş, mən öz 
həddimi bilən adamam. Davada da bilmişəm. Yaxşı, yaxşı, özünü yığışdır, 
gözümə  
 
düz bax. Bu saat dağa çıxarıq, yaxşıca dincələrik... 
O, atın tapqırını bərkitdi, evdən çıxan adamlarla sözləşib-xudahafizləşdi, 
hərə öz atına minib  
 
getdi. 
Tanabay həyətdən çıxanda kəndin küçələri yuxuya getmişdi. İşıqlar sönmüşdü. 
Tam sakitlik idi. Haradasa, lap uzaqda, tırıldayan traktorun səsi  
 
zorla eşidilirdi. Ay çıxmışdı, bağlarda almaların çiçəyi ağarırdı, haradansa 
bülbül səsi gəlirdi. Nədənsə, bütün kənddə bircə bülbül vardı. O  
 
oxuyurdu, susub öz səsinə qulaq asır, sonra nəğməsinə təzədən başlayırdı. 
Tanabay atı saxladı. 
– Sən bir gözəlliyə bax! – dedi. – Sakitliyə bax! Bülbül  
 
oxuyur, vəssalam! Özgə səs-səmir yoxdur. Fikir verirsənmi, Gülsarı? Eh, sənə 
nə var! Sənə ilxı lazımdır. Ancaq mən... 
Onlar dəmirçi dükanının yanından  
 
ötdülər, indi gərək kəndin ayağındakı küçədən keçib çaya enəydilər, dağlara – 
ilxının yanına yol oradan gedirdi. Ancaq, nədənsə Tanabay Gülsarının  
 
başını ayrı səmtə çevirdi. Atı kəndin ortası ilə sürüb, küçənin axırında, o 
tanış qadının yaşadığı evin qabağında saxladı. Xırdaca köpək hürə-hürə  
 
onların üstünə gəldi, sonra səsini kəsib quyruğunu buladı. Tanabay susdu, 
nəsə fikirləşdi. Sonra o, ah çəkib atın cilovunu tərpətdi və onlar təzədən  
 
yola düzəldilər. 
Kənddən çıxıb çaya sarı enən kimi Tanabay atı tələsdirməyə başladı. 
Gülsarının özü də tələsirdi, tezliklə küçəboyu çatmaq, ilxıya  
 


qarışmaq istəyirdi. Çəmənliyi keçdilər. Çaya endilər. Gülsarının ayağındakı 
nallar qum üstündə xırçıldadı, soyuq su atın qıçlarını üşütdü. Ancaq  
 
sahibi onu çayı keçib sahilə çıxmağa qoymadı. Heç gözlənilmədən Tanabay bərk-
bərk atın cilovunu çəkdi, Gülsarını geriyə döndərdi. Gülsarı başını  
 
silkələyib inad göstərdi – sahibi, yəqin ki, səhv eləmişdi. Axı, niyə də 
onlar geri qayıtmalı idilər? Bu qədər yol getmək olardımı?! Ancaq Tanabay  
 
qamçını qaldırıb atın belinə ilişdirdi. Belə şeydən Gülsarının heç xoşu 
gəlmirdi. Hirsindən yüyəni gəmirə-gəmirə at könülsüz geri döndü. Yenə həmin  
 
çəmənlik, yenə həmin yol, yenə onlar həmin evin qabağında dayandılar. 
O evin qabağında Tanabay yenə də yəhərin üstündə qurcalanırdı, gah cilovu  
 
çəkirdi, gah üzəngini tərpədirdi, heç özü də nə elədiyini bilmirdi. Sonra 
onlar darvazanın lap ağzında dayandılar. Əslində burada darvaza yox idi.  
 
Köhnə darvaza yerində bir-iki əyri ağac qalmışdı. Yenə it hürə-hürə qaçıb 
onların üstünə gəldi və yenə səsini kəsib, quyruğunu buladı. Evdə işıq  
 
sönmüşdü, səs-səmir kəsilmişdi. 
Tanabay yəhərdən düşüb, atı da dalınca çəkdi, həyətə girib pəncərənin 
şüşəsini ehmalca çıqqıldatdı. İçəridən: 
– Kimdir?  
 
– dedilər. 
– Mənəm, Bübücan, aç qapını. Eşidirsənmi, Bübücan, mənəm! 
Evdə çırağı yandırdılar, pəncərəyə zəif işıq düşdü. Bübücan qapıya çıxdı. O,  
 
əyninə ağ don geymişdi, yaxası açıq idi. Bübücanın qara saçları çiyninə 
səpələnmişdi, ondan qadın bədəninin isti qoxusu və o naməlum qəribə otun iyi  
 
gəlirdi. 
– Bu nə işdir? Haradan belə, gecənin bu vaxtı? 
– Bağışla, oyunumuz gec qurtardı. Bərk yorulmuşam. At da lap əldən düşüb, 
gərək bir yerə  
 
bağlayım, dursun, özün bilirsən ki, köçəbə uzaqdır. 
Bübücan susdu. 
Yenə onun gözləri aylı gecədə çay dibində görünən daşlar kimi rəng alıb, rəng 
verdi.  
 
İndi qadın Gülsarıya yaxınlaşmalı idi, onun boynuna-başına sığal çəkməli idi, 
ancaq bu dəfə nədənsə o, ata yaxın gəlmədi. Bübücan üşüyüb çiyinlərini  
 
oynatdı. 
– Soyuqdur, – dedi və xısın-xısın gülümsəyib əlavə elədi: – Niyə durmusan? 
Madam ki belədir, keç içəri. Eh kişilər, kişilər! Sən orda  
 
səhərdən at çapırsan, mən də burda ürəyimi yeyə-yeyə oturmuşam. Təzədən uşaq 
olmusan. Yaxşı, gəl, içəri keç! 
– Bu saat gəlirəm. Qoy atı yerbəyer  
 
eləyim. 
– Bağla ora – divarın dalına. 


Tanabay atı divarın dibinə çəkdi. Gülsarı öz sahibini heç vaxt bu halda 
görməmişdi – Tanabayın əlləri əsirdi. O,  
 
yüyəni tələsə-tələsə atın boynundan çıxartdı, ancaq tapqırların üstündə çox 
əlləşdi, birini boşaltdı, o birini eləcə qoyub getdi. 
Onlar içəri girdilər  
 
və pəncərədəki işıq söndü. 
Belə yad bir yerdə tək-tənha dayanmağa Gülsarı öyrənməmişdi. 
Aydınlıq idi. At başını qaldırıb divarın üstündən, uzaqlarda  
 
süd kimi ağaran dağlara baxırdı. Öz həssas qulaqları ilə Gülsarı ən adi 
xışıltıları belə eşidirdi. Arxda su şırıldayırdı. Haradasa, uzaq çöllərdə  
 
yenə həmin traktor tırıldayırdı və yenə həmin tənha bülbül bağlarda nəğmə 
oxuyurdu. Qonşu həyətdəki almanın çiçəkləri meh əsdikcə səpələnir,  
 
Gülsarının yalına, boynuna, başına tökülürdü. 
Gecənin toranı tədricən çəkilib getməkdə idi. Yorulub əldən düşmüş at 
ayaqlarını fasiləsiz qaldırıb  
 
qoyur, ağrısını, ağırlığını gah bu qıçının, gah o qıçının üstünə salaraq, 
səssiz-səmirsiz, sahibinin yolunu gözləyirdi. Bundan sonra hələ çox-çox  
 
gecələri bu həyətdə gecələyəcəyini Gülsarı bilmirdi. 
Tanabay dan söküləndə evdən çıxdı, yüyəni öz isti əlləri ilə Gülsarının 
başına keçirdi. Onun  
 
əllərindən də indi o naməlum otun ecazkar qoxusu gəlirdi. 
Sonra onlar vidalaşdılar. Qadın Tanabayın qoynuna sığındı və Tanabay onu 
öpdükcə öpdü. 
– Nə  
 
yaman dalayan saqqalın var, – deyə qadın xısın-xısın dilləndi. Sonra o, 
Tanabayın qoynundan çıxdı. – Tələs, – dedi, – gecdir, işıqlanır. – Bübücan  
 
çevrilib getmək istədi, Tanabay arxadan çağırdı: 
– Bura gəl, Bübücan, gəl atın başını tumarla. Gör necə altdan-altdan sənə 
baxır, bayaqdan tumar  
 
gözləyir. 
– Buy, başıma xeyir, lap yadımdan çıxıb ki, – deyə qadın gülümsədi. – Bura 
bax, xalis alma çiçəyinə bülənib! – Yenə o, Gülsarını xoş  
 
sözlərlə dindirdi. Əlləri ilə atın boynuna-başına sığal çəkdi: o əllər ki, 
qəşəng idi, isti idi, alnında ağ ulduzu olan qulanın dodaqları kimi yumşaq  
 
və həssas idi. 
Onlar çayı keçəndən sonra Tanabay oxumağa başladı. Bu yolları mahnı ilə 
getmək o gün də Gülsarıya xoş gəlirdi, həm də o gün Gülsarı  
 
bərk tələsirdi, örüşə çatmaq istəyirdi, ilxıya yetişmək istəyirdi. 
Gülsarının şöhrət qazandığı həmin may ayı onun sahibi üçün də unudulmaz bir 
dövr  
 
oldu. O vaxtdan Tanabay gecə növbəsinə keçdi, bununla da Gülsarının, necə 
deyərlər, gecə həyatı başlandı. O, gündüzlər otlayırdı, dincəlirdi,  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə