Qulu məHƏRRƏMLİ



Yüklə 1,65 Mb.
səhifə54/65
tarix25.06.2018
ölçüsü1,65 Mb.
#51762
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

 

 

      İSTİQAMƏTLƏNMİŞ      İŞIQ    (directional   



Ughting)    -    bax 

Yönəldilmiş işıq. 

      İSTİLİK FİLTRİ, İSTİLİK SAXLAYAN   

BLENDA    (heat 

veriable resistor) - film kanalımn qızmasını 

məhdudlaşdıran qurğujj 

güclü işıq mənbəyi    olan kinoproyeksiya 

aparatlannda,    yaxud tək> 

kadrm proyeksiyasınm istifadəsində tətbiq edilir. 

      İŞ    CƏDVƏLİ    (time-table/shedule)    - 

mürəkkəb iş-istehsalat 

mexanizminə    malik    olan    kino    və    teleradioda   

istehsalm    vəi 

əməkdaşların fəaliyyətinin düzgün tənzimlənməsi 

üçün tərtib edilmiş 

cədvəl; kinoda tərtib olunan spesifik cədvəl. İ.c. 

çəkilişə hazırhq, 

çəkiliş və montaj dövrünü əhatə edir. TVR-də bu, 

gündəlik səciyyə 

daşıyır. Xüsusən TV-də yayım və istehsalın idarə 

olunması çətindir. 

Burada      proqramın      hazırlanmasında   

redaktorlar,      rejissorlar, 

aparıcılar, qrim işçiləri, işıqçı, operator, texniklər, 

səs mühəndisləri 

və səs operatorlan iştirak edirlər. Hər bir hissənin 

işinin dəqiq yerinə 

yetirilməsi üçün cədvəl (qrafik)    tərtib olunur. Bu 

cədvəl proqramın 




 

274 


və nömrənin yaranmasında iştirak edən hər bir şəxs 

üçün mütləqdir. 

      İŞ REJİMİ (On-line)    -    kompüterin    real 

vaxtda şəbəkəyə 

qoşulmuş vəziyyəti. 

      İŞARƏ      (sign)      -    informasiyanın    obyektiv     

məzmununun 

sabitüyinə    deyil,    məlumatı göndərənlərin    və   

alanların    mətnə 

verdikləri mənaların nisbiliyinə, dəyişkənliyinə və 

plüralizminə daha 

Çox    əhəmiyyət verən    TV,    radio, kinonun 

semiotik vasitələrinin 

məcmusu.    İ.    anlayışı altmda, mətnlərin 

yaradıcılan ilə    onlann 

resipiyentləri    arasında kommunikativ    əlaqə və 

qarşılıqlı    dialoq 

fəaliyyətinin      fasiləsiz    generativ    prosesində     

məna    plüralizmi 

təzahürünün      məqamlarından    biri    kimi   

nəzərdə    tutula    bilər. 

Semiotiklərin    fikrincə, İ.-lər gerçəkliyi    tam əks   

etdirmir, yalnız 

işarələrarası münasibətlər sisteminə tabe olaraq   

onlann mahiyyətini 

şərti olaraq ifadə edirlər. Buna    görə    də onlan 

gerçəklik    aləminə 

pəncərələrlə deyil, dünya    xəritələri ilə müqayisə 

edərək, üç əsas işarə 

tipini fərqləndirirlər: 1) ikonik (icon) - göstərilən 

obyektin bənzərini 



 

 

(fotoqrafiya) qismən nəzərdə tutan işarələr; 2) 



indeks (index) - işarə 

ilə obyekt arasında birbaşa əlaqə (tüstü - alov 

göstəricisi); 3) simvol 

(symbol) - həm əlaqənin,    həm də bənzəyişin 

yoxluğu (söz - rəmzdir). 

      İŞÇİ    STANSİYA (work station)    -    EHM-də   

lokal    kompüter 

şəbəkəsiniri komponentlərindən biri;    şəbəkə 

istifadəçisinin iş yefi 

kimi işlədilən fərdi kompüterlər.    İ.s.-ya    olan 

tələbat şəbəkədə həll 

edilən məsələnin    xarakteristikası,    hesablama 

prosesinin    təşkil 

çlunma prinsipi və s. amillərlə müəyyən edilir. 

      İŞIĞIN ADDİTİV SİNTEZİ (additive color 

synthesis) - müəyyən 

nisbətdə götürülmüş    üç    əsas rəngin    optik   

cəmlənməsi vasitəsilə 

müxtəlif rəng çalarlarının    alınması.    Additiv   

sintezin əsas rəng 

standartlan kimi RQB rəngləri qəbul olunub. 

Bunlar xətti cəhətdən 

müstəqildirlər, yəni onlardan heç biri digər   

ikisinin optik qarışığı 

zamanı ahna bilməz. 

      İŞIĞIN    DİSTORSİYASI    (light distortion) - 

şüa    axınlarının 

məhdudlaşdıncı    diafraqmadan    keçməsi zamanı   

işığın    düzxətli 



 

276 


yayılmasımn    pozulması.    Difraksiya zamanı işıq   

sanki maneənin 

kənarından əyilərək, düzxətli olduğuna görə 

şüaların düşə bilmədiyi 

sahələrə yayılır. Hərçənd difraksiya    işığın    hər 

cür diafraqmadan 

keçməsi zamanı baş versə də, yalnız kiçik yanqlar 

olduqda nəzərə 

çarpır. 

      İŞIĞIN ƏSAS    ADDİTİV RƏNGLƏRİ   

(elementary    additive 

colors)    -    qırmızı,    yaşıl və mavi rənglərdir. TV 

ekranında təsvirə 

diqqətlə nəzər yetirdikdə müəyyənləşir ki, rəngli 

görüntü aldanışı üç- 

üç qruplaşmış on minlərcə    rəngli nöqtənin 

hesabına yaranır. Hər 

qrupa qırmızı, yaşıl və mavi nöqtələr daxildir. Hər 

nöqtədəki rəngin 

dolğunhığundan asılı olaraq arzulanan ümumi rəng 

təəssüratı alınır. 

      İŞIĞIN    GÜCÜ      (light      density)    - işıq   

axınının    müəyyən 

istiqamətdə sıxlığı.    İ.g.    anlayışı yalnız işığın 

başlanğıc (mənbə) 

nöqtələrinə aid edilə bilər. İ.g.-nün ölçü vahidi 

kandeladır (kd). 

      İŞIĞIN KEYFİYYƏTİ    (light efficiency) - 

işığın    tərkibindəki 

elektromaqnit şüalanma tezlikləri onun 

k e y f i y y ə t i ,  işığın 



 

 

üraumi    parlaqlığı isə onun    i ş ı q 1 ı 1    ı ğ    ı   



sayılır. Keyfiyyətə və 

işıqlılıga müxtəlif üsullarla nəzarət edilir. 

      IŞIGIN SƏPİLMƏŞI (light    splitting) - 

mürəkkəb (məs.,    ağ) 

işığın müxtəlif uzunluqlu dalğaların şüalanması 

üçün eyni olmayan 

sınma göstəricisi nəticəsində smma    mühitindən   

keçməsi    zamam 

monoxromatik    axınlara parçalanması. Bütün 

şəffaf materiallar 

səpilməyə    (dispersiyaya)    malikdir    və    işıq 

yalnız    boşluqdan    öz 

tərkibinin    mürəkkəbliyindən    asılı    olmayaraq   

dispersiyasız    keçir. 

Dispersiya linzalı obyektlərin xromatik 

aberrasiyasının nəticəsidir. 

      İŞIQ (light/Uluminance)    -    1) ətrafı 

işıqlandıraraq onu gözlə 

görünəcək hala salan şüa enerjisi; nur, ziya; 2) kino 

və TV-nin bədii 

ifadə vasitələrindən    biri;    380...760 nm. 

uzunluqlu    dalğaları    olan 

elektromaqnit    titrəyişlərinin    doğurduğu     

psixofizioloji    duyğu. 

Təbiətdə bilavasitə işıq şüalandıran (ilkin işıq 

mənbələri) və inikas 

edən işıqla (təkrar işıq mənbələri) işıqlanan 

mənbələr mövcuddur. 

İlkin işıq mənbələri işığın gücü və parlaqlığı ilə 

səciyyələnir. V i d e o  




Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə