Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


MƏSUM İMAMLARIN (əleyhis-salam) HÖKUMƏTİ NECƏ İDİ?



Yüklə 2,38 Mb.
səhifə4/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   2   3   4   5   6   7   8   9   ...   47

MƏSUM İMAMLARIN (əleyhis-salam) HÖKUMƏTİ NECƏ İDİ?

Siz mülahizə edin: əgər xalqın həzərəti Əli (əleyhis-salam) ilə rəftarı bu cür olmuşdursa, onda İmam Həsən (əleyhis-salam) ilə necə olacağını gözləyirsiniz?

Buna görə də görürük ki, İmam Həsən (əleyhis-salam)-ın rəftarı ilk əvvəldə dəqiq surətdə hesab-kitabla, məxsus proqram üzrə irəliləyir. Çünki onun dövranı təkcə İslam tarixinin deyil, həm də dünya tarixinin ən həssas və böhranlı dövrüdür ki, kiçik bir hadisə baş verdikdə böyük bir faciəinin üz verməsi gözlənilirdi.

Əgər biz şiə mədəniyyəti və imamət ideyaları ilə tanış olsaq görərik ki, zülm, sitəm, məkr, hiylə, aldatma, yalan, hoqqabazlıq, saxtakarlıq və siyasi oyunlar ilə birgə olan qeyri-qanuni hökumət hər hansı adla olsa belə, imamət məktəbi nəzərindən rədd olunaraq məhvə məhkum olunmuşdur. Məsum imamın imaməti elə bir hökumətdir ki, bütün əyriliklərdən, eybəcərliklərdən uzaq olmalı; o hökumətdəki xalq isə siyasət oyunları və hoqqabazlıq prinsiplərinə ehtiyac duyulmamalıdır. Xalq məsum imamın hökumətində öz imamlarının ilahi əmrlərini qəbul etməyə hazırlıqlı olmalı və canla-başla onların əmrlərinə qulaq asıb itaət etməlidir. Amma İmam Həsən (əleyhis-salam), haqqı istəməyən, ilahi məqsəd və məramların arxasınca getməyən, doğruluq, sədaqətlilik yerinə yalanı daha çox bəyənən bir xalqla üzbəüz idi. Müaviyənin hökuməti başdan-başa saxtakarlıq əsasında idi. İslam və insaniyyətin ziddinə olan hər yoldan istifadə edirdi ki, xalqı hökumətinin himayəçiləri kimi siyasi səhnədə saxlaya bilsin.



KUFƏNİN COĞRAFİ VƏZİYYƏTİ

İmam Həsən (əleyhis-salam)-ın yaşadığı dövrü araşdırarkən o zamanın coğrafi mühitini də bəyan etmək lazımdır. Əgər Kufə şəhərinin ictimai vəziyyəti və mövqeyi təhlil olunarsa, Həzrət Əli, İmam Həsən, İmam Hüseyn (əleyhimüs-salam)-ın dövranlarında və hətta sonrakı dövranlarda baş vermiş çoxlu hadisələrin aydınlaşmasına səbəb olar, çoxlu müəmmalı hadisələri aşkar edə bilər.

Kufə şəhərinin əsası 17-ci hicri ilində, Ömərin xilafəti zamanında qoyulmuşdur. O, 15-ci ildə İranın Qadisiyyə və sonrakı ildə Cəlula döyüşündə fəth olunmasından sonra qüvvələrin baş komandanı olan Səd ibni Əbi Vəqqasa əmr etdi ki, orada qalsın. Ömərin bu işdən məqsədi öz qüdrət dairəsini fəth olunmuş ərazilərdə (İran sərhədlərinə tərəf) genişləndirmək üçün münasib şərait yaranana qədər möhkəmlətmək idi. Bu səbəbdən Səd ibni Əbi Vəqqas ərəb qüvvələrini Sasani padşahlarının paytaxtı olan Mədaində yerləşdirdi. Amma tezliklə məlum oldu ki, bu yer iqlimin rütubətli və qoyun, inək və at sürülərinin otarılması üçün şəraitin çətin olduğuna, açıq səhra mühitinin azlığına görə ərəblər üçün qənaətbəxş deyildir. Buna görə də Ömər məktubda Sədə yazdı ki, qoşunu Mədaindən elə bir yerə aparsın ki, ərəblərin həyat tərzlərinə uyğun gəlsin, onların ehtiyaclarını təmin edə bilsin. Səd Salman Farsi və Hüzeyfət ibni Yəmanin köməyi ilə Fəratın qərb sahilində qədim Fars və Hiyrə şəhərinə yaxın olan vadini seçdi. Bundan sonra Səd öz qüvvələrinə əmr etdi ki, çadır qurub oranı özləri üçün yaşayış məntəqəsi seçsinlər. Bu, Kufə şəhərinin salınmasının başlanğıcı idi. Çoxlu adamın bu şəhərə gəlməsi ilə müxtəlif çətinliklər qarşıya çıxdı. Bu çətinliklərin əksəriyyəti İslam və Quran əsasında həll olunmurdu. Səd bu çətinlikləri araşdırdıqdan sonra Ömərlə məsləhətləşərək Kufənin cəmiyyətini yeddi təzə dəstəyə bölüb nizama saldı. Bu bölgü qohumluq əsasında olmaqla ərəb soy-kökünü tanıyan iki mütəxəssisin köməyi ilə yerinə yetirildi. Bu cür bölgü ərəblərin İslamdan qabaqkı dövranlara məxsus olan bölgülərinə, qəbiləvi bölgü prinsipinə daha çox oxşayırdı. (Belə ki, o qəbilələrdə siyasi birliklər zəif ittifaqa əsaslanıb əsas etibarı ilə məqsədsiz şəkildə qurulurdu.) Maddi, siyasi və mədəni imkanlar da məhz bu bölgülər əsasında bölüşdürülürdü.

Bu bölgü 19 il davam etdi və Həzrət Əli (əleyhis-salam)-ın 36-cı ildə Kufəyə gəldiyi zaman o Həzrətin vasitəsi ilə ləğv edildi. Bu iş də öz növbəsində qəbilə başçılarının etirazlarına səbəb oldu və müxalifətlər başlandı.



İRANLILAR KUFƏDƏ

Diqqət mərkəzindən yayınmayan və hökmən qeyd olunmalı məsələlərdən biri də iranlıların Kufə şəhərində olmasıdır. Kufənin əhalinin say baxımından formalaşmasının ikinci əsas səbəbi iranlıların orada olması idi. Mədainin fəth olunmasında, Qadisiyyə müharibələrində və nəhayət böyük Nəhavənd müharibəsində İran qoşunlarının böyük əksəriyyəti ərəblərə əsir düşərək qul kimi Kufəyə gətirildilər. Əsir olunanların çoxu İslam dinini qəbul edərək öz sahiblərinin əlindən xilas oldular. Amma əvvəlki kimi ağalarının həmpeymanı olub onların hesabına dolanırdılar.

İranlıların Kufədə olmasının digər səbəbi bu şəhərin coğrafi cəhətdən İran şəhərlərinə yaxın olması idi. Kufə şəhəri iranlıların köç etməsi üçün daha əlverişli, münasib idi və onlar üçün yeni-yeni imkanlar yaratdı. Beləliklə Sasani imperiyasının süqutundan sonra kəndlilərin çox hissəsi öz torpaqlarının qeyri-münbit olduğunu görüb təzə iş tapmaq üçün inkişaf etməkdə olan şəhərlərə yola düşürdülər.

Kufə onlar üçün daha çox cəzbedici idi. Bundan əlavə, orada çoxlu qadın var idi ki, ərəb fatehlərinə nəsib olmuşdu. Bu qadınlar onları əsir edənlərlə ailə qurmuş, onlar üçün uşaq dünyaya gətirmişdilər. Bunun nəticəsində 20 ildən az bir müddətdə, bu şəhərdə cavan nəsil yaranmışdı ki, ana tərəfdən iranlı idilər. Diqqəti cəlb edən məsələlərdən biri də bu idi ki, Kufə iranlıları şəhərin ictimai mühitində öz ərəb həmyerliləri ilə bərabər deyildilər. Onlara məvali, yəni gəlmələr və ya azad edlmiş qul deyirdilər. İctimai baxımdan aşağı təbəqədə olmalarını göstərən bu terminə görə iranlılar yerli əhalinin nəzərində ikinci təbəqə sayılırdılar. Şəhər sakinlərinin cahiliyyət dövrünə məxsus olan qəbilə bölgüsü əsasında bölünməsinin zəif nöqtəsi bu idi ki, onların iddiaları qədim varlılıq, qüdrətlilik və rəhbərlik etdikləri qəbilələrə məxsus olan üslub əsasında idi. İslami qanun və meyarlar ümumiyyətlə nəzərə alınmırdı. Bu səbəbdən Kufədə qüdrət qəbilə başçılarının əlində idi. Onların əksəriyyəti Ömər və Osmanın hökumət üsulunun davam etdirilməsini istəyən qəbilə başçıları olub Həzrət Əli (əleyhis-salam)-ın hakimiyyəti dövründə daha çox ruhi əzabda idilər və Müaviyə ilə məxfi şəkildə təmas saxlayırdılar. Xüsusilə də həkəmiyyətdən (münsiflər məhkəməsindən) sonra Müaviyə çalışırdı ki, onlara imtiyaz, pul və sərvət verməklə qələbə çalsın. Onlar da gücləri çatan qədər öz məqsədlərinə kömək etmək üçün fikirləşirdilər. Bilirdilər ki, Həzrət Əli (əleyhis-salam)-ın Kufəni qərargah seçməsi ilə mənafeylərinə ciddi zərbə dəyəcəkdir. Buna görə də o Həzrətə qarşı laqeyd, Müaviyəyə isə rəğbətli idilər. Öz imtiyazlı mövqelərini, saysız-hesabsız mənfəətlərini ona meyl etməkdə görürdülər.

Həzrət Əli (əleyhis-salam)-ın şəhadəti və İmam Həsən (əleyhis-salam)-ın iş üstünə gəlməsindən sonra bu dəstələr yaranmış fürsətdən istifadə erərək Müaviyə ilə əl-ələ verdilər ki, əhli-beyt (əleyhis-salam)-ın vilayətinin kökünü kəssinlər. Buna görə Müaviyə xaricdən, bu daxili düşmənlər isə daxildən hücuma başlayıb işi gələcəkdə oxuyacağınız həddə çatdırdılar.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə