85
5. Keçmiş peyğəmbərlərin və ümmətlərin, Həzrət Adəm (ə) və İblisin
hekayətlərindən daha çox danışılması;
6. “Yə͂ əyyuhənnə͂s” xitabının “Yə͂ əyyuhəlləẕi͠nə ə͂mənu͂” xitabından daha çox
işlənməsi:
1
Bu barədə bəzi quranşünaslar deyib: “Ümumiyyətlə, hər hansı surədə “Yə͂
əyyu hənnə͂s” xitabı işlənibsə, bu surə “məkki”dir. Lakin belə deyil, çünki
“Bəqə rə” surəsinin “mədəni” surə olmasına baxmayaraq, onun 21-ci və 168- ci
ayələrində “Yə͂ əyyuhənnə͂s” xitabı mövcuddur. Həmçinin “mədəni” surə olan
“Nisa” surəsinin 1-ci ayəsində “Yə͂ əyyuhənnə͂s” xitabı vardır.
İbn Hisar demişdir: ““Həcc” surəsinin “məkki” surələrdən olduğu hamılıqla qəbul
edilir, halbuki, bu surənin 77-ci ayəsində “Yə͂ əyyuhəlləẕi͠nə ə͂mənu͂” xitabı mövcuddur.”
2
7. Məkki ayə və surələr kəskin bəyana malikdir.
8. İnsanların dini və əxlaqi dəyərlərə, o cümlədən, sevgiyə, ixlasa, başqalarına
ehtirama, qonşuya əl tutmağa, valideynə yaxşılığa və s. dəvət olunması, qarşı
tərəfdən isə çirkin əməllərdən və rəzilliklərdən, o cümlədən, qətl törətmək və qan
tökməkdən, yetimin malını yeməkdən və s. çəkindirilməsi.
Qeyd edək ki, “Bəqərə” və “Ali-İmran” surələri istisna olmaqla, “muqəttə`ə
hərflər” ilə başlayan bütün surələr “məkki”dir.
“Mədəni” surələrdə əksər hallarda mövcud olan xüsusiyyətlər bunlardır:
1. Surələrin və surələrdəki ayələrin uzun olması;
2. Kitab-əhlinə etiraz;
3. Münafiqlərə etiraz;
4. Cihad və onun hökmləri barədə olan ayələrin çoxluğu;
5. Vacib əməllərin, hüquqların, cəza ölçülərinin, irs məsələlərinin, siyasi-iqti-
sadi qanunların, müqavilə qaydalarının və s. bəyanı;
6. Dini maarifin dəlil-sübutlarla açıqlanması.
3
* * *
Ç) “Məkki” və “mədəni” surələrin nüzul ardıcıllığı ilə mündəricatı
Bu fəslin sonunda “məkki” və “mədəni” surələrin nüzul ardıcıllığını nəzərinizə
çatdıracağıq.
Qeyd edək ki, Cəlaləddin Siyuti və başqaları surələrin nüzul ardıcıllığını
açıqlayarkən, İbn Abbas və Cabir ibn Zeydin hədisinə istinad etsələr də, lakin
bəzi tədqiqatçılar başqa fikirdədirlər:
1
Mucizu Ulumil-Quran, s.143.
2
əl-İtqan, c.1, s.52-53.
3
Mucizu Ulumil-Quran, s.144.
86
Bu hədislərə heç bir vəchlə istinad edilə bilməz. Çünki məlum deyil, İbn Ab-
bas bu ardıcıllığı Həzrət Peyğəmbərin (s) özündən eşitmiş və əxz etmişdir, yaxud
başqalarından – onların da kim olduqları məlum deyildir -. Yaxud da ola bilsin ki,
bu onun şəxsi nəzəridir və bu təqdirdə də bu nəzər onun özü üçün höccətdir (baş-
qaları ona istinad edə bilməz). Tarixi mənbələrə görə, İbn Abbas kiçik yaşlarında
olarkən Həzrət Peyğəmbər (s) dünyasını dəyişmişdir və aydın məsələdir ki, bü-
tün bu surələrin nazil olmasına şahid olmamışdır. Deməli, əgər surələrin ardıcıllığı
barədə onun nəql etdikləri şəxsi nəzəri olmasa belə, onu başqalarından eşitmiş və
bu da sənədi olmayan bir hədisdir ki, ona istinad edilə bilməz (hoccət deyildir).
Beləliklə də, Quran surələrinin nüzul ardıcıllığını, onların “məkki” və ya “mədəni”
olmasını təyin etmək üçün yeganə yol onların məzmununa diqqət yetirib, hicrətdən
əvvəlki və sonrakı şərait və vəziyyətlə tutuşdurmaqdır. Belə ki, “İnsan”, “Adiyat”
və “Mutəffifin” surələrinin məzmunu onların “mədəni” surələr olmasına dəlalət
edir, halbuki, bu hədislərdə onların “məkki” surələr olduğu qeyd edilir.
1
Siyuti İbn Abbasın “məkki” və “mədəni” surələrin ardıcıllığı barədə olan
hədisini “əl-İtqan” kitabında (c.1, s.31-32) qeyd etmişdir. Bu hədisdə “Fatihətul-
Kitab” surəsi qeyd edilməmişdir. Amma Cabir ibn Zeydin hədisində (“əl-İtqan”,
c.1, s.81) “Fatihətul-Kitab” surəsi “məkki” surələrin nüzul ardıcıllığında beşinci
yerdə qərar tutmuşdur. Bu hədislərə əsasən, “məkki” surələrin sayı 86, “mədəni”
surələrin sayı isə 28-dir.
Əlbəttə, Qurani-Kərimin bəzi surələrinin “məkki”, yoxsa “mədəni” olması
barədə fikirayrılığı vardır. İxtisara riayət etmək üçün burada bu mövzuya toxun-
muruq.
Biz surələrin nüzul ardıcıllığını “ət-Təmhid” əsərinə istinadən qeyd etmişik.
Bu ardıcıllıqda hər bir surənin ilk ayələrinin nüzulu meyar götürülür. Belə ki, əgər
bir surənin bir neçə ayəsi nazil olmuş və sonra digər bir surənin ayələri nazil ol-
mağa başlamışdırsa, daha sonra əvvəlki surənin ayələri nazil olaraq surə tamam-
lanmışdırsa, burada nüzul ardıcıllığına görə birinci surə ikinci surədən əvvəl gəlir.
* * *
Məkki surələrin nüzul ardıcıllığı:
1- əl-Ələq; 2- əl-Qələm; 3- əl-Muzzəmmil; 4- əl-Muddəssir; 5- əl-Fatihə; 6-
əl-Məsəd; 7- ət-Təkvir; 8- əl-Ə`la; 9- əl-Ləyl; 10- əl-Fəcr; 11- əz-Zuha; 12- əl-
İnşirah; 13- əl-Əsr; 14- əl-Adiyat; 15- əl-Kövsər; 16- ət-Təkasur; 17- əl-Ma`un;
18- əl-Kafirun; 19- əl-Fil; 20- əl-Fələq; 21- ən-Nas; 22- ət-Tövhid; 23- ən-Nəcm;
24- Əbəsə; 25- əl-Qədr; 26- əş-Şəms; 27- əl-Buruc; 28- ət-Tin; 29- Qureyş; 30-
əl-Qari`ə; 31- əl-Qiyamət; 32- əl-Huməzə; 33- əl-Mursəlat; 34- Qaf; 35- əl-Bələd;
36- ət-Tariq; 37- əl-Qəmər; 38- Sad; 39- əl-Ə`raf; 40- əl-Cinn; 41- Yasin; 42-
1
Quran dər İslam, c.186-187.
87
əl-Furqan; 43- Fatir; 44- Məryəm; 45- Taha; 46- əl-Vaqi`ə; 47- əş-Şu`əra; 48-
ən-Nəml; 49- əl-Qəsəs; 50- əl-İsra; 51- Yunus; 52- Hud; 53- Yusuf; 54- əl-Hicr;
55- əl-Ən`am; 56- əs-Saffat; 57- Loqman; 58- Səba; 59- əz-Zumər; 60- Ğafir; 61-
Fussilət; 62- əş-Şura; 63- əz-Zuxruf; 64- əd-Duxan; 65- əl-Casiyə; 66- əl-Əhqaf;
67- əz-Zariyat; 68- əl-Ğaşiyə; 69- əl-Kəhf; 70- ən-Nəhl; 71- Nuh; 72- İbrahim;
73- əl-Ənbiya; 74- əl-Mu`minun; 75- əs-Səcdə; 76- ət-Tur; 77- əl-Mulk; 78- əl-
Haqqə; 79- əl-Məaric; 80- ən-Nəbə; 81- ən-Nazi`at; 82- əl-İnfitar; 83- əl-İnşiqaq;
84- ər-Rum; 85- əl-Ənkəbut; 86- əl-Mutəffifin.
Mədəni surələrin nüzul ardıcıllığı:
87- əl-Bəqərə; 88- əl-Ənfal; 89- Ali-İmran; 90- əl-Əhzab; 91- əl-Mumtəhinə;
92- ən-Nisa; 93- əl-Zilzal; 94- əl-Hədid; 95- Muhəmməd; 96- ər-Rə`d; 97- ər-
Rəhman; 98- əl-İnsan; 99- ət-Təlaq; 100- əl-Bəyyinə; 101- əl-Həşr; 102- ən-
Nəsr; 103- ən-Nur; 104- əl-Həcc; 105- əl-Munafiqun; 106- əl-Mucadilə; 107- əl-
Hucurat; 108- ət-Təhrim; 109- əl-Cumu`ə; 110- ət-Təğabun; 111- əs-Səff; 112- əl-
Fəth; 113- əl-Maidə; 114- Bəraət.
* * *
D) Müstəsna ayələr
Görəsən “məkki” surələrdə “mədəni” ayələr və “mədəni” surələrdə “məkki”
ayələr vardırmı?
Çoxları bu suala müsbət vacab vermişlər. Cəlaləddin Siyuti öz əsərində
müfəssəl bir açıqlama ilə “məkki” və “mədəni” surələrdə olan müstəsna ayələri
qeyd etmişdir. Məsələn, o demişdir: ““Mədəni” surə olan “Bəqərə” surəsində iki
ayə - 109-cu və 272-ci ayələr müstəsnadır.”
1
“ət-Təmhid” əsərinin müəllifi müxtəlif müəlliflərin öz əsərlərində qeyd
etdikləri “müstəsna ayələr”i qeyd etmiş, lakin özü istər “məkki”, istərsə də
“mədəni” surələrdə müstəsna ayələrin olduğunu qəbul etməmişdir.
2
Fəslin əsas mətləbləri:
1. Qurani-Kərimin ayə və surələri 2 qismə bölünür: məkki və mədəni.
2. Hicrətdən əvvəl nazil olan ayə və surələr “məkki”, hicrətdən sonra nazil olan
ayə və surələr isə “mədəni”dir.
3. “Məkki” surələrin əsas xüsusiyyətləri bunlardır: dinin əqidə əsaslarına
və əxlaqi dəyərlərə dəvət; Qiyamət səhnəsinin, Cənnət və Cəhənnəmin təsviri;
1
əl-İtqan, c.1, s.43-52.
2
ət-Təmhid fi Ulumil-Quran, c.1, s.137-203.
Dostları ilə paylaş: |