R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə28/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   24   25   26   27   28   29   30   31   ...   153

deyillər,  il  boyu  sabit  enerji  verirlər,  yerləşdirilməsində  xammala 

meyl  olunmur,  ĐES-lərə  nısbətən  az  xammal  işlədirlər,  ekoloji 

cəhətdən  başqalarına  nisbətən  təmizdirlər  və  sairə.  Torpağı  az  olan 

ölkələrdə  ya  yerin  altında,  ya  da  Yaponiyada  olduğu  kimi  dəniz 

dambalarında tikilməyə üstünlük verilir. 

AES-lərin  tikilməsi  ĐES-lərə  nisbətən  baha  başa  gəlir.  Daha 

doğrusu,  uranın  hasilatı,  ondan  konsentratın  əldə  edilməsi, 

konsentratın  saflaşdırılması,  uran  4  oksidin  alınması,  ixtisaslı 

kadrların, avadanhqların, reaktorlar üçün istilik keçirən elementlərin 

hazırlanması, sonrakı mərhələ üçün işlənilmiş, istifadə edilmiş nüvə 

emalı,  tullantı  reaktorun  basdırılması  və  sairə  çox  kapitaltutumlu 

məsələlərdir.  Texniki  cəhətdən  ömrünü  başa  vurmuş  AES-lər 

bağlanümalı, təhlükəsizliyi təmin edilməli, konservasiya edilməlidir. 

Digər  tərəfdən  zəlzələlər,  tufanlar,  daşqın  və  yanğınlar  vaxtı,  eləcə 

də  terrora  məruz  qalan  zaman  çox  təhlükəlidirlər.  Göründüyü  kimi 

bunlar  hamısı  əlavə  kapital  tələb  edirlər,  baxmayaraq  ki  AES-lər 

iqtisadi baxımdan çox rentabellilidir. AES-in hər birinin tikilməsi 6-

13  ilə  başa  gəlir.  1  kq  uranın  verdiyi  elektrik  enerjisinin  miqdarı 

3000 ton kömürün verdiyi elektrik enerjisinin miqdarına bərabərdir. 

Göstərmək  lazımdır  ki,  ABŞ  AES-lərdən  1958-ci  ildən  bu  vaxta 

qədər 60 mlrd. dollar təmiz mənfəət əldə etmişdir. Rusiya isə hər il 

AES-lər  hesabına  ölkədə  90  mln.tondan  çox  yanacağa  qənaət  etmiş 

olur. Qeyd etmək lazımdır ki, AES-lərin hər bir bloku-reaktoru 30 il 

işləyə  bilir.  Bu  müddət  başa  çatdıqdan  sonra  o  söndürülərək 

sarkofaqınan bağlanılır. 

Onların fəaliyyəti dünyada müəyyən edilmiş ehtiyatı 15 mlrd. 

tondan çox olan urana əsaslanır ki, onun da 1 kq-nın verdiyi elektrik 

enerjisinin  miqdarı  3  min  ton  kömürün  verdiyi  istiliyin  miqdarına 

bərabərdir.  BMT-nın  verdiyi  məlumatlara  əsasən  son  illərdə  uranın 

illik  istehsalının  kəmiyyət  göstəricisi  39  min  tondan  çox  olmuşdur. 

Onun  da  ¼-i  Şimali  Amerikada  (ABŞ-da),  19%-i  Afrikada  (əsasən 

CAR  və  Nigerdə),  19%-ə  qədəri  Asiyada  (Qazaxıstan,  Özbəkistan), 

¼-i-də Rusiya Federasiyası, Ukrayna və Fransada hasil olunmuşdur. 

Atomdan  dinc  məqsədlər  üçün  istifadədə  keçmiş  SSRĐ 

fərqlənmişdir.  Belə ki, 1954-cü ilin 27 iyununda  Kaluqa vilayətinin 

Obninsk hissəsində gücü 5 mln.kvt, hal-hazırda isə 2,0 mln.kvt olan 

eyniadlı  AES  -  Obninski  istifadəyə  verilərək  dünyada  çox  böyük 

rezonans  doğurmuşdur.  Hal-hazırda  elektrik  enerjisi  istehsalında 

AES-lərdən  ən  çox  elektrik  enerjisi  hasil  edən  Ölkələr  Litva,  ABŞ, 



Fransa,  Yaponiya,  AFR,  Rusiya  Federasiyası,  Kanadadır.  Belə  ki, 

illik  elektrik  enerjisi  istehsalında  AES-in  xüsusi  çəkisi  Litvada 

85,1%,  Fransada  78,5%,  Belçikada  65,0%,  Đsveçdə  47,2%, 

Ukraynada  44,6%,  Macarıstanda  46%,  Yaponiyada  31,1%,  AFR-də 

31%,  Koreya  Respublikasında  31,2%,  Đspaniyada  30,1%,  ABŞda 

20%  (atom  enerji  bloklan  isə  111-dən  çoxdur),  Böyük  Britaniyada 

29,3%,  Kanadada  14,7%,  Rusiya  Federasiyasında  14%  (AES-9, 

bloklar -29, gücü 20 mln.kvt) təşkil edir. Enerji bloklarının sayma və 

atomdan  illik  elektrik  enerjisi  istehsalının  kəmiyyət  göstəricisinə 

görə (530 nilrd.kvt.saat) ABŞ dünyada lıderlıyı özündə saxlayır. 

Rusiya  Federasiyasının  Çukot  yarımadasında  fəaliyyət 

göstərən  Bilibino  AES-i  (50  kvt)  elektrik  enerjisi  hasil  etməklə 

bərabər  sənaye  müəssisələrinin,  ictimai  və  yaşayış  binalarının, 

oranjereyaların qızdırılması üçün isti su və buxar da hasil edir. 

Lakin Qazaxıstanın Manqışlaq yarımadasında yerləşən Aktau 

şəhərinin  Şevçenko  limanında  fəaliyyət  göstərən  eyniadlı  AES  isə 

istehlakı  nəinki  elektrik  enerjisi  ilə  təmin  edir,  habelə  Xəzər 

dənizinin şor sularını içməli hala salaraq onu istifadə üçün ayrı-ayrı 

təsərrüfat sahələrinə, həmçinin əhalinin tələbatma istiqamətləndirir. 

Yaxşı  məlumdur  ki,  AES-lər  həm  tikilməsi,  həm  də  istismar 

olunması üçün çox mürəkkəb qurğulardan hesab edilir. Özü də 1986-

cı  ildə  Ukraynanın  Çernobıl  fəlakətindən  sonra  AES-lər  üçün 

avadanlıqlara,  stansiyaların  tikintisinə,  onların  istismarına,  xüsusi 

kadrların  hazırlanmasına  tələbat  və  ən  əsas  məsuliyyət  daha  da 

artırılmışdır. 

AES-lərin istismarı vaxtı çoxlu miqdarda maye və bərk halda 

radioaktiv tullantılar meydana gəlir. Başlıca məsələ onların müxtəlif 

yollarla  məhv  edilməsidir.  Əgər  əldə  edilmiş  maye  halında  olan 

radioaktiv 

tullantıları 

elə 

yerindəcə 



müxtəlif 

təsirlərlə 

buxarlandırmağa  məruz  qoymaq  mümkün  olursa,  bərk  halda  alınan 

radioaktiv tullantıların məhv edilməsi məsələsi mürəkkəb problemlər 

yaradır. Hələlik  bir  üsul  vardır ki, onları xüsusi şüşə ilə örtülmüş  - 

qablaşdırılmış  konteynerlərdə  müəyyən  edilmiş  xüsusi  yerlərdə 

basdırırlar  və  ya  həmin  konteynerləri  Atlantik  okeanın  şimal 

dərinliklərinə atırlar. Bu sahədə böyük təcrübə toplamış və bu sahəyə 

liderlik  edən  dövlətlərdən  biri  Böyük  Britaniyadır.  MAQATE-nin 

məlumatına görə demək olar ki, dünya üzrə radioaktiv tullantıların ¾  

-dən  çoxunu  Böyük  Britaniya  Atlantik  okeanına,  La-Manşa,  Kanar 

adaları  yaxılığında  Biskay  körfəzinə  atır.  ABŞ  1949-cu  ildən  bu 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə