R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə36/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   32   33   34   35   36   37   38   39   ...   153

edən  polimerlər  kimyasından;  avtomobil  şinləri,  polietilen 

plyonkalarının hazırlanmasını yaradan polimer materiallarının emalı 

kimyasından ibarətdir. 

Yuxarıda 

göstərilən 

kimya 


sahələrinin 

hər 


birinin 

özünəməxsus yerləşdirilməsi prinsipləri mövcuddur. Belə ki, mədən 

kimyası müəssisələri xammal rayonlarında, əsas kimya müəssisələri 

istehlak  rayonlarında  yerləşdirilirlər.  Deyilənlərlə  yanaşı  kalium 

kübrəsi istehsal edən zavodlar xammal mənbələrinə meyl edir. Təbii 

qaz  və  neft  istehsalı  prosesində  əldə  edilən  qazlardan  azot  kübrəsi 

almaq  üçün  çox  geniş  istifadə  olunur.  Bu  əsasdan  da  belə  zavodlar 

neft emalı rayonlarında, habelə magistral qaz kəmərləri boyu uzunu 

və  metallurgiya  kombinatlarının  yaxınlığında  yerləşdirilirlər. 

Polimer  kimyası  çoxlu  miqdarda  isti,  elektrik  enerjisi  və  xüsusi 

xammal  tələb  etdiyindən  onun  müəssisələri  göstərilən  mənbələrə 

yaxın yerləşdirilir. 

Əsas  kimyanın  ən  aparıcı  məhsulları  mineral  kübrələr  və 

müxtəlif  turşular  istehsalıdır,  Kükürd  turşusunu  daşımaq  çətin 

olduğundan  onun  müəssisələri  istehlak  rayonlarında  yerləşdirilir. 

Kükürd  turşusunu  bəzən  metallurgiya  kombinaflarmda  da  əldə 

edirlər.  Burada  xammal  əlvan  metalların  əridilməsi  zamanı  ayrılan 

kükürdlü qazlar sayılır. 

Kükürd turşusu istehsalı XX əsrin son illərində 120 mln. tonu 

keçmişdir.  Bu  sahədə  ABŞ,  Kanada,  Meksika,  Yaponiya,  Fransa, 

Polşa,  Türkmənistan,  AFR,  Đspaniya,  RF,  Ukrayna,  Çin,  Braziliya 

tanınırlar. 

Mineral  kübrələri  dünyanın  müxtəlif  ölkə  və  regionlarında 

istehsal  edirlər.  Fosfat  kübrələri  zavodları  başlıca  olaraq,  bu 

kübrələrin  istehlak  edildiyi  yerlərdə-kənd  təsərrüfatının  inkişaf 

etdiyi  rayonlarda  yerləşdirilir.  Yeni  superfosfat  zavodlarını  isə  əsas 

etibarı  ilə  xammal  mənbələri  yaxınlığında  tikirlər,  çünki  tərkibində 

daha  çox  fosfor  olan  kübrələr  istehsal  etmək  daha  sərfəlidir.  Đldə 

dünyada  -  150  mln.  ton  mineral  kübrə  istehsal  olunur,  onun  da  - 

40%-ni Xarıci Asiya, -25%-ni Şimali Amerika, 15%-ni MDB, 12%-

ni  Qərbi  Avropa  regionu  verməkdədir.  Ölkələrdən  Çin,  ABŞ, 

Kanada,  Hindistan,  RF,  AFR,  Belorusiya,  Đndoneziya,  Fransa  və 

Ukrayna birinci onluğa daxildirlər. 

Polimer  materiallar  istehsahnda  ABŞ,  Qərbi  Avropa,  Çin, 

Đndoneziya,  Venesuela,  Meksika,  Hindistan,  Malayziya,  Koreya 



Respublikası,  Tailand,  Tayvan,  Đran  körfəzi  sahili  ölkələri  iri 

zavodlara malik olmaları ilə tanınırlar. 

Dünyada  hər  il  130  mln.  tondan  çox  plastik  kütlə,  40  mln. 

tondan artıq kimyəvi lif, 10 mln. t sintetik kauçuk istehsal olunur. 

Yuxarıda  deyilənlərdən  belə  nəticəyə  gəlmək  olur  ki,  kimya 

sənayesinin  5  başlıca  regionu  vardır.  Bunlar  illik  dünya  kimya 

sənayesi  məhsullarının  1/3-ni  verən  Xarici  Avropa,  30%  xüsusi 

çəkiyə  malik  olan  Şimali  Amerika,  eləcə  də  Şərqi  və  Cənub-Şərqi 

Asiya regionudur. Burada da Yaponiya - 18% xüsusi çəki ilə özünə 

yer etmişdir. 

Son  vaxtlar  Đran  körfəzi  ölkələri  və  MDB  bölgəsi  də 

ixtisaslaşmış kimya sənayesi regionu kimi tanınmaqdadır. 

Kimya sənayesinin dünyada nəhəng firmalarından Transmilli 

Korporasiyanı  göstərə  bilərik.  Bunlardan  amerikanların  "Dyupon", 

almanların  -  "Bayer",  "BASF",  "Xyoxst",  ingilislərin  "ĐKĐ" 

korporasiyalarını göstərə bilərik. 

 

 

 

 

V.5. Meşə təsərrüfatı 

 

Yer kürəsində kolluqlarla və yeni salınmış meşələrlə birlikdə 



ümumi  meşə  sahəsi  -  75  mlrd.  ha-a  çatır.  Onun  oduncaq  ehtiyatı  -

385  mlrd.  kubmetrdən  artıqdır.  Yer  kürəsində  hər  birisinin  ayrı-

ayrılıqda  sahəsi  2,0  mlrd.  ha  olan  2  meşə  qurşağı  ayrılır.  Bunlar 

Şimal və Cənub meşə qurşaqlarıdır. 

Regionlardan - Latın Amerikasında - 1260 mln. ha, Afrikada -

1140  mln.  ha,  MDB-də  940  mln.  ha,  Şimali  Amerikada  -  750  mln. 

ha,  Xarici  Asiyada  -  660  mln.  ha,  Xarici  Avropada  -  195  mln.  ha, 

Avstraliya və Okeaniyada - 180 mln. ha meşə sahəsi vardır. 

Ölkələrdən  -  RF-də  meşənin  sahəsi  886  mln.  ha,  oduncaq 

ehtiyatı - 82 mlrd. kubmetr, Braziliyada sahəsi 572 mln. ha, ehtiyatı 

-  60  mlrd.  kubmetr,  Kanadada  sahəsi  -  453  mln.  ha,  ehtiyatı  -  22 

mlrd. kubmetr təşkil edir. 

Meşə  sənayesi  dünya  təsərrüfatının  ən  qədim  və  məhsuldar 

sahələrindən hesab edilir. Meşələrin insan həyatında əhəmiyyəti çox 

böyükdür.  O,  nəhəng  oksigen  mənbəyi  sayılır.  Meşə  təkcə  sənaye 

xammalı  deyildir.  O,  torpağı  su  və  külək  erroziyasından  qoruyur, 




torpaqda rütubətliliyi qoruyub saxlayır, çayların daşmasının qarşısını 

alır,  əkin  sahələrini,  tarlaları  məhvedici  quru  küləklərdən  qoruyur. 

Meşələr  hər  hansı  bir  ölkənin  milli  sərvəti  kimi  qiymətləndirilir. 

Meşələr  sənayeyə  xidmət  edərək  tikinti  materialları,  kağız,  süni  lif, 

eyni zamanda spirt verir. 

Elmi-texniki  tərəqqi  oduncağı  onun  tətbiq  olunduğu  ənənəvi 

sahələrdən  -  yanacaq  sənayesindən  və  qismən  tikintidən  sıxışdırıb 

çıxararaq, onu neftlə, qazla, betonla, habelə 

şüşə ilə əvəz edir. 

Maşınqayırma, yüngül sənaye, nəqliyyat, rabitə, tikinti, meşə 

sənayesi  məhsulunun  aparıcı  istehlakçıları  hesab  olunurlar.  Meşə 

sənayesinin inkişafı da digər təsərrüfat sahələrindən çox asılıdır. O, 

öz  növbəsində  başqa  sahələrdən  laklar,  boyalar,  soda,  natrium, 

ağardıcı  kimyəvi  maddələr,  avtomobillər,  traktorlar,  ağac  tədarükü 

və  emalı  üçün  müxtəlif  növ  dəzgahlar  istehlak  edir.  Daha  doğrusu, 

meşə sənayesinin daha geniş sahələrarası əlaqələri mövcuddur. 

Meşə sənayesi biri-biri ilə qarşılıqlı surətdə əlaqədə olan ağac 

tədarükü,  oduncağın  mexaniki  emalı  və  kağız,  karton,  skipidar, 

kanifol,  yem  mayaları  alınması  üçün  oduncağın  kimyəvi  emalı 

istehsallarından ibarətdir. Maraqlıdır ki, bir istehsalın məhsulu digəri 

üçün  xammal  rolunu  oynayır.  Belə  ki,  ağac  tədarükü  müəssisələri 

taxta  zavodlarına  oduncaq  verir,  əldə  olunan  taxta  mebel  fabrikləri 

üçün  əsas  xammal  sayılır.  Ağac  tədarükü  tullantıları  hesab  edilən 

budaq,  iynəyarpaqlar,  eləcə  də  ağac  emalı  tullantıları  olan  taxta 

kəpəyi,  ağac  qabığı  və  yonqar  spirt  və  yağlı  boyalar  istehsal  etmək 

üçün  meşə-kimya  sənayesinə  ötürülür.  Ona  görə  də  hal-hazırda 

meşə-kimya  kombinatları  yaratmağa  üstünlük  verilir.  Çünki  burada 

oduncağın  ardıcıl  emalı  ilə  yanaşı  onların  tullantılarından  da  tam 

istifadə  etmək  mümkünlüyü  mövcudlaşır.  Bir-birinin  yaxınlığında 

yerləşən,  xammal,  enerji  və  nəqliyyatdan  birgə  istifadə  edilməsinə 

və tullantıların tam emalına əsaslanan, sıx istehsal əlaqələrinə malik 

olan  meşə  sənayesi  müəssisələri  meşə  sənayesi  kompleksləri 

adlanırlar. 

Ümumiyyətlə,  meşə  təsərrüfatı  üçün  meşələrin  müxtəlif 

əhəmiyyəti vardır. Bu sahədə onlar sanitariya meşələri, torpaq, tarla, 

su qoruyucu və qoruq meşələrinə ayrılırlar. 

Meşə  sənayesinin  yerləşdirilməsinə  dair  ən  mühüm 

prinsiplərdən  biri  -  meşə  sənaye  komplekslərini  dəniz,  su  və 

dəmiryolu  nəqliyyatı  ilə  daha  yaxşı  təmin  olunmuş  yerlərdə 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə