R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə34/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   30   31   32   33   34   35   36   37   ...   153

Energetika,  elektrotexnika,  avtomobil,  təyyarə,  dəzgah  və 

cihazqayırma  istehsalı  sahələri  əmək  və  elm  tutumlu  sayılırlar. 

Bununla 

əlaqədar 

olaraq 

maşınqayırma 



müəssisələrinin 

yerləşdirilməsində  işçi  qüvvəsi,  ixtisaslı  fəhlə  və  elmi-texniki 

kadrların mövcudluğu da nəzərə alınır. 

Maşınqayırma  zavodları  tökmə,  dəmirçi-pres,  mexaniki  və 

yığma  sexlərindən  ibarətdir.  Metallurgiya  müəssisələrindən  alınmış 

xammallar  metaltökmə  və  dəmirçi-pres  sexlərində  formaya 

salındıqdan sonra mexaniki sexdə cilalanaraq tələb olunan vəziyyətə 

- hissəyə çevrilir. Əldə edilmiş həmin maşın hissələrindən, eləcə də 

digər  maşınqayırma  zavodlarından  alınan  cihazlardan,  hissələrdən, 

kimya  müəssisəbrindən  alınan  boya,  plastik  kütlə  və  rezinlərdən, 

toxuculuq  kombinatlarından  əldə  edilən  texniki  parçadan,  meşə 

sənayesinin  ağac  emalı  müəssisələrindən  gətirilən  oduncaq 

hissələrindən  maşınqayırma  yığma  sexlərində  hazır  məhsul  - 

istənilən maşın növü yığılır. 

Maşınqayırma  sahələri  yaranma  tarixinə  görə  "köhnə", 

"yeni", "ən yeni" sahələri özündə birləşdirir. 

Maşınqayırma  üçün  xammal  istehsalı  müəssisələri  müxtəlif 

coğrafi  yerləşməyə  malik  olduğu  kimi,  maşınqayırma  müəssisələri 

də  müxtəlif  coğrafıyaya,  eləcə  də  eyni  olmayan  kəmiyyət-keyfıyyət 

göstəriciləri  ilə  səciyyələnirlər.  Belə  ki,  ĐEÖ-də  maşınqayırma 

sahəsinin  verdiyi  məhsul  ümumi  sənaye  məhsulunun  35-40%-ni 

təşkil edir. Həmin ölkələrdə sənayedə çalışanların - 35%-ə qədəri isə 

maşınqayırma sahəsində cəmləşmişdir. 

Məlumdur  ki,  maşınqayırma  sənayenin  ən  mürəkkəb  və 

differensial  sahələrindən  biri  hesab  edilir.  Maşınqayırmanın  metal 

emalı da daxil olmaqla 200-dən çox istehsal sahəsi vardır. O, məhsul 

istehsalının  növlərinə,  sahələrinin  yerləşmə  prinsiplərinə,  texnoloji 

proseslərə  və  s.-yə  görə  ümumi  maşınqayırma,  nəqliyyat 

maşınqayırması,  elektron,  elektrotexnika,  cihazqayırma,  kənd 

təsərrüfatı  maşınqayırması,  silah  istehsalı  sahəsi,  hərbi-texniki  və  s. 

maşınqayırma sahələrinə ayrılır. 

Maşınqayırmanın  texniki-iqtisadi  baxımdan  təsnifatında 

metaltutumlu, əməktutumlu və elmtutumlu sahələri də ayrılır. 

Elmi-texniki  inqilab  dövründə  maşınqayırmanın  daha  çox 

elmtutumlu  sahələrinin  inkişafına  diqqət  yetirilmişdir.  Elmin, 

texnoloji 

proseslərin 

inkişafına 

çəkilən 

xərclərin 

2/3-si 

maşınqayırmanın bu sahəsinə yönəldilmişdir. Bu, öz əksini aviasiya 




sənayesinin  əsasında  inkişaf  tapan  aviaraket-kosmik  maşınqayırma 

sahəsində, dəzgahqayırmada, eləcə də gəmiqayırmada tapmışdır. 

Müasir  maşınqayırmanın  ən  yeni  sahəsi  aviaraket-kosmik 

sənayesi  sayılır.  Burada  müasir  raketlər,  kosmosda  uçan  müxtəlif 

aparatlar, mühərriklər, müxtəlif növ cihazlar və sairə istehsal olunur. 

Bu sahə  elektronika ilə  birlikdə daha çox elmtutumlu, əməktutumlu 

növlər  istehsalı  kimi  tanımr.  Belə  maşınqayırma  növləri  istehsah 

eləcə  də  daha  çox  kapitaltutumlu  olmaları  ilə  də  məşhurdurlar. 

Başlıca xüsusiyyətlərindən biri də onların hərbi sənaye kompleksləri 

ilə   sıx   bağlılığıdır.   Kompleksin   ABŞ-da   "Makdonnel-Duqlas", 

"Lokxid  Martin",  "Boinq",  "Nortron",  "Yunaytet  Texnolodjiz", 

Qərbi  Avropada  isə  "Aerospasial",  "Britiş  Eyrspeys",  "Daymler-

Bents"  kimi  nəhəng  konsern  və  korporasiyaları  fəaliyyət  göstərir. 

Onlar  hər  il  1000-dən  çox  hava  gəmiləri,  eləcə  də  1000-nə  qədər 

vertolyot buraxırlar. 

Dünyanın  20-dən  artıq  ölkəsi,  o  cümlədən  ABŞ,  RF,  Fransa 

illik  vertolyot  istehsalında  liderlik  edirlər.  Son  vaxtlar  bu  cərgəyə 

Braziliya, Argentina, Hindistan, Pakistan da qoşulmuşlar. 

Raket və müxtəlif kosmik aparatlar istehsah coğrafı nöqteyi-

nəzərdən hələ də kiçik areallara malik olmaqla ABŞ, Rusiya, Fransa 

və Böyük Britaniya dövlətləri üçün səciyyəvidir. Đldən-ilə aviaraket-

kosmik  maşınqayırma  sənayesinin  məhsulu  artmaqdadır.  Belə  ki, 

1988-ci  ildə  ümumi  dəyəri  -  75  mlrd.  dollar  olan  məhsul 

buraxılmışdırsa, bu XX  əsrin sonu XXI  əsrin başlanğıcı üçün  - 150 

mlrd.  dollardan  çox  təşkil  etmişdir.  Göstərilən  kəmiyyət 

göstəricisinin  100  mlrd.  dolları  Şimali  Amerika  və  Qərbi  Avropa 

ölkələrinin hesabınadır. 

Dəzgahqayırmaya  metal  emal  üçün  gərəkli  sayılan  müxtəlif 

növ dəzgahlar, dəmirçi-press sexlərində istifadə olunan ləvazimatlar, 

eləcə  də  sənaye  robotları  aid  edilir.  Ümumi  maşınqayırmaya  daxil 

olan  bu  növlərin  məhsul  istehsalı  ildən-ilə  artmaqdadır.  Buraxılan 

illik  məhsulun  4/5-nü  Qərbi  Avropa  ölkələri,  Şimali  Amerika, 

Yaponiya,  Çin  verməkdədir.  Regionlardan  -  Qərbi  Avropanin-40%, 

Asiya  Sakit  okeanı  -  35%,  Şimali  Amerika  -  15%  xüsusi  çəkiyə 

malikdirlər. Bu sahədə birinci onluğa 5 Avropa, 4 Asiya ölkələri ilə 

yanaşı  ABŞ  daxildir.  Yaponiya,  Almaniya,  Đtaliya,  Đsveçrə,  ABŞ 

istehsal  etdikləri  dəzgahları  əsasən  ixrac  edirlərsə  ABŞ,  Çin, 

Almaniya, Koreya Respublikası belə dəzgahları eyni zamanda idxal 

da etməli olurlar. 



Robot  texnikası  sahəsində  Yaponiya  dünyada  liderlik 

etməkdədir. 

Gəmiqayırma  maşınqayırmanın  qədim  tipik  növlərindən 

biridir.  Bu  sahədə  Koreya  Respublikası,  Yaponiya,  Çin,  Almaniya, 

Polşa,  Đtaliya,  Đspaniya,  Tayvan,  Danimarka,  Niderland,  Böyük 

Britaniya seçilirlər. 

Dünya maşınqayırmasında bütün nomenklaturaya malik olan 

Qərbin   ĐEO-indən   ABŞ-ı,   AFR-i,   Böyük   Britaniyanın,   habelə 

Yaponiyanı göstərə bilərik. Bu sahədə onların xüsusi çəkiləri - 38% 

təşkil edir. Đxracatda isə bu çəki - 50%-dən çoxdur. 

Deyilənləri 

yekunlaşdırarkən 

dünyada 

nəhəng 



maşınqayırma  regionunun  ayrıldığının  şahidi  oluruq.  Bunlar  Şimali 

Amerika -ABŞ, Kanada, Meksika, Xarici Avropa, Şərqi və Cənubi-

Şərqi Asiya regionlarıdır. 

Şimali 


Amerika 

regionu 


ümumdünya 

maşınqayırma 

məhsulunun 30%o-dən artığını verməklə burada ABŞ liderlik edir. 

Xarici  Avropa  regionu  məhsul  istehsalında  heç  də  1-ci 

regiondan  geri  qalmır.  Əksinə,  Şimali  Amerika  regionu  ilə  birinci  -

ikinci  yerləri  bölüşdürürlər.  Burada  AFR,  Fransa,  Böyük  Britaniya, 

Đtaliya, Đspaniya tanınırlar. 

Şərqi 


və 

Cənubi-Şərqi 

Asiya 

regionu 


ümumdünya 

maşınqayırma  məhsulunun  1/5-ni  verməklə  Yaponiya  burada  üstün 

yer  tutur.  Ümumiyyətlə,  Yaponiya  maşınqayırma  məhsulları 

ixracatında dünyada liderlik edir. O, məhsulların - 2/3-ni ixrac edin. 

Göstərilən  regionlar  sırasına  MDB  məkanına  daxil  oian 

dövlətləri  də  əlavə  etmək  olar.  Düzdür,  hələlik  burada  elmtutumlu 

maşınqayırma  sahələri  özünə  o  qədər  də  yer  tapmamışdır.  Lakin 

Rusiyanın  bu  sahədə  dünya  ixracatında  xüsusi  çəkisi  -1,0%  təşkil 

edir.  

Dünya avtomobil maşınqayırması  yeni sahə hesab edilməklə 



XIX əsrin sonlarında meydana gəlmişdir. Onun dünya təsərrüfatının 

inkişafında  rolu  ölçüyə  gəlməzdir.  Əhəmiyyətinə  görə  o,  ola  bilsin 

ki, 

ancaq dünya neft sənayesindən geri qalsın. Deyilənləri nəzərə alaraq 



avtomobil 

maşınqayırmasının 

ölkənin 

"onurğa 


sütunu", 

"lokomotivi",  "iqtisadiyyatın  barometri"  adlandırırlar.  O,  nəqliyyat 

maşınqayırmasının  əsasını  təşkil  edir.  Bir  çox  ĐEÖ-də  ümumi  milli 

məhsulun  10%-ə  qədərini  verir.  Maraqlı  haldır  ki,  avtomobil 

maşınqayırması XX  əsrdə  ən  sürətli  inkişafa  malik  sahələrindən 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə