R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə37/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   33   34   35   36   37   38   39   40   ...   153

tikməkdən  ibarətdir.  Bu  məqsəd  üçün  böyük  çayların  mənsəbi, 

çayların  dəmiryolu  magistralları  ilə  kəsişdiyi  yerlər  xüsusilə 

sərfəlidir.  Meşə  sənayesinin  bütün  sahələrində  başlıca  məsrəflər  -

75%-ə  qədər  ağac  tədarükünün  payına  düşür.  Bu  əsasdan  da  meşə 

sənayesini  yerləşdirməyin  digər  başlıca  prinsipi  müəssisələri  ağac 

tədarükü  rayonlarına,  yəni  xammala  yaxınlaşdırmaqdan  ibarətdir. 

Deyilənlərlə  yanaşı,  meşə  sənayesinin  ayrı-ayrı  sahələrinin 

yerləşdirilməsinə  istehlakçının  yaxınlığı,  habelə  su  və  enerji  ilə 

təchizatı şəraiti də təsir göstərir. Belə ki, hazır mebeli daşımaq, onun 

hazırlanması  üçün  olan  hissələri  daşımaqdan  baha  başa  gəlir.  Ona 

görə  də  mebel  istehsalı  müəssisələri  müxtəlif  sənaye  sahələrinə 

malik, eləcə də əhalisi sıx olan rayonlarda yaradılır. 

Sellüloz  istehsalı  hədsiz  dərəcədə  suyun  olmasını  tələb  edir. 

Kağız  hazırlanması  isə  çoxlu  miqdarda  elektrik  enerjisinin 

vacibliyini 

şərtləndirir. 

Deyilənlərə 

görə 


də 

sellüloz-kağız 

kombinatları göstərilən şərtlərə əməl etməyə əsaslanır. 

Qeyd etmək lazımdır ki, meşə materialları hazırlanmasını illik 

kəmiyyət  göstəricisi  son  illər  -  3,4  mlrd.  kubmetri  keçmişdir.  Bu 

sahədə  ABŞ,  RF,  Kanada,  Finlandiya,  Đsveç,  Çin,  Đndoneziya, 

Braziliya, Hindistan, Nigeriya, Malayziya, Efiopiya fərqlənirlər. 

Oduncağın  mexaniki  emalında  taxta-şalban  hazırlanmasının 

illik göstəricisi - 440 mln. kubmetr təşkil etməklə ABŞ - 110 mln. t., 

Kanada  -  65  mln.  ton,  habelə  Çin,  Yaponiya,  Rusiya,  Braziliya, 

Hindistan  seçilirlər.  Taxta-şalban  ixracatının  aparıcıları  -  ABŞ, 

Kanada, Đsveç, Finlandiya, Rusiya, Braziliya, Nigeriya, Cənubi-Şərqi 

Asiya ölkələridir. 

Oduncağın kimyəvi emalında kağız, karton, sellülöz, skipidar, 

kanifol,  yem  mayaları  əldə  olunur.  Dünyada  istehsal  olunan 

sellülozun  yarıdan  çoxunu  ABŞ  və  Kanada  verir.  Lakin  birinci 

onluğa son vaxtlar Çin və Braziliya da qatılmışlar. Kağız istehsalının 

75%-ni ĐEÖ verir. Burada da hər nəfərə orta hesabla 160 kq məhsul 

düşür.  Bu  göstərici  ABŞ  və  Kanadanın  hər  birində  -  300  kq, 

Finlandiyada  isə  -  400  kq-dan  artıqdır.  ĐOÖ-də  isə  bu  göstərici  -4,2 

kq-dan çox deyildir. 

Ümumiyyətlə,  hər  il  ABŞ  -  86  mln.  t,  Çin  -  32  mln.t, 

Yaponiya  -  31,0  mln.  t,  Kanada  -  19,0  mln.t,  AFR  -  16  mln.t, 

Finlandiya -12,1 mln. t, Đsveç - 9,8 mln.t, Fransa - 8,6 mln.t, Koreya 




Respublikası  -8,4  mln.  t  və  Đtaliya  -  7,5  mln.  t  kağız  və  karton 

məhsulu istehsal edirlər. 



 

V.6. Yüngül sənaye 

 

Dünya təsərrüfatının ən qədim sahələrindən biri hesab edilən 



yüngül  sənaye  insanların  gündəlik  tələbatının  ödənilməsinə 

istiqamətlənən  məhsul  növləri  verir.  Belə  hal,  onun  böyük  siyasi, 

mədəni,  estetik  əhəmiyyət  kəsb  etməsindən  xəbər  verir.  Eyni 

zamanda,  istehsal  olunmuş  milli  paltarların  və  ayaqqabıların 

müxtəlifliyi dünyanın ayrı-ayrı dövlət və regionlarında mövcud olan 

əməyin,  məişətin,  milli  adət  və  ənənələrin  xüsusiyyətlərini  özündə 

əks  etdirmiş  olur.  Bir  çoxları  isə  yüksək  ixtisaslı  mütəxəssislərin 

bədii  zövqlə  hazırladıqları  məhsullardır.  Yüngül  sənaye  modanın, 

zövqün, bazarın tələbatının gedişini nəzərə alan ən dinamik sahə kimi 

özünü  göstərir.  Elmi-texniki  tərəqqi  də  yüngül  sənayenin  inkişafına 

və düzgün yerləşdirilməsinə öz təsirini göstərmişdir. 

Yüngül  sənayenin  tərkibi  çox  mürəkkəbdir.  Bu  mürəkkəblik 

get-gedə  artmaqdadır.  Buraya  ip  əyirmə,  toxuculuq,  gön-dəri,  xəz, 

toxuma, trikotaj xalça, ayaqqabı, qalantereya, zərgərlik məmulatları, 

farfor,  toxuma,  texniki  parça,  baş  geyimləri,  balıqçılıqda  istifadə 

olunan  torlar  -  şəbəkələr  istehsal  sahələri  daxildir.  Đstehsal  olunmuş 

məhsulların  bir  çoxu  insanlar  tərəfindən  bilavasitə  istehlak  edilmək 

üçün  buraxılır,  bir  hissəsi  -  texniki  parçalar,  gön-dəri  və  s.  ağır 

sənaye tərəfindən işlədilir. 

Yüngül  sənaye  ona  bitki  xammalı  -  pambıq,  kətan,  çətənə, 

eləcə  də  heyvandarlıq  xammalları  sayılan  gön-dəri,  xəz  dəri,  yun, 

barama verən istehsalın 2-ci aparıcı sahəsi sayılan kənd təsərrüfatı ilə 

sıx surətdə bağlıdır. Kənd təsərrüfatından başqa yüngül sənaye üçün 

xammal bazası sayılan digər sahə - kimyadır. Üzvi kimya sintetik və 

üzvi materialları - süni ipək, süni dəri, kimyəvi lif, sintetik kauçuk və 

s.-ni də yüngül sənayeyə istiqamətləndirir. 

Yüngül  sənaye  müəssisələri  başlıca  olaraq  istehlak,  xammal, 

əmək  ehtiyatları  bol  olan  yerlərdə,  adət-ənənələrə  müvafıq 

yerləşdirilir.  Belə  ki,  ilkin  emal  müəssisələri  xammal  rayonlarında, 

son  məhsullar  istehsalları  isə  istehlak  yerlərində  -  əhalinin  çox 

olduğu sahələrdə yerləşdirilir. 



Yüngül  sənayenin  tikiş  sahəsi  onun  aparıcı  məhsul  növlərindən 

birinə çevrilmişdir. O, təyinatına görə çoxsahəli sayılır. Belə məhsul 

istehsalı  ĐOÖ-rə  -  xüsusilə  Asiya  ölkələrinə  miqrasiya  etmişdir.  Bir 

sözlə,  tikişin  ən  ucuz,  sadə,  kütləvi  növləri  istehsalı  ĐEO-də  xeyli 

dərəcədə  məhdudlaşdırılmışdır.  Qərbi  Avropada,  Şimali  Amerikada 

tikiş  sahəsinin  ən  modalı,  yüksək  keyfiyyətli,  bahalı  növlərinin 

istehsalı  üstünlük  təşkil  edir.  Onların  istehsalı  çox  bahalı  natural 

xammallara əsaslanır. Belə məhsullar istər ĐEÖ-də, istərsə də ĐOÖ-də 

ən çox ixracat üçün nəzərdə tutulur. 

Çin,  Đtaliya,  Koreya  Respublikası,  AFR,  Türkiyə,  Hindistan, 

Portuqaliya bu sahədə ixracatda üstünlük təşkil edirlər. 

Trikotaj  sənayesində  analoji  hal  baş  verir.  Bu  sahələrin 

məhsulları  çox  vaxt  tikiş  sənayesi  məhsulları  ilə  rəqabətə  girir. 

Burada  da  bahalı  məhsullar  ĐEÖ-də,  bahalı  olmayanları  isə  əksinə, 

ĐOÖ-də buraxılır. 

Ayaqqabı sənayesi özünün çoxçeşidliliyi ilə diqqəti cəlb edir. 

Bu, onun çoxnövlü xammallarının olması ilə də izah olunur. Burada 

natural  və  sintetik  xammaldan  da  geniş  istifadə  edilir.  Ümumi 

məhsulun 1/3-i dəri ayaqqabıların payına düşür. 

Rezin  ayaqqabıları  nəzərə  almasaq  dünyada  ildə  -  4,0  mlrd. 

cüt ayaqqabı istehsal olunur. Son illərdə ayaqqabı istehsalında ĐOÖ-

lər  böyük  sıçrayışlara  nail  olmuşlar.  Bu  sahədə  Çin  dünyada  40%-

dən,  Asiya  regionunda  isə  50%-dən  artıq  xüsusi  çəkiyə  malikdir. 

Qeyd  etmək  lazımdır  ki,  Çin  ən  çox  idman  və  ev  ayaqqabıları 

buraxılışı  üzrə  ixtisaslaşmışdır.  Həmin  ayaqqabılar  başlıca  olaraq 

Qərbi  Avropaya,  eləcə  də  Şimali  Amerika  ölkələrinə  ixrac  olunur. 

Belə ki, nəticədə Çin Qərbi Avropa bazarını 25% ayaqqabı ilə təmin 

edir. 


Çox  bahalı,  natural  xammaldan  hazırlanan  və  yüksək 

əməktutumlu  ayaqqabı  növləri  istehsalı  iqtisadi  cəhətdən  inkişaf 

etmiş ölkələr üçün daha çox xarakterikdir. Belə ayaqqabılardan hər il 

1,0  mlrd.  cüt  hazırlanır.  Bu  sahədə  Đtaliya  liderlik  edərək  ildə  -  500 

mln.  cütə  qədər  məhsul  verir.  Belə  ayaqqabıların  90%-i  Qərbi 

Avropa, ABŞ, Kanda bazarları üçün nəzərdə tutulur. Đtaliya qiymətli 

və çox modalı ayaqqabılar buraxmaqla ixtisaslaşmışdır. 

ETĐ dövründə toxuculuq sənayesi həm struktur, həm də ərazi 

cəhətdən  köklü  surətdə  dəyişikliyə  məruz  qalmışdır.  Kimyəvi  lif 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə