R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə33/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   29   30   31   32   33   34   35   36   ...   153

yanacaq ehtiyatlarından istifadə edib, xalq təsərrüfatının metala olan 

başlıca  tələbatını  təmin  edən  metallurgiya  zavodları  qrupuna  əsas 

metallurgiya bazası deyilir. 

Regionların  illik  polad  istehsalında  xüsusi  çəkiləri  -  Xarici 

Asiya  -  42,4%,  Xarici  Avropa  -  22,9%,  Şimali  Amerika  -  14,1%, 

MDB  -  11,8%,  Latın  Amerikası  ölkələri  -  6,5%,  Afrika  -  1,0%, 

Avstraliya və Okeaniya - 0,9% təşkil edir. 

Dünya  bazarına  hər  il  250-300  mln.  tondan  çox  qara  metal 

prokatı daxil olur. Başlıca məhsul ixrac edən ölkələrdən Yaponiyanı, 

Almaniyanı,  Fransanı,  Đtaliyanı,  Koreya  Respublikasını,  Böyük 

Britaniyanı,  Benilüks  ölkələrini,  idxalatda  isə  ABŞ-ı,  Çini  göstərə 

bilərik.  Qeyd  etmək  lazımdır  ki,  Yaponiya  qara  metal  məhsulları 

ixracatında  dünyada  qabaqcıl  yer  tutaraq  ildə  35,0  mln.  xüsusi 

çəkiyə  malikdir.  Göstərmək  yerinə  düşərdi  ki,  Bakı-Tbilisi-Ceyhan 

neft  kəmərinin  çəkilişində  istifadə  olunan  borular  Yaponiya  qara 

metallurgiya müəssisələrinin məhsullarındandır. 

Əlvan  metallurgiya,  çuqun  və  polad  əridilməsi  kimi  dünya 

sənayesinin  qədim  sahələrindən  hesab  edilir.  O,  əlvan  metal 

filizlərinin  və  ərintilərinin  hasilatını,  saflaşdırılmasını,  eləcə  də 

onların  əridilməsini  özündə  birləşdirir.  Elmi-texniki  inqilab 

dövründə  hər  bir  ölkənin  elektrikləşdirilməsi  onun  müdafıə 

qabiliyyətinin daha da möhkəmləndirilməsi üçün atom texnikasının, 

aviasiyanın, raketqayırmanın, habelə qara metallurgiya və kimyanın 

inkişafı  üçün  əlvan  metallurgiyanın  əhəmiyyəti  danılmaz  olaraq 

qalır. Bunlardan qalay, qurğuşun korroziyaya qarşı davamlı, bəziləri 

-titan 


odadavamını, 

alüminium, 

mis, 

gümüş 


isə 

yüksək 


elektrikkeçirmə qabiliyyətinə malikdirlər. 

Əlvan  metallar  əsas  və  qeyri-əsas  qruplara  ayrılırlar. 

Bunlarda  da  ağır  -  mis,  qalay,  qurğuşun,  sink,  nikel;  yüngül  - 

alüminium,  maqnezium,  titan;  qiymətli  -  qızıl,  gümüş,  platin;  çətin 

əriyən  -volfram,  molibden;  nadir  -  uran,  germanium  və  sairləri 

mövcuddur. Göstərilən qruplaşdırma əsasında da yüngül metallar və 

ağır metallar metallurgiyası fərqləndirilir. 

Dünyada 70-dən artıq əlvan metal növü istehsal olunur. 

Yüngül,  yaxşı  elektrikkeçirmə  qabiliyyətinə  malik  olan  və 

"qanadlı" metal adlanan alüminium fılizləri dünyada ən çox yayılmış 

xammallara  malikdir.  Belə  ki,  alüminium  əldə  edilməsi  üçün 

boksitdən,  alünitdən,  nifelindən,  sienitdən,  kaolindən  xammal  kimi 

istifadə  olunur.  Belə  fılizlərdən  ilk  əvvəl  alüminium  oksidini  -  gil-



torpağı ayırırlar. 1 ton alüminium metalı almaq üçün 14 min kvt saat 

elektrik  enerjisi  işlədilir,  1  ton  mis  metalı  əldə  etmək  üçün  100  ton 

mis  fılizi,  1  ton  qalay  əldə  etmək  üçün  isə  -  300  ton xammal  gərək 

olur.  Əlvan  metallurgiya  məhsullarının  əksəriyyəti  elektrik  tutumlu 

olduqlarından, o cümlədən alüminium alınması müəssisələri ucuz və 

çox  elektrik  enerjisi  hasil  edən  SES,  ĐES,  AES  yaxınlıqlarında 

yerləşdirilirlər.  Hal-hazırda  dünyanın  50-dən  artıq  ölkəsində 

alüminium  istehsal  olunur.  Son  illərdə  dünyada  40  mln.  tona  qədər 

alüminium  istehsal  olunmaqdadır.  Alüminium  sənayesi  ərazi 

cəhətdən  biri-birindən  ayrı  düşmüş  3  istehsal  mərhələsi  ilə  təmsil 

olunur.  Birinci  mərhələdə  xammal-alüminium  filizi,  ikinci 

mərhələdə  alüminium  oksidi  əldə  edilir.  Enerji  tutumlu  üçüncü 

mərhələ,  yəni  alüminium  istehsalı  ucuz  elektrik  enerjisi  ilə  zəngin 

olan yerlərə istiqamətlənir. 

Müasir  dünyada  ABŞ  -  3,7  mln.  t,  RF  -  3,2  mln.t,  Çin  -  2,6 

mln.t,  Kanada  -  2,4  mln.t,  Avstraliya  -  1,8  mln.t,  CAR  -  0,7  mln.  t 

alüminium istehsal edirlər. 

Dünyada  ilk  dəfə  alüminium  alınması  üçün  boksit  hasilatına 

XIX  əsrin  əvvəllərində  Fransanın  Boks  yaşayış  məntəqəsində 

başlanılmışdır.  Boksit  istehsalında  birinci  onluğa  daxil  olan  ölkələr 

bunlardır: Avstraliya - 50 mln.t, Qvineya - 20 mln. ton, Braziliya-15 

mln. t, Yamayka - 10 mln. tondan çox, Çin - 10 mln. t, Hindistan- 6 

mln. t, Venesuela - 5,0 mln. t, RF - 4,0 mln. t, Surinam -4,0 mln. t, 

Qazaxıstan  -  3,0  mln.  t.  Hal-hazırda  ĐOÖ  dünyada  istehsal  olunan 

boksitin 50%-ni. yarım fabrikat hesab olunan gil-torpağın - 25%-ni, 

alüminiumun 20%-ni verirlər. 

Dünyada  mis  alınmasına  gərəkli  hesab  edilən  mis  filizi 

ehtiyatı  ĐEÖ-lə  ĐOÖ  arasında  -  30:70  nisbətindədir.  Mis  konsentratı 

istehsalında  bu  sistem  ölkələri  arasında  -  40:60  nisbəti,  qara  mis 

hasilatında  -  60:40,  saflaşdırılmış  mis  hasilatında  isə  75:25  nisbəti 

mövcuddur. 

Mis konsentratı istehsalında Çili - 3,7 mln. t, ABŞ - 1,9 mln.t, 

Kanada  -  0,7  mln.t,  Çin  -  0,5  mln.t,  Peru  -  0,5  mln.  t  məhsul 

verməklə tanmırlar. 

Beynəlxalq 

valyuta 


metalı 

sayılan 


qızılın 

rolu 


ölçüyəgəlməzdir.  XX  əsrdə  qızıl  hasilatı  çox  sürətlə  artmışdır.  Belə 

ki, 


1913-cü 

ildə 


onun  illik  hasilatı  650  t  olmuşdursa,  son  illərdə  bu  2300  tonu 

keçmişdir.  




Müasir  dövrdə  dünyanın  100-dən  çox  ölkəsində  qızıl  hasil 

olunur. Bunlardan - CAR - 450 ton, ABŞ - 350 t, Avstraliya - 310 t, 

Kanada  - 170 t, Çin - 160 t, Rusiya - 130 t, Peru - 130 t. illik qızıl 

hasilatına malikdirlər. Son illərdə Avstraliyada, Çində Đndoneziyada 

qızılın illik hasilatı görünməmiş şəkildə artmaqdadır. 

 

V.3. Maşınqayırma 

 

Maşınqayırma  dünya  emal  sənayesinin  aparıcı  sahələrindən 



biri  olmaqla  əsası  200  il  əvvəl  Đngiltərədə  baş  verən  sənaye 

inqilabından  sonra  qoyulmuşdur.  O,  elmi-texniki  tərəqqinin  inkişaf 

səviyyəsini,  ölkənin  müdafıə  qüdrətinin  səviyyəsini,  habelə  digər 

təsərrüfat  sahəbrinin  inkişafıın  özündə  əks  etdirir.  Đnkişaf  etmiş 

maşınqayırma  sənayesi  ölkənin  iqtisadi  və  hərbi  qüdrətini,  siyasi 

müstəqilliyini  təmin  edir.  Sənaye  sahəbri  arasında  istehsal  olunan 

məhsulun  dəyərinə  və  işçilərinin  sayına  görə  birinci  yeri  tutur. 

Burada  80  mln.-dan  artıq  işçi  qüvvəsi  çalışmaqla  dünya  sənaye 

məhsulunun  1/3  -i  istehsal  olunur.  Metallurgiyanın  məhsulu 

maşınqayırma  üçün  xammal  rolunu  oynayır.  Ölkədə  hansı 

maşınqayırmanın  olması  ilə,  onların  miqdarı  ilə,  nə  kimi  sürətlə 

istehsal  edilməsilə  iqtisadi  inkişaf  haqqında  mühakimə  yürütmək 

olar. 

Müasir maşınqayırma çox mürəkkəb sahə hesab edilir. Onun 



müəssisələri biri-biri ilə, eləcə də başqa sahələrin müəssisələri ib sıx 

surətdə əlaqədardır. 

Müasir  maşınları  hazırlamaq  üçün  metal  ilə  yanaşı  plastik 

kütlə,  rezin,  parça,  boya,  taxta  və  sair  tələb  olunur.  Onlar  yüzlərlə, 

minlərlə hissələrdən hazırlanır. Məsələn, avtomobil 30 min, təyyarə 

120  min  hissədən  ibarətdir.  Bütün  bu  hissələri  bir  zavodda 

hazırlamaq 

əlverişli 

olmadığından 

maşınqayırmada 

hazır 

məhsulların  ayrı-ayrı  hissələrinin  buraxılışı  üzrə  ixtisaslaşma 



aparılır.  Maşınların  konstruksiyası  və  istifadə  edilən"  xammalın 

müxtəlifliyi  ayrı-ayrı  hissələr  istehsalı  üzrə  ixtisaslaşdırılmış 

müəssisələrlə istehsal əlaqələri, yaxud kooperativləşdirmə tələb edir. 

Belə əlaqələri ancaq inkişaf etmiş nəqliyyat növü həyata keçirə bilər. 

Bu 

əsasdan 


da 

maşınqayırma 

müəssisələrinin 

səmərəli 

yerləşdirilməsində  əlverişli  nəqliyyat  yollarının  olması  çox  gərəkli 

sayılır. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə