R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə29/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   25   26   27   28   29   30   31   32   ...   153

vaxta  qədər  radioaktiv  tullantı  maddələri  ilə  doldurulmuş  yüz 

minlərlə  konteyneri  Sakit  və  Atlantik  okeanının  dərinliklərinə 

atmışdır. MAQATE-nin siyahısında okeanlara daimi belə radioaktiv 

tullantıları  atan  20-yə  qədər  ölkənin  adı  hallanır.  Fransa,  Đsveçrə, 

Đsveç,  Yaponiya,  Belçika,  Almaniya,  Đtaliya,  Cənubi  Koreya  və 

başqaları bu tip dövlətlər siyahısına daxildir. AES-lər eyni zamanda 

işlədikləri 

vaxtı 


atmosferə 

ĐES-lərdən 

çox 

az 


miqdarda 

radionuklidlər  buraxırlar.  AES-lər  texnologiyasına  görə  istismar 

vaxtı  ĐES-lərə  nisbətən  daha  çox  su  işlədirlər.  Ona  görə  də  ĐES-

lərdən fərqli olaraq üzərində tikilmiş olduğu çayın suyuna daha çox 

isti  su  və  atmosferə  isə  isti  bııraxırlar.  Belə  hal,  ekoloji  tarazlığı 

pozaraq hətta çayın canlı aləminin məhv olması ilə nəticələnir. 

Son illər neftin, qazın dünya bazarlarında ucuzlaşması və  ya 

bahalaşması,  1986-cı  ildə  Ukraynanın  Çernobıl  və  1979-cu  ildə 

Amerikanın  «Tri-Maykl-Aylend»  (Pensilvaniya  ştatının  Harrisberq 

şəhərində)  AES-lərində  baş  verən  qəzaların  psixoloji  təsiri,  nüvə 

enerjisi  hasilatı  tərəfdarlarının  azalması,  stansiyaların  daha  çox 

kapital  tutumlu  olmaları,  tikilməsinə  və  istifadəyə  verilməsinə 

lisenziyaların alınması vaxtının uzadılması, tikilmə layihələrinin çox 

uzun müddətə götür-qoy edilməsi, təhlükəsizliyin təmin edilməsində 

iri  texniki  aspektlərin  çətin  həll  olunması  və  radioaktiv  tullantılara 

münasibət  AES-lərin  saylarının,  habelə  elektrik  enerjisi  əldə 

edilməsində  xüsusi  çəkilərinin  azlığa  doğru  alçalması  müşahidə 

edilir.  Ona  görə  də  bir  çox  ölkələrdə,  o  cümlədən  Avstriyada, 

Đtaliyada  (4),  Polşada,  Đsveçrədə,  Niderlandda,  Đsveçdə  (12  AES-in 

hamısı)  AES-lərin  bir  çoxunun  fəaliyyətləri  dayandırılmışdır.  Lakin 

elə  ölkələr  vardır  ki,  AES-lərin  sayı  nəinki  azaldılmışdır,  əksinə, 

hətta artırılmış və gələcəkdə də artırılması nəzərdə tutulmuşdur. Belə 

ölkələrdən  Rusiya  Federasiyasını  (Balakov,  Cənubi  Ural,  Beloyar, 

Kursk,  Voronej  AES-lərində  blokların  sayının  artırılması,  Uzaq 

Şərqə  3  stansiyanın  tikilməsi  nəzərdə  tutulur),  ABŞ-ı,  Fransanı, 

Yaponiyanı  (yaxın  20  ildə  40  AES  tikilməlidir),  Koreya 

Respublikasını,  AFR-i  göstərə  bilərik.  Qeyd  etmək  lazımdır  ki, 

Yaponiya  dünyada  ən  böyük  gücü  olan  AES-ə  malikdir.  Bu,  Sakit 

okean  sənaye  qurşağında  yerləşərək  80-ci  illərin  ortalarından 

fəaliyyətdə 

olan 

və 


ümumi 

gücü 


10,5 

mln.kvt-a 

çatan 

«Fukusima»AES-idir.  Tokio  şəhərindən  200  km  şimalda  yerləşən 



«Fukusima»nın  1998-ci  ildə  7-ci  bloku  istifadəyə  verilərək  hələlik 

8,2 mln.kvt-lıq gücü elektrik enerjisi hasil edir. 




Alternativ  enerji  mənbələri  dünyada  illik  enerji  istehsalında 

1,0 % xüsusi çəkiyə malikdir. Müasir dünyanın inkişaf etməkdə olan 

ölkələrinin çoxunda illik elektrik enerjisi hasilatının 10 faizə qədərini 

alternativ enerji mənbələri verir. Söhbət, hər şeydən əvvəl geotermal, 

dəniz  və  okean  sularının  qabarına-çəkilməsi,  günəş,  külək  və  sair 

enerji  mənbələrindən  gedir.  Qeyri-ənənəvi  və  ya  alternativ  enerji 

ehtiyatları  çox  olsa  da  onlardan  hələ  maksimum  istifadə  etməyin 

effektli metodları tapılmamışdır. Bu əsasdan da hələlik onlar coğrafı 

baxımdan qiymətləndirilərək yerli əhəmiyyət kəsb edirlər. 

Geotermal  enerjinin  formalaşması  yerin  daxilində  baş  verən 

radioaktiv  parçalanmaların,  kimyəvi  reaksiyaların  və  digər 

proseslərin  gedişi  ilə  bağlıdır.  Məlumdur  ki,  yerin  2000-3000  m 

dərinliklərində  temperatur  100°S-dən  çox  olur.  Qızmış  su  tektonik 

çatlarla,  habelə  buruqlar  vasitəsi  ilə  yerin  səthinə  çıxır. 

Temperaturun  yüksək olması bəzən suların tektonik çatlar vasitəsilə 

buxar halında yerin səthində görülməsinə də imkan verir. Geotermal 

mənbələr  temperatur  şəraitinə  görə  aşağı,  orta  və  yüksək 

temperaturlu  olurlar.  Birinci  ikisi  adətən  qızdıncı  və  istilik 

təminatçısı kimi gərəklidirlər. Belə mənbələr Đslandiyada özünü daha 

qabarıq  şəkildə  büruzə  verir.  Belə  ki,  Đslandiya  dünyada  ilk  dəfə 

yeraltı isti sulardan binaların qızdırılmasında və isti suya olan digər 

tələbatın ödənilməsində geniş miqyasda istifadə edən yeganə ölkədir. 

Bu məqsədlə hələ XX əsrin 30-cü illərindən başlayaraq Reykyavikdə 

mərkəzdən  idarə  olunmaqla  xüsusi  təmizləyicisi  olan  geniş  boru-

kəmər  şəbəkəsi  sistemi  yaradılmışdır.  Onun  əsasında  da  geotermal 

sistemlər  daha  da  genişləndirilərək  alma,  pomidor,  yemiş,  eləcə  də 

banan  yetişdirilərək  onların  məhsullarına  olan  illik  tələbatı  ödəmək 

mümkün  olur.  Belə  təbii  isti  su  ehtiyatından  istifadə  Đtaliyada, 

Fransada, Macarıstanda, Yaponiyada, ABŞ-da, Mərkəzi Amerikanın 

bir  çox  ölkələrində,  Yeni  Zelandiyada,  Filippində  və  Rusiyada  da 

həyata keçirilir. 

Yüksək  temperaturlu  mənbələrdən  quru  buxar  halında  isə 

GeoĐES-lərin  yaradılması  üçün  istifadə  edilməsi  daha  sərfəlidir.  Bu 

məqsədlə  ilk  GeoĐES  1827-ci  ildə  Đtaliyanın  Toskana  əyalətinin 

Larderello  yaşayış  məntaqəsində  yaradılmışdır.  Bunu  əslən  fransalı 

olan  qraf  F.de  Larderello  öz  kimya  müəssisəsinin  təminatı  üçün 

həyata  keçirmişdir.  Belə  ki,  hələ  30-cu  illərdən  başlayaraq 

Reykyavikin ictimai və yaşayış binaları, sənaye müəssisələri, habelə 

oranjereyaları 

xüsusi 


tənzimləyiciləri 

olan 


boru 

xətti 


ilə 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə