V.2. Metallurgiya
Đstehsal vasitələri istehsah sahəsinə daxil olan metallurgiya
ağır və yüngül metallar istehsalını özündə birləşdirir. Dövlətin
iqtisadi və hərbi qüdrətini əridilmiş metalın kəmiyyət və keyfiyyət
göstəricisi müəyyən edir. O, bəşəriyyəti konstruksiya materialları ilə
- qara və əlvan metallarla təmin edərək maşınqayırmanın, tikintinin
inkişafnın və digər təsərrüfat sahələrinin texniki təchizatının
təminatçısı rolunu oynayır.
Metallurgiya iki sahəyə ayrılır. Bunlar qara və əlvan
metallurgiyadan ibarətdir. Əhəmiyyət baxımında məhsul istehsalının
ölçüsünə görə qara metallurgiya üstünlük təşkil edir.
Qara metallurgiya dünya sənayesinin qədim və aparıcı
sahələrindən biri olub filiz və qeyri-filiz xammallarının hasilatından,
onların saflaşdırılmasından, çuqun, polad, prokat, ferroərintilər,
habelə bir sıra digər son məhsullar əldə edilməsindən ibarətdir.
Maşmqayırmanın və tikintinin inkişafı bilavasitə qara
metallurgiyaya çox ehtiyaclıdır. Xalq təsərrüfatınm bir çox sahələri
texniki təchizatda qara metallurgiyaya borcludur.
Qara metallurgiyanın inkişafı üçün xammal kimi filizin bu və
ya digər növlərindən, dəmir qırıntılarından, ferroərintilərdən,
müxtəlif qatışıqlardan geniş istifadə olunursa, kokslaşan kömür və
elektrik enerjisi yanacaq kimi çox gərəklidir. Onun məhsulları
çuqun, polad, prokat, müxtəlif ölçülü borular və s.-dən ibarətdir.
Müasir metallurgiya üçün xarakterik olan cəhət metalın əsas
hissəsinin metallurgiya kombinatlarında istehsal olunmasıdır.
Kombinat dedikdə, müxtəlif sənaye sahələrinə aid, texnoloji proses
cəhətdən biri-biri ilə qarşılıqlı surətdə əlaqədə olan bir neçə
istehsalın
bir
müəssisədə
birləşdirilməsi
başa
düşülür.
Metallurgiyada xammalı ardıcıl surətdə emal edən kombinatlar
üstünlük təşkil edir. Həmin kombinatlarda domna peçlərində dəmir
filizindən çuqun istehsal olunur, maye halında olan çuqundan və
metal qırıntılarından isə poladəridən konvertorlarda, martenlərdə,
elektrik peçlənndə polad əridilir və bundan da hazır son məhsul -
prokat əldə edilir. Metallurgiyada elmi-texniki tərəqqi metal
əridilməsinin getdikcə daha çox məhsuldar üsullarının tətbiq
edilməsinə səbəb olur. Nəticədə, poladın keyfiyyəti yüksəlmiş olur.
Yüksək keyfıyyətli polad əldə etmək üçün legirləyici (metalların
keyfiyyətini yaxşılaşdıran) metalların - xromun, nikelin, titanın,
vanadiumun, volframın dərnirlə ərintisi şəklində olan ferroərintilər
tətbiq olunur. Bunların əridilməsi isə çoxlu miqdarda elektrik
enerjisi tələb edir. Metal istehsalının ən yeni üsulu - domnasız metal
əldə etmək üsuludur. Deyilənlərlə yanaşı qara metallurgiyada
istehsalın təmər-küzləşməsi arası kəsilmədən artır. Belə ki, hazırda
iri bir domna xeyli sayda olan xırda müəssisələrin verdiyi məhsuldan
artıq çuqun verir.
Metallurgiya bir qrup istehsalların, o cümlədən koks-kimya
və maşmqayırma istehsallarının inkişafı üçün baza rolunu oynayır.
Metallurgiya müəssisələri bütün məhsul növlərinı verə biiən
tam dövriyyəli – silsiləli və ya bir neçə məhsul istehsaletmə
qüvvəsinə malik olan natamam-yarım dövriyyəli növlərə ayrılırlar.
Müasir metallurgiya kombinatlan xammal və yanacaq bazalarında,
xammalla yanacaq bazaları arasında, istehlaka yaxın, iri dəniz
limanlarında, nəqliyyat növlərinin yaxşı inkişaf edərək qovşaq təşkil
etdiyi rayonlarda
yeriəşdirilmişlər. Deyılənlər tam silsiləri
metallurgıya müəssisələrınin yerləşdırilməsi üçün başlıca
prinsiplərdir. Belə müəssisələri yerləşdirərkən, onların su ilə, elektrik
enerjisi ilə, təbii qazla təmin olunmasını, hətta təbiətin qorunması
zəruriliyini də nəzərə alırlar.
Müasir dünyada qara metallurgiya xammallarla və yanacaqla
tam təmin olunsa da onların coğrafi yerləşməsində çox qeyri-
bərabərlik hökm sürür. Bunların əksəriyyəti demək olar ki, inkişafda
olan ölkələr ərazisi üçün xarakterikdir. Deməli, xammalla yanacaq
arasında, istehsalla istehlak arasında da qeyri-bərabərlik mövcuddur.
Belə hal, bəzi problemlərin - xüsusi ilə də uzaq məsafələrə
daşımaların mövcudlaşmasını zəruriləşdirir.
Qara metallurgiyanın əsas xammalı sayılan dəmir filizi
ehtiyatı dünyada 800 mlrd. ton olmaqla Rusiyada, Braziliyada,
Avstraliyada, Kanadada, Hindistanda, Çində, CAR-da, ABŞ-da,
Liberii-yada, Venesuelada, Đsveçdə zəngin ehtiyata malik olan
yataqlar aşkarlanmışdır. Đldə dünyada 1,06 mlrd. tondan çox dəmir
filizi hasilatında Çin, Braziliya, Avstraliya, Rusiya, Ukrayna, ABŞ,
Hindistan, Kanada, CAR və s. ölkələr seçilirlər. Son illər Avstraliya,
CAR, Braziliya və Liberiyanın zəngin filizlərindən geniş istifadə
olunması ABŞ və Qərbi Avropada bir sıra hasilat rayonlarının
tənəzzülünə səbəb olmuşdur.
Dəmir filizinin başlıca ixracatçıları Braziliya, Avstraliya,
Hindistan, RF, Ukrayna sayılırsa, əsas idxalatçılar Yaponiya, ABŞ
və Avropa ölkələridir.
Qara
metallurgiyanın
böyük
əhəmiyyət
kəsb
edən
məhsullarından biri dünyanın 80-dan artıq ölkəsində mövcud olan
polad istehsalıdır. Onun inkişaf dinamikasını izləsək aşağıdakıların
şahidi olarıq: 1950-ci ildə 200 mln. t, 1958-ci ildə 300 mln. ton,
1970-ci ildə 600 mln. ton, 2000-ci ildə 850 mln. ton, XXI əsrin
başlanğıcında isə 1060 mln. ton polad istehsalı müşahidə edilmişdir.
Müasir dünyada qara metal məhsulu istehsalında Şimalla
Cənub arasında kəmiyyət göstəriciləri xeyli dəyişmişdir. Belə ki,
hal-hazırda Çin də daxil olmaqla Cənub dünyada istehsal olunan
poladın 2/5-ni verməkdədir. Qara metallurgiyanın inkişafda olan
ölkələrə belə "miqrasiya" etməsi hər şeydən əvvəl həmin ölkələrin
sənayeləşməsi, habelə "çirkli" təsərrüfat sahələrinin ABŞ, Yaponiya
və Qərbi Avropa ölkələrindən ĐOÖ-rə doğru istiqamətləndirmə
siyasətinin özünə yer tapması iiə bağlıdır.
Polad istehsalında Xarici Asiya regionu ölkələri aparıcı yer
tuturlar. Burada Çin dünyada liderlik edərək ildə 182 mln. ton polad
istehsal edir. Çində Xalq Respublikası elan olunan - 1949-cu ildə
qara metallurgiyadan əsər-əlamət belə yox idi. Hal-hazırda Yaponiya
- 110 mln. ton, Koreya Respublikası - 50 mln. tondan çox, Hindistan
40 mln. tondan artıq illik polad məhsulu istehsalı ilə fərqlənirlər.
Regionlar arasında polad istehsalında xarici Avropanın AFR,
Đtaliya, Fransa, Böyük Britaniya dövlətləri də tanınırlar. Daha
doğrusu, polad istehsalı AFR-də - 50 mln. ton, Đtaliyada - 30 mln.
tondan çox, Fransada - 20 mln. tona yaxın, Böyük Britaniyada - 20
mln. tona qədər təşkil edir. Lakin Şimali Amerikanm ABŞ-ı və
Kanadası bu sahədə özünəməxsusluğu ilə tanınırlar. ABŞ ildə 101
mln. ton polad verərək dünyada Çin və Yaponiyadan sonrakı yerə
malikdir. Kanadada isə bu məhsulun illik istehsalının kəmiyyət
göstəricisi bir o qədər də yüksək deyildir.
Əlbəttə, qara metallurgiya məhsulları istehsalında MDB
ölkələrinin adlarını çəkməmək olmaz. Burada RF, Ukrayna,
Qazaxıstan fərqlənirlər. Đllik polad istehsalında RF-nin xüsusi
göstəricisi -60 mln. tona yaxın, Ukraynanınkı isə - 3- mln. tondan
çoxdur. Qazaxıstanda - 5,0 mln. ton polad, 4,0 mln. ton prokat
istehsal olunmaqdadır. MDB-də Cənub, Ural, Mərkəz, Sibir,
Qazaxıstan əsas metallurgiya bazaları vardır. Ümumi filiz və ya
Dostları ilə paylaş: |