R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə31/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   27   28   29   30   31   32   33   34   ...   153

böyük KES parkı yaratmışdır. Bununla yanaşı ən güclü (2 Mvt) KES 

Đsveçdə də fəaliyyət göstərir. Gələcəkdə ölkədə hər birinin gücü 3-5 

mvt  olan  KES-lər  yaradılması  planlaşdırır  ki,  onlardan  da  ildə  15 

mlrd.kvt  saat  elektrik  enerjisi  alınması  nəzərdə  tutulur.  Çünki  digər 

elektrik stansiyalarını yaratmaq üçün Đsveçin yanacaq-enerji ehtiyatı 

kifayət qədər deyildir. 

Danimarkada  4  mindən  artıq  KES  illik  elektrik  enerjisi 

istehsalının  5%-ə  qədərini  hasil  edir.  Nəzərdə  tutulmuşdur  ki, 

Danimarkada  2005-ci  ildə  KES-lərin  elektrik  enerjisi  istehsalında 

xüsusi çəkisi 30%-ə çatdırılsın. Bu da, digər elektrik stansiyalarından 

fərqli  olaraq  atmosferə  atılan  karbon  qazının  ən  azı  2  dəfə  və  digər 

tullantıların  xeyli  azalmasına  imkan  verəcəkdir.  Belə  hal,  eyni 

zamanda təbii ekoloji tarazlığı saxlamaq deməkdir. MDB ölkələrinin 

Şimal,  Azov-Qara  dəniz,  Aşağı  Volqa,  Qazaxıstan,  Türkmənistan 

ərazilərində  daha  çox  KES  quraşdırmaq  üçün  əlverişli  imkanlar 

vardır.  Bu  imkanlardan  lazımi  səviyyədə  istifadə  edilsə  milyard 

kilovat gücə çatan KES-lər quraşdırmaq nəticəsində ümumilikdə ildə 

elektrik  enerjisi  istehsalını  18trln.kvt.saata  çatdırmaq  mümkün 

olacaqdır. Əsasən mülayim qurşaqda yerləşən ölkələrdə xeyli qədim 

inkişaf  tarixinə  malik  olan  KES-lərin  iqtisadi  səmərəliliyinin  aşağı, 

az  olması  onların  daima  işləməsi  ilə  -  yəni  küləyin  baş  verdiyi 

anlarda işləmələri ilə izah olunur. 

Qeyd  etmək  lazımdır  ki,  alternativ  enerji  mənbələrinə 

üstünlük verilməsi həmin rayonlarda  əsas  enerji  mənbələrinin az və 

ya  hec  yoxluğuna,    digər    tərəfdən    isə    təbii  ekoloji    tarazhğın  

saxlamlma mümkünlüyünə əsaslanır. 

Alternativ  enerji  mənbələrinə  eyni  zamanda,  sintetik 

yanacaqları,  bitiumlaşmış  qumları,  biokütləni,  bioqazı,  spirti  və 

başqalarını  da  aid  etmək  mümkündür.  Sintetik  yanacağın  alınması 

üçün kömürdən, yanar şistdən, bitiumlaşmış qumlardan, biokütlədən 

istifadə  olunur.  Kömürün  hidrogenerasiya  edilməsi  nəticəsində  süni 

neftin əldə edilməsi Almaniyada hələ 30-cu illərdə məlum idi. Enerji 

böhranı  başlandıqdan  sonra  Qərb  ölkələri  bu  üsuldan  geniş  istifadə 

edərək  sintetik  yanacaq  alma  proqramını  əsaslı  surətdə  həyata 

keçirməyə  başlamışlar.  ABŞ-ın  enerji  proqramına  əsasən  kömürdən 

qaz alınması üçün 40 yeni zavodun tikilməsi planlaşdırılmışdır. Hal-

hazırda bu üsulla qaz alınması CAR-da da həyata keçirilir. 

Bitiumlaşmış  şistin  əldə  edilməsində  MDB,  Estoniya,  ABŞ, 

Braziliya,  Çin  seçilirlər.  Müəyyən  edirlmişdir  ki,  aşkarlanmış 



bitiumlaşan  şist  ehtiyatından  50  mlrd.tondan  çox  neft  əldə  etmək 

mümkündür. 

Bitiumlaşmış 

qumların 

ən 

çox 


ehtiyatı 

Kanadada, 

Venesuelada, Kolumbiyada aşkar edilmişdir. Kanadada bitiumlaşmış 

qum,  habelə  əkinçilik  və  heyvandarlıq  sahəsinin  tullantıları 

istifadədə  böyük  əhəmiyyət  kəsb  edirlər.  Bitiumlaşmış  neft 

ehtiyatının  sahəsi  75  min  kv.km-dir  ki,  o  da  Atabaska  çayı 

hövzəsində  aşkar  edilmişdir.  Onun  ümumi  ehtiyatı  130  mlrd.ton 

təşkil  etsə  də  40  mlrd.tonu  istifadəyə  gərəklidir.  Venesuelada 

bitiumlaşmış  neftin  geoloji  ehtiyatı  185  mlrd.  tona  catır.  Onun  40 

mlrd. tonundan istifadə etmək gələcəkdə mümkün olacaqdır. 

Biokütlənin  başlıca  mənbələrini  yandırmaqla,  eləcə  də  emal 

etməklə əldə edilən xammaldan bioqaz və spirt alınmasında istifadə 

etmək  mümkündür.  Bu  məqsəd  üçün  şəkər  qamışı,  çəltik  qabığı, 

qarğıdalı  şaxı  və  gövdəsi,  pambıq  şaxı,  kokos  və  qoz  qabığı,  yer 

qozu, peyin xammalı yanacaq kimi istifadədə gərəklidir. 

Bioqaz  ən  çox  Çində,  Hindistanda,  Cənubi-Şərqi  Asiya 

ölkələrin-də,  Mərkəzi  Amerika  və  MDB  ölkələrində  istehsal  edilir. 

Heyvandarlığın,  meşə  və  ağac  emalı  təsərrüfatının,  məişət 

tullantılarının  iqtisadi  potensial  həcmi  ümumiyyətlə  dünyada,  eləcə 

də  ayrı-ayrı  ölkələrdə  müxtəlifdir.  Bu,  təkcə  RF-də  ildə  50  mln.ton 

şərti  yanacaq  həcminə  bərabərdir.  Elə  ona  görə  də  Moskva 

vilayətində  fəaliyyət  göstərən  heyvandarlıq  fermalarmdan  birində 

üzvi  tullantıların  biokütləsindən  istifadə  edərək  yaradılmış  qurğu 

hesabına  əldə  olunan  tərkibi  təbii  yanar  qaza  müvafıq  gələn  yanar 

qaz əsasında ferma binaları qızdırılır və adi qaz plitlərində də istifadə 

edilərək  məişətdə  gərəkli  olur.  Eləcə  də  həmin  bioqazdan  daxili 

yanma mühərriklərinin işləməsində, süni benzin alınmasında istifadə 

olunur. 


Ümumiyyətlə, bütün dünyada alternativ enerji mənbələrindən 

və eksperiment kimi istifadə olunur, ya da ki, onlar yerli və ya lokal 

əhəmiyyət kəsb edirlər. Bu ilk növbədə, külək enerjisinə aiddir. Elə 

ölkələr vardır ki, onların təbii enerji mənbələri ehtiyatı ilə zənginliyi 

alternativ enerji mənbələrindən istifadə olunmamasına şərait yaradır. 

Məsələn,  Rusiya  Federasiyasında  əsas  enerji  mənbələrinin  çoxluğu 

alternativ  enerji  mənbələrindən  elektrik  enerjisinin  alınması 

eksperiment  xarakteri  daşıyır.  Lakin  ərazinin  uzaqlığı,  keçilmə 

çətinliyinin  mövcudluğu,  əsas  elektrik  stansiyalarının  tikilməsinə 

ehtiyacın olmaması, istehlakın azlığı belə rayonlarda alternativ enerji 




mənbələrindən  istifadə  olunmasını  zəruriləşdirir.  Çünki  bu  həmin 

rayonlarda  elektrik  enerjisinə  olan  istehlakın  ödənilməsi  üçün 

alternativi olmayan bir varlıqdır. 

Dünyada  şəkər  qamışından  ən  çox  etil  spirti  alan  ölkə 

Braziliyadır.  Ona  görə  də  ölkədə  -  kənd  yerlərində  şəkər  qamışıın 

distillə  edə  bilən  280-dən  çox  zavod  fəaliyyət  göstərir.  Nəticədə, 

ölkə  avtoparklarının  çox  hissəsi  ya  təmiz  etanol  əsasında,  ya  da  ki, 

spirtli-benzinli yanacaq əsasında işləyirlər. 

Son  vaxtlar  dəniz  və  okean  cərəyanlarının  enerjisindən  də 

istifadə  olunur.  Bu,  ancaq  Yaponiyada  eksperiment  formasında 

mövcud olmaqdadır. 

Müasir 


dünya 

elektroenergetikasının 

inkişaf 

xüsusiyyətlərindən  biri  ayrı-ayrı  ölkələrin,  regionların  daxili  enerji 

sistemlərinin  yaradılması,  onların  biri-biri  ilə  yüksək  gərginlikli 

elektrik  xətləri  vasitəsi  ilə  birləşdirilməsi,  hasil  olunmuş  elektrik 

enerjisini  yüksək  gərginlikli  beynəlxalq  elektrik  xətlərlə  ötürülməsi 

hesab edilir. Yüksək gərginlikli elektrik xətləri vasitəsilə biri-biri ilə 

birləşdirilmiş  beynəlxalq  enerji  sistemləri  mövcudlaşdıqda  bütün 

ərazilərin 

elektrik 

enerjisi 

ilə 

təmin 


olnuma 

imkanları 

möhkəmlənmiş olur, sutkalıq, aylıq və illik elektrik enerjisi ilə təmin 

olunma  qrafikinə  əməl  olunur,  hər  növ  və  hər  bir  elektrik 

stansiyasının  iqtisadi  göstəricisi  yaxşılaşır,  ərazinin  hər  bir  yerinin 

tam  elektrikləşdirilməsi  üçün  şərait  yaradılır,  heç  bir  bölgənin 

elektrik enerjisinə ehtiyacı qalmır, hər bir bölgə il boyu tələb olunan 

miqdarda elektrik enerjisi ala bilir, elektrik enerjisi ilə təmin olunma 

il  boyu  sabitləşir,  ayrı-ayrı  növ  elektrik  stansiyalarının  çatışmayan 

cəhətləri  elektrik  təminatında  hiss  edilmir,  ekoloji  tarazlıq  olduğu 

kimi saxlanılır. 

Vaxtı ilə SSRĐ-də 11 birləşmiş enerji sistemi ilə yanaşı Vahid 

enerji  sistemi  yaradılmaqla  Avropaya  istiqamətlənən  «Sülh»enerji 

sistemi də fəaliyyət göstərirdi. 

Hal-hazırda  hasil  olunmuş  elektrik  enerjisinin  yüksək 

gərginlikli beynəlxalq elektrik xətləri vasitəsi ilə nəql edilməsi xarici 

Avropa ölkələri, ABŞ və Kanada üçün daha çox xarakterdir. 

Elektroenergetikanın inkişaf xüsusiyyətlərindən biri dünyanın qlobal 

problemlərindən hesab edilən ekoloji tarazlığı qoruyub saxlamaqdır. 

Kimya,  metallurgiya,  nəqliyyat,  dağ-mədən  və  sairəyə  nisbətən 

strateji  əhəmiyyət  kəsb  edən  elektroenergetika  ətraf  aləmin  təbii 

halının olduğu kimi qalmasında israrlıdır. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə