ġĠRĠN CANIMSAN
Dinlə, nə deyirəm, alagöz yarım,
Sən mənim ürəyim, sən mənim varım.
Sabahın nurlanan ənginliyindən,
Səmalardan gələn müjdəli payım.
Sən mənim gözümdən axan yaĢımsan,
Həm dostum, sirdaĢım, həm də yarımsan.
Dinən mizrabımsan, uçan ruhumsan,
Sən mənə ruh verən qibləgahımsan.
DüĢməz daĢ-kəsəkli yola eĢqimiz,
Sevsək, bu sevgiyə çatar gücümüz!
Əhd etdik səninlə, birdir sözümüz,
Ġsti mehrə möhtac, Ģirin canımsan!
AY SARI YARPAQ
Pəncərəmə düĢən ay sarı yarpaq,
Nələri, nələri yadıma saldın.
Yalançı sevgimin Ģahidi olan,
Payızı düĢünüb xəyala daldım.
Niyə pəncərəmə sən düĢdün, niyə,
Oyandı qəlbimdə uyuyan dərdim.
Necə qıydın kədər qəddimi əyə
Sevgidən son xəzan gülünü dərdim.
Mənim taleyim də bir sarı yarpaq
Qismətimə düĢən alın yazımdır,
Sevdim, elə sevdim, bilmədim ancaq,
Bu sevgi saralan son payızımdır.
KeçmiĢin dönməyən xatirələri,
Yağmurdan bulanan bir çay kimidir.
Sözümü bitirər, ancaq qəlbimin
Ağlayan həsrətli, qəmli simidir.
SEV DEYĠRSƏN
Dostum Vüqar Əlisoyun Ģeirlərini dinlədikdən sonra
yazdım bu Ģeiri
Sən sevirsən, bu, məni sevmək haqqın,
Mən sevirəm, bu, səni sevmək haqqım.
Sev deyirsən, mən sevdiyim qədər sev, deyirsən.
Bu sevgiyə döz, deyirsən, alıĢanda qovrulsan da,
Bir qum kimi küləklərə sovrulsan da,
Nəfəsinlə ürəyimdə həsrətini yandırsan da,
Dəli kimi sev məni, sev, deyirsən.
Həsrətin sənsizliyində sev məni,
Vüsalınla, hicranınla sev, deyirsən.
Bu sevginin acısına döz, deyirsən.
Çiçəklənən qönçələrin ləçəyinə
DüĢən sübhün Ģehi kimi,
Yorğun qalmıĢ sabahların mehi kimi,
Gecələrin səhərlərin gəlməsinə
Ümidli həsrəti kimi, gülün su təĢnəsi kimi
Sev məni, sev, deyirsən.
Dalğaların qayalara,
Ləpələrin sahillərə çırpılma təĢnəsi kimi
Canım Sev məni, sev deyirsən.
Sev ki, bu gül ətirli ömründən sən
Bu sevdaya pay bir can verəsən.
BĠR DÜNYA ĠSTƏYĠRƏM
Bir sakit dünya istəyirəm mən,
Orda çiçəklərin savaĢı olsun.
Bir sakit dünya istəyirəm mən,
Orda sevgilərin limanı olsun.
Yansın bu dünyada sevgidən məĢəl,
Onun istisinə vicdan qızınsın.
Bir savaĢsız dunya istəyirəm mən,
Bu sakit dünyanın yağıĢı, qarı,
Fərəhlə dolu gülüĢlər olsun.
Onun qürub çağı səadət olsun.
BədirlənmiĢ ayın nur iĢığı tək,
DüĢünən beyinlər bir mayak olsun,
Bu sakit dünyanın təməlin qoysun.
SavaĢsız bir dünya istəyirəm mən,
Körpə təbəssümü onu bəzəsin.
Sülh sözü yazılsın buludlarına,
Hər kəs xosbəxtliyə özü tələssin.
Sakit bir dünya istəyirəm mən,
Nə ana yas tutsun, qara bağlasın,
Nə də həyəcandan küncə sıxılan
Məsum, gül körpələr qorxub ağlasın.
ÜġÜDÜ BAXIġIM
Baxıb gözlərinin dərinlıyində
Aramaq istədim oradan güman
Soyuq ruzigarı mənə tuĢ etdun.
ÜĢüdü baxıĢım, üĢüdü, yaman!
Ġnamımda inancımı yox etdin,
Sənə inanmağım bir yalan oldu.
Böyük qəbahətim, ən böyük səhvim:
Sənə ürək verdim, ürəksiz qaldım!
ÜĢüdü qəlbimin ahu-zarı da
Dönüb buza gümanım da üĢüdü
Soyuq rüzügarı mənim baĢımdan
Sən qovmadın həvəsim də üĢüdü!
ÜĢüdü gözümün acı yaĢı da,
ÜĢüdü nigaran baxıĢlarım da,
ÜĢüdü alovlu hissim, istəyim,
Qaytar sən onları, deyil gərəyin!
GÖR NƏLƏR ĠSTƏYĠR
Gör nələr istəyir könül bu səhər,
Sənin əllərinin sakit tumarın.
Ġsti baxıĢınla baxan gözünün
Alovdan da güclü Ģirin xumarın.
Ġstəyir köksünə sığına qəlbim
Qəlbini hiss edib unutsun qəmi.
Ona təsəllidir, ümidli sözün
Sehirli qonaqdır gözümdə gözün.
Gör nələr istəyir könül bu səhər,
Gül qoxulu nəfəsinin ətrini
Yanağını, zülfünü sığallayan
Ġncə barmağının ilıq mehrini
Arzulayar könül istər bu səhər.
Qəlbindən məhəbbət, könlündən istək
ġirin sözlərinə möhtacdır möhtac
Gəl, könlüm arzusun birlikdə bölək!
SƏNDƏN AYRI DÜġƏN GÜNDƏN
Canım sənsiz cansız oldu,
Gözüm qan-yaĢımla doldu.
Keçən günüm ağu oldu,
Səndən ayrı düĢən gündən.
Buludam mən, yağmaz oldum,
Bir çayam ki, axmaz oldum,
Bir atəĢdim yanmaz oldum,
Səndən ayrı düĢən gündən.
Dəyərini mən anladım,
Ġçim də alıĢıb yandı.
Qəlbim səni arzuladı
Səndən ayrı düĢən gündən.
Bir qəribəm dərdim çoxdur,
Həsrətin köksümə oxdur.
Ayrılandan günüm yoxdur,
Səndən ayrı düĢən gündən.
HƏSRƏT YÜKÜ
Gözlər heç ağlamaz ürək yanmasa
Soyuq göz yaĢımda donub qalmıĢam.
Könlüm qubar etməz alovlanmasa
AtəĢin közündə mən qovrulmuĢam.
Həsrətin yolunda çox dolaĢmıĢam
Həsrətin yükünü daĢımaq üçün.
Haqqımı nahaqla mən paylaĢmıĢam,
Haqqımı zülümə anlatmaq üçün.
Çəkirəm bu yükü, həsrət mənimdir.
Yüküm göz yaĢımdır, haqqım zülümdür
Ġnan, bağrım baĢı dilim-dilimdir,
Açıb, tez də solan ömrüm gülündür!
Dostları ilə paylaş: |