İnstitusional struktur və potensialın yaxşılaşdırılmasına dair prinsipləri aşağıdakı kimi
ümumiləşdirmək olar:
•
təşkilatın rolu (yeri) və vəzifələrinin müəyyən edilməsi (qısamüddətli hədəf)
•
regional
səviyyədə su ehtiyatlarının inteqrasiyalı istifadəsinə dəstək məqsədilə regional
əməkdaşlıq qruplarının yaradılması
•
milli
və regional ehtiyaclar nəzərə alınmaqla, müvafiq idarənin (dövlət orqanının) yaradılması
(uzunmüddətli məqsəd)
•
su sektorunda kadr
potensialının artırılması
Yerinə yetirilməli olan əsas fəaliyyətlər aşağıdakılardır:
•
Aidiyyəti təşkilatların planlaşdırma və icra potensialının genişləndirilməsi. Su sektorunda Milli
Agentliklərin gücləndirilməsi.
•
Su
təsərrüfatı kompleksləri (hövzə) səviyyəsində çay hövzəsinin idarə olunması institutlarının
təsis edilməsi üçün proqramın hazırlanması.
•
Texniki potensial
sahəsində çatışmazlıqların qiymətləndirilməsi, bu çatışmazlıqların aradan
qaldırılması üçün təlim proqramlarının hazırlanması və proqramların icrasına başlanması.
•
Su
ehtiyatlarının inkişaf etdirilməsi, planlaşdırılması və idarə edilməsi aspektləri ilə əlaqədar
bütün
maraqlı tərəflərin (dövlət institutları, özəl sektor, yerli icmalar, vətəndaş cəmiyyəti və s.)
texniki
potensialının gücləndirilməsi. Onların hövzə planlaşdırmasında fəal iştirakının təbliği
İNSTİTUSİONAL STRUKTUR VƏ POTENSİALIN
TƏKMİLLƏŞDİRİLMƏSİ
Göstəricilər
2018-ci
ilə qədər su sektoru üzrə milli səviyyədə vahid planlaşdırmanı koordinasiya etmək üçün Dövlət Su
Agentlikləri təyin edilir və səlahiyyətləndirilir;
2018-ci
ilə qədər bütün müvafiq institusional səviyyələrdə hüquq və vəzifələr dəqiq müəyyən edilir və onların
şəffaflığı nümayiş etdirilir;
2018-ci
ilə qədər, nəzərdə tutulmuş bütün çay hövzələri üçün çay hövzələrinin inteqrasiyalı idarə olunmasının
planlaşdırılması (ÇHİİP) konsepsiyası seçilir və ekosistemə əsaslanan ÇHİİP-ə start verilir;
2018-ci
ilə qədər adekvat icazə və nəzarət prosedurları yaradılır və icazənin verilməsi proseduru üzrə müstəqil
orqan
müəyyən edilir;
2024-cü
ilə qədər normativlərə uyğn və səmərəli su idarəetməsini təmin etmək məqsədilə mərkəzi və regional
idarələrin potensialı gücləndirir;
2024-cü
ilə qədər - Milli Su Agentlikləri su ehtiyatlarıınn inteqrasiyalı idarəsini icra etməyə qadirdirlər və
adekvat ehtiyatlara
malikdirlər;
2024-cü
ilə qədər, əsas çay hövzəsi qurumları təsis edilir və onlar ÇHİİP-yə uyğun olaraq çay hövzəsi ilə
əlaqədar məsələlərlə məşğul olmağa başlayırlar;
2030-cu
ilə qədər, bütün böyük və orta çay hövzəsi qurumları təsis olunur və ÇHİİP-i icra etməyə başlayır.
Çay
hövzə prinsipi ölkənin iri su axınları obyektlərinə (su kanallarına) də tətbiq olunmalıdır. Bu
obyektlər: Samur-Abşeron kanalı, Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarıdır.
İNSTİTUSİONAL STRUKTUR VƏ POTENSİALIN
TƏKMİLLƏŞDİRİLMƏSİ
Transsərhəd çay hövzələrində beynəlxalq transsərhəd əməkdaşlığın yaradılması vacibdir.
Əməkdaşlığın ilkin şərtləri ilə bağlı zəif məqamlardan biri regiondakı digər ölkələrin BMT-nin
Avropa
İqtisadi Komissiyasının Su Konvensiyasının iştirakçısı olmaması faktıdır.
BMT Avropa
İqtisadi Komissiyasının Su Konvensiyasının (ECE/MP.WAT/2009/L.2) icrası üzrə
Su
Konvensiyası tərəflərinin beşinci İclasında qəbul edilmiş rəhbər sənəd transsərhəd əməkdaşlığa
doğru hansı addımların atılmalı olduğu ilə bağlı tövsiyələrin verilməsində faydalı ola bilər. Rəhbər
sənəd həmçinin Konvensiyaya qoşulmazdan əvvəl konvensiyanın müddəalarını tətbiq etmək
istəyən tərəflər üçün nəzərdə tutulub. Yeri gəlmişkən, sözügedən rəhbər sənəd həmçinin
Konvensiyanın birgə monitorinq proqramları, birgə və koordinasiya olunan qiymətləndirmələrlə
əlaqədar Konvensiyanın 11-ci maddəsinin məzmununu izah edir.
Digər hövzə ölkələri ilə əməkdaşlıq su ehtiyatları potensialının inkişaf etdirilməsi, suyun
keyfiyyəti və istifadəsi üzrə, çoxməqsədli fayda gətirə biləcək layihələr üçün vacib əhəmiyyətə
malikdir.
Strategiyanın icra müddəti ərzində Azərbaycan qonşu ölkələrlə əməkdaşlığı inkişaf
etdirməyə davam edəcək.
TRANSSƏRHƏD SU AXARLARI İLƏ ƏLAQƏDAR
ƏMƏKDAŞLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ
Fəaliyyətlər
•
Digər həmsərhəd ölkələrlə bərabərlik əsasında birgə hazırlana biləcək müştərək inkişaf və əməkdaşlıq
layihələrinin müəyyən edilməsi. Bu layihələrin beynəlxalq tələblərə uyğun şəkildə hazırlanması
•
Keçmişdə qəbul olunmuş və ya hazırlanmış, lakin icra edilməmiş layihələrin yenilənməsi və təkrar nəzərdən
keçirilməsi.
•
Su
ilə əlaqədar qonşu ölkələrin və ğlkənin özünün ehtiyaclarının birgə qiymətləndirilməsi və anlaşılması.
•
Qonşu ölkələrlə etimadın artırılması tədbirlərinin görülməsi.
•
Transsərhəd su ehtiyatları üzərində qonşu ölkələrlə birgə nəzarət
Göstəricilər
•
2018-ci
ilə qədər Gürcüstanla birlikdə transsərhəd çay hövzələri üzrə su ehtiyatlarının inteqrasiyalı idarə
olunması ilə əlaqədar yol xəritəsi hazırlanır
•
2018-ci
ilə qədər bəzi çoxməqsədli layihələr razılaşdırılır və icrası davam etdirilir;
•
2024-cü
ilə qədər sazişlərdən və çoxməqsədli layihələrdən gözlənilən mənfəətlər əldə edilir;
•
2024-cü
ilə qədər qonşu ölkələr arasında transsərhəd su obyektlərinin sərhədyanı zolağı sahəsində məsələlər
həll edilir;
•
2024-cü
ilə qədər bir neçə müştərək/çoxtərəfli su ehtiyatlarının inkişaf etdirilməsi layihələri qənaətbəxş
səviyyədə və funksional qaydada icra edilir
•
2030-cu
ilə qədər, su bölgüsü ilə əlaqədar sazişlər və mexanizmlər hazır vəziyyətə gətirilir və qarşılıqlı fayda
verməyə başlayır. Su ehtiyatlarının inteqrasiyalı istifadəsi planları transsərhəd çay hövzələrinin idarə edilməsi
üçün
əsas alət kimi tətbiq edilir.
TRANSSƏRHƏD SU AXARLARI İLƏ ƏLAQƏDAR
ƏMƏKDAŞLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ