Rafiq Verdiyev, Su ehtiyatları üzrə ekspert



Yüklə 221,11 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix15.03.2018
ölçüsü221,11 Kb.
#32521
1   2   3   4   5   6   7   8

Təmiz və istifadəyə yararlı suyun çatışmazlığı problemi olduqda, investisya  problemə birbaşa və 

ya 


dolayı təsiri olan tədbirlərə yönəldilməlidir. 

 Vacib 


elementlərdən biri qənaət, hətta suyun  mümkün təkrar  istifadəsidir. 

 Bu gün tarif 

və sanksiyalarda insanları suya qənaətə həvəsləndiriləcək stimullar nəzərdə tutulmur. 

Məişətdə  sudan  istifadə  tariflərinin  tətbiqi  təklikdə  suya  qənaətin  təbliğ  edilməsi  üçün  kifayət 

deyil. 

Ümumilikdə  sistem  daha  əlverişli  istiqamətdə  inkişaf  etdirilməlidir.  Bundan  əlavə,  su 



sistemlərinin  təkmilləşdirilməsi,  xüsusən  də  vətəndaşların  maarifləndirilməsi  adambaşına  su 

istehlakını azaltmağa kömək edə bilər. 

Hər  kəsin  sudan  istifadə  edə  bilməsi  üçün  tariflər  su  istehsalı  (emalı)  və  insanların  ödəmə 

qabiliyyəti  əsasında  müəyyən  edilə  bilər,  bununla  hər  kəsə  gündəlik  zəruri  miqdarda  su  almaq 

imkanı verilə bilər.  

 

Azərbaycanda  olan  tariflər  (  bulaq  sularından  istifadə  üçün  tariflər,  tullantı  sularına  görə 



ödəmələr və ətra mühitə dair ödəmələr)   su istehlakı xərclərini yetərincə əks etdirmir.  

Tariflər  su  istifadəsinə  nəzarət  üsullarından  biridir,  lakin  su  istehlakına  ilkin  nəzarətin 

təkmilləşdirilməsi,  sudan  istifadə  üçün  icazələrin  daha  geniş  tətbiqi,  suyun  təmizlənməsi 

öhdəliklərinin tətbiqi və icazələr sisteminin tənzimlənməsinin təkmilləşdirilməsi yolları haqqında 

da 

düşünməyə dəyər. Müntəzəm tariflərdən əlavə, bu vasitələr də su istehlakı xərclərini azalda və 



ödəyə  bilər.  Müxtəlif  su  istifadəçiləri  xərclərin  əvəzinin  ödənilməsinə  bərabərlik  əsasında  cəlb 

edilməlidirlər. 

SUYA QƏNAƏT VƏ XƏRCLƏRİN ÖDƏNİLMƏSİNİN 

TƏBLİĞİ 



Kənd təsərrüfatında  qida məhsullarının istehsalı və təmiz içməli su  prioritetləşdirilməlidir. Kənd 

təsərrüfatı  istehsalının optimallaşdırılması, əkinçilik təcrübələrinin inkişaf etdirilməsi, yetişdirilən 

bitki 

növlərinin daha az su tələb edən növlərlə əvəzləndirilməsi vacibdir. 



 

Digər  tərəfdən  suvarma  sistemində  avadanlıqların  yenilənməsi,  daha  çox  mərkəzləşdirilmiş  

maşın-mexanizmlərdən istifadə önə çəkilməlidir.  

Sənayedə  ekoloji  cəhətdən  daha  təmiz  istehsalat  və  təmiz  texnologiyanın  tətbiqi  suya  qənaətə, 

eləcə  də  suların  çirklənməsinin  azaldılmasına  kömək  edəcək.  Bu  tədbirlər  iqtisadi  cəhətdən  çox 

əlverişlidir,  lakin  onların  icrası  investisiya  və  beynəlxalq  fondların  subsidiya  sistemlərini  zəruri 

edir.  

  

Ümumiyyətlə, tarif sistemi yalnız cəza vasitəsi və ya vəsaitin toplanması vasitəsi olmamalı, həm də 



müxtəlif  su  istifadəçilərini  su  istehlakını  və  suyun  çirklənmə  yükünü  azaltmağa  həvəsləndirəcək 

şəkildə inkişaf etdirilməlidir. 

Suyun 

mühafizəsi və su tələbatının idarə edilməsi sudan səmərəli istifadə, suyun   boş yerə sərf 



olunmaması,  eləcə  də  su  itkisinin  minimuma  endirilməsi  ilə  qarşılıqlı  surətdə  əlaqəlidir  və  su 

ehtiyatlarının mühafizəsi üçün vacib elementlərdəndir.  

Su 

ehtiyatlarından davamlı istifadəyə nail olmaq Azərbaycanın qarşısında duran əsas məsələlərdən 



biridir. 

SUYA QƏNAƏT VƏ XƏRCLƏRİN ÖDƏNİLMƏSİNİN 

TƏBLİĞİ 



Fəaliyyətlər  

Çay, göl 

və sahil ərazilərinin canlılar aləmi, çayların, göllərin, axmazların, bataqlıqların ümumi ekoloji, 

iqtisadi 

dəyərləri, onların mövcudluğu üçün zəruri amillər  mümkün dərəcədə mühafizə edilməlidir. 

Torpağın, o cümlədən bataqlıq ərazilərin  mühafizəsi, müvafiq torpaqdan istifadə təcrübələrinin tətbiqi 

əsasən  həvəsləndirmə  yolu  ilə(  lazım  olduqda  müxtəlif  tənzimlənmədən  də  istifadə  etməklə)  təbliğ 

edilməli, həm də bu yalnəz suya qənaət və suyun mühafizəsinin əsas elementləri kimi deyil, həmçinin  

lillənmənin  təsirinin  azaldılması,  daşqınların  və  qeyri-stasionar  çirklənmə  mənbələrinin  azaldılması 

məqsədilə istifadə edilməlidir. 

Suyun 

saxlanılması(sututarda)  və  axım  üzərində  nəzarət  və  onun  tənzimlənməsi  su  hövzələrinin  idarə 



edilməsinin bir hissəsi kimi nəzərdə tutulmalı, təbliğ edilməlidir. 

Sudan 


istifadə üçün icazə və  lisenziyalaşdırma mexanizmi hazırlanmalı və tətbiq edilməlidir. 

 Su 


planlaşdırması prosesinə bataqlıq ərazilərin rolu da daxil edilməlidir. 

Vacib, 


təhlükə altında olan və prioritet su hövzələri və su ekosistemləri müəyyən edilməlidir.  

Ekoloji standartlara 

uyğunluq təmin edilməlidir. 

İcmanın iştirakı təmin və təbliğ edilməlidir. 

Təbii mühit və ehtiyatların mühafizəsi tədbirlərinin siyasətlərə daxil edilməsini təmin etmək üçün ehtiyat 

planlaşdırılması aparılmalıdır. 

Ekoloji 

vəhdətin  qorunmasının  təmin  edilməsi  məqsədilə  araşdırmalar  aparılmalı  və  daha  yaxşı  elmi  

vəsaitlər hazırlanmalıdır. 

SUYA QƏNAƏT VƏ XƏRCLƏRİN ÖDƏNİLMƏSİNİN 

TƏBLİĞİ 



  

Göstəricilər 

2018-ci 


ilə qədər pilot su toplayıcı sahə və su ekosistemlərinin idarə edilməsi üzrə plan hazırlanır 

və   icrasına başlanılır; 

2018-ci 

ilə qədər suyun keyfiyyəti və  tullantı suları üzrə keyfiyyət standartları hazırlanır və qəbul 

edilir; 

2024-cü 


ilə  qədər  bütün  vacib  su  hövzəsi  və  su  ekosistemlərində  ətraf  mühitin  tam  miqyaslı 

mühafizəsi və idarə olunması layihələri icra edilir; 

2024-cü 

ilə  qədər  olan  müddətdə  maraqlı  tərəflər  ətraf  mühitin  qorunması  və  idarə  edilməsində 

iştirak edirlər; 

2030-cu 


ilə qədər bütün regionlarda su hövzələrinin   keyfiyyət göstəricisi 80%-ə qədər yüksəlir; 

2030-cu 


ilə qədər bütün çay və göllərdə balıqlar, digər su bioresursları, insanlar tərəfindən istehlak 

və insanların istirahəti nəzərə alınmaqla su mühiti üçün suyun adekvat  keyfiyyəti təmin edilir. 

SUYA QƏNAƏT VƏ XƏRCLƏRİN ÖDƏNİLMƏSİNİN 

TƏBLİĞİ 



Yüklə 221,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə