Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə86/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   82   83   84   85   86   87   88   89   ...   102

                                                     

 

  



                                                                            

                                                    

342 

Bütün bunlar ondan xəbər verir ki, xəritəşünaslıq sənəti 



elmin  ən  qədim  sahələrindən  biri  sayılır  və  mövcud  olan 

tariximizdən  təxminən  15000  il  bundan  əvvəl,  dünya-

miqyaslı  dəqiq  xəritələrin  tərtibi  ilə  məşğul  olan  peşəkar 

mütəxəssislər  fəaliyyət  göstərmişdilər.  Sonrakı  dövrlərdə 

həmin  xəritələr  Yer  kürəsinin  yeni-yeni  yaranmağa  başla-

yan sivilizasiya mərkəzlərində özünə yer tapmağa başlayır.  



                                      

 

 

 

                                      Elm ən qədim dövrlərə nəzər  

                                              salmağa imkan yaradır. 

                                                                    Uinston Çörçill 

 

                     Xəritənin əsl müəllifi kimdir, 

           admiral Piri Rəis, yoxsa Nəsirəddin Tusi 

 

Qədim  xəritələr  kritlilərin  və  finikiyalıların  vasitəsilə 

İsgəndəriyyənin  məşhur  kitabxanasında  özünə  yer  tapmış-

dır.  Piri  Rəis  isə  həmin  xəritələrə  dair  öz  izahatında 

göstərmişdi  ki,  o,  bilavasitə  Makedoniyalı  İsgəndərin 

dövründə  tərtib  olunmuş  iyirmiyə  yaxın  xəritədən  istifadə 

etmişdir.  Əlbəttə,  bu  məsələyə  dair  mənim  öz  fikrim  var. 



                                                     

 

  



                                                                            

                                                    

343 

Antik dövrdən qabaq dünyanın qədim sivilizasiysı mərkəz-



lərindən biri qədim Babilistan idi. Ən istedadlı sənətkarlar, 

tanınmış  alimlər  və  aqil  insanlar  demək  olar  ki,  elə  oraya 

toplaşmışdılar. 

Bizə  məlum  olmayan  sivilizasiya  zamanı  Antarktidanın 

və Yer kürəsinin başqa hissələrinin tərtib edilmiş xəritələri 

naməlum  adamların  vasitəsilə,  naməlum  yollarla  çox 

güman  ki,  gəlib  Babilistana  çıxmışdır.  Sonrakı  dövrdə 

Makedoniyalı  İsgəndər  dünyanı  fəth  etmək  üçün,  özünün 

izdihamlı  yürüşünə  başlayır  və  b.e.  ə.  IV  əsrin  əvvəlində 

yaratdığı  imperiyanın  mərkəzini  qədim  Babilistanı  elan 

edir.  Dünyanın  fatehi  b.e.əvvəl  332-ci  ildə  Misirdə 

İsgəndəriyyə  şəhərinin  əsasını  qoyur  və  həmin  şəhər  qısa 

bir  dövrdə  Antik  dövrün  elm  və  mədəniyyət  mərkəzlərin-

dən  birinə  çevrilir.  Elə  təxminən  həmin  dövrdə  Babilis-

tanda  saxlanılan  qədim  xəritələr  yavaş-yavaş  İsgəndəriy-

yənin  məşhur  kitabxanasına  köçürülməyə  başlanır.  Məhz 

buna  görə  də  admiral  Piri  Rəis  həmin  tarixi  sənədləri, 

İsgəndərin dövründə tərtib edilən xəritələr kimi adlandırır. 

İsgəndərin  dövründəki  səlnaməçilərdən  biri  Vitruvi 

yazır:  ”çar  İsgəndər  Nil  çayının  mənsəbinə  çatanda  onun 

gözü  qarşısında  Faros  adası  yaxınlığında,  Aralıq  dənizi  ilə 

Mariut  gölü  arasında,  balıqçı  qəsəbəsi  olan  Rakotis 

yaxınlığında  əsl  liman  canlanır.  Ətrafda  bərəkətli  Misir 



                                                     

 

  



                                                                            

                                                    

344 

taxılı  bitir.  Nil  çayının  yaxınlıqda  olması,  burada  əlverişli 



ticarət  limanının  salınması  imkan  yaradırdı.  İsgəndər,  onu 

səfərdə  müşaiyət  edən  arxitektor  Deynokrata  tapşırıq  verir 

ki,  həmin  yerdə  bir  şəhər  salsın”.  Deynokrat  həqiqətən  də 

qısa müddətə həmin yerdə böyük bir şəhərin əsasını qoyur 

və  həmin  tapşırıqdan  düz  on  il  sonra  İsgəndərin  qızıl 

sarkofaqı bu şəhərə gətirilir. 

Həmin  dövr  üçün  şəhərin  cavan  olmasına  baxmayaraq, 

İsgəndəriyyə  Antik  dünyaynın  elm  və  mədəniyyət  mərkə-

zinə  çevrilir.  Aralıq  dənizi  hövzəsinin  bütün  məlum 

şəhərlərindən oraya tanınmış alım və filosoflar axışıb gəlir-

di.  Şəhər  şübhəsiz  halda  özünün,  heç  bir  yerdə  tayı-bəra-

bəri  olmayan  kitabxanası  və  Musseyon  kimi  tanınan  ilahi-

lər Məbədi, Elmlər Akademiyası ilə öyünə bilərdi.

1

  



Musseyondakı  alimlər  İsgəndəriyyə  kitabxanasındakı 

əlyazmalarla  məşğul  olur  və  yazdıqları  əsərlərin  bir  neçə 

nüsxəsini orada saxlayırdılar. 

Tusinin Marağada yaratdığı rəsədxana və onun nəzdində 

olan  kitabxana  ilə,  Musseyon  arasındakı  oxşar  cəhətlər 

çoxdur. Bu məsələyə toxunmaq çox vacib olardı. 

Musseyonun ən böyük  yüksəlişi III Ptolemey  Everqetin 

dövründə  baş  vermişdir.  Müasirləri  onu,  hətta  incəsənətlə 

həddindən artıq yüksək dərəcədə maraqlanan bir adam kimi 

                                                 

 

1

 М. Гумилевская. Как открывали мир. Москва, “Д.Л.” , 1977. стр. 38 




                                                     

 

  



                                                                            

                                                    

345 

Musikotatos  adlandırırdılar.  Onun  iki  şeyə  böyük  həvəsi 



vardı: fillər ovuna  çıxmaq və əlyazmaların kolleksiyası ilə 

məşğul  olmaq.  III  Ptolemey  Musseyon  və  öz  şəxsi  kitab-

xanası  üçün,  azacıq  dəyəri  olan,  yunan  dilində  yazılmış 

bütün  əsərləri  əldə  etməyi  qərara  alır.  O,  çox  hallarda 

orijinal  şəkildə  olan  əlyazmalara  pul  verməyə  xəsislik 

etməmişdi,  hətta  Eshilin,  Sofoklun,  Evripidin  müəllif 

məqalələrini,  Afinalılara  yalan  vədlər  verməklə  əldə  etmiş 

və  kolleksiyasına  daxil  etmişdi...  Beləliklə,  Ptolemey 

hakimiyyəti  dövründə  Musseyona  200000-nə  yaxın  əlyaz-

ma  bağlaması  yığılır  və  bu  işi  onun  varisləri  davam 

etdirmişdilər. 

Attalidlərin  məşhur  Perqam  kitabxanası  İsgəndəriyyəyə 

gətiriləndən  sonra  Musseyondakı  əlyazmalar  xeyli  artır  və 

Sezar  Misirə  gələnə  qədər  oradakı  bağlamaların  sayı 

700000-nə  çatır.  Belə  fikir  söyləyirlər  ki,  bu  işdə  Misirin 

çariçası  Kleopatranın  sevgilisi  Roma  sərkərdəsi  Mark 

Antoni  mühüm  rol  oynamışdı.  Əlbəttə,  onların  içrisində 

yüzlərlə,  hətta  minlərlə  əlyazmaların  surətləri  vardı  və 

onların sayəsində oradakı əsərlərin bir çoxu dünyanın əksər 

şəhərlərinə yayılır...  

Demetr  Falerlidən  sonra  şair  Kallimax  Musseyonun 

rəhbəri olur. O, nəinki dahi şair, həm də alim idi. Kallimax 

orada  tarixi-mədəniyyət  ensiklopediyasını  xatırladan  120 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə