Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə89/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   85   86   87   88   89   90   91   92   ...   102

                                                     

 

  



                                                                            

                                                    

354 

Maraqlıdır  ki,  həmin  səyahət  zamanı  donanma  heç  bir 



çətinliklə  üzləşməmişdi.  Düzdür,  həmin  səyahətin  yazısı 

qalmasa  da,  bu  haqda  Arrianın  və  Strabonun  əsərlərində 

rast gəlmək olur. 

İsgəndərin  bəzi  qoşun  hissələri  Yunanıstana  qayıdanda, 

Massaliyadan  olan  yunan  taciri,  səyyahı,  coğrafiyaşünası 

Pifey b.e.ə. 325-ci ildə vətənini tərk edib səyahətə çıxır. O, 

asan  olmayan  bir  marşrutla  hərəkət  edərək,  Britaniya  ada-

larına, Şimali Avropanın bəzi sahillərinə, o cümlədən, Tule 

adasına  (ada  Eratosfenin  xəritəsində  göstərilirdi)  və  Baltik 

dənizi  gedib  çıxmışdı.  Bütün  səyahət  Pifeyin  “Okean 



haqda” adlı kitabında yazılmışdı. Kitab bizim dövrə qədər 

gəlib  çıxmasa  da,  vaxtilə  Strabon  və  Böyük  Plini  həmin 

əsərə  istinad  etməklə  xeyli  məlumatlar  vermişdilər.  Mən 

qeyd etmək istəyirəm ki, yunan səyyahının əlində müvafiq 

xəritə  olmasaydı,  belə  bir  mürəkkəb  səyahətdə  asan  uğur 

qazana bilməzdi. Deməli, həqiqətən də İsgəndərin dövrün-

də  Yer  kürəsinin  bir  çox  ərazilərini  əhatə  edən  xəritələr 

vardı  və  Pifey  də  belə  bir  xəritələrdən  istifadə  etmişdi. 

Unutmaq  lazım  deyil  ki,  elə  həmin  dövrdə  mahir  dənizçi 

sayılan  finikiyalılar  Cəbəllüttariq  boğazından  çıxaraq,  ora-

dan həm şimal, həm də cənub istiqamətlərə uğurlu səyahət-

lər həyata keçirmişdilər. 




                                                     

 

  



                                                                            

                                                    

355 

1.  Hepqud  belə  bir  qeyd  vermişdi,  xəritənin  çəkilişi 



indiki  sivilizasiyaya  məlim  olmayan  bir  xalq  tərəfindən 

həyata  keçirilmiş  və  antik  dövrə  qədər  yığılan  xəritələrin 

əksəriyyəti  İsgəndəriyyə  kitabxanasında  bir  yerə  yığılaraq 

tədqiq edilmişdi.

1

  

Orta əsrlərdə belə bir materialı yaratmaq üçün naviqasi-



yanı,  sferik  triqonometriyanı,  astronomiyanı,  riyaziyyatı, 

triqonometriyanı,  coğrafiyanı,  xəritəşünaslığı  peşəkar 

səviyyədə  bilmək  lazım  idi.  Bu  qədər  sahəni  bilmək 

bacarığının  öhdəsindən  isə  heç  bir  dənizçi  və  ya  səyyah 

gələ bilməzdi.  

2.  Dünyanın  vahid  xəritəsini  yaratmaq  üçün,  bir  neçə 

xəritəni  lazımi  qaydada,  dəqiq  koordinatları  düzgün 

səviyyədə calamağı yalnız məşhur alim edə bilərdi. Həmin 

alim  həm  riyazi  triqonometriyadan,  həm  də  ki,  sferik 

triqonometriyadan sərbəst şəkildə istifadə etmək bacarığına 

malik  olmalıydı.  Dünya  alimləri  isə  yaxşı  bilirlər  ki,  həm 

riyazi  triqonometriyanın  banisi  (bəzi  alimlərin  iddia 

etdikləri  kimi  Regiomontan  yox),  həm  də  sferik  triqono-

metriyanın  mükəmməl  bilicisi  Tusidir.  Mənim  fikirimcə, 

həmin xəritənin əsl surəti, çox güman ki, Antarktida hissəsi 

daxil olmadan, Tusinin qələmindən çıxa bilərdi. 

                                                 

   1


 Ч. Хепгуд. Древние карты морских королей. 


                                                     

 

  



                                                                            

                                                    

356 

3.  Türk  admiralının  başçılıq  etdiyi  dəniz  donanması 



müəyyən  bir  dövr  Aralıq  dənizində  fəaliyyət  göstərmiş  və 

hətta  özü  İspaniyada  da  olmuşdu.  Maraqlıdır  o,  orada 

olanda Kolumbun xəritəsindən hali idi, ya yox? 

Bundan əlavə ona oxşar bir xəritəni də o, çox güman ki, 

İstanbulda  ələ  keçirə  bilərdi.  Ona  görə  ki,  yuxarıda  qeyd 

etdiyim  kimi  Marağada  Tusinin  rəhbərliyi  altında  alimlər, 

Amerika qitəsinin konturları göstərilən, bir neçə eyni surətli 

xəritə  tərtib  edə  bilərdilər.  Belə  bir  xəritənin  Nəsirəddin 

Tusi,  Müəyyidəddin  Ordi,  Qütbəddin  Şirazi  və  Çin  alimi 

Fao  Mun-Çidə  olması  mümkün  idi.  Ona  görə  ki,  onlar 

rəsədxanada mühüm vəzifələrə sahiblik edirdilər.  

Qütbəddin  Şirazi  monqolların  səfiri  kimi  Misirə  gedən-

də,  özündə  olan  nüsxəni  İsgəndəriyyə  şəhərinə  aparmışdır 

və çox güman ki, həmin xəritə sonradan türklərin vasitəsilə 

Osmanlı imperiyasının paytaxtına aparılmışdır. Bu izahdan 

məlum  olur  ki,  Kolumb  Osmanlı  Konstantinopolda  olan 

nüsxədən xəbərsiz idi və onu heç cürə ələ keçirə bilməzdi. 

Bəs,  tarixdə  “Kolumbun  itmiş  xəritəsi”  kimi  tanınan 

həmin  xəritəni  ispan  admiralı  harada  və  necə  ələ  keçirə 

bilərdi?  Şəxsi  araşdırmama  görə  bu  sualın  bir  cavabı  var: 

Marağa  rəsədxanasında  çalışan  Çin  alimi  Fao  Mun-Çi 

1267-ci  ildə  vətəninə  qayıdanda  özü  ilə  rəsədxanada  tərtib 

edilən  xəritəni  aparır.  Yuxarı  fəsillərdən  məlumdur  ki, 



                                                     

 

  



                                                                            

                                                    

357 

Marko  Polo  həmin  materialı  əldə  edərək  İtaliyaya  aparır. 



Xəritənin sonrakı aqibətindən məlum olur ki, həmin  sənəd 

İtaliyanın  Florensiyada  Toskanellinin  başçılıq  etdiyi 

kitabxanaya  düşür  və  elə  oradaca  Kolumb  həmin  material 

ilə tanış olur.  

4.  Ən  əsas  suallardan  biri  odur  ki,  hansı  üsul  ilə 

konturlar  və  dəqiq  koordinatlar  xəritəyə  çəkmişdir?  Artıq 

dəqiq  bəllidir  ki,  həmin  xəritə  bir  neçə  manuskriptlərdən 

tərtib  edilmişdir.  Lakin  həmin  xəritənin,  Anarktidadan 

şimalda göstərilən hissənin necə yaranmasına toxunacam. 

Tusinin  fəaliyyətini  öyrənərkən  aydın  olur  ki,  o,  Yaxın 

Şərqin məşhur şəhərləri və elm ocaqları ilə yanaşı, həm də 

Misirin İsgəndəriyyə şəhərində olmuş, oranın bir çox tədris, 

elm və mədəniyyət mərkəzlərində çoxsaylı maraqlı axtarış-

larla  məşğul  olmuşdur.  Həmin  ərəfəyə  qədər  İsgəndəriyyə 

kitabxanasında saxlanılan bir çox əsərlər və tarixi sənədlər, 

şəhər  səlibçilər  tərəfindən  dağıdılandan  sonra  (X  əsrdə) 

Bizans imperiyasının paytaxtı Konstantinopola aparılmışdı. 

Bundan  əlavə,  Hülaku  xan  1258-ci  ildə  Bağdad  Xilafətini 

darmadağın edəndən sonra elmi fəaliyyətini genişləndirmək 

üçün  Tusinin  qarşısında  əlverişli  qapılar  açılır.  İş  ondadır 

ki,  Abbasi  sülaləsinin  hökmranlığı  dövründə  Bağdadda 

qiymətli  əsərlərlə  zəngin  olan  möhtəşəm  bir  kitabxana 

yaradılmışdır.  Həmin  əsərlər  Xilafətin  paytaxtına  əsasən 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə