Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə91/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   87   88   89   90   91   92   93   94   ...   102

                                                     

 

  



                                                                            

                                                    

362 

parçaların  və  ədviyyat  mallarının  inhisarçısına  çevirilir. 



Belə olan təqdirdə, Avropa tacirləri Şərqi Asiya bazarlarına 

çıxmaq  üçün  başqa  yoldan  istifadə  etməliydilər.  Belə  bir 

yol  isə  həmin  xəritədə  göstərilmişdir.  Biri  hələ  Antik 

alimlərinin fikirləşdikləri uzaq yol sayılan qərb yolu, o biri 

isə  yaxın  sayılan  Afrikanı  dövrə  vurmaqla  cənub,  cənub-

şərq yolu.  

Şübhə  yox  ki,  türklər  avropalıları  həmin  yoldan 

neytrallaşdırmaq  üçün  cənub  marşrutu  göstərilən  xəritənin 

şərq  hissəsini  kəsib  ən  məxfi  bir  yerdə  gizlədirlər.  Lakin 

xəritənin  qərb  hissəsinin  aqibəti,  o  biri  hissə  kimi  olmur, 

baxmayaraq  ki,  məlum  hissə  1929-cu  ildə  İstanbulda 

təsadüf  nəticəsində  tapılır.  Həmin  dövrdə  xəritənin  qərb 

hissəsini gizlətməyə heç bir ehtiyac duyulmurdu. Ona görə 

ki, Atlantik okeanının qərb hissəsində göstərilən nəhəng bir 

ərazi – dördüncü qitə – Şərqi Asiyaya gedən qərb yolu-nun 

üstündə  “böyük  baryer”  rolunu  oynayırdı  və  türklər  çox 

yaxşı  anlayırdılar  ki,  Avropa  dənizçiləri  Asiyanın  şərq 

sahilinə  çatmaq  üçün  qərb  istiqamətində  heç  də  asan 

olmayan  labirint  xarakterli  uzun  yol  qət  etməli  olacaqlar. 

Deməli,  avropalılar  Asiyanın  gəlirli  şərq  hissəsinə  getmək 

üçün dəniz yolundan imtina edib, türklərin nəzarət etdikləri 

quru  yola  üstünlük  verəcəklər.  Məhz  bu  səbəbdən  uzaq-




                                                     

 

  



                                                                            

                                                    

363 

görən diplomat olan admiral Piri Rəis xəritənin şərq hissə-



sini, hətta alimlərin özləri üçün əlçatmaz bir yerdə gizlədir. 

Bu  barədə  başqa  bir  hepoteza  da  söyləmək  olar.  Ola 

bilsin  ki,  adı  çəkilən  xəritə  Piri  Rəisin  əlinə  keçməmişdən 

əvvəl,  artıq  iki  hissəyə  bölünmüşdür.  Onda  bu  iş  üçün 

Kolumbun  özü  böyük  bir  səy  göstərmişdir.  Xəritənin 

ölçüsündən bilinir ki, o çox böyük olmuşdur. Həmin xəritə-

ni adam öz yanında gəzdirəndə, onun bağlaması bir çoxları-

nın  diqqətini  özünə  cəlb  edəcəkdi.  Bu  səbəbdən  dəniz 

səyyahı özünə lazım olmayan hissəni kəsib kənara qoyur və 

yaxud  da  həmin  ərazilər  dünya  ictimaiyyətinə  bəlli 

olduğundan  o,  həmin  hissəni  sadəcə  olaraq  İtaliyanın 

hansısa  bir  şəhərində  gizlədir.  Kolumb  özündə  olan  hissə-

dən səmərəli istifadə edəndən sonra Yeni Dünyadan özü ilə 

birlikdə İspaniyaya gətirir. Sonradan isə naməlum səbəblər-

dən xəritə Piri Rəisin əlinə keçir.    

Mənə  elə  gəlir,  Kolumb  səyahətdən  qayıdan  kimi, 

xəritəni  ən  etibarlı  bir  qasidi  ilə  İtaliyaya,  doğma  şəhəri 

Genuyaya  və  yaxud  Florensiyanın  ictimai  kitabxanasına 

göndərir.  Xəritə  isə  öz  ünvanına  çatmır.  İş  ondadır  ki, 

həmin  dövrdə  Piri  Rəis  Aralıq  dənizinin  böyük  hissəsinə 

nəzarət  etmiş  və  başçılıq  etdiyi  donanma  ilə  müntəzəm 

olaraq, İspaniyanın, Portuqaliyanın, Fransanın,  Genuyanın, 

Venetsiyanın və Vatikanın gəmilərinə hücum edərək, orada 



                                                     

 

  



                                                                            

                                                    

364 

olan  bütün  əmlakı  mənimsəmişdi.  Yuxarıda  göstərildiyi 



kimi xəritə 1505-ci ildə Vatikanın iki qalerasında İtaliyaya 

göndərilərkən  yolda  türklərin  əlinə  keçir.  Bir  sözlə,  xəritə 

isə öz ünvanına çatmır. 

Bu  hepotezanın  üstündə  dayanaraq,  mən  bildirmək 

istəyirəm  ki,  yalnız  bu  halda  Kolumbun  birinci  səyahət 

zamanı istifadə etdiyi xəritəni türk admiralı ələ keçirmişdi. 

Qəribə  paradoks  yaranır,  İsgəndəriyyənin  kitabxanası 

saxlanıldığı  Musseyon  və  Serapis  məbədləri  yandırılandan 

sonra  Qərbdə  tanınmış  alimlərin  sayı  nəzərə  çarpacaq 

dərəcədə  azalır.  İş  ondadır  ki,  nə  qədər  həmin  kitabxana 

fəaliyyət göstərmişdisə, həmin dövrə qədər Qərb dünyasın-

da  xeyli  ad-sanlı  alimlər  yetişmişdi.  Bəlkə,  orada  bütün 

elmləri əhatə edən, əlavə mənbə materialları olub ki, alim-

lər onlardan səmərəli istifadə etməyi imkan tapıblar. Yəni, 

Makedoniyalı  İsgəndərin  dövrünə  qədər  gəlib  çıxmışdır. 

Belə bir hepotizaya inanmaq heç də çətin deyil. 

Coğrafiya  elminin  inkişaf  etdirilməsində  böyük  səy 

göstərmiş  Eratosfen,  Yerin  öyrənilməsinə  dair,  böyük  əsər 

qoyub getmişdir. 

Unutmamalıyıq  ki,  alim  Musseyonda  baş  kitabxanaçı 

olmuş və əbəs yerə onu baş elmin korifeyi adlandırmamış-

dılar.  Eratosfen  həm  riyaziyyatçı,  filosof,  ədəbiyyatşünas, 

astronom, coğrafiyaşünas, həm də epik poemaları yazan bir 



                                                     

 

  



                                                                            

                                                    

365 

alim  idi.  Maraqlısı  odur  ki,  o,  Yerin  çevrə  uzunluğunun 



ölçüsünü demək olar ki, 75 km. xətası ilə təyin etmişdi.

1

 



Piri Rəisin müəllifliyi kimi göstərilən xəritədən bəlli olur 

ki,  bu  və  buna  oxşar  xəritələr,  İsgəndərin  dövründən  hələ 

xeyli qabaq məlum imiş. Amma maraqlıdır görəsən həmin 

xəritələrdən,  tarixi  əhəmiyyət  kəsb  edən  coğrafi  kəşflərlə 

nəticələnən səyahətlərdə istifadə olunub, ya yox? 

Dünyada  həyata  keçirilən  səyahətləri  nəzərdən  keçirən-

də, Misir fironu II Nexonun, b.e. əvvəl 597-ci ildə Qırmızı 

dəniz  ilə  Afrikanın  cənubuna  göndərdiyi  ekspedisiya 

diqqətimi  cəlb  etdi.  Həmin  dövrdə  heç  bir  dənizçi  uzaq 

səyahətə  yola  düşməyə  cürət  etmirdi.  Qəribəsi  də  odur  ki, 

yola  salınan  ekspedisiya  ekvator  xəttini  keçib,  səyahətin 

müəyyən  bir  hissəsini  Cənub  yarımkürəsində  davam 

etdirməliydi.  O  vaxtki  təsəvvürə  görə  isə  ekvator  xəttini 

kim  keçsə  cəhənnəm  odu  ilə  üzləşəcək,  ya  da  başıaşağı 

dərin  bir  dərəyə  yuvarlanıb  düşəcək.  Həmin  dövrün 

rəvayətinə görə heç kim həmin istiqamətdə üzməmiş, üzsə 

də heç vaxt həmin  yerdən qayıtmamışdır. Lakin dənizçilər 

həmin  ağır  səyahətə  yollanmağa  öz  razılıqlarını  verir  və 

qəribəsi  odur  ki,  onlar  üç  il  müddətinə  Afrikanı  dövrə 

vuraraq,  Aralıq  dənizi  ilə  geri  qayıtmış  və  Nil  çayı  ilə 

                                                 

       


1

  Н.  А.  Ионина,  автор-составитель.  Сто  великих  чудес  света. 

Москва, «Вече», 2000. стр. 148 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə