393
torpağın naməlum olduğunu müəyyən səbəblərə görə hamı-
dan gizlətməyə məcbur olmuşdur. Əgər, Kolumb florentsi-
yalı alimin tərtib etdiyi xəritəyə bel bağlasa idi, onda o, elə
35-40
0
ş. en dairəsi ilə qərb istiqamətində hərəkət edərək,
donanmanı Zipanquya çatdırardı. Çünki həmin dövrdə
çıxan xəritələrə əsasən, Yaponiya və Çin 35-40
0
şimal
enliklərində yerləşirdi. Lakin Kolumb Atlantik okeanını qət
edərkən,
birdən-birə
kursu
bilərəkdən
cənubi-qərb
istiqamətinə tutaraq 20-25
0
ş.en dairəsinə üstünlük vermiş
və bununla da həmin səyahət zamanı ekspedisiya Baham
adaları (Quanahini adası) ilə üzləşmişdi.
20. Kolumb əvvəlcədən nəzərdə tutduğu marşurut üzrə
hərəkət edərək, hər hansı bir coğrafi məntəqəni kəşf edən-
də, əvvəlcədən təsəvvürünə gətirirdi ki, həmin kəşfin
aqibəti necə olacaq. Bir çox kəşflərin əsl mahiyyətini isə o,
ekspedisiya iştirakçılarından və himayədarlarından gizlə-
dirdi.
Admiral Belendə olarkən, artıq bir neçə mil qərb
istiqamətində nəhəng bir su hövzəsinin yerləşməsindən hali
idi və həmin su hövzəsi çox güman ki, onun kəşf etdiyi
materiki Asiya qitəsindən ayırır. Belə olan halda məşhur
dəniz səyyahı, yunan alimi Eratosfenin Yer kürəsinin
ölçüsü barəsindəki verdiyi hesabatın həqiqətə uyğun
olduğuna daha da inanır və təxmini olsa da, Asiya qitəsinin
394
Yeni Dünya sahillərindən nə qədər aralıda yerləşdiyini
bilirdi.
Bundan əlavə Kolumb hər hansı bir sahilə çıxanda yerli
hindularla bir çox şeylər barəsində sorğu-suallar aparırdı,
ən əsas suallardan da biri o idi ki, ən çox qızıl harada var?
Panamada olarkən çox küman ki, aborigenlər çoxlu qızılın,
cənubda yerləşən ölkə olan “Biru”dan gətirdiyini izah
edərdilər. Bu maraqlı məlumat hər halda admiralın fikrin-
dən yayınmazdı və o, gələcəkdə həmin ölkəyə gedib çıxa-
cağını möhkəm planlaşdırmalıydı. Çünki tarixdən görün-
düyü kimi istər Martin Ernandes Ensiso, Diyeqo Nikuesa,
Vasko Nunyes de Balboa, Pedro Arias Avila (Pedrarias),
istərsə də Fransisko Pisarro Panamaya ayaq basanda, yerli
hindulardan, cənubda külli-miqdarda qiymətli metallar
olan, ən varlı ölkə sayılan “Biru” haqqında çoxlu söz-söh-
bətlər eşidirdilər. Kolumb öz imicini İspaniyanın monarx-
larının qarşısında qoruyub saxlamalı idi. Əlbəttə, o, öz
fikirləri ilə qardaşı Bartolomeonu tanış etməmiş olmazdı.
Kolumb çox yaxşı bilirdi ki, Karib dənizinin qərbində
yerləşən sahil zolağı onun gələcək planlarının həyata
keçirilməsinə xeyli təkan verəcək və o, övladlarını İspani-
yanın ən varlı və vəzifəli şəxslərinə çevirəcək. İş onadır ki,
admiral gələcəkdə oğlu Ferdinandı Belenin varisi elan
eməklə, “Biru”nun kəşfini öz varislərinə həvalə edir. Lakin
395
tarixdən göründüyü kimi Karib dənizinə olan monapoliya
Kolumblar nəslindən alınır, Fransisko Pisarro isə “Biru”nu
1532-ci ildə kəşf edən avropalılardan ilk adam sayılırdı.
21. Alimlərin əksəriyyətinin, Kolumbun guya kəşf etdiyi
torpağın Asiya qitəsinin bir parçası olduğu haqqında
verdikləri məlumatın yanlış olduğunu sübuta yetirmək üçün
bir təkzib verməklə kifayətlənmək olar. Yuxarıda qeyd
edildiyi kimi Kolumb səayhətə yola düşməmişdən əvvəl
çox yaxşı bilirdi ki, Asiya qitəsində yerləşən Yaponiya, Çin
və Hindistan ölkələrində yaşayan əhalinin necə geyinib
keçindikləri, hansı adət-ənənələrə malik olması və sifət
quruluşları hansı şəkildə olur. Lakin birinci səyahət zamanı
o, Haiti, Kuba və Baham adalarını kəşf edir və onların heç
birisində hər hansısa bir uyğunluq tapmır.
Coğrafiyaşünasların fikirləri ilə o halda razılaşmaq
olardı ki, genuyalı admiral yalnız təkcə Baham adalarını
kəşf edərək, ondan sonra kursu dərhal geriyə, İspaniyaya
döndərsin. Hətta buna baxmayaraq, Kolumb Mərkəzi
Amerika sahillərinə bir neçə dəfə səyahət edir və onun
tədqiq etdiyi ərazi həddindən artıq böyük olur. Onun tədqiq
etdiyi nəhəng ərazidə Asiya qitəsindən heç bir əsər-əlamət
tapmaq olmur. Başqa səbəblər olmasa belə, coğrafiya
elmindən yaxşı başı çıxan bir adam kimi Kolumb heç vaxt
Asiya qitəsini Yeni Dünya sahilləri ilə səhv sala bilməzdi.
396
Əgər o, Asiya qitəsinin Yeni Dünya sahilləri ilə səhv
salsaydı, onda Kolumb heç vaxt Atlantik okeanının qərb
hissəsinə təşkil edilən, mahiyyət etibarı ilə çox ağır sayılan
bir ekspedisiyanın öhdəsindən gələ bilməzdi. Coğrafiya
elmində elementar bir səhv buraxan adam üçün bunu
praktik cəhətcə etmək mümkün deyildi.
22. Kolumb birinci səyahət zamanı Espanyoladan sonra
Kubanı kəşf edir və olduğu yerin coğrafi koordinatını
müəyyən edərkən, həmin yerin 42
0
ş.en dairəsində
yerləşdiyini təyin edir. Naviqasiya sahəsində böyük ustad
sayılan məşhur dəniz səyyahı nə az, nə çox, düz 20
0
səhv
etmiş olur. Əlbəttə, onun bu cür kobud səhv buraxmasına
inanmaq çox çətindir.
Söz yox ki, Kolumb bu səhvi bilərəkdən buraxaraq, öz
gündəliyində məhz 42
0
ş.en dairəsi kimi xüsusi ilə qeyd
edir. Sonrakı səyahətlər zamanı Antil adalarındakı coğrafi
məntəqələr kəşf ediləndə, məlum olur ki, o, həmin yerlərin
coğrafi koordinatlarını düzgün göstərir. Bəs nəyə görə
admiral Kubanın coğrafi koordinatlarını təyin edəndə 20
0
səhvə yol verir? İş ondadır ki, məşhur dəniz səyyahı birinci
səyahət zamanı kəşf etdiyi torpaqların yerini səhv rəqəmlər-
lə təyin etməklə, həmin yerlərin məxfiliyini saxlamaq
istəmiş və başqa səyyahların həmin yerlərə, ondan xəbərsiz
getmək şanslarını, onların əlindən almış olurdu. Çünki
Dostları ilə paylaş: |