377
neçə əsrlər boyu astronomiya elminə dair yaradılan ən
unikal əsər sayılır.
3. Tusinin həndəsə sahəsində yazdığı əsəri “Təhrir
Öqlidis” (birinci redaktə 1248-ci ildə yazılmışdır) əsəri
XVI əsrdə Avropada o qədər məşhur olmuşdur ki, 1594-cü
ildə Romada ərəb dilində, sonralar isə latın dilinə tərcümə
olunaraq, 1657-ci ildə Londonda nəşr edilmişdir. İsaak
Nyutonun sevimli müəllimlərindən biri Con Vallis “Təhrir
Öqlidis” əsərinin əsasında Oksford universitetində mühazi-
rələr oxumaqla Tusinin İngiltərədə məşhur olmasında
böyük rol oynamışdır. Azərbaycanlı alim öz əsərində paral-
lel xətlər, nisbətlər və ədədlər nəzəriyyəsi, həndəsə
aksiomatikası kimi riyaziyyatın əsas və bünövrəli
məsələlərindən dərin yaradıcılıqla bəhs etməklə yanaşı, bir
çox yeni teoremlər və onların yeni-yeni isbatlarını vermiş,
bəzi teoremləri ümumiləşdirmişdir. O, bir teoremin bir neçə
isbatını vermiş, riyaziyyata yeni-yeni anlayışlar daxil etmiş
və köhnə anlayışların düzgün dərk edilməsinə imkan
yaratmışdır. Yeni həndəsələrin, qeyri-evklid həndəsələrinin
yaranmasında paralel xətlər nəzəriyyəsi olduqca böyük rol
oynamışdır. Paralel xətlər nəzəriyyəsinin inkişafında isə
Tusinin əhəmiyyəti çox böyük olmuşdur.
4. Eylerin əlavələrinə qədərki triqonometriya elmi Şərq
alimlərinin elmi məhsuludur və bu işdə Tusi, Qiyasəddin
378
Kaşani olmaqla Azərbaycanın payı çox böyükdür. Triqo-
nometriya tarixində ilk dəfə mükəmməl bir əsər (“Şəklül
qita”) yazan və triqonometriyanı sərbəst riyazi fənn halına
çatdıran Tusi olmuşdur. Əsərin qədim nüsxəsi 1891-ci ildə
İstanbulda tapılandan sonra, Avropa tarixçilərinin Regio-
montanı triqonometriyanın banisi kimi qələmə verilməsi
şübhə altına alınır. Bu işdə alman alimləri Henrix Zuter və
Braunmühl öz prinsipiallığını nümayiş elətdirirlər. 1461-
1468-ci illərdə İtaliyada qədim əlyazmaların yunan dilində
latın dilinə tərcüməsi ilə məşğul olan Regiomontanı orijinal
əsərlərin tərcüməçisi kimi tanımaq olar. Ona dünya şöhrəti
gətirən “Joannis Reqio Montanus. De triaquius pianis et
sphericis lidev v. unae cur tabulus sinuum” əsərinin
Regiomontan tərəfindən müstəqil şəkildə yazılması
inandırıcı sayılmır.
“Dünya astronomiyası” ensiklopediyasında göstərilir
ki, 1537-ci ildə Nurenberqdə latın dilində Əlfərqaninin
“Astronomiyanın əsasları” kitabı nəşr olunmuşdur və bu
əsərin əlyazması Melanxton tərəfindən Regiomontanın
əlyazmaları içərisindən tapılmışdır. Elə həmin ildə Regio-
montanın əlavələri ilə birlikdə latın dilində Nürenberqdə
Əlbəttaninin “Mühəmməd Əlbəttaninin ulduzlar elmi”
adlı əsəri işıq üzü görmüşdü. Ərəb dilində yazılan əsərlərin
latın dilində nəşr olunması ondan xəbər verir ki,
379
Regiomontan həqiqən ərəb dilini bilirmiş və bunun sayə-
sində o, Tusinin “Şəklül qita” əsərindən istifadə edərək,
triqonometriyaya aid özünün “məşhur” əsərini yazmışdır.
Fransız riyaziyyat tarixçisi Montüklo, bu məsələyə dair öz
qələmindən belə bir mükəmməl əsərin çıxmasına şübhə ilə
yanaşmışdı.
5. Erkən orta əsrlərdə coğrafiya elminin bir çox alimləri
Yer kürəsini meridianlara böləndə sıfırıncı meridianını
vahid yerdə göstərmək istəmirdilər. Tusi düşünülmüş şəkil-
də sıfırıncı meridianı Qrinviçdən 34
0
-35
0
qərb istiqamətin-
də göstərir. Ona görə ki, həmin xətt Braziliyanın şərq
hissəsində yerləşən San-Roka burnundan keçir. Artıq həmin
meridianın sayəsində Xristofor Kolumb səyahətə yollanar-
kən təxminən bilirdi ki, Avropa ilə Yeni Dünya (Amerika
qitəsi) arasındakı məsafə nə qədərdir. Tusinin belə bir
qənaətə haradan gəlməsi, təsadüf sayılmır. Ona görə ki,
əvvəlcədən onun əlində Piri Rəisin İstanbulda tapdığı xəritə
olur.
Maraqlı odur ki, Əbu Reyhan Biruni Avropa alimləri
arasında ən ideal Şərq alimi kimi tanınmışdı. Məhz bu
səbəbdən çox guman ki, portuqal dəniz səyyahları Atlantik
okeanının qərb hissəsində iri bir torpaq ərazisini axtarar-
kən, Biruninin təyin etdiyi sıfırıncı meridiandan kənara
çıxmır və nəticədə uğur qazana bilmirdilər. Çünki onun
380
göstərdiyi başlanğıc meridianı Braziliya sahillərindən təx-
minən 1100 km. şərq hissədə qalırdı. Portuqallardan fərqli
olaraq Kolumb məşhur Azərbaycan alimi Tusinin idrakına
üstünlük vermişdi.
6. Marağa rəsədxanasında aparılan astronomik müşahi-
dələrin, elmi tədqiqatların və araşdırmaların, astronomik
cihazların və alətlərin ixtirası, elmi nailiyyətlərin əldə
olunması, tədris proqramlarının çoxsahəli olması, buraya
cəlb olunan alimlərin və tələbələrin sayının çoxluğu,
yazılan elmi əsərlərin bolluğu miqyasına görə Bağdadın
“Beytül hükəması”nı, Ürgəncin “Məmun Akademiyası”nı
və dünyanın başqa elmi ocaqlarını çox-çox geridə qoyurdu.
Əsas arqument ondan ibarətdir ki, astronomik müşahidələ-
rin aparılması üçün yaradılan həmin rəsədxanada astrono-
miya və riyaziyyatla yanaşı tarix, coğrafiya, həndəsə,
botanika, fəlsəfə, mineralogiya, fizika, kimya, təbabət,
astrologiya, optika, ədəbiyyat, estetika, hətta musiqişünas-
lıq sahəsi də dərindən öyrənilib ədəbiyyat vəsaitləri kimi
təhsil almağa can atan adamlar arasında geniş təbliğ
olunurdu. Hər sahə üzrə də peşəkar mütəxəssislər yetişdiri-
lirdi. O da məlumdur ki, Tusinin rəhbərliyi altında yüzdən
artıq alim işləmişdi. Bütün bunları nəzərə alaraq mən
bildirmək istəyirəm ki, Marağa rəsədxanasının nəznində,
həqiqi mənada Tusinin təşəbbüsü ilə dünyanın ən böyük
Dostları ilə paylaş: |