389
15. Bildirmək istəyirəm ki, Yeni Dünya sahillərinin kəşf
edilməsində Azərbaycanın dahi astronomu və riyaziyyat-
çısı, dünya şöhrətli alim Tusinin böyük rolu olub.
Ulduzların və fəza cisimlərinin köməyi ilə o, fenomenal
qənaətə gələrək, Amerika qitəsinin konturunu çəkmiş və
koordinatlarını yazmışdır. Kolumb da məhz onun hesabla-
malarına əsaslanaraq, əvvəlcədən təyin etmişdi ki, Atlantik
okeanın o tayında, təxminən 5000-5500 km. aralıda Avropa
aləminə məlum olmayan nəhəng torpaq ərazisi yerləşir və
həmin yerə böyük səyi nəticəsində ekspedisiya təşkil edir.
Marağa rəsədxanasında tərtib olunan xəritəyə əsasən, Tusi
həqiqətən də Qərb dünyasında nəhəng torpaq ərazisini
göstərir. Unutmaq lazım deyil ki, okean keçidi zamanı
gəmidəki bütün coğrafi ölçülər Ayın, Günəşin və ulduzların
köməyi ilə aparılır. Kolumb kimi təcrübəli dənizçi və
peşəkar astronom üçün həmin torpaq ərazisini təyin etmək
heç də çətin deyildi.
16. Maraqlıdır, Kolumb kəşf elədiyi torpaqları nəyə görə
Şərqi Asiya adlandırmışdı? Çox güman ki, o, bu həqiqəti
gizlətməklə istəmirdi ki, yeni-yeni kolondatorlar Yeni
Dünya sahillərinə axışıb gəlsinlər. Bunun nəticəsində isə
İspaniyadan gələn kolondatorlar admiralın kəşf etdiyi
torpaqları yavaş-yavaş mənimsəməyə başlayacaqlar. Söz-
süz ki, bu cür hal Kolumbun bütün planlarına zidd idi.
390
Yenə də sual verilə bilər ki, kəşf olunan torpaqların Şərqi
Asiya və ya Yeni Dünya adlandırılmasında nə fərq var?
Həmin torpaqlar Şərqi Asiya adlandırılanda, məgər
kolondatorlar kəşf olunan əraziləri mənimsəməyəcəklər? İş
ondadır ki, İspaniyanın hökmdarları İzabella Kastiliyalı və
Ferdinand Araqonlu ilə bağladığı müqaviləyə əsasən,
Kolumb kəşf etdiyi torpaqların varisi sayıla bilərdi. Kəşf
olunacaq torpaqlar isə Asiya qitəsinin şərq sahilləri
sayılırdı. Deməli, Asiya qitəsindən əlavə ekspedisiya
Avropa dünyasına məlum olmayan hər hansı bir ərazini
kəşf etsəydi, onda həmin torpaqlara ekspedisiyalar kəşf
etmək monapoliyası Kolumbun əlindən alınacaqdı. Belə
olan halda, Atlantik okeanının həmin hissəsinə başqa rəislər
tərəfindən ekspedisiyalar təşkil olunmalıydı.
17. Kolumb əvvəlcədən bilirdi ki, qarşısındakı torpaq
Avropa dünyasına məlum olmayan bir ərazidir və həmin
ərazinin Pireney yarımadasından qərb istiqamətində neçə
kilometr aralıda yerləşir. Bunun üçün əyani sübut matros-
ların Yeni Dünya sahillərinə çatmağa az qalmış qaldırdıq-
ları qiyamdır və ekspedisiya rəsinin komandadan beş gün
yox, bir həftə yox, iki həftə yox, məhz üç gün möhlət
istəməsidir. Yuxarıda qeyd edildiyi kimi Baham adaları
sisteminə daxil olan Quanahini adası verilən möhlətdən düz
iyirmi altı saat sonra kəşf edilir. Deməli, Kolumb qiyam
391
qalxmamış əvvəlcədən bilirdi ki, Qərb yarımkürəsindəki
nəhəng torpaq haradasa yaxınlıqda yerləşir. Çünki Tusinin
xəritəsinə əsasən nəzərdə tutulan naməlum torpaq
ekspedisiya çatdığı yerdən xeyli şərq tərəfdə yerləşməliydi.
Həmin dövrdə texnikanın azlığı və ölçü cihazlarının dəqiq
işləməməsi Kolumbda belə bir təəssürat yarada bilərdi ki,
ekspedisiyanın getdiyi marşurut məsafəsi düzgün ölçül-
məyibdir. Məhz bu səbəbdən onda belə bir şübhə yaranardı
ki, Tusinin xəritədə göstərdiyi naməlum torpaq heç də şərq
tərəfdə qalmayıbdır. Kolumb oktyabr ayı girəndən hər an
torpaqla üzləşəcəyinə əmin idi.
18. Kitabda qeyd edilir ki, Tusinin həyatını tədqiq edən
professor H. Məmmədbəyli belə ehtimal sürmüşdür ki, “o
dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumb-
dan çox-çox qabaq Qərb yarımkürəsində, sonralar Amerika
adlandırılmış materikin varlığından xəbərdar imişlər”.
Onda belə çıxır ki, Tusinin Marağada tərtib etdiyi xəritə,
Çindən Apenin yarımadasına gətiriləndən sonra, heç də
Pololar nəslinin şəxsi əmlakı arasında uzun müddət
saxlanılmır. Xəritə tez bir zamanda Venetsiyanın hüdud-
larından kənara çıxır və tez bir zamanda astronomiya ilə,
coğrafiya elmləri ilə dərindən maraqlanan adamların
əllərinə keçir. Xəritə ilə tanış olanlar elə bilirdilər ki,
Atlantik okeanının qərb sahilində göstərilən sahil zolağı
392
Uzaq Şərqi Asiyanın sahil zolağıdır. Nəyə görə, onlar o cür
fikirləşə bilərdilər?
Həmin dövrdə mütərəqqi insanlar çox yaxşı dərk edir-
dilər ki, Yer planetinin quruluşu kürə şəkilindədir. Kolumb
Yeni Dünya sahillərinə yola düşməmişdən əvvəl, Köhnə
Dünyanın üç qitədən ibarət olduğu məlum idi. Həmin üç
qitədən başqa Yer kürəsində əlavə materikin olduğunu
təsəvvür etmək çətin idi. Əgər Atlantik okeanının qərb
hissəsində iri bir torpaq ərazisi göstərilirsə, onda həmin
torpağın Asiya qitəsinin şərq hissəsinin olduğunu zənn
etmək olar. İşdir, Sakit okeanının şərq hissəsində iri bir
torpaq ərazisi göstərilərsə, onda həmin torpağın Avropanın
qərb hissəsinin olduğunu başa düşmək çətin olmazdı.
Deməli, Tusinin xəritəsi Florensiya kitabxanasına düşmə-
mişdən əvvəl mütəxəssislər üçün məlum idisə, həmin
torpağın Asiya qitəsi olduğu güman edilirdi. Elə həmin
ehtimallara əsasən, Paolo Toskanelli də elə bilirdi ki, həmin
torpaq Asiya qitəsinin ucqar Şərq hissəsidir. Belə olan
halda Yer kürəsinin səthinin ölçüsü süni surətdə xeyli
kiçildilirdi.
19. Toskanellidən fərqli olaraq, Kolumb Yer kürəsinin
balaca olmasına şübhə ilə yanaşmış və Tusinin xəritəsində
göstərilən, Atlantik okeanının qərb hissəsindəki ərazinin,
naməlum bir torpaq olduğuna inanmışdı. Lakin həmin
Dostları ilə paylaş: |