401
Alimlərin maraq dünyası
“Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərinin
əlyazmasını oxuyarkən ilk növbədə müəllifin maraq
dünyasının genişliyi diqqətimi cəlb etdi. Səhifələri
çevirdikcə tarixə, coğrafiyaya, həndəsəyə, riyaziyyata,
astronomiyaya və digər elmlərə aid məlumatlar verən
faktlarla tanış olur, müəllifin çoxistiqamətli axtarışlardan
aldığı nəticələrdən sevinirsən. Oxucu təkcə ona görə
sevinmir ki, burada bir neçə elmin əlaqəli şərhi problemin
məntiqini gücləndirir, oxucuya ətraflı dərk imkanı yaradır;
həm də ona görə sevinir ki, dünyada elmin inkişafında
şərqlilərin xidmətləri daha əzəlidir, ilkinlərdəndir.
Müəllif Ramiz Dəniz (Qasımov) qeyd edir ki, bir mən
dünya elmi, mədəniyyəti, incəsənəti, ədəbiyyatının sürətlə
inkişaf etdirilməsində müsbət rol oynamış tarixi şəxsiyyət-
lərin taleyi və elmi irsi heç də lazımi səviyyədə tədqiq
edilməmiş və layiqincə qiymətləndirilməmişdir. Müəllif bu
qənaətində çox haqlıdır. Azərbaycan xalqının dünya elminə
kəşflər, ixtiralar bəxş etmiş, bir çox elmin əsasını qoymuş,
ədəbiyyat və incəsənət sahəsində sənətin zirvəsinə yüksəl-
miş xeyli görkəmli simaları vardır. Bunlar haqqında nəinki
bədii-publisistik əsərlər, heç əməllibaşlı, fundamental elmi-
tədqiqat əsərləri hazırlanmamışdır. Nədənsə, Azərbaycanda
402
elm və mədəniyyət tarixinin elmi-tədqiqi istiqaməti olaraq
öyrənilməsinə diqqət yetirilmir. Ona görə də elmi nəticə-
lərin təbliği və yayılması kütləviləşmir.
R. Dənizin əsəri müəyyən əhəmiyyətə malikdir. Lakin
fundamental mahiyyətli deyil. Burada xeyli mənbəyə
istinad olunaraq tarixi-elmi məsələlər haqqında bir çox
alimin mövqeyi, münasibəti açıqlanır. Müəllif müxtəlif əsər
və tədqiqatlardan dəyərli elmi fikirləri bir yerə toplamaqla
maraqlanan oxucunun işini xeyli asanlaşdırmış, onun əlinə
faktlar toplusu vermişdir. Digər tərəfdən müəllif kəşflərin,
elmi ideyalarının dinamikasını açır, ilkin elmi ideyanın
elmi mənsubluğunu və onun yazılma və inkişaf anatomi-
yasını, dəyişmə və yeniləmələrini müqayisələrlə üzə çıxa-
rır. “Antik dövrün astronomları”, “Şeyx Məhəmmədəli
Babakuhi Bakuvi”, “Tanınmış alimlərin əsas elmi işləri”,
“Marağa rəsədxanansının banisi Nəsirəddin Tusi” və
digər başlıqlı hissələr səciyyəvidir.
Əsərdə Nəsirəddin Tusinin astronomiyaya aid əsərləri və
xidmətlərindən geniş danışılır və bir çox elmi maraq
doğuran faktların təhlili verilir. Xüsusilə X. Kolumbun
Amerikanın kəşfi və onun istifadə etdiyi xəritənin kimlər
tərəfindən hazırlanması faktı tədqiqata cəlb olunur və
müəllif belə bir qənaətə gəlir ki, həmin xəritə Marağada
hazırlanmış və onun əsas müəllifi Tusidir. Ramiz Dəniz
403
dəlillərlə xəritənin hazırlanması prossesini, onun sayını və
variantlarını, xəritələrin əldən-ələ necə düşməsini, nəhayət
Kolumbun ondan istifadəsini və digər cəhətləri əsaslı
şəkildə meydana qoyur və özünün elmi qənaətlərini sübuta
yetirir.
R. Dəniz qeyd edir ki, Kolumb Tusinin məşhur xəritəsin-
dən əlavə, onun “Zic Elxani” əsəri ilə də tanış olub.
Müəllif N. Tusinin kəşfinin ciddi elmi mahiyyətini şərh
edərkən həm də onların ilkinliini vurğulayır. O, qeyd edir
ki, İ. Nyutonu və məşhur dünya astronomlarını 400 il
qabaqlamış azəritürk alim sübut etmişdir ki, dənizlərdə və
okeanlarda baş verən qabarma və çəkilmələr heç də təbiətin
kor-koranə şıltaqlığı deyildir. Məhz Ayın çəpəki hərəkətin-
dən və Yerin qütblərdəki batıqlığından irəli gələn vaxtaşırı,
yəni il ərzində 24 dəfə özünü biruzə verən hadisədir.
Göründüyü kimi, oxuculara təqdim olunan bu əsərdə
maraqlı məqamlar çoxdur. Bunlar, müəllifin çox saylı
alimlərdən gətirdiyi dəlillərə söykənməsinə baxmayaraq,
hələ zaman-zaman müzakirə mövzusu tədqiqat obyekti ola
bilər. Lakin bir həqiqət aydındır ki, tədqiqatçının zəhməti
və vətənpərvər-vətəndaş niyyəti təqdirəlayiqdir.
Əjdər Ağayev professor,
pedaqogika elmləri doktoru
404
Bəşər ustadı haqqında vəsait
“Azərbaycan bir balaca diyar olsa da, həmişə öz alimləri,
şairləri və mütəfəkkirləri ilə başqa ölkələrdən seçilmişdi.
Bu ondan irəli gəlir ki, hələ erkən orta əsrlərdən elmə,
mədəniyyətə, incəsənətə və ədəbiyyata xüsusi diqqət yetiri-
lir və bu sahələrin inkişafı üçün güclü mütəxəssislər
yetişdirmişdi. Bundan əlavə, Azərbaycan alimləri ölkənin
sərhədləri ilə yaxın olan dövlətlərdə baş verən elmi proses-
lərin necə cərəyan etdiyi ilə dərindən maraqlanır və onlar
da elmi-tədqiqatlarını davam etdirirdilər”.
Bu mübarək kəlamlarla öz oxucularına müraciət edən,
peşə və sənət baxımından, hələlik yalnız öz zehninə və fitri
istedadına güvənən gənc tədqiqatçı Ramiz Dəniz (Qası-
mov) Nəsirəddin Tusi haqqında çox mötəbər məlumatları
əldə edərək, ümumiləşdirmiş, sonra onun hər bir əsəri
üzərində ayrıca dayanmış, onların şərhlərinə və elmi
tutumuna dair mövcud məlumatlarla oxucuları tanış etmiş,
elmi-nəzəri və ideya-mənəvi irsinin böyük bir qisminin
saxlanıldığı ünvanları tanıtmışdır. Son illərdə Tusinin elmi-
mənəvi irsi ilə bağlı məxəzlər silsiləsi ilə tanışlıq məsələləri
ayrı-ayrı alim və tədqiqatçılar tərəfindən tədqiqata cəlb
edilsə də, onun bütövlükdə din, təbiət, əxlaq tərbiyəsi,
nücum, musiqişünaslıq, hüquq, siyasət elmi sahəsində
Dostları ilə paylaş: |