397
İspaniyanın monarxları Karib dənizi akvatoriyasında
müstəqil şəkildə, admiraldan xəbərsiz ekspedisiyalar təşkil
edə bilərdilər. Məhz bu səbəbdən ikinci ekspedisiya vaxtı
Kolumb təkbaşına iri bir donanmaya başçılıq etmiş və
çətinlik çəkmədən gedib Haiti adasına çıxmışdır. Yalnız
sonrakı ekspedisiyalar vaxtı kəşf edilən coğrafi məntəqə-
lərin coğrafi koordinatları düzgün verilir.
Artıq Alonso de Oxeda, Pedro Alonso (Peralonso) Ninyo
və Visente Yanyes Pinson müxtəlif ekspedisiyalara başçılıq
edərək, admiralın köməyinə arxalanmadan müstəqil
şəkildə, Karib dənizinin cənub sahilində yerləşən nəhəng
torpağa (Cənubi Amerikanın şimal və şimal-şərq hissəsi)
səyahətlərə yollanmış və orada tədqiqat işləri ilə məşğul
olmuşdular.
23. Kolumb öz həyatını risqə qoyaraq, Köhnə Dünyada
yaşayanların bir çoxu üçün müəmmalı sayılan bir sirri açır
– Atlantik okeanının qərb hissəsində yerləşən nəhəng
torpaq parçası Asiyanın şərq hissəsi deyil, Yer kürəsinin
dördüncü qitəsidir. O, səyahətləri zamanı əyani sübut edir
ki, Nəsirəddin Tusi hələ XIII əsrdə öz xəritəsində Atlantik
okeanının o biri tayında gösərdiyi nəhəng torpaq parçası
naməlum bir ərazidir. Deməli, azərbaycanlı alimin Marağa
rəsədxanasında apardığı tədqiqatlar, əsl dünyavi kəşfə
gətirib çıxarıbmış.
398
Köhnə Dünyadan gizlin saxlanılan dördüncü qitəni
aşkarlamaq üçün genuyalı dənizçinin əlində demək olar ki,
bütün lazım olan açarlar vardı;
Yerin başlanğıc meridianının haradan başlanması (indiki
Qrinveç meridianından 34
0
qərb istiqamətdə) və həmin
meridianının Atlantikantın qərb hissəsində yerləşən Xaldat
adalarının sahillərindən keçməsi. Xaldat adaları isə bir çox
alimlərin Kanar, Yaşıl Burun və ya Azor adaları ilə səhv
salması ilə yox, (onlar elə zənn edirdilər ki, Xaldat elə
adları çəkilən adalardan biridir) məhz XV əsrin sonuna
qədər naməlum qalan dördüncü qitənin varlığına bir işarə
idi.
Tusi həmin koordinatları tərtib etdiyi xəritəyə (naməlum
səbəblərdən həmin xəritə Marağadan yoxa çıxmışdı)
köçürmüş və aydın şəkildə, Kolumbun kəşf etdiyi qitənin
konturlarını, II əsr əvvəl göstərməyə müvəffəq olmuşdu.
Kolumb öz müvəffəqiyyətində yalnız Tusiyə minnətdar
olmalı və çox güman ki, o, həmin istedadlı alimin xəritəsini
ömrünün sonuna kimi saxlamışdır. Çünki məhz Tusi
Azərbaycanda işləyə-işləyə, Atlantik okeanının o biri
tayında iri bir torpağı koordinatları ilə birlikdə göstərmiş,
okeanlarda və dənizlərdə baş verən qabarma və çəkilmələr
Ayın çəpəki hərəkətində və Yerin qütblərdəki batıqlığın-
dan sonuncu kimi özünü biruzə verdiyini, Yer kürəsinin
399
şərti olaraq 24 meridiana bölərək və birinci meridianın
Atlantik okeanına yaxın bir yerdən keçdiyini göstərir,
okean və dənizlərdə baş verən fırtınalar, qasırğalar və
sunamilər heç də küləklərin, tufanların törəməsi yox, tam
əksər hallarda Ay dövriyyəsinin fəsadları olduğunu göstər-
mişdir. Həmin o tədqiqatlar və araşdırmalar hər hansı bir
coğrafiyaşünas və naviqator üçün yaxşı vəsait sayılırdı.
Məhz həmin elmi əsaslara görə Kolumb əvvəlcədən
havanın nə dərəcədə dəyişəcəyini, yəni, sakit və ya küləkli
keçəcəyini bilirdi. Elə 1498-ci ildə Espanyola adasına
gələndə havanın sakit olmasına baxmayaraq, o, qətiyyətlə
bildirirdi ki, Qəraib dənizinin bu hissəsində fırtına baş
verəcəyindən, Ovando İspaniyaya yola salmaq istədiyi
donanmanı bir neçə günlüyə adada saxlasın. Lakin inadkar
qubernator məşhur dəniz səyyahının tərkibində olan
gəmilərin əksəriyyəti gözlənilməz halda başlayan qasırğa-
dan məhv edildi.
24. Kolumbun, zəmanəsinin ən təcrübəli, bacarıqlı
dənizçi olmasına şübhə etməmək olar, ona görə ki, o, yola
düşməmişdən əvvəl okeandakı cərəyanlardan və küləklər-
dən necə istifadə etməsini bütün dənizçilərdən yaxşı bilirdi.
Admiral ağır səyahətə yola düşməmişdən əvvəl, İngiltərə-
yə, İrlandiyaya və Afrikanın Qvineya sahillərinə üzmüş və
Atlantik okeanının şərq hissəsindən qərb istiqamətində
400
hərəkət edən cərəyanların və küləklərin əsmə istiqamətinə
bələd olaraq, bu barədə hətta gündəlik də tutmuşdu. O,
əvvəlcədən Kanar cərəyanı ilə Atlantik okeanının qərb
hissəsinə üzməyi və oradan həm ekvatora yaxın, həm də ki,
30-cu, 40-cı paralellərdə Avropa istiqamətində hərəkət edən
cərəyanlar ilə necə geriyə qayıtmağı da bilirdi.
Əlbəttə, Kolumb birinci səyahət zamanı geriyə qayıt-
maq üçün ekvator yaxınlıında fəaliyyət göstərən cərəyan-
dan da istifadə edə bilərdi, lakin Roma papasının qoyduğu
qanunlara intizamla riayət edən admiral Kolumb, Portu-
qaliya ilə İspaniya arasında bağlanan Tordelyasdakı
müqaviləni (1494) rəhbər tutaraq, şimaldakı cərəyandan
istifadə etməli olur. Deməli, Kolumb hara getdiyini və
oradan necə qayıdacağını əvvəlcədən bilirdi, lakin bu haqda
heç kiminlə fikirlərini bölüşdürmək istəmirdi. Tusinin
əsərlərində aydınca göstərilib ki, Atlantik okeanında təbii
proses kimi həm qərb, həm də ki, şərq istiqamətində
hərəkət edən bir neçə güclü cərəyan fəaliyyət göstərir. Belə
bir lazımlı məlumatdan Kolumb peşəkar bir dənizçi kimi
istifadə etmişdi.
Dostları ilə paylaş: |