381
“Elmlər Akademiyası” yaradılmışdı. Təəssüflər olsun ki,
Marağadakı “Elmlər Akademiyası”nı uzun müddət qoru-
yub saxlamaq mümkün olmadı. Əks halda orada bütün
elmlərin inkişaf etdirilməsi üçün bəşəriyyətə qiymətli kadr-
lar hazırlanacaq, əldə edilən elmi nailiyyətlər dünya elm
xəzinəsinə qiymətli kəşflər olacaqdı.
7. Astronomik müşahidələri keyfiyyətli aparmaq üçün
Marağa rəsdxanasında Tusinin rəhbərliyi altında beş yeni
cihaz icad olunur: Göy cisimlərinin üfüqi koordinatlarını
təyin edən alət, Günəşin meridianda hündürlüyünü təyin
edən alət, müasir universal alətin ibtidaisi olan fırlanan
kvadrant, Yer qlobusu, Ulduz və ya Göy qlobusu. Onu da
qeyd etmək lazımdır ki, həmin alətlərdən gələcəkdə Uluq-
bəy, Kopenhagen və hətta Caypur rəsədxanalarında istifadə
olunmuşdu. Sonradan həmin alətlər daha da təkmilləşdiri-
lərək, dəqiq astronomik müşahidələrin aparılmasına cəlb
edilmişdi. Maraqlısı odur ki, 1279-cu ildə Marağa rəsəd-
xanasında hazırlanan ulduz qlobusu dünyada ən qədim
ulduz qlobusu sayılır və hazırda o, Drezden şəhərində
“Rəsm-qalereya” muzeyinin fizika-riyaziyyat salonunda
saxlanılır.
8. Admiral Piri Rəisin “1513”-cü ildə tərtib etdiyi xəritə
1929-cu ildə İstanbulda tapılandan sonra mütəxəssislərin
ixtiyarına verilir. Xəritə tədqiq edilərkən əsl sensassiya baş
382
verir; Xəritənin surəti, yaşı təxminən 6000 il olan qədim
manuskriptlərdən çıxarılmışdır. Əlbəttə, bu yalnız Antark-
tidanın konturları çəkilmiş hissəyə şamil oluna bilər. Həmin
xəritənin tədqiqi ilə məşğul olan professor Çarlz Hepqud
bildirmişdi ki, xəritə tərtib edilən zaman bir neçə qədim
manskriptlərdən istifadə olunmuş və həmin xəritənin
koordinat toru çəkilərkən, tərtibatçı sferik triqonometri-
yadan agah idi. Bu işin öhdəsindən isə, yalnız, sferik
triqonometriyanın mükəmməl bilicisi və riyazi triqono-
metriyanın banisi olan, zəmanəsinə görə astronomik cihaz-
lardan və alətlərdən peşəkarcasına istifadə etmiş, 256
şəhərin dəqiq koordinatlarını göstərmiş, Yer səthinin uzun-
luq ölçüsünü zəmanəsinə görə daha dəqiq göstərmiş Tusi
gələ bilərdi. Məhz bunun nəticəsində görkəmli Azərbaycan
alimi sıfırıncı meridianı Atlantik okeanının şərq sahilində
yox, Cənubi Amerikanın ucqar şərq hissəsində, hazırda
San-Roka burnu yerləşən yerdə təyin etmiş və bununla da
Amerika qitəsinin kəşfini xeyli tezləşdirmişdi. Təəssüflər
olsun ki, Xristofor Kolumb şəxsi ambisiyasına görə həmin
mənbənin varlığını dünya ictimaiyyətindən gizlətmiş və
nəticədə isə Tusinin bu işdəki əhəmiyyətli rolu heçə
endirilmişdi.
9. Abbasi sülaləsinin hökmranlığı dövründə, Bağdadda
qiymətli əsərlərlə zəngin olan möhtəşəm bir kitabxana
383
yaradılmış və həmin əsərlər Xilafətin paytaxtına, əsasən
ərəblər tərəfindən işğal edilmiş şəhərlərdən, o cümlədən,
İsgəndəriyyədən gətirilmişdi. Tusi Bağdad şəhərində olan-
da, gələcəkdə “admiral Piri Rəisin xəritəsi” kimi tanınacaq,
həmin xəritənin bəzi parçaları ilə üzləşir və tarixi materialın
tədqiqinə başlayır. Azərbaycan alimi İspaniya-dan tutmuş
Çinə qədər, öz dövründə məşhur olan 256 şəhərin coğrafi
koordinatlarını demək olar ki, çox dəqiqliklə göstərmişdir.
Mənim fikrimcə, koordinatlar təyin edilərkən, həmin xəritə
Antarktida göstərilmədən artıq Tusinin masasının üstündə
idi və o, bir çox şəhərləri koordinatlarına uyğun olaraq,
hazırda olduqları yerdə həmin xəritədə göstərir. Sonradan
isə həmin xəritə müəyyən səbəblərə görə Piri Rəisin əlinə
keçir.
10. Xaldat adalarının Atlantik okeanında göstərilməsi,
bir çox tanınmış alimlərin elmi əsərlərində əks olunubdur.
Tusi “Zic Elxani” əsərində qeyd edir ki, təyin etdiyi
sıfırıncı meridian Xaldat adalarından keçir. Bir neçə alim
Xaldatın iki böyük və çoxsaylı kiçik adalardan ibarət
olduğunu bildirir. Bəziləri isə onun müasir Antiliya adaları
olduğunu bəyan etməkdən də çəkinmirlər. Bu haqda mən
bir neçə səhifədə ətraflı məlumat vermişəm, lakin sonda
özümün yekun sözümü deməyə borcluyam. N. Tusinin
göstərdiyi Xaldat adaları Amerika qitəsinin özü ola bilərdi.
384
Elə Hərrani də Xaldat adalarının iki böyük adadan ibarət
olduğunu bildirir. Bu isə hər iki materikdən ibarət olan
Amerika qitəsinə işarədir. Həmin dövrdə alimlər qitəni və
ya materiki böyük ada kimi göstərirdilər. O vaxta kimi Yer
kürəsinin qərb tərəfi o adalara qədər bəlli idi. Ona görədə
başlanğıc meridianı oradan götürürdülər. Bu işdə heç bir
mübahisə yeri yoxdur.
11. Tusinin şanı-şöhrəti elə gənc yaşlarında Azərbay-
canda və ona yaxın bölgələrdə yayılmağa başlamışdı.
Əlbəttə, bu işdə ona “Əxlaqi-Nasiri” əsəri böyük təkan
vermişdi. Etika sahəsində şah əsər sayılan “Əxlaqi-Nasiri”
gənc Tusiyə həm ad-san qazandırır, həm də “Əlamut”
qalasındakı zindana saldırır.
XIII əsrin 30-cu illərinə qədər Şərq ölkələrində etikaya
dair ən oxunan Əbu Əli Miskveyhinin ərəb dilində yazdığı
“Əttaharə” əsəri idi. “Əxlaqi-Nasiri” əsəri bütün para-
metrlərinə görə “Əttaharə”ni arxada qoyur və əlyazmanın
üstündən 770 il keçməsinə baxmayaraq, indiyə kimi bir çox
müsəlman ölkələrinin məktəblərində, etika dərsliyində
tədris olunur. Hətta bəzi monarxiya dövlətlərində vəliəhd-
lər və şahzadələr tərbiyənin nümunəvi, ünsiyyətin qabiliy-
yətli, əxlaqın yüksək səviyyədə olmasını arzulayaraq, məhz
“Əxlaqi-Nasiri” əsərindən gündəlik vəsait kimi istifadə
edirlər. Kübar ailələrin bir çoxu öz adət-ənənələrini,
Dostları ilə paylaş: |