374
Elm sahəsində hər hansı bir kəşfin öhdəsindən
gəlmək istəsən, onun açarını yalnız İslam
dünyasının müqəddəs kitabı sayılan ”Qurani-
Kərim”in ayələrində tapmaq mümkündür.
Yəni, kimsə elmi kəşfi həyata keçirmək istəyirsə,
mütləq “Qurani-Kərim”ə müraciət etməlidir,
ona görə ki, bütün kəşflər barəsində hələ 1400
il bundan əvvəl yaradılmış müqəddəs kitabın
səhifələrində yazılıbdır.
Ramiz Dəniz
Əldə olunan nəticələr
1. Mənəvi cəhətcə saf, ruhən pak olan Tusi alim, ixtiraçı,
filoloq olmaqla yanaşı, həm də xeyriyyəçilik işləri ilə də
məşğul olmuşdur. Nəzərə almaq lazımdır ki, 20 ildən çox
həşşaşilərin qalasında əsir olan Tusi Əlamut qalasından heç
nəsiz çıxmışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq,
Hülaku xanın sarayında məsləhətçi kimi məvacib almağa
başlayır və maaşının bir çox hissəsini elm yoluna qədəm
qoymuş insanların ehtiyacına xərcləyirdi. Sonrakı dövrdə
Marağa rəsədxanasında çalışan və təhsil alan alimlərin,
müəllimlərin və tələbələrin müntəzəm maaş alması üçün,
onların ailələrinin mənzil ilə təmin olunması və vergilərdən
azad olunması üçün Tusi “Elxanilər” dövlətinin hökmdarın-
375
dan xüsusi imtiyazlar almışdı. Onu da xüsusi ilə qeyd
etmək istəyirəm ki, həmin dövrə qədər xeyriyyəçilik işləri
ilə bilavasitə hökmdarlar, sərkərdələr və ya mülkədarlar
məşğul olmuşdular. Yəni, onlar böyük səlahiyyət sahibi,
böyük imkanlara malik, çoxlu vəsaitin sahibi sayıldıqları
üçün, öz insani keyfiyyətini nümayiş etdirməkdən ötrqü
xeyirxah işləri həyata keçirməyə böyük səy göstərirdilər.
Mən görkəmli tarixi şəxsiyyətlərin tərcümeyi-halı və
taleyi ilə çox maraqlanmışam. Lakin XIII əsrə qədər heç bir
alim və ya ziyalı Tusi kimi cəmiyyətin bir neçə sosial təbə-
qəsinin nümayəndəsini maddi vəsait ilə təmin etməmişdi.
Mənim fikrimcə, Azərbaycanın görkəmli alimi xeyriyyə-
çiliklə məşğul olaraq ilk dəfə xeyriyyəçiliyin əsasını qoyan
bir şəxsdir və bunu bir fakt kimi qəbul etmək məqsədə-
uyğun olardı.
2. Ensiklopedik biliyə malik olan Tusi astronomiya
sahəsində şah əsər sayılan Elxani”'>“Zic Elxani” kitabını yazır və
tez bir zamanda Avropada maraqlı elmi əsərə çevrilir.
Alimlərin köməyi ilə həmin əsərin ən qədim əlyazmaları –
1308, 1403, 1600, 1652 və 1711-ci il – tapılıb mütəxəssis-
lərin ixtiyarına verilmişdir. Dörd kitabdan ibarət olan “Zic
Elxani”də Yer kürəsinin dərəcə torunun başlanğıc meridi-
anı, indiki Qrinviç meridianından 34
0
-35
0
qərb istiqamətin-
də göstərilmiş, planetlərin geosentrik orbitinin əsas ele-
376
mentləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə
və hətta bir neçə əsr astronomik müşahidələrinə nisbətən
dəqiq təyin edilmişdi. Günəş diski mərkəzinin Marağa
meridianında həqiqi günorta vaxtı müəyyən tarixlərdə
ekliptik uzunluğu və planetlərin efemeridləri cədvəlləri
verilmişdir. Mars, Yupiter və Saturnun bu cədvəllərdə veri-
lən geosentrik uzunluqlarının qiymətləri müasir qiymətlər-
dən çox az – qövs saniyəsinin mində biri qədər fərqlənirlər.
Tusi illik pressesiyanın qiymətini xeyli dəqiqləşdirmişdir.
Uluqbəy rəsədxanasında yaradılan “Zic Xaqan” (müəl-
lif Qiyasəddin Kaşi) və “Zic Uluqbəy” (müəllif Əli Quş-
çu) adlı astronomik kataloqlar yaradılarkən demək olar ki,
tam şəkildə “Zic Elxani”dən istifadə olunmuşdur. Bu əsa-
sən, göydəki ulduzların və yerdəki şəhərlərin koordinatları-
na aiddir.
Caypur rəsədxanasında Şah Cahanın (1628-1659)
dövründə yaradılan “Zic Şah Cahani” və Məhəmməd
Şahın (1719-1748) dövründə yaradılan “Zic Məhəmməd
Şahi” astronomik kataloqlarındakı cədvəllərin bəzisi “Zic
Elxani”də olan cədvəlin surətindən ibarətdir.
“Zic Elxani”nin yaradılmasından təxminən 500 il
keçməsinə baxmayaraq, XVIII əsrin ortasına qədər dünya
astronomları bir mənbə kimi həmin əsərdən istifadə etmiş-
dilər. Bununla belə bildirmək lazımdır ki, “Zic Elxani” bir