Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə90/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   86   87   88   89   90   91   92   93   ...   102

                                                     

 

  



                                                                            

                                                    

358 

ərəblər  tərəfindən  işğal  edilmiş  şəhərlərdən,  o  cümlədən 



İsgəndəriyyədən  gətirilmişdi.  Elə  həmin  dövrdə  Tusi  öz 

biliyini  artırmaq  üçün  elm  dünyasının  qiymətli  əsərlərilə 

tanış  olur.  Marağa  rəsədxanasının  bünövrəsi  qoyulan  ilə 

qədər  (1259)  alim,  çox  güman  ki,  Bağdad  şəhərində, 

gələcəkdə  “admiral  Piri  Rəisin  xəritəsi”  kimi  tanınacaq 

həmin  xəritənin  müəyyən  hissələri  ilə  üzləşir  və  tarixi 

materialın  tədqiqinə  başlayır.  XIII  əsrin  ortalarına  qədər 

Yer  kürəsinin  demək  olar  ki,  Avropa,  Asiya  və  Afrika 

hissəsi (əlbəttə, qismən) tədqiq edilərək, dünya ictimaiyyəti 

qarşısında ümumi anlayış yaradılır. 

Xəritəyə  dair  Çarlz  Hepqudun  sensassion  nəticəsi 

belədir:  “xəritədə  Antarktidaya  yaxın  olan  məşhur  adalar-

dan  keçən  ənənəvi  koordinatlar  torunun  tərkibində  yerləş-

dirilən  enliklər  təəccüblü  detallarla  göstərilir.  Çox  güman 

ki,  bütün  bunlar  müsir  sferik  triqonometriyadan  istifadə 

olunmuş, daha ilkin xəritədən əldə edilmişdir. İş ondadır ki, 

xəritənin  tərtibatçıları  Yerin  sferik  olmasından  agah  idilər, 

həm  də  50  mil  xətası  ilə  Yerin  çevrə  uzunluğunun  həqiqi 

ölçüsü ilə elmi tanışlıqları vardır”.  

Fikrimcə, bu işdə Tusi mühüm rol oynayıbdır. Ona görə 

ki,  təxminən  6000  il  bundan  əvvəl  tərtib  edilən  xəritələr-

dəki koordinatlar müasir koordinatlarla heç cürə uyğun gələ 

bilməzdi.  Məlumdur  ki,  Tusi  və  onun  komandası  sferik 



                                                     

 

  



                                                                            

                                                    

359 

triqonometriyadan  peşəkarcasına  istifadə  edə  bilirdi-lər. 



Çox güman ki, xəritə azərbaycanlı alimin əlinə, koordi-nat 

toru  çəkilməmiş  şəkildə  düşmüşdü.  Sferik  triqono-

metriyanın  bilicisi  kimi  Tusi  koordinat  xətlərini  çəkərək, 

xəritənin  üzərindəki  coğrafi  enlikləri  və  uzunluqları  çox 

dəqiqliklə  yerləşdirməyə  müvəffəq  olmuşdu.  Məhz  bunun 

sayəsində  hər  bir  peşəkar  dənizçi  xəritəni  diqqətlə  nəzər-

dən keçirəndən sonra, okeanda yerləşən bir obyektdən digər 

obyektə  qədər  olan  məsafənin  ölçüsünü  təxmini  olsa  da, 

əldə  edə  bilərdi.  Elə  buna  görə  də  Kolumb  birinci 

səyahətinə yola düşəndə nə qədər yol qət edəcəyini və neçə 

gün  gedəcəyini  əvvəlcədən  bilirmiş.  Bunu  bir  neçə  müasir 

alimlər də təsdiq edirlər. 

Xəritə  Kolumbun  əlinə  keçənə  qədər  dünyada  astrono-

miya,  riyaziyyat  və  coğrafiya  üzrə  Tusi  kimi  peşəkar  alim 

və  tabeliyində  güclü  alim  heyəti  yox  idi  ki,  sferik 

triqonometriyanın  köməyindən  istifadə  edərək,  koordinat 

xətlərini dəqiq şəkildə xəritənin üzərində yerləşdirə bilsin. 

Məlum  olduğu  kimi  Piri  Rəisdə  olan  xəritədə  Yer 

kürəsinin  yalnız  qərb  hissəsi  göstərilibdir.  Onu  da 

bildirməliyəm  ki,  Tusi  İspaniyadan  tutmuş,  Çinə  qədər  öz 

dövründə  məşhur  olan  256  şəhərin  coğrafi  koordinatlarını 

demək olar ki, çox dəqiqliklə göstərmişdi. Mənim fikrimcə, 

koordinatları qoyanda həmin xəritə Antarktida göstərilmə- 



                                                     

 

  



                                                                            

                                                    

360 

     


 

          

Xristofor Kolumb ikinci səyahətinə hazırlaşır 


                                                     

 

  



                                                                            

                                                    

361 

dən artıq Azərbaycan aliminin masasının üstündə idi və o, 



elə  bir  çox  şəhərlərin  özlərini  də  koordinatlarına  uyğun 

olaraq,  hazırda  olduqları  yerdə  yerləşdirir.  Artıq  bu 

ifadələrimlə göstərmək istəyirəm ki, Piri Rəisin adı ilə bağlı 

olan həmin xəritədə Asiya, Afrika, Amerika, həm də bəlkə 

Avstraliya  qitələrinin  konturları  çəkilmişdir.  Sual  verilə 

bilər  ki,  əgər  bu  belədirsə,  onda  bəs  həmin  xəritədə 

göstərilən Yer kürəsinin Şərq hissəsinin aqibəti necə olub? 

Piri Rəisi hərbi dəniz sərkərdəsi kimi fəaliyyət göstərdiyi 

məkanda  yalnız  strateji  əhəmiyyətli  obyektlər  və  coğrafi 

mövqelər maraqlandırırdı. Ola bilsin ki, vaxtı ilə Kolumbda 

olmuş həmin xəritə türk admiralının əlinə keçəndə o, tarixi 

materialı  diqqətlə  nəzərdən  keçirir  və  Osmanlı  Türkiyə 

üçün  xüsusi  əhəmiyyət  kəsb  edən  “Ədviyyat  adalarına” 

gedən  yolu  məxfi  saxlamaqdan  ötrü,  xəritənin  Şərq 

dünyasına  aid  olan  hissəni,  demək  olar  ki,  Qrinviç 

meridianı  xətti  ilə  düz  kəsir  və  həmin  hissəni,  İstanbulda 

dövlət  əhəmiyyətli  bir  binada,  məxfi  sənəd  kimi  arxivə 

təhvil  verir.  Buna  səbəb  nə  idi?  Tarixdən  məlum  olduğu 

kimi  artıq  XVI  əsrin  ilk  illərinə  kimi  Osmanlı  Türkiyəsi 

Yaxın  Şərqin  əksər  bölgələrini  işğal  edərək,  Avropadan 

Asiyaya  gedən  həm  “İpək  yolu”nu,  həm  də  “Ədviyyat 

adalarına” gedən yolu tam nəzarət altına almış və nəticədə 

Avropa  bazarlarında  ən  baha  qiymətə  satılan  ipək 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə