Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə88/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   84   85   86   87   88   89   90   91   ...   102

                                                     

 

  



                                                                            

                                                    

350 

nat ölçülərindən asılı olmayaraq bütün xəritələrlə maraqla-



nan  türk  admiralı  İstanbulda  olduğu  kimi  elə  İsgəndəriyyə 

şəhərində  də  xeyli  xəritələr  əldə  edir  və  sonradan  onlar 

üzərində  işləyərək,  1528-ci  ildə  mükəmməl  bir  atlas  tərtib 

edir.  Lakin  həmin  xəritələrin  içərisində  yalnız  bir  xəritə 

müasir  alimlərin  diqqət  mərkəzində  olur.  O  da  “1513-cü 

ildə”  tərtib  edilən  Amerikanın,  Antarktidanın  və  Şimal-

Qərbi Afrikanın konturları göstərilən xəritə.  

Piri  Rəis  həmin  xəritənin  bir  neçə  qədim  xəritələrin 

surətindən  köçürülmə  vasitəsilə  tərtib  etdiyini  gizlətmir. 

Onun  bu  etirafı  tədqiqatçıların  işini  yüngülləşdirmiş  və  bu 

istiqamətdə sistemli iş aparılmağa başlandı. 

XX  əsrdə  böyük  rezonansa  səbəb  olmuş  xəritənin  türk 

admiralının əlinə hansı yolla keçməsi xəritəşünas mütəxəs-

sisləri ilə yanaşı, həm də tarixçilərin maraq dairəsini əhatə 

edirdi.  Yuxarıda  göstərildiyi  kimi  admiral  Piri  Rəisin 

özünün  bəyan  etdiyi  kimi,  guya  o,  xəritənin  qərb  hissəsini 

Kolumbun  birinci  səyahət  zamanı  istifadə  etdiyi  xəritədə 

apardığı qeydiyyatlardan köçürmüşdü. 

“Kolumbun  itmiş  xəritəsi”nin  izinə  düşməyə  çalışan 

ABŞ-ın dövlət katibi Henri Stimson həmin xəritənin Türki-

yədə olduğunu israrla bildirir. Əlbəttə ki, belə bir qənaətlə 

bir  çox  alimlər  həmrəydirlər.  Əgər,  Piri  Rəis  “Kolumbun 

itmiş  xəritəsi”ndən  istifadə  edibsə,  onda  həqiqətən  də  o, 



                                                     

 

  



                                                                            

                                                    

351 

məşhur  dəniz  səyyahının  xəritəsini  müəyyən  olunmayan 



səbəb nəticəsində əldə edibdir. Türk admiralı həmin xəritə-

dən  lazımi  bir  material  kimi  istifadə  edəndən  sonra  çox 

güman  ki,  xəritəni  tarixi  bir  sənəd  kimi  İstanbulda, 

imperiyanın  dövlət  əhəmiyyətli  bir  binasında  saxlamağa 

məcbur  olmuşdu.  Belə  olan  halda  Henri  Stimsonun 

şübhələrinin əsası vardı. Lakin uzun müddətli axtarışlar heç 

bir  müsbət  nəticə  vermir.  Deməli,  belə  çıxır  ki,  həmin 

axtarışlar  lazımi  səviyyədə  aparılmayıbdır,  ya  da  həmin 

axtarışlarda,  öz  işinin  fanatiki  olan  peşəkar  mütəxəssislər 

iştirak etməyiblər.   

Buna baxmayaraq, belə bir bu məsələni həll etmək üçün 

ortaya  bir  neçə  mühüm  sual  çıxır:  Birincisi,  P.  Rəisin  əldə 

etdiyi  manuskriptlər  toplusunun  əsl  müəllifi  kimdir? 

İkincisi, P. Rəis Kolumbun birinci səyahət zamanı apardığı 

qeydiyyatları  öz  xəritəsində  göstərirsə,  deməli  həmin 

xəritənin  əsl  nüsxəsi  (Amerika  və  Qərbi  Afrika  qitəsi 

göstərilən  hissə)  məşhur  dəniz  səyyahında  olubdur.  Belə 

olan  təqdirdə  xəritə  türk  admiralının  əlinə  haradan  keçə 

bilərdi?  Üçüncüsü,  bəs  həmin  xəritə  Kolumbun  əlinə 

haradan  keçmişdir?  Axı,  alimlər  üçün  müəmmalı  sayılan 

məlum  xəritənin  müəllifi  dəniz  səyyahının  özü  sayıla 

bilməzdi. Çünki onun 1492-ci ildə kəşf etdiyi Yeni Dünya-

nın  konturları,  ekspedisiya  İspaniyadan  yola  düşməmişdən 



                                                     

 

  



                                                                            

                                                    

352 

əvvəl,  həmin  xəritədə  çəkilmişdir.  Dördüncüsü,  ümumiy-



yətlə, xəritənin əsl müəllifi kimdir və o, hansı üsul ilə ora-

dakı konturları və dəqiq koordinatları çəkmişdir? Beşincisi, 

maraqlı obyekt sayılan həmin xəritə hansı yolla Konstanti-

nopolun  Topqapı  sarayında  sığınacaq  tapmış  və  nəyə  görə 

1929-cu  ildə  aşkarlanana  qədər  dünya  ictimaiyyətindən  və 

ən  əsas  da  tarixçilərin,  coğrafiyaşünasların,  xəritəşünas-

ların nəzərindən gizlin saxlanmışdır? Buna səbəb nə idi? 

Tarixi  mənbələrdən  məlumdur  ki,  Piri  Rəis  qədim 

sənədlərin və xəritələrin tədqiqi ilə məşğul olmaqdan ötrü, 

İmperiya  kitabxanasında  xeyli  vaxt  keçirmişdi.  Konturları 

çox hallarda dəqiq göstərilmiş xəritə türk alimlərinin ciddi 

marağına  səbəb  olur.  Çünki  tarixinə  görə  həmin  dünya 

xəritəsi  Amerika  qitəsinin  konturları  çəkilən  ən  erkən 

xəritələrdən  (Amerikanın  ilk  konturlarını  1500-cü  ildə 

Xuan de la Kosa, 1502-ci ildə isə Kantino çəkmişdilər) biri, 

dəqiqliyinə  görə  isə  ilkin  xəritə  sayılırdı.  Bundan  əlavə 

xəritədə həm Şimali Amerika, həm də Antarktida materik-

lərinin də konturları göstərilirdi.  

Başa  düşmək  olar  ki,  həqiqətən  də  “Kolumbun  itmiş 

xəritəsi”nin  izi  gedib  İstanbula  çıxır.  Bunun  üçün  Piri 

Rəisin  əl  gəzdirdiyi  xəritədəki  gəmilərin  şəkillərinə  nəzər 

salsaq bir çox müəmmalara aydınlıq gətirmək olar.  




                                                     

 

  



                                                                            

                                                    

353 

1.  Xəritənin  qərb  hissəsində  karavella,  karakka  və  nao 



növlü gəmilər çəkilibdir, halbuki Piri Rəisin donanmasında 

qalera, qaleas, füst və başqa gəmilər üstünlük təşkil edirdi. 

Deməli, o, bildirmək istəyirdi ki, həqiqətən də Şərqi Asiya 

və  Qərbi  Avropa  arasında  naməlum  bir  qitə  yerləşir  və 

həmin ərazilər avropalılar  – özü də ki, ispanlar tərəfindən 

kəşf edilibdir.  

2. Həmin gəmi şəkilləri bir daha Piri Rəisin “Kolumbun 

xəritəsindən  köçürülmə”  barəsindəki  sözlərini  təsdiqləyir. 

İş  ondadır  ki,  genuyalı  admiral  Yeni  Dünya  sahillərinə 

yollanarkən,  məhz  karavella,  karakka  və  nao  gəmilərindən 

istifadə  etmiş  və  sübut  etmişdi  ki,  uzun  okean  keçidi 

zamanı  həmin  gəmi  növlərindən  istifadə  etmək,  dənizçilər 

üçün hava-su kimi gərəklidir.  

Müəmmalı  xəritədəki  sahil  konturları  diqqəti  cəlb  edir. 

Deməli,  qədimdə  yer  səthinin  konturları  çəkilmiş  müvafiq 

xəritələr vardı. Bu yerdə bir qeyd verməliyəm.  

Həmin  zaman  aerokosmik  texnologiya  olmadığı  üçün, 

alimlərin  türk  admiralının  verdiyi  bəyanatlarına  şübhə  ilə 

yanaşmaqlarından  başqa  çarələri  qalmırdı.  Axı,  İsgəndərin 

dövründə  mövcud  olan  xəritələrin  bir  dənəsi  olsun  gəlib 

bizim zamana çıxmayıbdır? Məlumdur ki, İsgəndər Hindis-

tana  yürüş  edəndə  o,  donanmasının  (başçısı  sərkərdə 

Nearh)  köməyi  ilə  oradan  Mesopotamiyaya  qayıdır. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə