Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə92/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   88   89   90   91   92   93   94   95   ...   102

                                                     

 

  



                                                                            

                                                    

366 

Misirə  daxil  olmuşdular.  Mənə  elə  gəlir  ki,  onların  əlində 



münasib  xəritələr  olduğundan  ekspedisiya  uğurla  başa 

çatmışdır.  Deməli,  Piri  Rəisdə  olan  xəritənin  oxşar  surəti, 

finikiyalılarda olmuş və onlar həmin materialın köməyi ilə 

hər  hansı  bir  səyahətin  öhdəsindən  müvəffəqiyyətlə 

gəlirdilər.  Unutmaq  lazım  deyil  ki,  finikiyalılar  Atlantik 

okeanında  yerləşən  Madeyra,  Azor  və  Kanar  adalarına 

sərbəst şəkildə gedib-gələ bilirdilər. 

Ç.  Hepqud  müəyyən  etmişdir  ki,  həmin  xəritə  bir  neçə 

qədim  konturların  sayəsində  dünya  xəritəsi  kimi  tərtib 

olunmuşdur. Yəni, Yer kürəsinin mövcud olan qitələri ayrı-

ayrı  hissələrdə  göstərilirdi,  sonradan  həmin  hissələr 

cəmləşdirilərək,  vahid  şəkildə  böyük  bir  perqament 

üzərində  çəkilmişdir.  Bu  cür  zərgər  dəqiqliyi  tələb  olunan 

işin öhdəsindən yalnız Tusi kimi peşəkar alim gələ bilərdi. 

Qitələrin  yerləşməsi,  onların  müəyyən  hissələrdə  düzgün 

göstərilməsi, koordinatların dəqiqliklə  bölünməsi və kəsiş-

məsi  bəzi  xətaları  nəzərə  almasaq,  çox  yüksək  səviyydə 

işlənmişdir.  Ona  görə  ki,  bu  işdə  sferik  triqonometriyadan 

lazımi  bir  vəsait  kimi  istifadə  olunmuşdur.  Sferik  triqono-

metriyanın  əsl  bilicisi  isə  məhz  Marağa  rəsədxanasının 

banisi idi.  

 

 

 



                                                     

 

  



                                                                            

                                                    

367 

                İnsanı inkişaf etdirən və tərbiyələndirən onun   

                 yaşadığı cəmiyyət və mühitdir. İnsan bir fərd  

                 olaraq, yaşadığı cəmiyyətin övladıdır. 

                                                           Gi de Mopassan 

 

        

Nəsirəddin Tusi və onun nəsili 

 

Hələ  sağlığında  ikən  dünya  boyda  şöhrət  qazanan 

Nəsirəddin  Tusi  əhali  arasında  qayğıkeş  ata,  nümunəvi 

vətəndaş,  nəcib  insan,  müdrik  alim,  aqil  filosof,  kamil 

müəllim,  ürəkyandıran  müdir,  unikal  ixtiraçı,  mehriban 

xeyriyyəçi,  peşəkar  siyasətçi,  bacarıqlı  diplomat,  səmimi 

məsləhətçi,  çevik  təşkilatçı,  fenomenal  hafizə,  ədəb-ərkan, 

əxlaq sahibi- kimi tanınırdı. Əbəs  yerə deyil ki, müasirləri 

onu,  Azərbaycanın  görkəmli  şəxsiyyətini  “Ustadi-bəşər” 

adlandırırdılar.  Öz  həmvətənləri  qarşısında  vətənpərvər, 

millətlər  arasında  sülhpərvər,  alimlərin  məclisində  beynin-

də ensiklopediya xəzinəsini gəzdirən, xan sarayında xalqın 

mənafeyini öz şəxsi mənafeyindən üstün tutan bənzərsiz bir 

şəxs kimi hörmət qazanmışdı. 

Bütün  bu  ölçüyəgəlməz  insani  keyfiyyətləri,  öz  cismin-

də cəmləşdirə bilən Tusinin damalarında əsl kübar qanının 

axdığına şübhə etməmək olar. O, kimliyindən asılı olmaya-

raq  insan  şəxsiyyətinə,  mənliyinə  daima  hörmətlə  yanaş-




                                                     

 

  



                                                                            

                                                    

368 

mağı tələb etmiş, insanın əqli inkişafına, dərrakəsinə xüsusi 



əhəmiyyət  vermiş  elmə,  biliyə  qarşı  həvəsi  müntəzəm 

təbliğ etmişdir. 

Əsrlər  boyu  fəxr  etdiyimiz  Azərbaycan  xalqının  şanlı 

oğlu,  elm  xəzinəsinin  əvəzsiz  dühası  sayılan  Nəsirəddin 

Tusinin  həyatını  və  elmi  fəaliyyətini  öyrənərkən,  yadıma 

həmişə  professor  İ.  M.  Zeynalovun  sözləri  düşür:  “Orta 

əsrlər  Şərq  ədəbi-bədii  və  elmi-nəzəri  fikrinin  böyük 

mütəfəkkiri sayılan Nəsirəddin Tusi öz elmi, ağlı, zəkası ilə 

tarixən  yunan  və  dünya  alimlərini  heyrətdə  qomuş, 

Azərbaycan torpaqlarının şöhrətini, gücünü, qüdrətini bütün 

dünyada  nümayiş  etdirmək  sahəsində  misilsiz  xidmətləri 

olan həmvətənimizdir”. 

Qətiyyətlə  bildirmək  lazımdır  ki,  Nəsirəddin  Tusi 

Azərbaycan mədəniyyəti tarixində özünəməxsus qüdrətli və 

şərəfli  yer  tutmuşdur.  O,  elm  xəzinəsinin  ən  qiymətli  ləl-

cəvahiratı sayılır. Hər bir millət, Nəsirəddin Tusi kimi dahi 

şəxsiyyətin  onların  millətinin  nümayəndəsi  olmasını 

ürəkdən arzulayırdı. Lakin nə etmək olar, Tusi kimi daima 

nur  saçan  parlaq  ulduzun  Azərbaycan  səmasında  nur 

saçması bizim xalqa nəsib olub və biz əsrləri yola sala-sala 

belə bir möhtərəm şəxsiyyətlə əbədi olaraq fəxr edəcəyik. 

Məşhur  alim  vəfat  edəndən  sonra  da  onun  övladları  və 

nəslinin  başqa  nümayəndələri  istər  Marağada,  istərsə  də 



                                                     

 

  



                                                                            

                                                    

369 

başqa  şəhərlərdə  yaşayanda  onlara  həmişə  hörmət  və 



ehtiram bəsləirdilər. Çünki həmin nəsildən çoxsaylı alimlər 

çıxmışdı.  Tusinin  varislərinin  varlığı  Azərbaycanın  tanın-

mış alimləri H. Məmmədbəyli, Z. Bunyadov, F. Maqsudov 

və  S.  Onullahı  ərəfindən  kifayət  qədər  tədqiq  edilmiş  və 

onların siyahısını yaratmışdılar. 

Məlum  olduğu  kimi  Nəsirəddin  Tusinin  bir  qızı  və  üç 

oğlu  –  Əsiləddin  əl-Həsən,  Fəxrəddin  Əbülqasim  Əhməd 

əl-Maraqi və Sədrəddin Əbülhəsən Əli – olmuşdur. Hər üç 

oğlu  ataları  kimi  Marağa  rəsədxanasında  yaşayıb  fəaliyyət 

gösərmişdilər.  

Əsiləddin  əl-Həsən  astronom  idi.  Əvvəl  Sultan  Qazan 

xanın  (1295-1304),  sonra  isə  Sultan  Ulcaytunun  (1304-

1316) məsləhətçisi və münəccimi olmuşdur. Eyni zamanda 

İlxanilər  dövlətinin  vəqflərinin  nəzarətçisi  vəzifəsində 

çalışmışdır. 

Fəxrəddin  Əbülqasim  Əhməd    astronom  və  həkim 

olmuş,  vəqflərin  mütəvəlli  vəzifəsində  çalışmışdır.  İbn  əl-

Füvati yazırdı ki, o, böyük şöhrət sahibi idi. Siması gözəl, 

əliaçıq, müşahidəçi, xoşxasiyyət və natiqlik məharətli adam 

idi.  Fəxrəddineyni  zamanda  riyaziyyat  elmləri  ilə  də 

məşğul  olurdu.  1282-ci  ildə  İraqda  İlxan  Arqunun  xidmə-

tində olmuşdur. 1284- cü ilin oktyabrında Bağdada gəlmiş 

və  aclıq  çəkən  əhalisinə  köməklik  etmişdi.  O,  burada 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə