Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə93/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   89   90   91   92   93   94   95   96   ...   102

                                                     

 

  



                                                                            

                                                    

370 

şairlərə,  himayədarlıq  edirdi.  1301-ci  ilin  27  avqustunda 



Sivasda  öldürülmüş,  sonralar  cənazəsi  Marağaya  gətirilib 

orada dəfn olunmuşdur. 

Sədrəddin Əbülhəsən Əli nücum elminin və fars şeirinin 

bilicisi  olmuşdur.  “Əl-Əhkam  əl-məbniyə  alət-tancim” 



(“Fala  baxmaq  üçün  qəbul  olunmuş  qaydalar”)  kitabı-

nın müəllifidir. 

Başqalarından fərqli olaraq Əsiləddin Həsən hətta 1316-

cı ilə qədər rəsədxananın rəhbəri olmuşdur.  

Əsiləddinin  kürəkəni  Mövlana  Nizaməddin  Əbdülməlik 

(4  noyabr  1316-cı  ildə  vəfat  edib)  də  Marağa  rəsədxana-

sında  çalışmış  və  oradakı  əsas  funksiyaları  yerinə  yetir-

mişdir.  Məlum  olmayan  səbəblərə  görə  Əsiləddin  Həsənin 

iki  oğlu  Cəfər  və  Heydər  1307-1308-ci  illərdə  cavan 

yaşlarında vəfat etmişdilər. Onun özü elə atası kimi hörmət 

sahibi  olduğundan  “Elxanilər”  dövlətinin  hökmdarı  Soltan 

Məhəmməd  1308-ci  il  sentyabrın  16-da  Marağaya  gəlib 

Xacə Əsiləddin Həsənin və Mövlana Nizaməddinin qonağı 

olmuş və oradan xoş təəssüratlarla ayrılmışdır. 

Bundan  əlavə  Tusinin  nəslindən  olan  Məhyəddin  Əbu 

Abdulla  Məhəmməd  ibn  Abdulla  ət-Tusi  1306-cı  ildə 

Soltan  Məhəmmədin  Arranda  yerləşən  hərbi  düşərgəsində 

qulluq  etmişdir.  Bu  o  deməkdir  ki,  məşhur  alimin  nəsli 

yalnız  Marağada  və  ya  Həmədanda  qalmamış  Azərbayca-



                                                     

 

  



                                                                            

                                                    

371 

nın  başqa  şəhərlərində,  o  cümlədən  Təbrizdə,  Urmiyada, 



Ərdəbildə  və  Naxçıvanda  da  məskunlaşaraq  kök  salmış-

dılar.  Bir  çox  tədqiqatçıların  fikrincə  Tusinin  nəsilindən 

olan  nümayəndələrinin  böyük  hissəsi  Naxçıvanın  Ordubad 

bölgəsinə köçmüşdülər. 

Fəxrəddin  Əbülfəzl  Məhəmməd  ibn  Adeyləm  ibn 

Məhəmməd  əl-Naxçıvani  ət-Tusi.  Bu  şəxs  Nəsirəddin 

Tusinin vəfatından beş il sonra vəfat etmişdir  – 1279-cu il 

noyabr ayı. 

Möhyəddin  əbu  Abdulla  Məhəmməd  ibn  Abdulla  ət-

Tusi. O, 1305-ci ildə, Arranda Nəsirəddin Tusinin ən yaxın 

dostlarından  biri  ibn  əl-Füvati  (25  VI  1244-1326)  ilə 

görüşmüşdür. İbn əl-Füvati Nəsirəddin Tusinin tapşırığı ilə 



“Zic Elxani” əsərinin üzünü köçürmüşdür. 

Kəmaləddin Abdulla ibn Əhməd, ibn Əhməd ət-Tusi əl-

Naxçıvani.  İbn  əl-Füvati  onunla  da  görüşmüşdü.  S.  Onul-

lahi bildirir ki, çox güman onların hər üçün Tusinin qohum-

ları olmuşdular. Maraqlı odur ki, adları çəkilən şəxslər tez 

bir  zamanda  Naxçıvanda  məskunlaşaraq,  orada  müəyyən 

işləri həyata keçirmişdilər. 

Tusinin  nəslinin  nümayəndəsi  Qazi  İmadəddin  Tusi 

Ordubadi  1329-cu  ildə  anadan  olmuş  və  Ordubadda 

yaşamışdır.  Onun  Şah  Mahmud  və  Xacə  əl-Nəsir  adlı  iki 

qardaşı vardı. Şeyx Səfiəddin oğlu Xacə Sədrəddin (1334-



                                                     

 

  



                                                                            

                                                    

372 

1392)  1379-cu  ildə  iki  ay  Ordubadda  Qazi  İmadəddin 



Əhməd  Tusinin  evində  qonaq  qalmışdır.  Xacə  Sədrəddin, 

Qazi  İmadəddin  Tusi  haqqında  1379-cu  il  iyunun  28-də 

Soltan  Əhməd  Cəlairiyə  yazdığı  rəsmi  məktubda  Qazi 

İmadəddin  Əhməd  Tusi  Ordubadini  “ehtiramlı”  olduğunu 

bildirmişdir.  Soltan  Əhməd  Cəlairili  isə  Əlincə  qalasını 

bərpa etdirilib əvvəlki vəziyyətə salınmasını Qazi İmadəd-

dinə tapşırılmışdı. O, da az bir müddətə Əlincə qalanı bərpa 

etdirib  əvvəlki  vəziyyətinə  gətirib  çıxarır.  Özü  isə  Əlincə 

qala da daxil olmaqla Naxçıvan hakimi təyin edilir. 

XVI  əsr  tarixçisi  Həsənbəy  Rumlu  yazır  ki,  “Qazi 

İmadəddin  Naxçıvan  əhlindən  idi  və  Naxçıvanın  yarısı 

onun ixtiyarında olmuşdu. O, az zamanda çoxlu var-dövlət 

topladı. Qazı Əhməd Naxçıvan, Ordubad, Əlincə qalası və 

onun  ətrafında  olan  əraziyə  özü  müsəqil  surətdə  hökmran 

olmaq istəyirdi”. 

Tusinin  nəslindən  olan  Məlik  Bəhrami  (onun  beş  oğlu 

vardı  –  Mirəkbəy,  Hacı  Əhmədbəy,  Hatəmbəy,  Əbu  Talı-

bey  və  Əbu  Turab  bəy)  Səfəvilər  dövlətinin  dövründə, 

Hətəm  bəy  Ordubadi  isə  I  şah  Abbasın  dövründə  mühüm 

dövlət vəzifələrində çalışmışdılar. 

Ordubad  şəhərində  Nəsirəddin  Tusinin  nəslinin  yaşa-

ması və I şah Abbasın  bu məqsədlə Ordubad  mahalını hər 

cür vergidən azad etməsi  haqqında əmr daş kitabədə həkk 



                                                     

 

  



                                                                            

                                                    

373 

olunmuşdur.  Həmin  kitabə  Ordubad  şəhərində  XVII  əsrdə 



tikilmiş böyük cümə məscidinin qapısı üstündə yerləşdiril-

mişdir. 


Dahi  alimin,  XX  əsrdə  Naxçıvanda  və  Ordubadda 

yaşamış nəslindən üç oğul və üç qız atası olan Mirzə Mehdi 

xan Ordubadinin varisləri Azərbaycanın bir neçə bölgəsinə 

səpələnmişdilər.  Mirzə  Mehdi  xan  həmişə  öz  uşaqlarına 

deyərmiş  ki,  siz  Tusi  nəslindənsiniz  və  onun  adına  layiq 

olmağa çalışmalısınız... 

Mehdi  xan  Ordubadinin  oğlu  Təvəkkül  Ordubadinin  üç 

bacısı olmuşdur. Bakıda yaşamış şair İslam Səfərlinin anası 

Hökümə xanım, Gəncədə yaşamış Dilbər xanım və Naxçı-

vanda  yaşamış  sovet  İttifaqı  Qəhrəmanı  Abbas  Quliyevin 

anası Nazlıbəyim. 

Adları  sadalanan  şəxslərin  nümayəndələri  hazırki  dövr-

də  Respublikamızın  bir  neçə  bölgəsində  yaşayır  və  ulu 

babaları  kimi  şərəfli  həyat  keçirirlər.  Onların  arasında 

alimlər,  müəllimlər, həkimlər, hərbçilər və  mühəndislər də 

az deyil. 

 

 

 



 

 

 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə