119
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
dumunda qəbul olunandan sonra 1982-ci ilin noyabrında
qüvvəyə mindi. Konstitusiyaya “milli təhlükəsizliyin”, “döv-
lətin birliyinin” və “ictimai mənəviyyatın” qorunmasına zə-
rurət olduğu hallarda məhdudlaşdırıla bilən vətəndaş azad-
lıqlarının və siyasi azadlıqların uzun bir siyahısı daxil idi.
Hökumətə isə fövqəladə və ya mühasirə (hərbi) vəziyyəti
elan etmək ixtiyarı verilirdi.
1983-cü ildə Türkiyədə cərəyan edən demokratik pro-
seslər yeni nəfəs aldı. 1983-cü ilin parlament seçkilərində
yalnız üç partiya rəqabət aparırdı: hərbçilərin dəstəyini qa-
zanmış Milli Demokrat Partiyası (MDP), mötədil-sol Xalqçı
Partiya (XP) və mühafizəkar, həm də özəl sahibkarlığa
arxalanan Ana Vətən Partiyası (AVP). Səsvermənin nəticə-
lərinə görə MDP üçüncü oldu, AVP isə Böyük Millət
Məclisində tam üstünlük qazandı. Partiyanın lideri, ixtisasca
iqtisadçı olan, hərbçilərin hakimiyyəti dövründə ilk 21 ay
ərzində baş nazirin iqtisadi məsələlər üzrə müavini vəzifəsini
tutmuş Turqut Özal 1983-cü ilin dekabrında yeni hökumətə
başçılıq etdi.
Filippində demokratik dəyişikliklər keçən əsrin 80-ci illə-
rinin ortasından başladı. 1965-ci ildə prezident seçkilərində
qalib gəlmiş Ferdinand Markos islahatlar apararaq iqtisadi
yüksəlişə nail oldu. Lakin sonradan ölkədə sosial gərginlik
artdı, kommunistlərin və radikal-müsəlmanların rəhbərliyi
altında daim qiyamlar baş verirdi. 1972-ci ildə Markos
Konstitusiyanın icrasını dayandıraraq, ölkədə hərbi vəziyyət
elan etdi. Hərbi vəziyyət 1981-ci ilə qədər davam etdi.
Markos prezident seçiləndən sonra elə həmin il ölkəni onun
rejimindən narazılıq dalğası bürüdü. Bu narazılıq 1983-cü
ilin avqustunda müxalifət lideri Beninyo Akinonun qətlə
yetirilməsindən sonra özünün zirvəsinə çatdı. 1986-cı ildə
120
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
ABŞ-ın təzyiqi altında Markos hər halda prezident seçkiləri
keçirdi və özünü yenidən qalib elan etdi.
1983-cü ildə Markos şahmat turnirində iştirak etmək üçün
Filippinə gələn Anatoli Karpovdan soruşmuşdu: “Siyasət
şahmata bənzəyir. Qalib gəlmək üçün mənə nə məsləhət gö-
rərdiniz?” Karpov demişdi ki, şahın xanımını qurban vermək
lazımdır (o vaxt dövlət xəzinəsindən külli miqdarda vəsaitin
israf edilməsinin, xidmətçilərlə qeyri-insani münasibətin və
ali dövlət hakimiyyətinin məsuliyyətsizliyinin rəmzinə
çevrilmiş İmelda Markos nəzərdə tutulurdu), ancaq yaşlı
prezident özünü qurban verər, arvadından keçməzdi.
Kütləvi saxtakarlıqların doğurduğu vətəndaş itaətsizliyi
kampaniyası, qan tökülmədən başa gələn, bellərinə gül-çiçək
çələngi dolamış insanların prezidentə sadiq olan dəniz piyadala-
rını qiyamçılara yaxın buraxmayan “gülüşlər inqilabı”, habelə
Markosun rəqibi Beninyo Akinonun dul qalmış arvadı Korason
Akinonun kilsə və ordu tərəfindən dəstəklənməsi Ferdinand
Markosu ölkədən Havay adalarına qaçmağa vadar etdi.
Ferdinand Markos diktaturasının devrilməsindən on iki il
sonra, 1998-ci ildə Markosun tərəfdarı Cozef Estrada ölkənin
prezidenti oldu. Keçmiş prezidentin arvadı və dostlarının
dəstəyi, həmçinin məzlumları dəstəkləmək kimi populist
şüarlar hesabına iqtidara gələn yeni prezident hakimiyyəti
Markosun adamlarına qaytarmağa, onun qələbəsinə kömək
edənlərə vəzifə və əmlak paylamağa başladı. O vaxta qədər
Cənub-Şərqi Asiyada ən demokratik ölkələrdən biri sayılan
Filippində qısa müddət ərzində korrupsiya və qohumbazlıq
sistemi, əsas dövlət məsələlərinin prezidentin dostları
tərəfindən həll olunduğu “gecə kabineti” yarandı. İlk
həyəcanı məqalələrindən birində prezidenti “ölkənin xaç
121
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Mən həmişə seçə bilərəm, ancaq
bilməliyəm ki, hətta əgər mən heç
nəyi seçmirəmsə də, bu zaman
hər halda seçirəm.
Jan Pol Sartr
atası” adlandırmış ən populyar ingilisdilli qəzetlərdən olan
“Manila tayms”ın jurnalistləri qaldırdılar. Tezliklə qəzet
sahibini “Manila tayms”ı prezidentin əlaltılarından birinə
satmağa vadar etdilər və ölkədə müstəqil mətbuatın
susdurulması kampaniyası başlandı.
Ölkədə ümumi daxili məhsul istehsalı 35 faiz, pesonun
məzənnəsi 50 faiz aşağı düşmüş, işsizlik 30 faizdən çox
artmışdı. Əgər parlament azlığının lideri Teofisto Quinqona-
nın 2000-ci il oktyabrın 5-də prezidenti korrupsiyada və
digər cinayətlərdə ittiham
edən çıxışı olmasaydı, və-
ziyyətin necə inkişaf edə-
cəyini təsəvvürə gətirmək
çətindir. Dörd gündən son-
ra prezidentin silahdaşı
Luis Sinqson prezidentin ondan 10 milyon məbləğində rüşvət
tələb etməsi və alması barədə ifadə verdi. Prezidentin gizli
hesabları barədə məlumatlar ortaya çıxdı.
Prezidentin korrupsiyada əli olması barədə xəbər ölkəni
təlatümə gətirdi. İlk olaraq nümayişlərə nüfuzlu katolik
kollec və universitetlərinin tələbə və müəllimləri çıxdılar və
bu, prezidentin istefaya getməsinə qədər davam etdi. Sonra
onlara dövlət institutlarının tələbələri, iş adamları, həmkarlar
ittifaqlarının və ictimai təşkilatların, sol və sağ partiyaların
üzvləri, minlərlə sadə filippinli qoşuldu. Kilsə prezidentə
qarşı ictimai hərəkatı dəstəklədi, onun rəhbərlərindən biri –
kardinal Sin müxalifətin başında durdu. Prezidentə tabe olan
parlamentin ona etimadsızlıq göstərilməsi proseduruna başla-
maqdan imtina etməsi paytaxtın və digər böyük şəhərlərin
küçələrində etiraz nümayişlərinə çıxan adamların sayını yal-
nız artırdı. Müxalifət hakimiyyətə qarşı beşgünlük müqavi-
Dostları ilə paylaş: |