Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə16/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

47
Cəmiyyətin  bir-biri  ilə  mübarizə  aparan  siniflərə  bölünməsi  faktı  Marksdan 
əvvəl  də  qeyd  olunmuşdu.  Məsələn,  tarixçi  Gizo  1820-ci  ildə  Fransa  tarixini  “2 
müxtəlif  xalqın  tarixi”  kimi  təsvir  edirdi.  Bunlardan  biri  qalib  xalq  (zadəganlar), 
digəri isə məğlub xalq (“üçüncü təbəqə”) idi: “Onların arasında sülh mümkün deyil. 
Onları barışdırmaq ximerik niyyətdir”.
Ancaq  Marksa  qədər  bu  mübarizə  iqtisadi  yox,  daha  çox  siyasi  mübarizə 
sayılırdı. Onun yaranmasını qədim dövrlərdə bir xalqın başqa xalqı işğal etməsi ilə 
əlaqələndirirdilər və bu vaxt uduzan xalq əzilən sinif, qalib xalq isə istismarçı sinif 
sayılırdı. İlk dəfə Marks “proletariatın Vətəni olmadığını” yazaraq tarixi materializm 
nəzəriyyəsinə  görə,  istehsal  vasitələrinə  fərqli  münasibətlə  xarakterizə  olunan 
siniflərə bölünmənin heç də qədim işğalların təsadüfi nəticəsi yox, müəyyən ictimai-
iqtisadi  formasiyaların  qanunauyğun  xüsusiyyəti  olduğunu  qeyd  edir.
Marks  1852-ci  ildə  İ.Veydemerə  məktubunda  yazırdı:  “Müasir  cəmiyyətdə 
siniflərin mövcudluğu və onlar arasındakı mübarizə faktı mənim kəşfim və xidmətim 
deyil. Mənə qədər burjua tarixçiləri bu siniflərin mübarizəsinin tarixi inkişafını, burjua 
iqtisadçıları isə onların iqtisadi anatomiyasını təsvir etmişdilər. Mənim etdiyim yenilik 


48
 №2 İyun 2014
isə bu sübutlardan ibarətdir ki, 1)  siniflərin mövcudluğu yalnız istehsalın inkişafının 
müəyyən tarixi fazaları ilə əlaqədardır, 2) sinfi mübarizə proletariat diktaturasına 
aparıb çıxaracaq və 3) bu diktatura özü-özlüyündə yalnız bütün siniflərin məhvi və 
sinifsiz cəmiyyətin təşəkkülü üçün keçiddir.
Marksist nəzəriyyəyə görə, sinfi mübarizə kortəbii (lokal formada hüquqların 
müdafiəsi, iqtisadi tələblərlə mübarizə) və şüurlu formada (son məqsədlər uğrunda 
məqsədyönlü hərəkat) ola  bilir. Sonuncunun ali forması kimi partiyalılıq götürülür. 
Marksistlər bu mübarizənin 3 əsas formasını fərqləndirirdilər: 1) iqtisadi (bu, proletar 
sinfindən söhbət gedirsə, öz əməyini daha sərfəli qiymətə satmaq, iş müddətinin 
qısaldılması, əmək haqlarının artırılması uğrunda mübarizədir), 2) siyasi (proletariat 
üçün bu, öz köklü maraqları - proletariatın diktaturasını qurmaq uğrunda ümumsinfi 
mübarizədir) və 3) ideoloji (burjua və təftişçi ideologiyalara qarşı dirəniş, əməkçi 
kütlələrin şüurunda sosialist dəyərlərin kök salması).
Böyük Oktyabr İnqilabının qələbəsindən sonra sinfi mübarizə təlimində xeyli 
dəyişikliklər  yarandı,  ancaq  bu,  heç  bir  halda  mövzunun  aktuallığını  azaltmadı. 
İkiqütblü  dünyanın  formalaşması  kapitalist  ölkələrində  istismar  olunan  siniflərə 
münasibətdə məcburi güzəştlərlə nəticələndi, Qərb ölkələrində fəhlə aristokratiyası 
formalaşdı  ki,  bu  islahatların  da  kökündə  kommunizm  ideologiyasının  yayılması 
qarşısında istismarçı siniflərin qorxusu dayanırdı. Üstəlik, 2-ci Dünya Müharibəsindən 
sonra Qərbdə formalaşmağa başlayan “Rifah dövləti” konsepsiyası və istehlakçılıq 
bumu da sosial inqilabın qarşısını almaq mexanizmi kimi istifadə olunmağa başladı. 
Klassik anlamda fəhlə sinfi və vəhşi kapitalizmin fəsadları sanki transformasiyaya 
uğradı,  xüsusən  də  istehlakçılıq  sinfi  şüurun  əyləci  rolunda  çıxış  etdi.  Həmin 
dövrdə Erix Fromm yazırdı: “Müasir istehlakçının təsəvvüründə Yer cənnəti iri bir 
supermarket və oradakıları almaq üçün pula malik olmaq kimi qavranılır”. Ancaq 
bu, mərkəzi kapitalizm dövlətlərində idi və orada istismarçı siniflərin güzəştlərini 
mümkün  edən  əsas  səbəb  3-cü  Dünya  dövlətlərinin  insan  və  təbii  resurslarının 
vəhşicəsinə  istismarı  ilə  bağlıydı.  Güzəştlərdə  məqsəd  isə  sinfi  mübarizənin  iti 
bucaqlarını zəiflətməkdi.
Yəni,  Qərb  kapitalizmi  dövlətlərində  işçi  sinfinə  olan  güzəştlər  periferiya 


49
dövlətləri üzərində hegemonluğun dərinləşməsi ilə birbaşa bağlıdır. Vaxtilə Lenin 
“İmperializm - kapitalizmin ali fazasıdır” yazırdısa, artıq 1960-cı illərdə Afrika sosi-
alisti, müstəqil Qananın ilk (və Qərb tərəfindən devrilmiş) prezidenti Kvame Nkruma 
“Yeni  müstəmləkəçilik  -  imperializmin  ali  fazasıdır”  yazırdı.  Qərb  dövlətlərindəki 
iqtisadi güzəştləri mümkün edən də sürətlə yayılan neomüstəmləkəçilik idi. Bunun 
nəticəsində  dünya  ərazisi  tədricən  ABŞ  iqtisadçısı  R.Ueydin  söylədiyi  kimi,  “Sülh 
zonasına və Qiyam zonasına” bölünməyə başlayır və periferiya hücuma keçir. Bu 
hücum artıq Marksın söylədiyi klassik proletariat-burjuaziya müstəvisində yox, fərqli 
formatda baş verirdi ki, bu da Marksın dövründən bəri sinfi mübarizə anlayışında 
yaranan yenilikləri ortaya qoyurdu. Məsələn, Əlcəzairdə Fransaya qarşı milli-azadlıq 
hərəkatı “Marks formatı”nda yox, “Frans Fanon formatı”nda baş verirdi - dirənişdə 
ziyalılar,  fəhlələrlə  bərabər  sinifsiz  şəxslər,  lümpenlər  əlahiddə  rol  oynayırdılar 
(Cillo  Pontekorvonun  “Əlcəzair  uğrunda  döyüş”  filmində  bu,  mükəmməl  təsvir 
olunub).  Yaxud,  Kubada  yerli  kommunist  partiyası  diktator  Batistaya  xidmətdə 
duraraq parlamentdə təmsil olunduğu halda, inqilabda bir ovuc intellektual iştirak 
edirdi. Nikaraquada da yerli kommunist partiyası Sandinist inqilabının bütün 17 ili 
ərzində neytral mövqe sərgiləmişdi, inqilabı isə “Şairlərin inqilabı” adlandırırdılar, 
üstəlik, katolik keşişləri (əksinqilabi sinfin nümayəndələri) də sandinistlərə yardım 
edirdi. Beləliklə, həm avanqard qüvvənin sinfi tərkibində, həm də Marksın söylədiyi 
partiyalılıq prinsipində metamorfozun baş verdiyini görməkdəyik.
Mərkəzi kapitalist dövlətlərində əzilən sinfin maraqlarına xidmət etməli olan 
təşkilatlar öz xarakterlərini dəyişib transformasiyaya uğradıqca, həm sinfi mübarizənin 
kəsəri, həm də dirənişçilərin sinfi tərkibi dəyişikliyə məruz qalır. Məsələn, Antonio 
Qramşinin yaratdığı əfsanəvi İtaliya Kommunist Partiyası adını dəyişərək “Demokratik 
inkişaf partiyası” kimi absurd terminlə adlanmağı seçibsə, bu, sadəcə forma yox, 
ilk növbədə məzmun dəyişikliyidir. Yaxud, Rusiya kommunistlərinin rəhbəri Gennadi 
Züqanov Marksdan yox, İncildən sitatlar gətirir, Sol yönümlü partiyalar dünyanın 
əksər yerlərində Sistemlə mübarizə yox, Sistemə uyğunlaşmaq yolunu seçib.
Görünən  odur  ki,  Noam  Xomskinin  sözləri  ilə  desək,  “Sinfi  mübarizə  bir 
istiqamətdə gedir: İstismarçı sinfin istismar olunan siniflərə qarşı mübarizəsi. Çünki 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə