Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə24/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

71
“Azərbaycan Dövlət Neft Konserni” adlanırdı. Çox da uzun çəkmədi bu.
Əvvəl Azərbaycan Dövlət Neft Konserninə Sənan Əlizadə başçılıq edirdi. O 
zaman işçilərin sayı lap çox idi. Ona görə ki, Sovetlər hələ tamamilə dağılmamışdı, 
əlaqələr davam edirdi. Və sonra müstəqilliklə əlaqədar 1992-ci ildə ARDNŞ yaradıldı 
və şirkətin tərkibində müxtəlif baş idarələr yaradıldı. Həmin dövrdə bu sahədə 80 
mindən çox işçi çalışmaqda idi. Təqribən 10 milyon ton neft hasil edilirdi.
Getdikcə strukturda dəyişiklər edildi, çoxlu vəzifələr yaradıldı və ən təəccüblüsü 
isə bu oldu ki, hasilat aşağı düşməyə başladı.
Paralel olaraq bölgülər aparılmağa başlanıldı. Hasilatın pay bölgüsü kontraktları 
imzalanırdı.  Ölkədəki  siyasi  proses  neft  şirkətində  kadr  siyasətinə  də  öz  təsirini 
göstərdi. Burada da artıq yerlibazlıq başladı və bu da korrupsiyaya gətirib çıxardı. 
Güclü kadrlar demək olar ki, neft sektorundan uzaqlaşdırılırdı və bu da hasilata ciddi 
təsir  göstərdi.  1993-cü  ildən  2005-ci  ilə  qədər  Natiq  Əliyev  ARDNŞ-nə  rəhbərlik 
etdi. Natiq Əliyev işçilərin sayının azaldılması üçün ixtisarlar aparmırdı. O belə bir 
qərar verdi ki, işçi qəbul etməyək, təqaüdə çıxanlar və işdən ayrılanlar hesabına 
işçilər azalsın. ARDNŞ-də 2005-ci ilə qədər 60 minə yaxın işçi var idi. Artıq hasilat 
8 milyon tona düşmüşdü. 2006-cı ildə Rövnəq Abdullayev ARDNŞ-nə başçı təyin 
edildi və demək olar ki, bütün kadrlarda dəyişiklik apardı. Məhz bu, neft hasilatının 
azalmasının səbəbi oldu. Müxtəlif və bir-birinin işini görən paralel şöbələr yaradıldı. 
İmtiyazlı kimlərsə üçün şöbələr, iş yerləri yaradıldı və bu insanlara da çoxlu əlavə 
xərclər  çəkildi.  Şirkətdə  vəzifədə  olan  şəxslərin  demək  olar  ki,  hər  birinə  bahalı 
xidməti maşınlar verildi. Və bununla 60 minlik sektor tezliklə 75 minə qədər yüksəldi 
və idarə olunmaz, qarışıq bir struktur  əmələ gəldi. Hasilat isə 7 milyon tona düşdü. 
Bundan sonra isə məcbur qalıb yoxlamaları və audit işlərini başlatdılar.
-  Bəs  bu  gün  vəziyyət  necədir?  Hal-hazırda  neft  sektorunda  nə 
qədər işçi var və onların gəlir bölgüsü necədir? 
-  Bu  gün  neft  şirkətində  işçilərin  sayını  təyin  etmək  çətindir.  2014-cü  ilin 
yanvarına 60 min işçi var idi. Ötən il müəyyən idarələr neft şirkətinin tərkibindən 
çıxarıldı və bununla da böyük ixtisarlar aparıldı. Və onu da qeyd edim ki, 2013-cü il 
seçki ili olduğundan çox ehtiyatlı bir mövqe tutulmuşdu. Ən əsası da, təqaüdçülərin 


72
 №2 İyun 2014
işdən  çıxarılması  və  müvəqqəti  əmək  müqavilələrinin  bağlanması  prosesi  oldu. 
Qanunvericilikdə elə bir maddə yoxdur ki, təqaüdçü işdən çıxarılmalıdır.
Bunu da qeyd edək ki, əslində ixtisarlar aparılmalıdır. Bu ona görə labüddür ki, 
işçilərin sayı ilə hasilat ziddiyyət təşkil edir. Çünki illik hasilat 7 milyondur və şirkət 
hasilatı  qaldırmaq  üçün  heç  bir  iş  görmür.  Köhnə  yataqlara  sərmayə  qoyulmur, 
həmin yataqlarda işləyən işçilərə diqqət edilmir. Halbuki hasilatın qaldırılması üçün 
tədbirlər planı hazırlanmalıdır, amma yox, edilmir.
   
         - Nəyə görə edilmir?
- Mən belə fikirləşirəm ki, şirkətdə sadəcə olaraq mütəxəssisləri azaldıblar. Belə 
bir sahədə təəssüf ki, qohumbazlıq, tanışlıq işlədilir. Hasilatda təcrübəsi olmayan 
birini, hansısa səbəbdən gətirib buraya təyin edirlər. Belə olan halda hasilat necə 
qaldırıla bilər?! 


73
ARDNŞ və dövlət arxayın olublar ki, Azəri, Çıraqlı və Günəşli yataqlarının işləməsi 
ilə mənim hasilatım var. Amma 2010-cu ildən hasilat düşmüşdür. Bu il Dövlət Neft 
Şirkətinin-Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin çıxartdığı ilə ümumi olaraq 
43 milyon ton neft hasil olub və bu, get-gedə azalır.
- Bəs ixtisarlar hansı formada aparılır, sadəcə fiziki işdə işləyənlər, 
yoxsa fərqi yoxdur?
- Ən çox mühəndis-texnik və çoxlu sayda fəhlələr ixtisara düşüb. Ən pisi isə 
bu  ixtisarlar  davam  edəcək.  Ancaq  ARDNŞ-də  fəhlə  yox,  idarə  işçiləri  daha  çox 
ixtisar olunmalıdır. Çünki ARDNŞ-də fəhlə və mühəndis-texnikə daha çox ehtiyac 
var. Axı istifadə edilən avadanlıqlar bunu tələb edir, fiziki işlər daha çoxdur. Əsas 
ixtisarlar yuxarıda, şirkətin mərkəzində aparılmalıdır.
- Aparılırmı?
-  Yox,  aparılmır.  Heç  bunu  edə  də  bilməyəcəklər.  Çünki  orada  işləyənlərin 
əksəriyyəti qohum-əqrəbadır. Bu qədər vitse-prezident, bu qədər şöbələr, bu qədər 


74
 №2 İyun 2014
katibələr,  xadimələr,  köməkçilər  nə  qədər  vacibdir?  Amma  bunlara  toxunmurlar. 
Fəhlənin isə “sahibi” yoxdur.
Üstəlik, islahatlar 2006-cı ildən başlanmalı idi. Bu, mərhələ-mərhələ aparılmalı 
idi ki, ölkədə işsizlik çoxalmasın. Əsasən də yaşı 50-dən çox olan insanlar ixtisara 
salınır. Bəs bu insanlar bu yaşdan sonra harada iş tapa bilər?!
- Siz ixtisarlarla bağlı proqnoz verərkən bunu da qeyd edirdiniz ki, 
ixtisara salınanlar üçün proqram hazırlanmalı və işsizliyin yüksəlməməsi 
üçün bunlar tətbiq edilməlidir. Digər tərəfdən də, iş proqramından əlavə, 
bir də işçilərə əmək haqqı həcmində 5 aylıq kompensasiya təklif olundu. 
Bunlarla bağlı vəziyyət nə yerdədir?
- İxtisar olunanlar üçün 1 illik proqram hazırlandı və vəd verildi ki, hər ay 
əmək  haqqının  50  faizi  qədər  ödəniş  olacaq,  tibbi  sığorta  saxlanacaq  və  sizə 
iş  axtarılacaq.  Ancaq  hələ  də  bizə  zənglər  olur  ki,  “işsiz  qalmışam,  işlə  təmin 
olunmamışam, məni aldadıblar”. Və yaxud deyirlər ki, “Çox uzaq bölgədə iş təklif 
edirlər və bilirlər ki, mən bundan imtina edəcəyəm”.  Yəni, insanların hamısını işlə 
təmin edə bilməyiblər. Məsələn, çıxarılan işçilərdən biri bizə müraciət edərək daxil 
edildiyi proqramın nəticəsini danışır: “Mənə iş təklif etdilər. Həmin işdə əmək haqqı 
o qədər az idi ki, razı olmadım və məni proqramdan çıxartdılar”.
Digər  tərəfdən  də,  işçilərdən  kim  ki,  konpensasiya  ilə  razılaşdı,  burada  da 
başladılar onlardan vergi tutmağa. Düşünün. Bununla bağlı əmrlərlə tanış olduq və 
gördük ki, əksəri qeyri-qanunidir.
-  Ümumiyyətlə,  Azərbaycan  tarixinə  baxanda  görürük  ki,  işçilərin 
öz hüquqları uğrunda mübarizəsi, əsasən, neft işçilərinin üzərinə düşüb. 
Bəs indi necədir? Neftçilər öz huquqlarını qoruya bilirlərmi?
- İlk öncə fəxrlə onu deyim ki, mən özüm 90-cı illərdə Müstəqil Həmkarlar 
Təşkilatının rəhbəri olmuşam və elə neft sektorunda Azərbaycandakı tətillərə də 
başçılıq etmişəm. Bu sahədə maraqlı təcrübəmiz olub. Misallarla deyim. 
İlk  tətillərimizdən  biri  Dənizdə  Neft  və  Qazçıxarma  İstehsalat  Birliyinin 
Xəzərdənizneftsosialtikinti trestinin Lökbatan sahəsində olmuşdu. Əsas səbəb əmək 
haqqı tələbi idi.  Biz bir dəfə yuxarı instansiyaya müraciət etdik, lakin cavab verilmədi. 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə