Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə21/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

62
 №2 İyun 2014
Boris Kaqarlitski ilə müsahibə
Jurnalımızın müsahibi “Qloballaşma və ictimai 
hərəkatlar İnstitutunun” direktoru, sosioloq və 
analitik Boris Kaqarlitskidir
1
.
-  Bu  günlərdə  biz  planetin  bir  çox 
regionlarında  get-gedə  dərinləşən  icti-
mai-iqtisadi və mədəni böhranın, solların 
siyasi  zəifliyinin  şahidi  oluruq.  Bir  tə-
rəfdən,  solların  Venesuelada  mövqeyinin 
zəifləməsi,  yunan  sollarının  qərarsızlığı,  həmçinin  fransız  –  əgər  belə 
demək  olarsa  –  sosialistlərinin  də,  digər  tərəfdən  isə  –  Avropada  sağ 
və  ultra  sağ  əhval-ruhiyyənin  yüksəlməsi.  Boris,  Yulyeviç,  bunun  əsas 
səbəbləri nələrdir?
MÜSAHİBƏ
1
Boris Yulyeviç Kaqarlitski (1958) — 2012-ci ilin aprelindən Qloballaşma Problemləri İnstitutunun direktorudur. 
Sosioloq, jurnalist, publisistdir. Siyasi elmlər namizədidir. 1977-1982-ci illərdə Moskvada aralarında xüsusən 
humanitar profilli bir neçə gənc alimin də olduğu gizli sol sosialist dərnəyin üzvü olmuşdur. “Variantlar” və 
“Sosializm və gələcək” kimi bir neçə gizli jurnalların nəşrində iştirak etmişdir (1981-ci il “Sol döngə”yə («Ле-
вый поворот») kimi). 1982-1983-cü illərdə “antisovet fəaliyyətlərinə” görə həbs edilmişdir, azad olunandan 
sonra liftçi və poçtalyon olaraq işləmişdir. Daha sonra - Mossovetin deputatı (1990-1993),  Sosialist partiya 
icra heyətinin üzvü, Əmək partiyasının liderlərindən biri olmuşdur (1991-1994). 1979-cu ildən müxtəlif gizli 
“samizdat”  nəşrlərdə,  daha  sonralar  isə  müxtəlif  qəzet  və  jurnallarda  yazıları  nəşr  olunmuşdur.  2000-ci 
ildən  Transnasional  institut  elmi  birliyinin  üzvüdür  (Amsterdam).  1988-ci  ildə  “Düşünən  qamış”  («Мыс-
лящий тростник», «The Thinking Reed») kitabına görə Böyük Britaniyada Deyçer memorial mükafatına 
layiq görülmüşdür. “Rusiyada restavrasiya” («Реставрация в России»), “Orta sinfin qiyamı” («Восстание 
среднего  класса»),  “Periferiya  imperiyası”  («Периферийная  империя»),  “İdarə  olunan  demokratiya” 
(«Управляемая демократия»), “Marksizm: tədris üçün tövsiyyə olunmur” («Марксизм: не рекомендова-
но для обучения») kitablarının müəllifidir. Azərbaycan dilində bir sıra məqalələri və “Marksizm: tədris üçün 
tövsiyyə olunmur” kitabını www.solfront.org saytından oxumaq mümkündür.


63
- Əslində bu, kapitalizm böhranının sol hərəkatın böhranı ilə üst-üstə düşdüyü 
ilk hal deyil. Ən azından məşhur “İkinci İnternasionalın Süqutu”nu xatırlayaq. Bəli, 
bunun alternativi Leninin bolşevizmi oldu, lakin biz həm də başa düşürük ki, 1914-
cü ildə Lenin və onun tərəfdarları kiçik, ümumi geriləmə fonunda nəyisə dəyişməyə 
qadir olmayan bir qrup idi.
Buna baxmayaraq, etiraf etmək lazımdır ki, solun hal-hazırkı böhranı hərəkat 
tarixindəki  ən  kəskin  böhrandır.  Bu,  hər  şeydən  əvvəl,  sadəcə  əsas  partiyaların 
deyil, həm də ideoloji axımların mənəvi kapitulyasiyasıdır, neoliberalizm məntiqini 
–  ictimai  fraqmentasiya  məntiqini  –  təbii  və  müsbət  bir  şey  kimi  qəbul  etmək 
hazırlığıdır. Mahiyyətcə, sol ideologiya bir çox hallarda burjuaziyanın alətinə, həm də 
hücum həmlələri alətinə çevrilib. Sinfi həmrəyliyin yerini almış “azlıqlar”, “çoxluqlar” 
və  s.  konsepsiyası  spesifik  identikliklərin  qorunması  haqqında  təsəvvürlər  və 
“single issues” cəmiyyətin kapital maraqlarına uyğun olaraq fraqmentasiyası üzrə 
ümumi işin bir hissəsidir. Bu mənada solların mühacir məsələləri üzrə siyasəti çox 
maraqlıdır.  Bu  siyasət  mühacirlərin  muzdlu  işçilər  kimi  hüquqlarının  müdafiəsinə 
deyil,  mühacirət  mexanizminin,  işçi  sinfinin  parçalanması  mexanizmi  kimi 
həvəsləndirilməsinə  yönəlmişdir.  Belə  ki,  mühacirlərin  ictimai  marağı  məhz  yeni 
mühacir  axını  məhdudlaşdırılmadan  və  dayandırılmadan  mövcud  ola  bilməyəcək 
uğurlu əmək inteqrasiyasından ibarətdir (yalnız bu halda həyat və mədəni səviyyənin 
yüksəlməsinə, yeni işçilərin həmkarlar ittifaqına inteqrasiyasına və s. güman etmək 
olar).
Solların gücsüzlüyü və təslimiyyəti təşəbbüsün radikal sağların və milliyətçilərin 
əlinə keçməsinə gətirib çıxarır. Tədricən yalnız “köhnə” və “ağ” işçi sinfinin deyil, 
həm  də  milliyyətçilərin  aşkar  irqçi  ritorikadan  qaçmağa  ağılları  çatdığı  hallarda 
mühacirlərin səsləri onlara gedir.
Solların siyasətinin bu cür intiharı nə ilə əlaqədardır? Hər şeydən əvvəl, sosial 
bazanın  dəyişməsi  ilə.  1968-ci  ildən  sonra  təhsilli  orta  sinfə  istiqamətlənmə  baş 
verir. Bu zaman Qərbdə işçi sinfi həqiqətən də kəmiyyətcə azalır, əzablı yenidən 
strukturlaşma  baş  verir.  Lakin  indi  sol  hərəkatı,  məhz  zəhmətkeşlərin  həyati 
maraqlarına  istiqamətlənərək,  praktiki  olaraq  yenidən  yaratmaq  lazımdır.  Və 


64
 №2 İyun 2014
etiraf  etmək  lazımdır  ki,  “populizm”  siyasətdə  bu  maraq  və  tələbatların  həmişə 
adekvat olmayan, lakin real ifadəsidir. Onu rədd etmək lazım deyil, onu yenidən 
mənalandırmaq  və  rasionallıq  məntiqinə,  bu  gün  təəssüf  ki,  həm  mühafizəkar 
irticaçılara  qarşı,  həm  də  “sol”  intellektuallara  qarşı  müdafiə  etməli  olduğumuz 
Maariflənmə ənənələrinə uyğun olaraq şəklini dəyişdirmək lazımdır. 
- Sosial bərabərsizliyin artımı, ksenofob ideyaların populyarlığı və 
milliyyətçi əhval-ruhiyyələrin fonunda sollar bu böhranı dəf etmək üçün 
öz cəmiyyətlərinə nə təklif edə bilərlər?
- Böhranın  kəskinləşməsi  daha  mötədil  yox,  daha  radikal  ideyaları  zəruri 
edir.  Əslində,  Rusiyada  deyildiyi  kimi,  velosipedi  yenidən  ixtira  etməyə  ehtiyac 
yoxdur.  Bütün  təməl  yanaşmalar  mövcuddur,  onları  sadəcə  olaraq  yeni  şəraitə 
uyğunlaşdırmaq  lazımdır.  Sinfi  həmrəylik,  ictimai  sektorun  genişlənməsi,  birbaşa 
ümummilli (ümumavropa) məsələlərinin həlli üçün fəaliyyət göstərən müəssisələrin 
milliləşdirilməsi,  iqtisadiyyatın  stimullaşdırılmasına  radikal-keynsçi  yanaşma. 
Neoliberalizmdən  çıxış  yolu  tapmaq  lazımdır.  Bu,  hətta  kapitalist  inkişaf  məntiqi 
çərçivəsində də mövcud olan obyektiv vəzifədir. Lakin problem ondadır ki, neoliberal 
hegemoniya istənilən digər variantların nəzərdən keçirilməsini istisna edərək, total 
şəkil alıb. Həmçinin xüsusilə vacibdir ki, kapitalizm solları o dərədəcə inteqrasiya 
edib ki, onlar burjua cəmiyyəti çərçivəsində qarşılarında duran funksiyaları yerinə 
yetirməyə  qadir  deyillər:  başqa  sözlə,  onlar  total  şəkildə  sistemə  inteqrasiya 
olunduqlarına  görə,  sistemi  təkmilləşdirməyə,  düzəltməyə  çalışan  islahatçılar 
qismində öz funksiyalarını yerinə yetirə bilmirlər. Problem məhz islahatçılıqdan tam 
şəkildə imtinadır.
Lakin cəmiyyətin obyektiv tarixi tələbatları istənilən halda təzahür edəcəkdir. 
Və  əgər  hakim  sinif  solları  tam  şəkildə  inteqrasiya  edərək,  onların  islahatçılığını 
iflic etmişsə, zəruri çıxış yolu inqilabi təlatümlərlə əlaqədardır. Vasiliy Koltaşovun 
dediyi kimi, əgər yenidən “kapitalizmi müalicə etmək” lazım gələrsə, bunu yalnız 
amputasiya yolu ilə etmək olar.


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə