Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə19/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

56
 №2 İyun 2014
ki, sinfi maraqlar baxımından işçilərin əsas kütləsinin sənayedə, xidmət sahəsində 
yaxud  elmi  müəssisələrdə  cəmləşməsi  vacib  deyil.  Onların  dərisinin  nə  rəngdə 
olduğu və dini inanclarının necə olduğu da qətiyyən əhəmiyyət kəsb etmir. Bundan 
başqa,  əmək  haqqında  olan  fərq  belə  istismarın  sinfi  mahiyyətini  dəyişmir
2
.  Bu 
fikirlər  sinfi  mübarizə  baxımından,  bütün  istismar  olunanları  bir  bayraq  altında 
birləşdirmək baxımından uğurlu sayıla bilər. Amma top-menecerlə sıravi fəhləni bir 
bayraq altında birləşdirmək mümkündürmü? Yaxud Mcdonalds işçisi ilə onun kimi 
xidmət sahəsində çalışan hüquqşünası? Və ən əsası, marksizmin sosial struktur və 
iqtisadi sistemə əsaslanaraq qurduğu konsepsiyaya nə dərəcədə uyğundur? Hardt 
və Neqri siniflərin müəyyənləşməsində siyasi konsept təklif edirlər, bu yanaşmada 
sinif birlikdə mübarizə aparan kollektivdir.
Amma sinfi strukturun marksist konsepsiyası daha dərin analiz tələb edir. Bu 
analiz zamanı isə kifayət qədər fikir ayrılıqları yaranır. Marksistlər arasında siniflərin 
müəyyənləşdirilməsində  onları  veberian  və  digər  qeyri-marksist  baxışlardan 
fərqləndirən  ortaq  məqamlar  olsa  da,  hal-hazırda  kapitalizmdə  hansı  siniflər 
mövcuddur  sualına  ortaq  cavab  verilmir.  Xüsusən  də  fikir  ayrılığı  müxtəlif  tip 
menecerlər, yüksək kvalifikasiyalı işçilərlə bağlıdır. Amerikan marksist sosioloq Erik 
Olin Rayt hesab edir ki, bu problemi bir neçə yolla həll etmək olar.
Birinci – bütün bu mövqeləri işçi sinfində birləşdirmək. Yuxarı təbəqəyə aid 
olan xırda qrup menecer və idarəçiləri çıxmaqla, qalan bütün muzdlu işçilər – işçi 
sinfinə aiddir. Bu halda kapitalist cəmiyyətlərdə 3 sinif mövcuddur: sayca ən çox 
olan işçi sinfi (əhalinin 80-90 %-i), az sayda xırda burjuaziya (müstəqil istehsalçılar, 
8-10%) və çox az sayda kapitalist sinfi.
İkinci yol – bir çox muzdlu işçi kateqoriyalarını həm də “yeni xırda burjuaziya” 
adlandırılan xırda burjuaziya seqmentinə aid etməklə, ənənəvi xırda burjuaziyadan 
(sənətkar, mağaza sahibi, müstəqil istehsalçı) ayırmaq. 
Üçüncü variant – həmin muzdlu işçiləri xırda burjuaziyanın bir hissəsinə yox, 
yeni  “mütəxəssis  və  menecerlər  sinfinə”  (Professional  and  Managerial  Class  — 
2
Кагарлицкий Б.Ю. Политологияреволюции. С.78.


57
PMC) aid etmək.
Nəhayət, dördüncü yol – belə qəbul etmək olar ki, istehsal prosesində heç 
də  bütün  mövqelər  birmənalı  olaraq  bir  sinifdə  birləşmir.  Bu  nöqteyi-nəzərdən, 
bəzi  mövqeləri  “ziddiyyətli 
sinfi  mövqelər”  adı  altında 
birləşdirmək  olar.  Bu  möv-
qeləri  də  özlüyündə  iki  is-
tiqamətə ayırmaq olar. İsteh-
sal  prosesində  ziddiyyətli 
funksiyalarına görə və ziddiy-
yətli  struktur  münasibətləri-
nə  görə  (hökmranlıq  və  ta-
belik) fərqlənənlər.
Ziddiyyətli  sinfi  möv-
qelər  nəzəriyyəsi  barədə  ilk 
fikirlər  “New  Left  Review” 
jurnalında  1976-cı  ildə  dərc 
olunub.  Erik  Olin  Rayt  hə-
min  mövqeləri  bu  cür  sis-
temləşdirir.
Menecerlər  və  master-
lər (supervisors) – işçi sinfi ilə 
kapitalistlər arasında ziddiyyətli 
mövqe  tuturlar.  İşçi  sinfi  kimi 
onlar  kapitalın  idarə  olunmasında  iştirak  etmirlər,  amma  işçilərdən  fərqli  olaraq, 
istehsal prosesində işçilərin əməyi üzərində nəzarət funksiyasına malikdirlər. Bunlar 
arasından yuxarı vəzifədə olan menecerlərin mövqeyi daha çox kapitalist sinfinə, 
masterlər isə işçi sinfinə yaxındırlar.
Xırda sahibkar (small employers) – xırda burjuaziya ilə kapitalistlər arasında 
Guy Standing-in «Prekariat, yeni təhlükəli sinif»
kitabının üz qabığı


58
 №2 İyun 2014
ziddiyyətli mövqedədirlər. Xırda burjuaziyadan fərqli olaraq, muzdlu işçi qüvvəsindən 
istifadə edirlər və ona görə də istismarçıdırlar. Digər tərəfdən isə özləri də istehsal 
prosesində öz işçilərilə eyni dərəcədə iştirak edirlər, həmçinin kifayət qədər kapital 
yığacaq qədər işçi qüvvəsindən istifadə edə bilmirlər.
Yarım  avtonom  işçilər  –  xırda  burjuaziya  ilə  işçi  sinfi  arasında  ziddiyyətli 
mövqedədirlər. İşçi sinfi kimi onlar da pul kapitalının və başqalarının işinin idarə 
olunmasında iştirak edə bilmirlər. Amma xırda burjuaziya kimi müəyyən dərəcədə 
öz fiziki istehsal vasitələrinə nəzarət edə bilirlər.
Qeyd edək ki, bu yanaşma yalnız bilavasitə istehsalda məşğul olanların möv-
qelərini özündə birləşdirir. Kapitalist istehsalından kənarda olan mövqelər (dövlət 
qulluqçuları, evdar xanımlar, pensionerlər, tələbələr və s.) bu kriteriyalara əsasən 
analiz olunmur.
Həmçinin bu yanaşma cəmiyyətin sosial strukturunu dərindən analiz etmək 
üçündür  və  istənilən  halda  2  sinif  (kapitalist  və  işçi)  arasında  qütbləşmə  reallığı 
bir faktdır. Bu baxımdan “orta sinif” adlandırılan təbəqə sadəcə mağaza sahibləri, 
fermerlər və s. ənənəvi xırda burjuadan təşkil olunmuşdur. Kapitalizm inkişaf etdikcə 
bu təbəqədə yer alan əhalinin sayı və xırda burjua istehsalının payı da dayanmadan 
azalır, sinfi struktur işçilər və kapitalistlər arasında daha da qütbləşmiş olur. 
  Bu qütbləşmə özünü hər məsələdə göstərir. Sosial bərabərsizliyin durmadan 
artdığı  bir  dövrdə  sinfi  mənsubiyyət  həyat  səviyyəsi,  ailə  həyatı,  həyat  müddəti, 
təhsil, istirahət vaxtını və s. müəyyən edir. Xəstəliklər haqqında məlumatın azlığı, 
tibbi yardım üçün müraciətdə yaranan problemlər daha çox hallarda əzilən sinfin 
xəstələnməsinə və iş qabiliyyətini itirməsinə səbəb olur. Sinfi fərqlər özünü asudə 
vaxtın  istifadəsində  də  göstərir.  Yuxarı  sinfin  nümayəndələri  daha  çox  oxumaq, 
teatra, konsertə getmək imkanına malikdirlər. Həmçinin yuxarı sinfin nümayəndələri 
asudə vaxtlarında idmanla məşğul olduğu halda, işçi sinif daha çox müxtəlif idman 
yarışlarına tamaşaçı rolunda çıxış edirlər. Bundan başqa aydın məsələdir ki, hakim 
sinfin daha yaxşı təhsil almaq imkanı var, işçi sinfin isə əksinə. Sinfi mənsubiyyət 
insanların dostluqlarına belə təsir edir. Əksər hallarda dostlar eyni sinfə mənsub 
olurlar,  çünki  onların  təhsil  aldıqları  müəssisələri,  istirahət  etdikləri  yerləri  və 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə