Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə15/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

44
 №2 İyun 2014
bu şəraitdə ortaya çıxıb. “Məqsədi isə bütün əvvəlki sinifləri aradan qaldırmaq və 
sinifsiz  cəmiyyət  qurmaqdır”
20
.  Bu  da  vurğulanmalıdır  ki,  bütün  digər  siniflər  və 
onların ideologiyaları sinif və ideologiyanın sürəkliliyi üçün mübarizə apardığı halda, 
proletariatın sinfi mübarizəsinin və idelogiyasının (kommunizm) məqsədi sinifləri və 
təbii ki, ideologiyanı aradan qaldırmaqdır. Bu baxımdan kommunizm, ona qədərki 
tarixin mütləq inkarıdır.
Sinif şüuru və mübarizə. Mübarizənin mümkünlüyü
Marks “Kommunist Partiyasının Manifesti”ndə tarixin siniflər mübarizəsi tarixi 
olduğunu
21
 vurğulayır. Yəni, Tarixin hərəkətverici qüvvəsi sinfi (bundan sonra işçi 
sinfi mənasında – müəl.) mübarizədir. Tarix bir elm kimi nəzərdən keçiriləcəksə, 
metod kimi məhz bu inqilabi fəaliyyət və onu yaradan, ona hərəkət verən amillər 
götürülməlidir. Aydındır ki, əməyin istismarına hesablanan istehsal münasibətlərinin 
nəticəsi  kimi  sinfi  ziddiyyətlər  sinfi  mübarizə  üçün  müqəddəm  və  zəruri  şərtdir. 
Necə ki, bir uşağın dünyaya gəlməyi üçün ən az bir kişi ilə bir qadının var olmağı 
lazımdır. Lakin bir kişi ilə bir qadının sadəcə olaraq var olması kafi deyil, əlavə olaraq 
onlarda yeni nəsil yaratmaq üçün əvvəla istək olmalıdır və bu istək nəticəsinə uyğun 
olaraq əməli fəaliyyət gərəklidir. Yalnız bu üç tərkib (varlıq/zəmin, istək və fəaliyyət) 
yeni bir vəziyyət yarada bilər. Sinfi mübarizə yuxarıda da qeyd elədiyimiz kimi sinfi 
ziddiyyət zəminində ortaya çıxır və məqsədi/istəyi ictimai quruluşu dəyişərək ona 
hakim olmaqdır. Bəs istək nədir və necə formalaşır?
İstək  özünüdərklə  birlikdə  qavranılır*.  Əgər  söhbət  sinifdən  gedirsə, 
sinfin  istəyi  sinfin  özünü  dərkinə  gətirib  çıxaracaq.  Sinfin  özünü  dərki  isə  həmin 
20
S.Ə. s. 579
21
 
-S.Ə., s. 111
*“Həqiqətən də insan şüurlu şəkildə bir şeyi arzuladıqda, məcburi formada özünü dərk və təsdiq edir. 
İstək həmişə “mənim-istəyim” kimi meydana çıxır və istəyi bildirmək üçün özümü nəzərdə tutaraq 
mən əvəzliyindən istifadə edirəm. İnsan hansısa bir seyr obyektinə zillənib dursa, özünü onda itirsə 
də, ona istək duyduğu zaman “özünə çağırılır”. Bundan sonra seyr elədiyi obyektdən əlavə (və daha 
güclü formada), seyr aktının da varlığını, özünün də var olduğunu və özünün həmin şey olmadığını 
qavrayır. Və həmin şey ona bir nəsnə (Gegenstand), onda olmayan və “mən-olmayan” xarici reallıq 
kimi  görünür”  –  (Bax:Kojeve,  Alexandre,  Tinin  Fenomelojisi'nin  İlk  Altı  Bölümünün  Özeti,  Hegel 
Felsefesine Giriş YKY 2000)


45
sinfin ictimai quruluşun içindəki vəziyyətinin, mövqeyinin dərk olunmağı deməkdir. 
Və öz vəziyyətini ictimai quruluşla münasibətdə dərk edən sinif onu dəyişdirmək 
istəyi  duyur.  Sinfin  ictimai  quruluşa  münasibəti  həmişə  (müxalif  yaxud  müvafiq) 
ideolojidir – ona görə də bu vəziyyətin təsviri və sonrası üçün ideologiya gərəklidir. 
Kommunist işçi sinfi üçün bu ideologiya marksizmdir (kommunizm). Marksist təlim 
işçi sinfinin, eləcə də onun sinfi düşməni burjuaziyanın və onun hegemonluğundakı 
ictimai  quruluşun  təsvirini,  daxili  dinamikalarını  izah  etməklə,  öz  ideologiyasının 
ardıcılları üçün həm də fəaliyyət proqramı
22
 rolunu oynayır.
Əlbəttə ki, fərd kimi insan fəaliyyətini, xüsusilə canı bahasına atıldığı mübari-
zəni avtomatlaşdırılmış proses kimi istək (obyekti) – özünüdərklə məhdudlaşdırmaq 
olmaz. İstənilən halda, insan müəyyən mənada azad iradəyə sahibdir. Mümkündür 
ki, fərd kimi nəyisə istəsin, öz vəziyyətini dərk etsin, lakin onu dəyişdirmək üçün 
fəaliyyətə keçməsin. Hətta bunu bütünlüklə olmasa da, əksər sinif mənsublarına da 
aid etmək olar. 
Amma tarix bizə başqa şeyi deyir – 160 ildən artıqdır ki, işçi sinfinin ideologiyası 
kimi  humanist-marksist  dəyərlərin  bərqərar  olunması  üçün  yüz  minlərlə  insan 
canından keçmişdir. Və bu heç də həmin fərdlərin yaxud içində olduqları qrupların 
istək-özünüdərk münasibətində yetkinliyə çatdığı üçün olmamışdır. Saysız nümunə 
göstərmək olar ki,  bu altrüizmin səbəbinin ali-insani dəyərlərin hakim olması, özləri 
olmasa belə sinfi/ideoloji mənsubiyyəti etibarilə yaxınlıq duyduqları insanların həmin 
dünyada yaşaması olduğunu anlayaq. Bu həm də marksizmə yönələn “mexaniki”, 
“determinist”, “reduksionist” ittihamlarına cavabdır.      
22
 
Bax: “Kommunist Partiyasının Manifesti”


46
 №2 İyun 2014
Məmməd Süleymanov
Sinfi mübarizə: dünən və bu gün...
Karl  Marks  və  Fridrix  Engels  “Kommunist 
Partiyasının Manifesti”ndə yazırdı: “Mövcud olmuş 
bütün cəmiyyətlərin tarixi sinfi mübarizə tarixidir”. 
Yəni, sinfi mübarizə insan cəmiyyətini irəli aparan 
faktordur  və  o,  qaçılmaz  olaraq  sosial  inqilaba 
aparıb  çıxarır.  İstənilən  marksistin  çalışdığı  əsas 
məqsəd də sosial inqilabın yetişdirilməsi və həyata keçirilməsidir.
Sosial inqilab sinfi mübarizənin kulminasiya nöqtəsi olub, yeni ictimai quruluşa 
keçidi təmin etməlidir. Marksistlərin nöqteyi-nəzərindən, harada ki antaqonist siniflər 
var,  orada  mütləq  sinfi  mübarizə  də  olmalıdır.  Antaqonist  siniflər  isə  dinc  yanaşı 
yaşaya bilməzlər. Onların arasındakı istənilən saziş müvəqqəti xarakter daşıyaraq 
məhz istismarçı siniflərin mövqeyini mökəmləndirir və mənafeyinə xidmət edir.
Marks  alman  sosialistləri  Avqust  Bebel  və  Vilhelm  Libknextə  məktubunda 
yazırdı: “40 il ərzində biz sinfi mübarizəni tarixin birbaşa hərəkət qüvvəsi, xüsusən 
də burjuaziya ilə proletariat arasındakı sinfi mübarizəni müasir sosial çevrilişin əsas 
vasitəsi  kimi  ön  plana  çəkmişik.  Odur  ki,  sinfi  mübarizəni  bizim  hərəkatımızdan 
silib  atmağa  çalışan  insanlarla  bir  cərgədə  addımlaya  bilmərik”.  Bu  kəlmələr  öz 
aktuallığını  indi  də  saxlamaqdadır  -  sinfi  mübarizənin  dərinliyini  və  rolunu  inkar 
edən şəxslər yalnız simvolik burjuaziyaya qarşı simvolik mübarizəni təbliğ edənlərdir 
və Vladimir Leninin yazdığı kimi, “Kim qeyri-sinfi siyasətdən danışırsa, onu sadəcə 
qəfəsdə əyləşdirib hansısa kenquru ilə yanaşı nümayiş etdirmək lazımdır”.
SOSİOLOGİYA


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə