Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə11/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

33
onun daşıdığı  saat  hesabı  ümumiləşdirilmiş əməyin dəyərinə bərabərdir, yəni 10 
manat
4
. Bu zaman, müəssisənin xərclərini (hər xalçanın hazırlanması üçün 4 manat 
xammal və texnologiyalara, 1 manat icarə haqqı və 1 manat vergiyə) çıxdıqdan 
sonra yenidən sərmayə üçün 2 manat ayrılır və geridə qalan 2 manat müəssisə 
rəhbəri  və  işçilərin  maaşları  arasında  bölünür  –  1  manat  müəssisə  rəhbərinə,  1 
manat isə işçilərə
5
. Təbii ki, maaşlar işçilər işə götürülməzdən əvvəl müəyyən edilir 
və istehsalat xərci kimi nəzərdə tutulur. Amma müəssisə rəhbəri əmək bazarında 
işçiyə istehsal edəcəyi hər bir xalçaya sərf edəcəyi ümumiləşdirilmiş əməyə görə 
yox, onun əməyinin əmək bazarında müəyyən edilmiş qiymətinə görə maaş təklif 
edir
6
.  Başqa  sözlə,  işçinin  əmək  qüvvəsinin  mübadilə  dəyəri  başqa,  bu  əmək 
qüvvəsinin istehsal etdiyi xalçanın bazardakı qiyməti başqa. 
Nəticə etibarilə, əgər işçi əvvəllər öz evində oturub daha ibtidai texnologiya 
vasitəsilə xalça istehsal edib bunu qapısına gələn tacirə 10 manata satırdısa (fərz 
edək ki, xammal (2), icarə haqqı (1), vergi (1), texnologiya xərci (2) və sərmayə 
xərcləri  (2)  dəyişməz  olaraq  qalır
7
),  bu  zaman  onun  xalis  gəliri  2  manat,  yəni, 
manufakturadakı muzdlu işindən qazandığı gəlirdən 100% daha çox olurdu
8

Beləliklə,  2  manat  dəyərində  xammala  2  manat  dəyərində  texnologiyanın 
köməyilə əmək sərf olunur
9
 və 6 manat izafi dəyər yaranır. Bu izafi dəyərin müəyyən 
bir hissəsi cəmiyyət (ordu, bürokratik sistem) və digər hissəsi kapitalist sistemin 
4
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  dəyər  və  qiymət  arasında  transformasiya  problemi  cari  mətndə 
müzakirə olunmur.
5
Əmək haqqının müəyyən olunması istehsalatda rəqabət və əmək bazarında tələb-təklif qanununa 
əsasən müəyyən olunur.  
6
Yəni, işçinin əmək qüvvəsi əmək bazarında hər hansı digər bir əmtəə kimi ticarət subyektidir.
7
Əslində, fərdi istehsalatın xərclərinin müəssisənin xərclərindən hər xalçaya görə daha az olduğunu 
güman edə bilərik.
8
İddia etmək mümkündür ki, manufaktura yüksək texnologiyaya sahib olmadan eyni müddət ərzində 
müəssisəyə  nisbətən  iki  dəfə  az  sayda  xalça  istehsal  edirdi.  Lakin,  texnologiya  xarici  –  ekzogen 
faktordur. Vergi, icarə, texnologiya, xammal dəyəri və s. kimi faktorlar şəraitə görə dəyişir. Məsələn, 
fərdin texnologiyanı almağa imkanı olduğunu güman etsək, onun istehsalatının saat hesabı istehsal 
olunan xalçaların miqdarı mənasında müəssisədən fərqlənmədiyini güman edə bilərik.
9
Fərz  edək  ki,  texnologiyanın  hazırlanmasına  sərf  olunan  2  manat  –  ümumiləşdirilmiş  əmək  bu 
texnologiya  vasitəsilə  texnologiyanın  istifadə  müddəti  bitənə  qədər  tədricən  hər  bir  xalça  istehsal 
olunarkən ona transfer olunur.


34
 №2 İyun 2014
(icarə  haqqı
10
,  yenidən  sərmayə
11
)  xərclərinə  çıxılandan  sonra,  qalan  xalis  izafi 
dəyərin bir hissəsi (1 manat) istehsalatda sırf istehsal alətləri üzərində sahibkar 
olmaqdan savayı heç bir iş görməyən müəssisə rəhbərinə çatır. Müəssisədə 300 
işçi işləyirsə və bir günə hər işçi tərəfindən bir ədəd xalça istehsal olunursa, işçilər 
hər biri aya 30x1 manat, müəssisə rəhbəri isə 30x300 manat pul qazanır. 
Nəticə etibarilə, işçi əməyinin (əmək bazarındakı) dəyəri ilə onun 
yaratdığı əmtəənin dəyəri fərqli olduğundan və bu əmtəənin bütövlükdə 
işçi  tərəfindən  yaradılmasına  baxmayaraq,  izafi  dəyərin  bir  hissəsi 
sahibkar tərəfindən mənimsənilir və işçi istismar olunur.
Deməli, əgər biz əməyin insan tərəfindən yaradılan hər şeyin – bütün əmtəə 
və xidmətlərin dəyərini müəyyən edən yeganə determinant olduğunu qəbul etsək, o 
zaman biz cəmiyyəti şərti olaraq iki hissəyə ayıra bilərik; İstehsal alətləri və vasitələri 
üzərində mülkiyyət hüququna və başlanğıc kapitala sahib olanlar (K.Marks bu qrupu 
kapitalist  adlandırırdı)  və  istehsal  alətləri  üzərində  heç  bir  mülkiyyət  hüququna 
sahib olmayan və ilkin kapitalı olmayan, əvəzində yalnız əmək qabiliyyəti olan işçilər 
(K.Marks bu qrupu proletariat adlandırırdı)
12
.  Bu iki qrup insan istehsalatda birləşir 
və nəticədə cəmiyyət üçün lazım olan məhsullar istehsal olunur
13

Rəqabət və birinci ziddiyyət
Müəssisənin  binası,  işçilərin  istifadə  etdiyi  texnologiyalar  və  xammal 
müəssisənin  rəhbərinin  qanuni  mülkiyyətidir.  İstehsal  olunmuş  son  məhsul 
müəssisənin rəhbərinə – sahibkara məxsusdur. Məhsul tamamilə onun mülkiyyətidir 
və bu əmtəənin satmaq, yaxud istifadə etmək onun səlahiyyətindədir. O, əmtəəni 
10
İstehsal alətləri üzərində mülkiyyət hüququndan doğan səbəblərdən icarə haqqı kapitalist sisteminə 
birbaşa bağlıdır. Bəzi klassik iqtisadçılar dəyərin torpaqdan (land) yarandığını iddia edirdilər və bu 
Marksizmdə xüsusi müzakirə mövzusudur. 
11
Kapitalist  sistemin  təhrik  etdiyi  rəqabətdən  doğan  səbəblərdən  dolayı  yenidən  sərmayə  yatırımı 
iqtisadi inkişafın əsas şərtidir. 
12
Ona görə şərti ki, bu iki qrup arasında qeyd olunan şərtlər daxilində birbaşa keçid yoxdur. 
13
Cəmiyyət üçün lazım olan ehtiyacları bazar, qiymətlər sistemi, tələb-təklif qanunu müəyyən edir. Bu 
qanun, təbii ki, tarixi istehsal dövrünə müvafiq olaraq müəyyən olunur. Tələb-təklif qanunun nə qədər 
şərti olmasını K. Marks “əmtəə fetişizmi” çərçivəsində, eyni zamanda Kapitalın birinci cildinin 26-cı 
bölməsində (İlkin kapital yığımının sirləri) geniş müzakirə edir. 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə