Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə9/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

26
 №2 İyun 2014
Bakıda 1903-cü il Bir May nümayişi.
 1903-cü ilin Bir May nümayişləri isə Bakının Qaraşəhər, Ağşəhər, Bibiheybət və 
Balaxanı rayonlarında təşkil edildi. Aprelin 27-dən başlayan nümayişlərə 10  mindən 
çox fəhlə qoşulmuşdu.  Polis bu nümayişləri dağıtsa da  iyul ayına qədər nümayişlər 
səngimək  bilməmişdi.  Bakıda  1903-cü  ilin  Bir  May  nümayişlərinin  davamı  kimi 
meydana gələn iyul tətili bütün Cənubi Rusiyada fəhlə tətilləri dalğasının başlanğıcı 
oldu. Almaniya soisial-demokratlarının liderlərindən Avqust Bebel 1903-cü il Bakı 
tətillərinin  əhəmiyyətini  belə  ifadə  edirdi:  “1903-cü  ildə  fəhlə  hərəkatının  iki  ən 
böyük uğuru olmuşdur: Bakı tətili və Almaniya sosial-demokratiyasının reyxstaq 
seçkilərində qələbəsi.”
  Bakıda  sosial-demokratların  inqilabi  təbliğat  işi  o  qədər  yüksək  səviyyədə 
təşkil  olunmuşdu  ki,  inqilabi  əhval-ruhiyyə  məktəblərə  də  sirayət  etmişdi.  Bir  il 
əvvəl  –  1902-ci  ildə  yaradılmış  Şagird  Komitələri  adından  məktəbliləri  1  mayda 
dərslərə gəlməməyə çağıran vərəqələr paylanmışdı. 
Sonrakı  –  1904-cü  il  isə  Bakı  proletariatının  sinfi  mübarizə  tarixində  Bir 
May  nümayişlərindən  daha  çox  dekabr  ümumi  tətili  və  “Mazut  konstitusiyası”  ilə 
qalmışdı.
1905-1907-ci  illərdə  baş  verən  Birinci  Rus  İnqilabı  sinfi  mübarizəni  bir 


27
qədər  də  kəskinləşdirdi.  Çar  polisinin  fəhlələr  üzərində  repressiya  tədbirlərini 
gücləndirməsi fəhlələri, təşkilati işləri daha ehtiyatla görməyə vadar edirdi. 1904-cü 
ildə yaradılmış “Hümmət” təşkilatı ilk müsəlman sosial-demokrat təşkilatı olmaqla, 
indiyə qədər inqilabi hərəkata az cəlb olunan müsəlman fəhlələri arasında təbliğatın 
gücləndirilməsində hədsiz rol oynadı.
1917-ci il Fevral İnqilabına qədər Azərbaycanda Bir May nümayişləri, əsasən, 
Bakı və az da olsa sənaye proletariatının toplaşdığı Gədəbəy, bundan başqa, ölkənin 
müxtəlif yerlərində dəmir yolu tikintilərində baş verirdi.  Fevral inqilabından sonra isə 
Rusiya miqyasında ilk dəfə Bir Mayın bayram edilməsinə icazə verilmişdi. Buna görə 
də 1917-ci ildə Bir May Gəncə (Yelizavetpol), Lənkəran, Şuşa və b. yeni şəhərlərə 
də ayaq açdı.
Azərbaycan  Xalq  Cümhuriyyətinin  mövcud  olduğu  dövr  ərzində  Bakıda  ən 
böyük May nümayişi 1919-cu ildə baş tutmuşdu. Hələ aprelin əvvəllərindən etibarən 
Bakıda 3 dildə - azərbaycan, rus və ingilis dillərində Bir May vərəqələri yayılmışdı. O 
vaxta qədərki Azərbaycan tarixinin ən kütləvi Bir May nümayişində 50 mindən artıq 
fəhlə iştirak etmişdi.
Artıq  növbəti  –  1920-ci  ildə  Bir  Mayda  fəhlələrin  daşıdıqları  qırmızı  bayraq 
Azərbaycanda rəsmi dövlət bayrağı idi...
Bu gün Bir may
Sovet hakimiyyəti illərində, xüsusən son onilliklərində Bir May artıq öz simasını 
böyük  ölçüdə  itirmişdi.  Dünya  proletariatının  sülh  və  həmrəylik  bayramı  olan  Bir 
May tədricən yalançı, süni şouya çevrilmişdi. Böyük şəhərlərin böyük meydanlarında 
keçirilən  Bir  May  paradlarının  dünya  zəhmətkeşlərinin  zülmə  qarşı  mübarizəsiylə 
heç bir əlaqəsi qalmamışdı. Həmin paradların iştirakçılarının da xatırladıqları kimi, 
insanlar Bir May paradlarında ayaq döysələr də, oraya, əksər hallarda, məcburə

gətirilirdilər və iştirakçısı olduqları nümayişin mahiyyətinə varmırdılar. Nəzəriyyənin 
yalnız şüarlar şəklində istifadə edilməsi Bir Maydan da yan keçməmişdi.
Bəs bu gün necə, bizə Bir May lazımdırmı?
Bu sualın cavabını vermək üçün Bir Mayın tələblərini xatırlamalı və ətrafımıza 


28
 №2 İyun 2014
baxmalıyıq. Bir May bayramı bizdə ən azı ona görə aktualdır ki, insanların təxminən 
200  il  əvvəl  tələb  etməyə  başladıqları  8  saatlıq  iş  günü  belə  Azərbaycan  fəhləsi 
üçün bu gün şirin yuxudur. Firimcə, bu fakt özlüyündə kifayət edər və Bir Mayı qeyd 
etməyin zəruriliyini sübut etmək üçün əlavə arqumentlərə ehtiyac yoxdur.
***
P.S. 1933-cü ildə nasistlər almaniyada hakimiyyətə gəldikdən sonra Bir Mayın 
xarakterini  dəyişib  ona  “faşist  ruh”  verməyə  çalışdılar.  Nasist  hökuməti  bununla 
insanlara Bir Mayın əsl məqsədini unutdurmaq və onu sadəcə içi boş bir karnavala, 
kütləvi  məzhəkəyə  çevirmək  istəyirdi.  Lakin  elə  1933-cü  ilin  Bir  Mayında  fəhlələr 
Berlin küçələrindən birində belə bir transparant asmışdılar:
“Bir May bayram deyil – mübarizə günüdür!”
İstifadə olunan mənbələr:
1. Azərbaycan tarixi, V cild. Bakı, 2008.
2. Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri. I cild. Bakı, 1986.
3. C.P.Həsənov, “Sülh və Həmrəylik bayramı”. Bakı, 1988.
4. В.Э.Петровский, “Первомай – праздник интернациональной соли-
    дарности трудящихся”. Москва, 1986.
5. Д.Фрикке, “1 Мая – история, традиции, борьба” Москва, 1986.
6. А.И.Абрус, “Пролетарский интернационализм в действии” Москва, 
    1971.
7. Roza Luksemburq, “Bir Mayın kökləri nədir?” (http://marksist.net/kitaplik/
    ceviriler/Rosa-%201%20Mayisin%20kokenleri)
8. Ergün İşeri, “Bir Mayısın kökeni ve sık-sık tekrarlanan yanlışlar”
    (http://www.sendika.org/2012/04/1-mayisin-kokeni-ve-sik-tekrarlanan- 
    yanlislar-ergun-iseri/)


29
Nicat Qarayev
            
Kapitalizmdə İstismar
Media  və  sosial  şəbəkələrdəki  müzakirələrdə 
“bu  gün  artıq  XIX  əsr  kapitalizmində  yaşamırıq”, 
“artıq  istismar  keçmişdə,  vəhşi  kapitalizmdə  qaldı”, 
“bu  terminlər  artıq  köhnəlib  və  biz  yeni  terminlər 
tapmalıyıq” kimi ifadələri tez-tez eşidirik. Bu ifadələr heç də sosial şəbəkələrdəki 
müəlliflərin özlərinə aid deyil, əksər hallarda onların eşitdiklərinin təkrarıdır. Yəni, 
düşüncə məhsulu deyil, təqliddir. Bu ifadələrdə yer almış iddiaları müzakirə etmək 
üçün  istismarın  nə  olduğunu,  daha  doğrusu,  Marksın  “istismar  vasitəsilə  yığım” 
(accumulation  through  exploitation)  anlayışını  müzakirə  etməliyik.  Bunun  üçün 
əvvəlcə istismarın nə olmadığından başlayaq. 
İstismar  sahibkarın  işçisi  ilə  qanuna  zidd,  kobud  davranışı  demək  deyil. 
İşçinin 8 saat əvəzinə 16 saat işlədilməsi, işçinin təhqir edilməsi, ona aşağı maaş 
ödənilməsi  və  digər  oxşar  ədalətsiz  davranışlar  istismar  demək  deyildir.  Bizlərə 
ədalətsizlik kimi görünən bu davranışlar istismar deyil, kapital yığımı üçün əməyin 
istismarı  nəticəsində  yaranan  müxtəlif  vəziyyətlərdir.  Yaranmış  bu  vəziyyətlər 
sahibkar və işçinin şəxsiyyəti, təhsili, əxlaqı, yaxud ümumilikdə şəxsiyyəti ilə əlaqəli 
bir  fenomen  deyil.  Mərhəmətli  sahibkarla  qəddar  sahibkarın  istismar  prosesində 
iştirakı fərqlənmir. Çünki istismar fərdi proses deyil. İstismar sistemli və struktural 
bir prosesdir. 
İstismar XIX əsrdə iqtisadi siyasət mütəffəkkirlərinin müzakirə etdiyi sadə bir 
sualın cavabına axtarış zamanı yaranan məntiqi təhlilin nəticəsidir. 
 
İQTİSADİYYAT


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə