Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə22/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

65
- Sol  ideyaların  postsovet  məkanında  qarşılaşdıqları  böhranı 
təhlil  etdiyimizdə  bu  gün  hansı  nəticələrə  gələ  bilərik?  Bu  ideya 
böhranından nə kimi çıxış yolları var? Bu gün solların vəziyyətini, siyasi 
təsirini və onların Rusiyada ictimai fikrə təsir etmək bacarıqlarını necə 
qiymətləndirirsiniz? 
- Bir tərəfdən, Rusiyada və qismən də digər post-sovet ölkələrində solların ikiqat 
böhranı haqqında danışmaq olar. Burada SSRİ-nin dağılmasının spesifik fəsadları 
və  müvafiq  travmalar  və  qərb  sollarının  “xarici  təsiri”,  onların  parçalanmasının 
nəticələri üst-üstə yığılır ki, bu da öz növbəsində spesifik liberal və ya hətta qlamur 
sol mətbuatın, ilk növbədə tərifə yönəlmiş burjua mətbuatının simasını formalaşdırır. 
Digər tərəfdən, böhran haqqında yalnız nisbi mənada danışmaq olar. 1990-cı illərdə 
Rusiyada, məsələn, sol hərəkat yox idi, əgər tamamilə mühafizəkar, sovet sistemi 
qalıqlarını  müdafiə  etməyə  çalışan  bəzi  stalinist  qrupları  nəzərə  almasaq.  Mən 
sovet qurumlarının və intizamının qorunub saxlanmasına ehtiyac olmadığını demək 
istəmirəm. SSRİ-də həqiqətən də, uğrunda mübarizə aparmağa dəyər qiymətli sosial 
nailiyyətlər mövcud idi. Lakin sol ideologiya və hərəkat bununla məhdudlaşmır. 20 
il ərzində ciddi dəyişikliklər baş verirdi, lakin indi hərəkatın yüksəlməsi qarşısındakı 
əngəllər artıq sovet sisteminin dağılmasının nəticələri deyil, son illər ərzində müasir 
rus cəmiyyətində yaradılmış ətalətlilik, apatiyadır.
İctimai  fəallıq  olmadan  güclü  sol,  sinfi  səfərbərliyi  stimullaşdıran  siyasi 
mədəniyyət ola bilməz. Gec və ya tez baş verəcək yeni ictimai yüksəlişi gözləyərək 
fəaliyyətə davam etmək lazımdır. 
- Tarixən belə olub ki, Qafqaz regionunda vəziyyət həmişə mürəkkəb 
idi  və  mürəkkəb  olaraq  qalmaqdadır.  Siz  burada  olmusunuz,  gürcü 
solları ilə görüşmüsünüz. Bizi Qafqazda və xüsusilə də Azərbaycanda sol 
ideyaların, hərəkatların perspektivinə baxışınız maraqlandırır.
 


66
 №2 İyun 2014
- Qafqaz regionu digər postsovet regionlarından daha mürəkkəb deyil. Təbii 
ki, millətlərarası münaqişələr böyük problemdir. Böyük şəhərlərin həm işçi sinfinə, 
həm də ziyalılarına xas olan beynəlmiləlçi mədəniyyət əhəmiyyətli dərəcədə itirilib. 
Lakin, Bosniya misalının, ondan əvvəl isə - Saakaşvili demaqoqiyasının aşkar şəkildə 
artıq gücünü itirdiyi Gürcüstan misalının göstərdiyi kimi, millətçilikdən də yorulmaq 
olur.
- İndiki  zamanda  ən  aktual  məsələ  Ukrayna  böhranıdır.  İndiki 
hakimiyyətin neoliberal kursunun nə kimi təhlükəsi var?
- Ukrayna  radikal  milliyətçilik  və  neoliberal  iqtisadiyyatın  Avropa  İttifaqının 
rəhbərliyi  ilə  vahid  şəkildə  əlaqələndiyi  bir  növ  laboratoriyadır.  Lakin  bu  həm  də 
radikal  sağlar  üçün  ciddi  çağırışdır:  bu  cür  sintezə  hələ  heç  kim  nail  olmamışdı. 
Yeri gəlmişkən, bu səbəbdən də, Qərbin bir sıra sağ radikal təşkilatları, Kiyevdəki 
guya həmfikirlərini tənqid etdilər. İstənilən halda ölkəni iqtisadi fəlakət gözləyir və 
konfrontasiyanın (Rusiya ilə, Cənubi-Şərqdəki öz vətəndaşları ilə) gücləndirilməsi 
siyasəti tamamilə təbii cavab strategiyasıdır. Hakimiyyət böhranla mübarizə apara 
bilmir  və  istəmir,  o,  bu  böhranı  öz  fəaliyyəti  ilə  dərinləşdirir,  lakin  öz  səylərini 
bütün  bəlaların  günahkarı  olan  xarici  düşmən  obrazı  haqqında  ictimai  fikrin 
formalaşdırılmasına  yönəldib.  Bu,  hələ  ki,  Kiyev  və  mərkəzi  regionlara,  xüsusilə 
də qərb regionlarına münasibətdə uğurlu alınır. Lakin bunun nə qədər çəkəcəyi – 
məlum deyil.
- Ukraynanın  federalizasiyası  mövcud  vəziyyətdən  yeganə 
konstruktiv  çıxış  yolu  kimi  nəzərdən  keçirilir  və  ya  əks  təqdirdə, 
münaqişənin  dərinləşməsi  gözlənilir.  Ümumilikdə  münaqişə  haqqında 
danışarkən, bu gün rus cəmiyyətində hansı fikirlər üstünlük təşkil edir 
və bu məsələ ilə bağlı solun mövqeyi necədir?
- Federallaşma həqiqətən də ölkənin vahidliyinə, onun cari sərhədlər daxilində 


67
qorunub saxlanmasına və gələcəkdə Rusiya ilə Krım məsələsi üzrə (məsələn, Moskva 
tərəfindən borcların silinməsi əvəzində Kiyevin Krımdan imtina etməsi və qarşılıqlı 
sərfəli  iqtisadi  razılaşma)  hər  hansı  danışıqlarına  zəmanət  verə  biləcək  yeganə 
məntiqi həlldir. Lakin bəla da ondadır ki, Kiyev hökumətinə bu lazım deyil. Onlar 
şüurlu və ya şüursuz şəkildə məsələni məhz ölkənin parçalanmasına və bölünməsinə 
aparırlar. Başqa məsələdir ki, bu variant Qərbi çox da qane etmir. Lakin indi həm 
Brüssel, həm Vaşinqton, həm də Berlin mahiyyətcə Kiyev hökumətinin girovlarına 
çevriliblər. Onlar aşkar şəkildə özlərini bu hökumətlə eyniləşdirərək, onun addımları 
ilə razılaşmasalar, onları zərərli hesab etsələr və ya hətta fəlakətli hesab etsələr 
belə, dəstəkləməyə məhkumdurlar. Bu cür vəziyyət artıq soyuq müharibə zamanı 
yaranmışdı, lakin indi bu, daha absurd görünür.
Rusiyadakı  sollara  gəldikdə  isə,  burada  vəziyyət  az  və  ya  çox  dərəcədə 
aydındır. Bir tərəfdən, liberal sollar Qərbə meyl edən sağ liberallarla tam şəkildə 
həmfikirdirlər.  Digər  tərəfdən,  biz,  cəmiyyətlə  birlikdə  ukrayna  Cənubi-Şərqinin 
üsyanını  dəstəkləyən  və  onun  sinfi,  aşağı  təbəqə,  proletar,  əgər  uyğundursa, 
elementini gücləndirməyə çalışan çoxluğu görürük. Burada da nasional-patriotizmə 
yuvarlanma və ya daha pisi, özünü rus hökuməti ilə eyniləşdirmək təhlükəsi var. 
Lakin  burada  bizə,  aşkar  şəkildə  Donetsk  respublikasının  meydana  çıxması  və 
Ukraynanın  Cənub-Şərqindəki  antioliqarxik  çıxışlarla  bağlı  gərginlik  yaşayan  rus 
hökuməti  özü  köməkçi  olacaq.  Çünki  artıq  hökumətə  təzyiq  göstərməyin  yeni 
gündəmi ortaya çıxır. Əgər siz, cənablar, Donetsk, Luqansk, Odessa və Xarkovdakı 
qiyamçıları dəstəkləməyə boyun olmusunuzsa, sözünüzün üstündə durun. Ukrayna 
Cənub-Şərqinin  təcrübəsini  Rusiyaya  keçirmək  lazımdır.  Bir  çox  mühafizəkarlar, 
Moskvadakı cari hakimiyyətin tərəfdarları artıq bundan qorxduqlarını gizlətmirlər.
- Ukrayna  mövzusunda  Avropa  İttifaqı  və  Qərbi  tənqid  mövqeyi 
şəksiz  olaraq  Putin  siyasətinə  dəstək  kimi  qəbul  olunur.  Gördüyümüz 
qədərilə, bundan ən çox Ukrayna solu əziyyət çəkir. Dolayı olaraq bu həm 
də digər sollara da aiddir: həm Berlində, həm də Bakıda – Maydana qarşı 
tənqidi münasibət çoxluq üçün Putinin addımlarına bəraət qazandırmaq 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə