Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   29   30   31   32   33   34   35   36   ...   161

 
69
– Yox e!.. Bizdən rüşvət istəyirlər! – dedi. 
– Rüşvət? – Müdir də milis mayoruna baxdı və bu dəfə açıq-aşkar bir ləzzətlə 
gülümsədi. – Ola bilməz.  
– Dörd yüz manat pul istədilər bizdən! – Tələbə ürəkləndi və o rəqəmi bir də 
təkrar etdi. – Dörd yüz manat! 
– Sən rüşvətə qarşı mübarizə aparırsan? 
Tələbə bilmədi ki, bu suala necə cavab versin, amma müdir daha onun cavabını 
gözləmədi – maraq itmişdi – və bu uzunsifət çeşməkli kişinin sifətinin ifadəsi göz-
görəti dəyişdi, sərt bir tərzdə: 
– Get, – dedi. – Get ölünlə məşğul ol!Vaxtım yoxdu! 
Müdirin sözləri, sifətinin ifadəsi və ümumiyyətlə, dünyanın işləri birdən-birə 
tələbə Murad İldırımlının bütün içini bir etiraz, bir üsyan ehtirası ilə doldurmuşdu və 
əsəbdən tələbənin çənəsi əsirdi, ürəyi uçunurdu; tələbə udquna-udquna:  
– Qanunsuzluqdu bu!.. – dedi. – Qanunsuzluqdu!.. Sovet Ittifaqında belə 
qanunsuzluq eləmək olmaz...  
Müdir milis mayoruna baxdı, astadan, amma eyni sərt ifadə ilə: 
– Dur Məmmədov, dur Sovet Ittifaqının qanununu göstər buna!– dedi. 
Milis mayoru o dəqiqə ayağa qalxdı, cəld yaxınlaşıb, tələbənin qolundan yapışdı 
və tələbə milis mayorunun barmaqlarında bu kök adamın lırt bədəninə yaraşmayan 
bir polad möhkəmliyi hiss etdi.  
– Gəl!.. Gəl!.. – Milis mayoru bir əli ilə tələbə Murad İldırımlını, az qala, 
yerdən qaldırıb özüylə birlikdə kabinetdən çıxartdı, sürətli addımlarla gözləri bərələ 
qalmış katibə qızın yanından ötüb gözləmə otağının həyət qapısını açdı, amma 
tələbənin qolunu buraxmadı, özü də onunla birlikdə həyətə çıxdı və eyni sürətli 
addımlarla tələbəni həyətin ortasındakı darvazaya sarı dartdı.  
Mayor qolundan yapışıb elə dartırdı ki, tələbə heç bir tərəfə çevrilə bilmirdi, 
mayorun sürətli addımları müqabilində, az qala, qaça-qaça gedirdi və hirs onu 
boğduğu üçün, heç nə deyə bilmirdi, hətta qışqıra da bilmirdi. Xosrov müəllim də 
əllərini qara plaşının ciblərinə soxub sürətlə onların ardınca gedirdi. Mayor sol əli ilə 
darvazanın bala qapısını açdı və sağ əli ilə tələbəni zərblə dişarı itələyib: 
– Bir də səni buralarda görməyim!– dedi.  
Xosrov müəllim də Qəbiristanlıq Idarəsinin həyətindən çıxdı, bir neçə an 
üzüaşağı, tələbə ilə yanaşı addımladılar və birdən-birə tələbə daha heç cür özünü 
saxlaya bilmədi, burnunu çəkə-çəkə, səsini boğmağa çalışa-çalışa ağlamağa başladı, 
yaş gözlərindən axıb dodaqlarına çatanda və Murad İldırımlı o göz yaşının şor 
təmini ağzında hiss edəndə daha da için-için ağladı. Xosrov müəllim isə eləcə sükut 
içində tələbə ilə yanaşı addımlayırdı... 
... Avtobus gəlib çıxanda və onlar iş vaxtının sonu olmadığı üçün boş avtobusa 
minəndə tələbə Murad İldırımlı daha sakitləşmişdi və indi yenə də öz acizliyinin, öz 
kiçikliyinin xəcalətini çəkirdi, amma bu vaxt qarşıda oturub gözlərini naməlum bir 
nöqtəyə zilləmiş Xosrov müəllimə baxdı və Xosrov müəllimin gözlərində elə bir 
ağrı gördü ki, içini bürümüş xəcalət hissi yox olub getdi. Tələbə – müşahidə 
qabiliyyəti olan bu cavan adam – indiyə kimi heç vaxt heç kimdə Xosrov müəllimin 
gözlərindəki qədər bir ağrı görməmişdi.  
 



 
70
 
TONQAL  
 
Həyətdəki qoca armud ağacının budağına qonmuş o rəngbərəng, o zəhmli 
böyük xoruz qaz boğazı kimi, yoğun boğazını uzadıb qart səsiylə bir də banlayandan 
sonra, faytonçu Ovanes oturduğu yerdə qurcalandı, əlində tutduğu yüyəni oynada-
oynada və qurumuş böyürtkən kollarından salınmış çəpərin üstündən həmin 
rəngbərəng xoruza da baxa-baxa həyətə tərəf qışqırdı: 
– Gün günortanı keçdi ki, ara uçitel!.. Ara, tez elə də!.. – Sonra faytonçu 
Ovanes öz-özünə deyindi: – Ara musurman qonşu kəndə gedəndə də evdən elə 
ayrılır, elə bil, Amerikaya gedir!..  
Faytona qoşulmuş o qoşa atın ikisi də başını aşağı salıb dincəlirdi, elə bil ki, 
uzun yolqabağı güc toplayırdı; o atlar da özlərindən əvvəlki atlar kimi, faytonçu 
Ovanesin öz-özünə beləcə deyinməyinə, danışmağına adət etmişdilər.  
Hadrut orta məktəbində rus dilindən dərs deyən Xosrov müəllim 1929-cu ilin 
bir yaz səhəri Azərbaycan SSR Xalq Maarif Komissarlığının Şuşada keçirəcəyi 
biraylıq seminara gedirdi və otuz il idi ki, Şuşa ilə Hadrut arasında sərnişin-
müştərilər daşıyan, özü də, faytonu da, söz-söhbəti də dolama yoxuşlar kimi, 
meşələr kimi, sıldırım qayalar kimi, o gözəl Hadrut – Şuşa yolunun bir hissəsinə 
çevrilmiş Ovaneslə axşamdan vədələşmişdi ki, sübh tezdən gəlib onu götürsün.  
Qaba və güclü caynaqları ilə qoca armudun budağından yapışmış o zəhmli 
xoruz yenə qart səsiylə boğazını arıtladı və təzədən banlamağa macal tapmamış 
faytonçu Ovanes həyət tərəfə bir də qışqırdı: 
– Ara, uçitel!.. Ara, günorta gəldi!..  
O böyük xoruz armud ağacının üstündən faytonçu Ovanesə çəpəki və acıqlı bir 
nəzər saldı və qaqqıldaya-qaqqıldaya həyətə atıldı, sinəsini irəli verib, başını dik 
tutub eləcə narazılıqla da qaqqıldaya-qaqqıldaya toyuqların arası ilə ora-bura 
gəzişməyə başladı. 
Sübh tezdən Hadrutdan Şuşaya çıxan və adətən, günün ikinci yarısı Şuşadan 
sərnişin götürüb təzədən Hadruta qayıdan faytonçu Ovanes Xosrov müəllimin həyət 
darvazasının qabağında beləcə vaxt itirməyindən dilxor olmuşdu və yenə də öz-
özünə deyinirdi: 
– Bunlarla doqovaritsa eləmək düzgün deyil, məzhəb haqqı!..  
Beləcə deyinməyinə baxmayaraq, Ovanes Xosrov müəllimin xətrini istəyirdi, 
uzunboylu, arıq, heç kimlə işi olmayan, bütün fikri-zikri məktəblə, maariflə məşğul 
bu adam sakitliyi, xeyirxahlığı, mədəniyyəti ilə Hadrut camaatının, o cümlədən də 
faytonçu Ovanesin hörmətini qazanmışdı.  
Yüz cürə dərdi-səri olan adamlar – birinin qohumunu nahaq yerə həbs 
etmişdilər, o birinin həyətyanı sahəsini düzgün müsadirə etməmişdilər, üçüncüsünün 
səsini almışdılar (bu, o deyən söz idi ki, səsi alınmış şəxs cəmiyyətdən kənar 
edilirdi, onun hansı bir səsvermədəsə iştirak etmək, harasa şikayət etmək ixtiyarı 
yox idi), camaatı heç nəyin üstündə tuturdular, sürgün edirdilər və sairə – Xosrov 
müəllimin yanına köməyə gəlirdilər, xahiş edirdilər ki, Xosrov müəllim rus dilində 
onların adından yoldaş Stalinə, yoldaş Rıkova, yoldaş Buxarinə şikayət ərizələri 
yazsın və Xosrov müəllim də bu xahişlərin, demək olar ki, heç birini yerdə 
qoymurdu, o adamın ki, haqlı olduğunu görürdü, əlindən gələni əsirgəmirdi, ərizələri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə