Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   25   26   27   28   29   30   31   32   ...   161

 
61
– rus dilində (bunu da iri qırmızı hərflərlə elə həmin Bədii Fondda yazdırmışdı) 
şüşəbəndin yan tərəfindən asdırdı;bundan sonra nə milis idarəsində, nə rayon 
Icraiyyə Komitəsində, nə  də yuxarı  təşkilatlarda heç kim çürət eləyib gəlib bu 
şüşəbəndi sökə bilmədi. Rayon Icraiyyə Komitəsi növbədənkənar iclasında xüsusi 
qərar qəbul edib, binanın görkəmi memarlıq baxımından korlanmasın deyə, təcili 
surətdə o onmərtəbəli binanın bütün küçə eyvanlarını  şüşəbəndə çevirdi. O zaman 
Nadejda Fyodorovna özünü saxlaya bilməyib başını bulaya-bulaya tənə ilə  ərinə 
dedi: «– Im vsem to oboşlos besplatno! A tı, durak, istratil stolko deneq!». Qonşular, 
əlbəttə, bu işdən çox razı qalmışdılar, hamının, hətta Nəcəf Ağayeviçdən zəhləsi 
gedənlərin də ürəklərində bu kürən adama bir minnətdarlıq hissi baş qaldırmışdı, 
amma Rayon Icraiyyə Komitəsinin göstərişi və Evlər Idarəsinin ciddi-cəhdi ilə o 
yeni  şüşəbəndlərə o qədər  şüarlar vurmuşdular, o qədər Leonid İliç Brejnevin 
şəkillərini asmışdılar ki, mənzillərə işıq düşmürdü və Nəcəf Ağayeviç bu fürsətdən 
istifadə edib öz eyvanına vurduğu  şüarları, L.I.Brejnevin şəklini gecələr xəlvətcə 
bir-bir çıxartdı, heç kim də bunun fərqinə varmadı. Düzdü, şüşəbənd Nəcəf 
Ağayeviçə pulla başa gəlmişdi, amma qonşulardan fərqli olaraq, indi onun mənzilinə 
işıq düşürdü və Nadejda Fyodorovna da təskinliyi bunda tapırdı.  
Həkim Nəcəf Ağayeviçin arvadı, gözəl diş texniki Nadejda Fyodorovna rus idi 
və hökumətdən bir şey qopartmaq istəyəndə (ya işləmək üçün əlverişli poliklinika 
tələb edəndə, ya növbədənkənar avtomobil almaq istəyəndə, ya rəsmi sənəti, yəni 
həkimliyi ilə bağlı xarici ləvazimat və aparatura uğrunda mübarizə aparanda və s.) 
azərbaycanlı  Nəcəf Ağayeviç bu cəhəti xalqlar dostluğuna nümunə kimi, xüsusi 
olaraq, vəzifəli yoldaşların nəzərinə çatdırırdı, lazım olanda, Azərbaycan KP MK-
ya, Sov.IKP MK-ya, Siyasi Büroya, L.I.Brejnevə, hətta xüsusi ehtiyac hiss edəndə 
Leninin mavzoleyinə («Əziz Vladimir İliç! Sən ölməmisən, sən bizim üçün daima 
canlısan! Buna görə də beynəlmiləl ailəmiz adından sənə müraciət edirik...») şikayət 
teleqramları vururdu və sonsuz olduqları üçün iki nəfərdən ibarət bu ailə Bakıda, 
olsun ki, ən firavan həyatlardan birini sürürdü. Nadejda Fyodorovna ağappaq idi, 
Nəcəf Ağayeviç isə qıpqırmızı idi, amma bu adamlar bir-birilərini o qədər sevir və 
başa düşürdülər ki, sifətdən bir-birilərinə  bənzəməsələr də, elə bil, ər-arvadlıqdan 
əvvəl əkiz bacı-qardaş olmuşdular.  
Fərid Kazımlı ilə həmin qızıl söhbətindən sonra, Əbdül Qafarzadə Qəbiristanlıq 
Idarəsinə gedib Mirzəibini yanına çağırdı  və tapşırdı ki, həkim Nəcəf Ağayeviçə 
sifariş göndərsin, axşam bir yerdə həkimin evinə gedəcəklər. Mirzəibi təəccüb etdi, 
çünki Əbdül Qafarzadəyə qızıl lazım olanda özü heç vaxt həkim Nəcəf Ağayeviçgilə 
getməzdi, bu iş tamamilə Mirzəibinin öhdəsinə düşürdü; düzdü, Əbdül Qafarzadə 
həkim Nəcəf Ağayeviç tərəfdən arxayın idi, bilirdi ki, bu kürən adam ehtiyatlı, 
tədbirlidir, dünyanın işlərindən baş çıxara bilir və indiki zamanda, ölkəni bürümüş 
bu təntənə içində belə bir adamın ilişməsi ehtimalı  sıfra bərabərdir, amma, buna 
baxmayaraq, özü heç vaxt bilavasitə Nəcəf Ağayeviçlə əlaqəyə girməmişdi, vasitəçi 
həmişə Mirzəibi olmuşdu. 
Əbdül Qafarzadə belə lazım bilirdisə, deməli, belə  də olmalı idi– Mirzəibi 
həkim Nəcəf Ağayeviçlə danışdı, axşam  Əbdül Qafarzadə ilə birlikdə o gözəl 
şüşəbəndli mənzilə getdilər. Nadejda Fyodorovna gözəl diş texniki, ərinin gözəl 
köməkçisi olmaqla bərabər, gözəl də çay dəmləyirdi və  Əbdül Qafarzadə üstünə 
tərtəmiz süfrə salınmış, gümüş  çəngəl-bıçaq düzülmüş meyvəli,  şirniyyatlı girdə 
mizin arxasında oturub o gözəl çaydan (hayıf ki, hili yox idi) bir-iki qurtum aldı, 
sonra armudu stəkanı  nəlbəkiyə qoydu və «– Mənə iki yüz əlli dənə  qızıl onluq 
lazımdır» – dedi.  


 
62
Əlbəttə, həkim Nəcəf Ağayeviçin də, Nadejda Fyodorovnanın da Bakıda 
bilmədiyi şey yox idi və hərdən qızıl alverini Mirzəibi ilə eləsələr də, bu qızılın, 
əslində, kimə çatdığını bilirdilər. Nəcəf Ağayeviç bu dəfə Əbdül Qafarzadənin 
özünün gələcəyini eşidəndə başa düşdü ki, söhbət nəsə əsaslı bir məsələdən gedir. 
Deməli, çox qızıl istəyirmiş, ona görə özü gəlib.  
Həkim Nəcəf Ağayeviç arvadının dəmlədiyi çayı həmişəki ləzzətlə içə-içə: «– 
Iki yüz əlli dənə onluq?» – soruşdu. - Əbdül Qafarzadə «– Hə, iki yüz əlli dənə 
onluq, – dedi. – Ancaq... iki yüz əllisi də falşivi olsun.» «– Nə?» – Çay az qaldı 
həkim Nəcəf Ağayeviçin boğazında qalsın. «– Falşivi?» – Əbdül Qafarzadə boz 
gözlərini həkim Nəcəf Ağayeviçin gözlərindən çəkməyərək başının hərəkəti ilə 
sözlərini təsdiq edə-edə həmişəki sakitliyi ilə dedi: «– Iki yüz əllisi də falşivi olsun».  
Mirzəibi səsini çıxartmadı, çünki o saat başa düşdü ki, söhbət elə bir işdən gedir 
ki, Mirzəibinin o işə qarışmağa səlahiyyəti çatmır.  
Nəcəf Ağayeviç o girdə mizin arxasında üzbəüz oturduğu Nadejda 
Fyodorovnaya baxdı: əlbəttə, belə bir adamla, yəni Əbdül Qafarzadə ilə 
münasibətləri korlamaq heç vəchlə onların xeyrinə ola bilməzdi (şəxsən bu evə 
gəlməyi də, yəqin ki, bir növ, xəbərdarlıq idi!) və belə bir adamın bilavasitə özünün 
bu işə girişməyi Nəcəf Ağayeviç üçün təhlükəsizliyi təmin edirdi; hərgah bu xahişi 
rədd etsəydi, Əbdül Qafarzadənin simasında elə bir düşmən qazanacaqdı ki, iki 
nəfərdən ibarət bu kiçik ailə (beynəlmiləl ailə olsa da) həmişəki rahatlığı ilə yaşaya 
bilməyəcəkdi– bu, gün kimi aydın bir həqiqət idi.  
Həkim Nəcəf Ağayeviç gözlərini Nadejda Fyodorovnadan çəkib Əbdül 
Qafarzadəyə baxdı: «– Çətin işdir...» Əbdül Qafarzadə: «–Bilirəm...» – dedi. Nəcəf 
Ağayeviç dərindən nəfəs aldı: «–Yalnız sizə dərin hörmətim olduğu üçün... 
taparam...» Əbdül Qafarzadə: «Çox sağ ol, həkim, – dedi. – Mən belə şeyləri yaddan 
çıxarmıram».  
Iki yüz əlli qəlp qızıl onluğun hamısını bir yerdə əlli min manata sövdələşdilər 
(Nəcəf Ağayeviç: «–Mənim özümə heç nə lazım deyil, – dedi. – Yalnız sizin 
xahişinizi yerinə yetirəcəyəm, lazımi adamlarla danışacağam, yaxşı sənətkar 
tapacağam... Özüm sizdən heç nə götürmərəm...») və Əbdül Qafarzadə Fərid 
Kazımlıdan aldığı iki yüz əlli min manat pulun (Fərid Kazımlı, görəsən, 
M.P.Qəriblidən nə qədər almışdı: üç yüz min? Yoxsa bir az da çox?) əlli min 
manatını həkim Nəcəf Ağayeviçə verdi və təxminən on gündən sonra, iki yüz əlli 
qəlp sikkəni əsl Nikolay onluğu kimi Fərid Kazımlıya təqdim etdi.  
Əbdül Qafarzadə həmin əməliyyatdan nəqd iki yüz min manat mənfəət əldə 
etdi. Nəcəf Ağayeviç isə bu əməliyyatdan cəmi on min manat pul qazandı (qəlp 
sikkələri qırx min manata düzəltdirmişdi), amma bu əməliyyatın qiyməti onun üçün, 
həqiqətən, qat-qat artıq idi: Əbdül Qafarzadənin dostları sırasına keçirdi və Bakıda 
canavar kimi burun-buruna dayanmış rəqiblərinin arasında rahat bir ömür 
sürəcəkdi... 
Əlbəttə, bir sellofan torba həmin qəlp sikkələr, əslində, bomba idi, haçansa 
partlayacaqdı, amma bunun daha Əbdül Qafarzadəyə dəxli yox idi. Bunun heç Fərid 
Kazımlıya da dəxli yox idi; adicə olaraq Fərid Kazımlı heç özü də bilmədən M.P. 
Qəribliyə bir sellofan torba dolusu bomba verirdi; bəlkə heç M.P.Qəriblinin də o 
bombadan xəbəri olmayacaqdı, o qəlp sikkələri həqiqi qızıl bilib ömrünün 
axırınacan istisinə qızınacaqdı... Bəlkə də xəbəri olacaqdı və o bomba 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə