Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   24   25   26   27   28   29   30   31   ...   161

 
59
Kazımlının fikrincə, Əbdül Qafarzadənin beyni belə işlərdə pusquda dayanmış ağıllı 
və yırtıcı bir canavar idi, şikar tam hazırıydısa, tamam arxayınçılığıydısa, pusqudan 
sıçrayırdı, hazır deyildisə, əmması varıydısa, nəsə xoşuna gəlmirdisə, heç vaxt 
pusqudan çıxmırdı; odur ki, hər şeyi açıq və olduğu kimi danışdı ki, Əbdül 
Qafarzadənin şübhə yeri qalmasın: «–Dünən çağırmışdı məni. Ordan-burdan söhbət 
elədi, mən nə bilim, küçələri qaydaya salmaq lazımdı, kanalizasiya belə gəldi, qaz 
kəməri belə getdi, sonra da başladı ki, pensiyaya çıxmaq istəyirəm, işdən getmək 
üçün ərizə verəcəyəm, qocalmışam, yorulmuşam... Sözdü, deyir də, ərizə verəndi 
o?! Sonra da yavaş-yavaş fırlatdı-fırlatdı, gətirib onun üstünə çıxartdı ki, bir az 
pulum var, istəyirəm onu qızıla çevirim... Düzü, əvvəlcə bu söhbətdən şübhələndim, 
aramız elə açıq deyil bununla, özün bilirsən, ildə üç-dörd dəfə hörmət eləyirəm ona, 
vəssalam. Nə mən bunun adamıyam, nə də bu mənim adamımdı!.. Özün bilirsən!.. 
Fikirləşdim ki, niyə məni seçib? Elə indi də fikirləşirəm... Nə isə, iki yüz əlli dənə 
onluq qızıl istəyir... Mənim də sənnən başqa gümanım gələn bir adam yoxdu. Bu işi 
başqa adama etibar eləyə bilmərəm...»  
Yəqin ki, hər şey, həqiqətən, Fərid Kazımlının söylədiyi kimi olmuşdu, yoxsa 
bu qızılları Fərid Kazımlı özü üçün istəyirdisə, gizlətməyin nə mənası var idi, birinci 
dəfə deyildi ki, tanış olurdular... Başqası üçün də istəsəydi, M.P. Qəriblinin adını 
verməzdi, çünki bunun heç bir mənası yox idi. Yox, Fərid Kazımlı həqiqəti deyirdi.  
Əbdül Qafarzadə: «– Ona görə səni seçib ki, – dedi, – yaxşı tanıyır səni!..» - 
Sonra bu sözlərin bir az həddən artıq kobud səsləndiyini hiss edib əlavə etdi: «– 
Etibar edir sənə!..» Fərid Kazımlı: «– Bilmirəm... – dedi. – Hər nə isə, gərək mənə 
kömək eləyəsən!..» «– Birini neçədən istəyir?» Fərid Kazımlı: «– Qiymətini, – dedi, 
– mən deyəcəyəm ona. Bilmirsən, xəsisin biridi, beş-altı dəfə təkrar elədi ki, pulum 
azdı, ucuz olsun, bütün varım-yoxum budu! Yalançının atasına lənət! Soyanda elə 
soyur ki, adamın cibində bir qara qəpik də qalmır!..» Əbdül Qafarzadə boz gözlərini 
eləcə Fərid Kazımlının gözlərindən çəkməyərək: «– Biri min manata düzələr...» – 
dedi. – Fərid Kazımlı qollarını açdı: «–Çox bahadı!.. Qorxuram razı olmasın...» 
Əbdül Qafarzadə: « – Bunun elə beş yüz manatı qarantiyadır ki, heç kim heç nə 
bilməyəcək, söz-söhbət olmayacaq da! – dedi. Bunun day nəyi bahadı?..» Fərid 
Kazımlı: «–Yaxşı, – dedi, – qiyməti deyərəm özünə, sonra xəbər eləyərəm».  
Əlbəttə, Fərid Kazımlı başa düşürdü ki, bu pulun hər min manatının azı iki yüz 
manatını Əbdül Qafarzadə özünə götürəcək və Əbdül Qafarzadə də bilirdi ki, Fərid 
Kazımlı hər bir qızıl onluğun qiymətini M.P.Qəribliyə min manat yox, aşağısı min 
iki yüz manat deyəcək. Düzdü, Əbdül Qafarzadənin də, Fərid Kazımlının da əldə 
edəcəkləri o pula ehtiyacları yox idi, amma bu bir şakər idi, oyun idi, bəlkə də lap 
xəstəlik... Amma – Əbdül Qafarzadənin boz gözləri gülümsədi – bu işləri hələ 
bilmək olmaz.  
Səhərisi gün Fərid Kazımlı xəbər verdi ki, M.P.Qəribli deyilən qiymətə 
razıdır.  
Diş həkimi Nəcəf Ağayeviç Əbdül Qafarzadənin, daha doğrusu, Mirzəibinin 
çoxdankı müştərisi idi; bu kürən və naməlum yaşlı kök adam, həqiqətən, gözəl bir 
diş həkimi idi və Bakının, dişi xəstələnmiş, xüsusən də ağzında protez gəzdirən bir 
çox sakinlərinin arasında böyük nüfuzu var idi, amma o xəstələrin və protez 
sahiblərinin çoxunun xəbəri yox idi ki, həkim Nəcəf Ağayeviç, eyni zamanda, uzun 


 
60
illərdir ki, gizlin qızıl alveriylə də məşğuldur və bu sahədə də müştərilər arasında 
böyük nüfuz sahibidir.  
Ümumiyyətlə, həkim Nəcəf Ağayeviç çox diribaş adam idi və evində işlətdiyi 
alman diş qurğusunun qarşısında inamla dayandığı kimi, həyatın da hər üzünə hazır 
bir usta idi. O vaxtlar bütün ölkə, o cümlədən, Azərbaycan Respublikası da Sov. 
IKP-nın XXVI Qurultayına hazırlaşırdı, hər yerdə söhbət iqtisadiyyatın, təsərrüfatın, 
maddi-mədəni quruculuğun hər bir sahəsində, eləcə də xalqlar dostluğu sahəsində 
əldə edilmiş misilsiz nailiyyətlərdən gedirdi, hamı mükafatlandırılırdı, fəxri adlara 
layiq görülürdü, şairlər keçici Qırmızı bayraqlar haqqında uzun və əsl bayram 
təntənəsinə layiq şerlər yazırdı, qəzetlər, xitabət kürsüləri, radio və televiziya Leonid 
İliç Brejnevin atalıq qayğısından danışırdı, gözəl artist Vyaçeslav Tixonov hər 
axşam Mərkəzi televiziyada özünəməxsus bir sənətkarlıqla L.I.Brejnevin əsərlərini 
oxuyurdu (buna görə də SSRI Ali Soveti Rəyasət Heyəti tərəfindən Sosialist Əməyi 
Qəhrəmanı adına layiq görüldü!). Belə bir vaxtda, mətbuatın, təntənəli iclasların, 
görüşlərin bu cür ruh yüksəkliyi ilə dolu coşğun bir çağında həkim Nəcəf 
Ağayeviçin yeganə qayğısı Bakının havası nisbətən təmiz olan dağlıq hissəsindəki 
mənzilinin küçəyə baxan böyük eyvanını şüşəbənd elətdirməkdən ibarət idi.  
Məsələ burasında idi ki, binanı tikəndə Bakının küləyini nəzərə almamışdılar, 
həmin eyvanı həmişə külək tuturdu və küləyin əlindən hətta yayda da eyvana çıxıb 
hava almaq, çay içmək, nərd oynamaq, demək olar ki, mümkün deyildi, amma o 
eyvanı şüşəbənd eləmək üçün də heç cürə icazə almaq mümkün deyildi (guya, 
şüşəbənd salınsaydı, təkcə o onmərtəbəli binanın yox, yeni salınmış bütün o yeni 
prospektin arxitekturası pozulurdu). Həkim Nəcəf Ağayeviç usta çağırıb bir-iki dəfə 
bu eyvanı şüşəbənd eləməyə cəhd göstərmişdi, amma axşam milis idarəsindən gəlib 
sökmüşdülər; bir sözlə, iş gəlib elə bir nöqtəyə dirənmişdi ki, tanışlıq da,rüşvət də 
kömək eləmirdi. Bir şüşəbənd məsələsindən ötrü yüksək rütbəli şəxslərə müraciət 
etmək ayıb idi, yerinə düşməzdi, kiçik rütbəli şəxslər isə yüksək rütbəli şəxslərin 
qorxusundan icazə verə bilmirdilər.  
Günlərin bir günü həkim Nəcəf Ağayeviç dörd-beş usta çağırıb əvvəldən 
hazırlatdığı taxtalardan, şüşələrdən bircə gecənin içində şüşəbənd düzəltdirdi və 
dördüncü mərtəbədəki o şüşəbəndin küçəyə baxan hissəsində iri və yaraşıqlı qırmızı 
hərflərlə: 
Sov. IKP-nin XXVI qurultayına eşq olsun!  
– sözlərini yazdırdı, Leonid İliç Brejnevin marşal paltarında, döşü Qızıl 
ulduzlarla, Lenin mükafatlarıyla, saysız-hesabsız orden və medal lentləri ilə dolu 
böyük  şəklini (bu şəkli də Azərbaycan Rəssamlar Ittifaqının Bədii Fondunda 
əvvəlcədən sifariş verib, çəkdirib evə  gətirmişdi) o şüarın üstündən asdırdı  və 
bununla da kifayətlənməyib L.I. Brejnevin Sov. IKP MK-nın yenicə seçilmiş katibi 
K.U.Çernenko ilə birlikdə 1978-ci ilin sentyabr ayında Bakıya gələrkən Azərbaycan 
paytaxtına Lenin ordeni təqdim olunmasına həsr edilmiş təntənəli iclasda dediyi və 
bütün Sovet Ittifaqına səs salan sözləri: 
Şiroko şaqayet Azerbaydjan!  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə